saytların hazırlanmasısmm xidmətiseo xidmətihosting xidməti
  Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Statistik göstəricilər
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












Elmi əməkdaşlıq

       Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi fəaliyyətə başladığı ilk vaxtlardan beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm vermiş və bu istiqamətdə bir sıra uğurlara nail olmuşdur.

       Azərbaycan Aqrar Elm Mərkəzi ilə İCARDA arasında əməkdaşlığa dair bağlanılmış müqaviləyə uyğun olaraq Mərkəz 1998-ci ildən «Mərkəzi Asiya və Cənubi Qafqaz Ölkələrində Kənd Təsərrüfatının Davamlı İnkişafı üzrə Əməkdaşlıq Proqramı»na qoşulmuşdur. Proqramda CGİAR konsorsiumuna daxil olan 9 beynəlxalq mərkəz, о cümlədən CİMMYT, CİP, İCARDA, İCRİSAT, İFPRİ, İLRİ, «Biovercity international» və İWMİ, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın 8 ölkəsi iştirak edir. Proqramın məqsədi bölgədə mövcud olan tədqiqat institutları arasında, eləcədə milli tədqiqat sistemləri ilə beynəlxalq elm mərkəzləri arasında əməkdaşlıq yaratmaqla həmin ölkələrdə aqrar sahədə aparılan tədqiqatları genişləndirmək və kənd təsərrüfatında davamlı inkişafa nail olmaqdır.

       Proqram seleksiya materialı mübadiləsi, kadr hazırlığı, həmçinin Milli mütəxəssislərin müxtəlif beynəlxalq və regional seminarlarda iştirakını dəstəkləyir. 

       Əkinçilik ET İnstitutu İCARDA, CİMMYT, Beynəlxalq Biomüxtəliflik Mərkəzi, İCRİSAT, İCBA, AMEA-nın Genetik Ehtiyatlar və Botanika İnstitutları ilə əməkdaşlıq edir.

       Bitki Mühafizəsi və Texniki Bitkilər ET  İnstitutu ilə Ukrayna EA-nın “Biotexnika” Mühəndis  Texnologiya və Moldova Respublikasının Bitki Mühafizəsi və Ekoloji Əkinçilik institutları arasında bioloji mübarizə sahəsində əməkdaşlıq əlaqələri mövcuddur.

       Meyvəçilik və Çayçılıq ET İnstitutu Belarus ET Bağçılıq İnstitutu və Kənd Təsərrüfatı Akademiyası ilə müqavilə əsasında elmi əməkdaşlıq edir.

       Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu Türkiyə, Ukrayna, Belarusiya,Moldova Qazaxıstan, Latviya, Gürcüstan və Dağıstan Respublikasının müvafiq tədqiqat institutları ilə əməkdaşlıq edir.

       Baytarlıq ET İnstitutu K.İ. Skryabin adına Moskva Dövlət Baytarlıq Akademiyası, Kuban DAU, Ümumrusiya ET Patologiya, Farmakologiya, Terapiya, Dağıstan ET Patologiya, Farmakologiya, Terapiya İnstitutu, Dağıstan ET Baytarlıq İnstitutu, AMEA-nın Neft Kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq edir.

       Tərəvəzçilik ET İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP), AMEA-nın Genetik Ehtiyatlar, Botanika, Torpaqşünaslıq və Aqrokimya İnstitutları ilə əməkdaşlıq edir.

       Üzümçülük və Şərabçılıq ET İnstitutu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı (OİV), İtaliyanın Milano Universiteti, Dağıstan, Gürcüstan DKTA, Ukrayna MEA-nın Aqroekologiya və Şərabçılıq İnstitutu, AMEA-nın Genetik Ehtiyatlar və Neft Kimya Prosesləri İnstitutları ilə əməkdaşlıq edir.




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”İNKİŞAF KONSEPSİYASI

 

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır