təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər
  Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi     ELAN  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












2017-ci il 6 aylıq hesabat

2017-ci ilin 6 ayı ərzində

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sisteminə daxil olan

ET  İnstitutlarında və ADAU-da görülmüş işlərə dair

QISA HESABAT        

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aqrar sahədə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi yolu ilə rəqabət qabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması qarşıya strateji məqsədlərdən biri kimi qoyulmuşdur. Bununla əlaqədar müəyyənləşdirilmiş “Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi” strateji hədəfi (Strayeji hədəf 5.) çərçivəsində ikinci prioritet kimi kənd təsərrüfatında elmi-tədqiqatların aparılması və nəticələrinin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi məsələsinin nəzərə alınacağı, bu məqsədlə elmi-tədqiqat institutlarının maliyyələşmə mənbələrinin diversifikasiyası, aqrar sahə üzrə intellektual mülkiyyət hüquqları ilə bağlı qanunvericilik bazasının hazırlanması, elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılması və eləcə də beynəlxalq elmi tədqiqat institutları ilə yerli elmi tədqiqat institutlarının əlaqələrinin dərinləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Hesabat ilində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (AEİMM) strukturunda 8 elmi-tədqiqat institutu, 7 bölgə təcrübə stansiyası, 7 yardımçı təcrübə təsərrüfatı, 11 təcrübə sınaq stansiyası, 3 Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi, Lənkəran Çay Filialı, 2 Atçılıq Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyət, 2 Elmi Eksperimental Baza, Azərbaycan Bioloji Kombinat, Abşeron Regional Süni Mayalama Mərkəzi, Respublika Süni Mayalama Mərkəzi, Arıçılıq Mərkəzi, Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası, Pambıq Təmizləmə üzrə Sənaye Filialı və 8 regional aqrar elm və informasiya məsləhət mərkəzi (RAEİMM) fəaliyyət göstərmişdir.

2017-ci ilin birinci yarımilində AEİMM sisteminə daxil olan elmi-tədqiqat institutlarında kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən torpaqların münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort və cinslərin yaradılması, mütərəqqi texnologiyaların hazırlanması, mənimsənilməsi daha səmərəli bitki mühafizəsi və baytarlıq xidmətləri tədbirlərinin  işlənməsi, aqrar iqtisadiyyatın aktual məsələlərinin həlli və digər problemlərin həllinə dair tədqiqatlar davam etdirilmiş, RAEİMM-lərdə isə elmi-tədqiqat institutlarında alınmış elmi nəticələrin fermer və digər təsərrüfatlarda tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, həmçinin bölgənin tələbatına uyğun olaraq toxumçuluq və tingçilik fəaliyyəti ilə məşğul olmuşlar.

 

Elmi tədqiqat fəaliyyəti

 

2017-ci ildə 8 elmi-tədqiqat institutunda 18 problem, 71 mövzuya dair tədqiqat işləri davam etdirilmiş, dənli, dənli-paxlalı, pambıq, tərəvəz, bostan, üzüm, yem, meyvə və digər bitkilərin 24102 genofondu, 82 ipəkqurdu, 5 heyvan, 2 arı cinsi öyrənilmişdir və qiymətli  təsərrüfat əlamətlərinə malik sort nümunələri və hibridləri müəyyənləşdirilmişdir.

Cədvəl 1

2017-cı ildə Elmi-tədqiqat müəssisələrinin əsas göstəriciləri

 

 

 

 

 

 

 

 

 

ET İnstitutlarının adları

Problem

Mövzu

Genofond

Standartlar, təlimatlar,

 patent

Preparatlar

Vaksinlər

İstehsal təcrübə sınağı

Tətbiq olunub

Yeni  emal məhsulu

Metodik göstəriş

Bitki

Heyvan

1

Əkinçilik ET İnstitutu

6

13

14968

-

-

-

-

-

-

 

 

2

Tərəvəzçilik ET İnstitutu

1

7

936

-

-

-

-

-

-

 

 

3

Üzümçülük və Şərabçılıq ET İnstitutu

1

8

400

-

3

1

-

5

5

15

1

4

Meyvəçilik və Çayçılıq ET İnstitutu

3

12

7075

-

5

-

-

3

6

-

-

5

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

1

4

-

-

-

-

-

-

-

 

 

6

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

2

19

415

-

-

80

-

-

2

 

 

7

Heyvandarlıq ET İnstitutu

1

4

308

82

ipək qurdu,

5 heyvan,   2arı

-

-

-

-

-

-

1

8

Baytarlıq ET İnstitutu

3

4

-

-

-

 

 

3

3

-

-

Cəmi:

18

71

24102

82 ipək q.

5 hey-van c.

2 arı c.

 

8 pat.

81

 

11

16

15

2

 

Azərbaycan Dövlət Aqrar Universiteti

5

18

256

2

2

-

-

32

24

4

52

 

Aqromexanika ET İnstitutu

3

7

-

-

1

-

 

-

-

-

-

 

Cəmi:

8

25

256

2

3

-

-

32

24

4

52

 

Yekun:

26

96

24358

82 i.q. 7h. 2a

11

81

 

43

40

19

54

 

ET İnstitutlarında tədqiqatların yerinə yetirilməsində 556 elmi işçi, o cümlədən 169 fəlsəfə doktoru və 27 elmlər doktoru (bunlardan AMEA-nın 1 həqiqi üzvü) iştirak etmişdir.

 

                                                                                                    Cədvəl 2

 

 

 

Elmi-Tədqiqat müəssisələrinin adı

İşçilərin ümumi sayı

Elmi işçilər

Akademiklər

Müxbir üzvlər

Elmlər doktorları

Fəlsəfə doktorları

1

2

3

4

5

6

7

Əkinçilik ET İnstitutu

331

134

-

-

5

45

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

180

96

1

-

3

26

Tərəvəzçilik ET İnstitutu

154

74

-

-

2

17

Üzümçülük və Şərabçılıq ET İnstitutu

101

44

-

1

1

13

Meyvəçilik və Çayçılıq ET İnstitutu

146

59

-

-

5

21

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

80

38

-

-

6

12

Heyvandarlıq ET İnstitutu

142

71

-

-

1

6

Baytarlıq ET İnstitutu

150

40

-

-

4

29

Cəmi:

1284

556

1

1

27

169

ADAU

1011

588

-

1

19

242

Aqromexanika ET İnstitutu

90

43

-

-

2

11

Cəmi:

1101

631

-

1

21

253

YEKUN:

2385

1187

1

2

48

422

 

 

2017-ci ilin 6 ayı ərzində AEİMM üzrə  Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qərarı ilə 17 bitki sortu (2 yumşaq buğda, 1 arpa, 1 yonca, 2 pomidor, 2 soğan, 1 tərəvəz lobyası, 1 şirin bibər, 2 acı bibər, 1 yemiş, 1 pambıq, 2 üzüm və 1 alma sortu) rayonlaşmış və Dövlət reyestrinə daxil edilmiş, 8 patent alınmış, 4 yeni qurğuya patent almaq üçün sənədlər təqdim edilmişdir.

                                                       

 

 

 

 

 

 

                  

                                                                                                       Cədvəl 3

 

2017-ci ildə kənd təsərrüfatı bitkilərinin Dövlət reyestrinə daxil edilmiş sortları

 

Elmi  müəssisələrin adları

Bitkilərin adı

Sortlar

Reyestrə daxil edildiyi  il

1

2

3

4

Əkinçilik ET İnstitutu

Yumşaq

Ləyaqətli-80

2017

Buğda

Pərvin

2017

Arpa

Sadiq

2017

Yonca

Yaz çiçəyi

2017

Üzümçülük və Şərabçılıq ET İnstitutu

Üzüm

 

Kəpəz

2017

Bəhrəli

2017

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

Pambıq 

“Gəncə-160”

2017

Meyvəçilik və Çayçılıq ET İnstitutu

Alma

Popirovka

2017

Tərəvəzçilik ET İnstitutu

Pomidor

Azərbaycan -94

2017

Mirvari

2017

Soğan

Aytac

2017

Aydan

2017

Bibər

Töhfə

2017

Acı bibər

Ulduz

2017

Acı bibər

Şəfəq

2017

Tərəvəz lobyası

Aylin

2017

Yemiş

Veteran

2017

ADAU

Tritikali

Qismət

2017

        

 

Elmi informasiyanın yayılması və nəşriyyat işi

 

Hesabat dövründə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2017-ci il 25 yanvar tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının “Elmi tədqiqatların nəticələrinin informasiya məsləhət xidməti vasitəsi ilə fermerlərə ötürülməsinin təmin edilməsi” yarımbəndinin (5.2.4)icrasına uyğun olaraq AEİMM sisteminə daxil olan elmi-tədqiqat institutları tərəfindən müəyyənləşdirilmiş 80-dan çox mövzuya dair təlim materiallarının (təqdimatlar, bukletlər və s.) hazırlanması başa çatmaq üzrədir.

2017-ci ilin 1-ci yarımilliyində elmi-tədqiqat işlərinin nəticələrinə dair 126 məqalə (ondan 52-si xaricdə), 5 kitab, 1 monoqrafiya, 91  buklet dərc edilmişdir.

Elmi nəticələrin (yeni sortlar, texnologiyalar və s.) nümayişi və fermer təsərrüfatlarında yayımı məqsədilə regional aqrar elm və informasiya məsləhət mərkəzlərində  və fermer təsərrüfatlarında aşağıdakı seminar, elmi-praktiki konfrans və təlimlər keçirilmişdir:

– 21 fevral 2017-ci il  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və  Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Zaqatala rayonunda “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” elmi-praktiki konfrans;

         – 31 may 2017-ci il Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi  Bakı şəhərində “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə örnəkdir” elmi-praktiki konfrans;        

– 17 fevral 2017-ci il Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində “Meyvə bağlarında qış müalicəsinin aparılması”;

– 10 mart 2017-cı il Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə Cəlilabad  rayonunda “Üzümlüklərin təmiri və yenidən qurulması, tinglərin əkilmə qaydaları və cavan üzümlüklərə qulluq”;

– 07 aprel 2017-ci il Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi “Quraqlığa davamlı yeni taxıl sortlarının nümayişi və toxumçuluğunun təşkili”;

– 27 aprel 2017-ci il Xaçmaz rayonunda “Arıların sağlamlığı və intensiv arıçılıq”;

– 9 iyun 2017-ci il Tərtər Bölgə Təcrübə Stansiyası tərəfindən Tərtər rayonunda  “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi”;  

– 23 iyun 2017-ci il Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində Lənkaran  rayonunda “Çay bitkisinin mütərəqqi becərmə texnologiyaları: imkanlar və prespektivlər” üzrə elmi-praktiki seminarlar keçirilmişdir.

 

Elmi-tədqiqat institutları tərəfindən aşağıdakı təlimlər keçirilmişdir:

 

Tərəvəzçilik ET İnstitutu: 26-28 aprel 2017-ci il Gəncə şəhərində “Rayonlaşdırılmış tərəvəz bitkiləri sortlarının təsərrüfat göstəricilərinin müqayisəli qiymətləndirilməsi”;

– 10-12 may 2017-ci il Quba rayonunda “Badımcan sortlarının məhsudarlığına becərilmə şəraitinin təsiri”; 

– 24-26 may 2017-ci il Tərtər rayonunda “Ağbaş kələmin (yazlıq və payızlıq) sortlarının məhsuldarlığının becərilmə şəraitindən asılı olaraq müqayisəli qiymətləndirilməsi”;

– 7-9 iyun 2017-ci il Lənkəran rayonunda “ Yüksək və stabil pomidor  məhsulu istehsalında düzgün sortseçmənin və sortdəyişmənin vacibliyi”;

– 28-30 iyun 2017-ci il Beyləqan rayonunda “Rayonlaşdırılmış soğan sortlarının intensiv becərilmə texnologiyası”;

Üzümçülük və Şərabçılıq ET İnstitutu: 15 yanvar 2017-ci il Şamaxı TS-də  “Üzümlüklərin qida maddələrinə olan tələbatının ödənilməsinin müəyyənləşdirilməsi, gübrələrdən düzgün və səmərəli istifadə edilməsi”;

– 04 mart 2017–ci il Cəlilabad DM-də “Üzümlüklərdə xəstəlik və zərərvericilərin əlamətlərinin diaqnostikası, onlara qarşı səmərəli mübarizə tədbirləri”; 

– 15 iyun 2017-ci il Gəncə TS Cəlilbabad DM “Bar verən üzümlüklərdə sortaməxsus differensial aqrotexnikanı tətbiq etməklə üzüm sortlarının tənəklərinə forma verilməsi qaydaları. Tənəklərdə quru budama, bağlama və yaşıl əməliyyatların aparılması qaydaları. Tənəklərdə quru budama, bağlama və yaşıl əməliyyatların aparılması qaydaları və vaxtı”;

Baytarlıq ET İnstitutu: 27 Aprel 2017-ci il  Xaçmaz rayonunda  “Arıçılıq təsərrüfatlarında infeksion və parazitar xəstəliklərinə qarşı kompleks profilaktika və mübarizə tədbirlərinin aparılması, baytarlıq preparatların  tətbiqi, məhsullarının emalı və saxlanılması qaydaları”;        

– 19 May 2017-ci il Quba rayonunda “İri  və  xırda  buynuzlu heyvanların əsas  helmint xəstəliklərinə qarşı mübarizə vasitələri”, “İri və  xırda buynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinə qarşı mübarizə vasitələri”,“Kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri və ona qarşı mübarizə tədbirləri”, “Heyvanlarda demodekoz xəstəliyi və onun müalicəsi”;

Meyvəçilik və Çayçılıq ET İnstitutu: 15 mart 2017-ci il Zaqatala rayonunda “İntensiv üsulla salınmış  meyvə bağları (alma, armud, gilas, xurma, nar, fındıq və digər qərzəkli meyvə bitkiləri) sahələri-nin genişləndirilməsinin təşviqi və bu bağlarda illik qulluq işləri”;

– 17 aprel  2017-ci il Quba rayonunda “Meyvə bitkilərinin geniş yayılmış zərərvericiləri və onlara qarşı inteqrir  mübarizə tədbirləri”;

– 24 may 2017-ci il Abşeron rayonunda “Meyvə bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı istifadə olunan pestisid  qalıqları”;

– 22 iyun 2017-ci il Lənkəran şəhərində “Müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi”;

Əkinçilik ET İnstitutu: 12 iyun 2017-ci il Cəlilabad rayonunda “Cənubi Muğan şəraitində dənli-taxıl və dənli-paxlalı bitki sortlarının becərmə texnologiyası”;  

Heyvandarlıq ET İnstitutu: 24 iyun 2017-ci il  Göygöl rayonunda “İnkubasiya zamanı yumurtaların çeşidlənməsi və yığılması”.

Bundan əlavə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2017-ci ilin 7 yanvar - 12 may tarixləri arası dövrdə  Bakı şəhəri üzrə Yasamal və Sabunçu rayonlarında, regionlar üzrə, Göyçay, Biləsuvar və Quba rayonlarında ümumilikdə  30 tam orta məktəbdə “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə  örnəkdir”, “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması”, “Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları” və  “Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim” mövzularında 6500 şagirdlə, eyni zamanda Azərsun Holdinqin Biləsuvar rayonu ərazisində yerləşən istehsal müəssisəsində və  Ağsu rayonunda yerləşən Azqranata MMC-də görüşlər keçirilmişdir. Keçirilən görüşlər zamanı şagirdlərə nəzərdə tutulan mövzularla və son zamanlar aqrar sahənin inkişafı ilə bağlı ətraflı məlumat verilmiş, Kənd Təsərrüfatı Nazirliyinin ET İnstitutlarına və ADA Universitetinə aid olan video çarxlar nümayiş olunmuş, qeyd olunan mövzular üzrə inşa yazılarının yazılması tapşırılmışdır.  Nəticədə məktəblərdən ümumilikdə 300-ə qədər inşa yazı və şagirdlər tərəfindən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı təkliflər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim olunmuşdur. Təqdim olunmuş inşa yazılar aqrar sahənin alim və mütəxəssisləri tərəfindən yoxlanılmış və fərqlənən inşa yazılarının  qalibləri müəyyənləşdirilmişdir. Qaliblər AEİMM GAvə MŞ-ı tərəfindən fəxri fərmanla təltif olunmuşlar.

       Hesabat dövründə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məsləhət Qrupu (CGİAR) sisteminə daxil olan beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələri davam etdirilmiş, ölkədə çəltikçiliyin inkişaf etdirilməsi məqsədi ilə baş idarəsi Filippində yerləşən Beynəlxalq Çəltik Tədqiqatı İnstitutu (İRRİ) ilə əlaqələr genişləndirilmişdir.

 Hesabat dövründə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və bu sistemdə fəaliyyət göstərən tədqiqat müəssisələrinin əməkdaşları müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan beynəlxalq və regional seminarlarda, konfranslarda, təlim kurslarında və toplantılarda çalışdıqları elmi müəssisələri təmsil etmişlər. Belə ki, Mərkəzin baş mütəxəssisi Faiq Xudayev,  Əkinçilik ET İnstitutunun əməkdaşları Həlimə Məmmədova, Zöhrab Qəribov və Tərəvəzçilik ET İnstitutunun əməkdaşı Mustafayev Mahir  FAO-nun himayədarlığı ilə 27 -31 mart  2017-ci il tarixlərində  Ankarada “ GMO üzrə risklərin təhlili, monitorinqi və nəzarət” mövzusunda təlim kursunda iştirak etmişlər. Üzümçülük və Şərabçılıq ET İnstitutunun direktoru Tariyel Pənahov Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) maliyyə dəstəyi ilə 5-7 may 2017-ci il tarixlərində  İspaniyanın  Valladolid şəhərində   keçirilən“Concours Minidal de Bruxells 2017” Şərab və Spirtli içlilər müsabiqəsində, 25-28 may 2017-ci il tarixlərində isə  İtaliyanın  Tramonti şəhərində  keçirilən “La Selezione del Sindaco 2017” Beynəlxalq Şərab müsabiqəsində dequstator kimi iştirak etmişdir. Əkinçilik ET  institutunun direktoru Cavanşir Təlai  və Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov  CİMMYT/FAO/İCARDA-nın birgə təşkilatçılığı ilə 22-26 may 2017-ci il tarixlərində  Rusiyanın Krasnodar şəhərində “Payızlıq buğdanın seleksiyası üzrə beynəlxalq səyytar seminar”da iştirak etmişlər. Üzümçülük və Şərabçılıq ET İnstitutunun elmi işlər üzrə direktor müavini Xədicə Məmmədova  Avropa Komissiyasının dəstəyi ilə 23-26 may 2017-ci il tarixlərində  Ruminiyanın Buxarest şəhərində “Daha təhlükəsiz qida üçün daha yaxşı təlim” mövzusunda təlim seminarında iştirak etmişdir.

 

Cədvəl 4

 

2017-ci ilin birinci yarısında elmi-tədqiqat institutları tərəfindən nəşr edilən əsərlər

 

Elmi müəssisələrin adları

Kitab, monoqrafiya, buklet,

broşür, təlimat, plakat, tövsiyə

 və məqalələrin ümumi sayı, ədəd

Ondan

O cümlədən xaricdə dərc olunmuşdur

Dövlət elmi jurnalları

Kitab

Monoqrafiya

Məqalə

Buklet, broşür, plakat, tövsiyə, proqram, təlimat və s.

 

 

 

Kitab

Monoqrafiya

Məqalə

1

2

3

4

5

6

7

8

9

10

Əkinçilik ET İnstitutu

27

-

-

13

10

-

 

4

-

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

76

-

-

20

50 b.

2 təl.

-

-

4

-

Tərəvəzçilik ET İnstitutu

46

-

-

18

13

-

-

15

-

Üzümçülük və Şərabçılıq ET İnstitutu

3

-

-

-

-

-

-

3

-

Meyvəçilik və Çayçılıq ET İnstitutu

24

2 kitab,

1 kitabça

-

15

-

-

-

6

-

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

41

-

1

29

-

-

-

11

-

Heyvandarlıq ET İnstitutu

12

1

met. vəs.

-

1

7 təlimat,

3 tövs.

-

-

-

-

Baytarlıq ET İnstitutu

38

1

-

28

-

-

-

9

-

Cəmi:

267

5

1

126

85

-

-

52

-

Azərbaycan Dövlət Aqrar Universiteti

645

22

5

370

-

-

-

-

38

Aqromexanika ET İnstitutu

30

-

-

9

6

-

-

9

-

Cəmi:

675

22

5

379

6

-

-

9

38

Yekun:

942

27

6

505

91

 

-

61

38

 

Elmi potensialın gücləndirilməsi

 

Hesabat dövründə elmi-tədqiqat müəssisələrində elmi potensialın gücləndirilməsi ilə əlaqədar işlər davam etdirilmişdir. Hazırda 25 elmlər və 48 fəlsəfə doktorluğu üzrə kadr hazırlığı həyata keçirilir. 2017-ci ilin birinci yarısında AEİMM-in elmi-tədqiqat müəssisələrində 9 nəfər fəlsəfə doktorluğu, 3 nəfər elmlər doktorluğu üzrə dissertasiya müdafiə etmişdir.

 

Cədvəl 6

2017-cı ilin birinci yarısında elmi-tədqiqat  institutlarında elmlər doktoru,

doktorantura və dissertantura yolu ilə kadr hazırlığı barədə

 

MƏLUMAT

 

Elmi müəssisələrin adları

Doktoranturada təhsil alanlar

Doktoranturanı bitirib

Dissertasiya müdafiə olunub

Müdafiəyə hazırlanıb

Dissertantlar

Fəlsəfə doktoru

Elmlər doktoru

əyani

qiyabi

əyani

qiyabi

O cümlədən

O cümlədən

Fəlsəfə doktoru

Elmlər doktoru

Fəlsəfə doktoru

Elmlər doktoru

1

2

3

4

5

6

7

8

9

10

11

Əkinçilik ET İnstitutu

1

18

-

12

4

-

1

-

-

15

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

1

1

-

1

1

1

-

2

-

11

Tərəvəzçilik ET İnstitutu

1

6

-

3

-

-

-

-

-

2

Üzümçülük və Şərabçılıq ET İnstitutu

1

1

-

-

-

1

1

-

-

8

Meyvəçilik və Çayçılıq ET İnstitutu

-

-

-

-

-

1

-

-

-

-

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

6

3

-

9

-

3

1

3

-

10

Heyvandarlıq ET İnstitutu

-

1

-

-

-

2

-

-

-

4

Baytarlıq ET İnstitutu

-

8

-

-

-

1

-

3

-

5

Cəmi:

10

38

-

25

5

9

3

8

0

55

Aqrar Universitet

7

162

 

 

58

16

-

12

2

30

Aqromexanika

1

2

-

-

-

-

-

-

-

9

Cəmi:

8

164

 

 

58

16

2

12

2

39

YEKUN:

18

202

-

25

63

25

5

20

2

94

 

 

         Əkinçilik ET İnstitutunda 6 problem, 13 mövzuya dair tədqiqatlar aparılmış, dənli, dənli-paxlalı və digər bitkilərin sort və sabit xətlərinin 14966 genofondu toplanılmış, 4 sort (yumşaq buğda 2,  arpa 1, yonca 1) rayonlaşdırılmışdır. Yerinə yetirilən 13 mövzudan 9-u tətbiqi, 4-ü isə fendamental xarakterlidir.

                   Elmi işlərin nəticələrinə dair 17 məqalə və tezis (o cümlədən 4-ü xaricdə), 10 buklet nəşr olunmuş, 1 elmlər doktoru müdafiə etmişdir.

                   İnstitutun İCARDA, CİMMYT, İPGRİ, İCRİSAT, İCBA və s. beynəlxalq mərkəzləri ilə sıx əlaqələri mövcuddur. İnstitut əməkdaşlarının informasiya materialları ilə təmin olunmasında həmin mərkəzlərdən mütəmadi olaraq jurnallar: “General Genetik Resources in EUROPE” (Italy), “The National Agricultural Research system in the West Asia and North Africa Region” /İCARDA/ , “Seeds of İnnovation” /CİMMYT/, “Семена Инновации” /CİMMYT/, “Adding value for development (CIMMYT)”, ”Seed INFO”, “Caravan” (İCARDA), “Adding Value for Development” (CIMMYT), alınır. İnstitutun elmi fəaliyyətini, əməkdaşlarının apardıqları tədqiqatları işıqlandırmaq məqsədi ilə fotoşəkillər çəkilir, elmi nəşrlər üçün materiallar hazırlanır.           

         Meyvəçilik və Çayçılıq ET İnstitutunda 3 problem, 12 mövzu üzrə tədqiqat işləri aparılır. Meyvəçilik və çayçılıq üzrə 7075 genofond sortümunəsi sınaqdan keçirilir. Elmi-tədqiqat işlərinin nəticələrinə əsasən 21 məqalə, 1 kitab,  1 kitabça nəşr edilmiş, 1 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktorluğu üzrə təsdiqini almış və 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda 2 problem, 19 mövzu üzrə tədqiqat işləri aparılır.

         İnstitutda 415 genofond öyrənilmiş, 1 pambıq sortu rayonlaşdırılmışdır. Payızlıq taxıl sahələrində bir çox xəstəliklərin yayıldığını nəzərə alaraq, 2017-ci ildə taxıl sahələrində yayılmış xəstəliklərin növ tərkibi müəyyənləşdirilmişdir. Bundan əlavə taxıl sahələrində 6 növ xəstəlik, 8 növ zərərverici aşkar edilmişdir. İnstitut əməkdaşları tərəfindən  24 məqalə, 50 buklet nəşr etdirilmiş, 1 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir.

 İnstitut Ukrayna Elmlər Akademiyası və Moldova Respublikasının Bitki Mühafizəsi və Ekoloji Əkinçilik İnstitutu ilə bağlanmış müqavilələrə əsasən tədqiqat işlərini davam etdirmişdir.

İnstitut  Türkiyənin Kapar adlı özəl təşkilatı ilə əməkdaşlıq əlaqələri quraraq bioloji mübarizədə zərərvericilərə qarşı istifadə etmək üçün 9 adda feremon tutucu

tələlər və onların dispenser kapsulalarını əldə etmişdir. Hal-hazırda yeni  feremon tələlər alınmış və qarşılıqlı əməkdaşlıq tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda 1 problem üzrə 4 mövzu davam etdirilir.

2017-ci ilə dair mərhələlər üzrə yerinə yetirilən elmi-tədqiqat işləri ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış ” İnkişaf  Konsepsiyasının, 06 dekabr 2016-ci il tarixli Fərmanı ilə qəbul edilmiş “Strateji Yol Xəritəsi”nin eləcə də aqrar sahənin inkişafı üzrə qəbul edilmiş müvafiq normativ-hüquqi sənədlərin əsas müddəalarını əhatə etməklə bərabər, aqrar sahədə biznesin inkişafı və aqrobiznesin inkişafında zəruri olan biznes inqubatorlarının yaradılması, kooperativlərin inkişafı və istehsal resurslarından səmərəli istifadədə rolu və bir neçə iqtisadi rayon üzrə aqrar sahədə kooperasiya münasibətlərinin inkişafının regional xüsusiyyətləri, Şəki-ZaqatalaLənkəran iqtisadi rayonlarında təsərrüfatları informasiya monitorinq sisteminə cəlb etməklə təsərrüfatların iqtisadi cəhətdən təhlilinin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalında torpaqlardan istifadənin movcud vəziyyətinin qiymətləndirilməsi və istehsal potensialının yüksəldilməsi istiqamətləri və əhalinin etibarlı ərzaq təminatı baxımından regionlar üzrə ərzaq mənşəli kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətləri üzrə elmi tədqiqat işləri aparılır.

Yarımillikdə institut əməkdaşları 11-i xaricdə olmaqla 40 elmi məqalə, 15 tezis nəşr etdirmişdir. İnstitutun elmi əsərlərinin 1-ci cildi çap edilmiş, 2-ci isə çapa hazırlanır. Eyni zamanda institutda fəaliyyət göstərən FD.04.014 Dissertasiya Şurasında 3 nəfər fəlsəfə doktorluğu üzrə, 1 nəfər isə elmlər doktorluğu üzrə müdafiə etmişdir. Bundan əlavə müxtəlif təhsil müəssisələrindən olan 100-dən çox tələbə institutda istehsalat təcrübəsi keçmişdir.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda təsdiq olunmuş mövzu planına əsasən 1 problem, 7 mövzu üzrə tədqiqat işləri davam etdirilmiş, müxtəlif tərəvəz bitkilərinə dair 936 sort-nümunə toplanmış və öyrənilmiş, 9 sort rayonlaşdırılmış, 33 məqalə (ondan 15-i xaricdə) və 13 buklet nəşr olunmuşdur.

Aqrar elm sahəsində qazanılılmış mütərəqqi təcrübə və metodların mübadiləsi çərçivəsində 2005-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru) və son illər ərzində Belarus Genetika və Sitologiya İnstitutu ilə sıx əməkdaşlıq edir.

Eyni zamanda institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Çin, Yaponiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi sahəsində əməkdaşlıq aparırlar.

İnstitutda aşağıdakı beynəlxalq layihələr həyata keçirilmişdir:

Azərbaycanda xəstəliklərdən azad (sağlam) kartof toxumçuluğunun inkişaf etdirilməsi (TCP/AZE/3402, Yanvar 2013-Dekabr 2014).  BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında icrası qeyd olunan texniki yardım layihəsi çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda müasir avadanlıqlarla təchiz olunmuş biotexnologiya laboratoriyası yaradılmışdır və modern tipli istixana inşa edilmişdir. Laboratoriya (in vitro) və istixana şəraitində kartofun toxuma kulturasından mərhələli şəkildə virus xəstəliklərindən azad toxum materialı yetişdirilmişdir və təsərrüfatlarda artırılması istiqamətində lazimi tədbirlər görülməkdədir. Eyni zamanda, layihənin icrası nəticəsində yerli  fermer təsərrüfatları üçün nəzərdə tutulmuş bir neçə tövsiyələr nəşr olunmuşdur.

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması (GCP/RER/006/TUR, Noyabr 2014-Noyabr 2016). BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və  Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında ölkədə ekoloji təmiz tərəvəz məhsul istehsalının stimullaşdırılması və onun bazarının yaradılması istiqamətində ekoloji təmiz məhsul yetişdirilməsi və ondan sertifikatlaşdırılmış qida məhsulunun alınması məqsədi ilə pilot layihə yerinə yetirilmişdir. Hal-hazırda layihənin davam etdirilməsi istiqamətində işlər aparılır.

Azərbaycanda tərəvəz və kartof bitkiləri üzrə toxumçuluq müəssisəsinin yaradılması.

Tərəvəz, bostan və kartof toxumçuluğu sahəsində idxaldan asılılığı minimuma endirmək və bu sahədə olan boşluqları doldurmaq məqsədi ilə İsrail dövlətinin”Breedit” şirkəti tərəfindən TETİ-də beynəlxalq lahiyənin həyata keçirilməsinə başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan bazarında güclü tələbata malik olan, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyət daşıyan tərəvəz və kartof bitkilərindən yüksək məhsuldar toxumlar əldə etmək, müxtəlif bölgə və torpaq iqlim şəraitinə uyğun olaraq bitkilərin seleksiyasını təmin etmək, ilboyu istixanalarda və mövsümi olaraq açıq sahədə seleksiya işlərini aparmaq, fermerləri sərfəli qiymətə toxumla təmin etmək, toxumçuluq sahəsində yüksək keyfiyyətli yerli bilik bazası yaratmaq, ən müasir aqronomluq təcrübələrini təmin etmək, toxumçuluqdan bitkiçiliyə qədər müasir kənd təsərrüfatı üçün təlim və tədris infrastrukturu yaratmaq və s. məsələlərin həlli nəzərdə tutulmuşdur.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2016-cı il 4 iyul tarixli 2190 nömrəli sərəncamına uyğun olaraq, KTN tərəfindən həyata keçirilən “Kartof və tərəvəz toxumları istehsalı müəssisəsinin” tikintisi layihəsinin icrası ilə bağlı məsələlərin müzakirəsi, bu sahədə İsrail dövlətinin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi ilə bağlı nazirliyin, institutun və digər aidiyyəti qurumların nümayəndələri 24-29 yanvar 2017-ci il tarixində İsrail dövlətində işgüzar səfərdə olmuşlar.

Azərbaycanda tərəvəz və kartof bitkiləri üzrə toxumçuluq müəssisəsinin yaradılması ilə əlaqədar nəzərdə tutulmuş layihədə  aşağıdakı istiqamətlərdə işlərin icrası nəzərdə tutulmuşdur:

– Azərbaycan bazarında güclü təlabata malik olan, o cümlədən ərzaq təhlükəsizliyi baxımdan əhəmiyyət daşıyan tərəvəz bitkiləri üzrə yüksək məhsuldar toxumlar əldə etmək;

– Azərbaycanın müxtəlif zona və iqlimlərinə uyğun bitkilərin seleksiyasını təmin etmək;

– ilboyu istixanalarda və mövsümi olaraq açıq sahələrdə seleksiya işlərini aparmaq;

– yerli fermerləri sərfəli qiymətə keyfiyyətli toxumla təmin etmək;

– toxumçuluq sahəsində yüksək keyfiyyətli yerli bilik bazası yaratmaq, o cümlədən ən müasir aqronomluq təcrübələrini təmin etmək;

– toxumçuluqdan bitkiçiliyə qədər müasir kənd təsərrüfatı üçün təlim və tədris infrastrukturu yaratmaq.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda 1 problem, 4 mövzu üzrə tədqiqat işləri respublikanın Abşeron, Mil-Qarabağ, Mil-Muğan, Gəncə-Qazax, Şəki-Zaqatala bölgələrində yetişdirilən qaramal, camış, qoyun, quş və arı populyasiyaları üzərində aparılır. İnstitutda 5 heyvan, 2 at, 82 ipəkqurdu, 308 tut genofondu üzrə tədqiqat işləri davam edir. 6 ay ərzində 1 metodik vəsait, 1 məqalə, 3 tövsiyə, 7 təlimat nəşr olunmuşdur.

Heyvandarlıq ET İnstitutunun Arıçılıq Mərkəzində tədqiqat işləri mövcud genofonddan, genetik və seleksiya üsullarından istifadə etməklə müasir standartlara cavab verən yeni arı cins və mələzlərinin yaradılması, cinslərin bioloji təmizliyinin saxlanılması və yüksək məhsuldarlığı təmin edən mütərəqqi texnologiyaların işlənib hazırlanması və sınağı problemi üzrə 3 mövzu aparılır. Arıçılıq Mərkəzində 11 elmi işçi, o cümlədən 1 nəfər elmlər doktoru və 1 nəfər fəlsəfə doktoru çalışır.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda 1 problem üzrə 8 mövzu aparılır, üzümün 400 sort nümunəsinin öyrənilməsi davam etdirilmişdir. 3 məqalə xaricdə nəşr olunmuş, 2 üzüm – “Kəpəz” və “Bəhrəli” (patent 00230, patent 00229) sortları rayonlaşdırılmışdır. Bir nəfər elmlər doktorluğu, bir nəfər fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə etmişdir.

İnstitut əməkdaşlarının AMEA Neft-Kimya Prosesləri İnstitutu ilə birgə işləyib hazırladığı “Üzümün yarpaq və giləsində oidiuma qarşı 2 morfolimektik-5- metilfenol kompleks duzu”na Avrasiya Patent Təşkilatı tərəfindən patent alınmışdır (patent № 24384).

ÜŞETİ-nun direktoru T.M.Pənahov Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) elmi dəstəyi və İtaliyanın RECEVIN şirkəti və “Citta del Vino” Milli Assosiasiyasının təşkilatçılığı ilə 2017-ci il 25-28 may tarixlərində  İtaliyanın Tramonti şəhərində (Amalfi sahili – Costa d’Amalfi) keçirilmiş “La Selezione del Sindaco 2017” 16-cı Beynəlxalq Şərab Müsabiqəsində hakim-dequstator qismində iştirak etmişdir.  

“La Selezione del Sindaco 2017” 16-cı Beynəlxalq Şərab Müsabiqəsinə  Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda hazırlanmış “Mədrəsə” və “Cəlilabad Şərab-2” ASC-nin məhsulu olan “Şahnaz” qırmızı turş süfrə şərabları təqdim edilmişdi. Müsabiqənin nəticələrinə görə, “Şahnaz” şərabı gümüş,Mədrəsə” şərabı isə bürünc medala layiq görülmüşdür.

Baytarlıq ET İnstitutunda cari ildə 3 problem, 4 mövzu üzrə tədqiqat işləri davam etdirilmişdir. Baytarlıq İnstitutu əməkdaşları Abşeron, Xaçmaz, Quba, Gəncə, Göygöl rayonlarının quşçuluq təsərrüfatlarında epizootik vəziyyəti öyrənmiş, bakterioloji müayinələr isə Baytarlıq ETİ-nin Quş xəstəlikləri şöbəsində aparılmışdır.

İnəklərdə pasterelyozun epizootiki vəziyyətinin öyrənilməsi və müalicə profilaktika tədbirləri təkmilləşdirilmişdir. Həmçinin heyvanların, quşların, balıqların xəstəliklərinə qarşı baytarlıq sanitariya kompleks tədbirlər sistemi işlənib hazırlanır.Hesabat ilində 427 preparat və 53 vaksin sınaqdan keçirilmişdir.

İnstitutun 1 elmi əməkdaşı fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir. Əməkdaşlar tərəfindən 37 elmi məqalə (ondan 9-u xaricdə), 1 kitab  nəşr edilmişdir.

Hesabat dövründə BETİ-nin Mikroorqanizmlər Ştamları Bankı Şöbəsində  37 istehsalat və nəzarət virus və bakteriyaların ştamları təzələndirilmiş və depolaşdırılmışdır. Bundan əlavə, ştamlara aid bütün informasiya  xüsusi elektron “PACS” sisteminə (“The Pathogen Asset Control System” – Patogen Ehiyatlara Nəzarət Sistemi” adlı xüsusi elektron informasiya sistemi) daxil edilmışdır ki, bu da ştamların hərəkətlərini izləmək üçün yaxşı imkan yaradır.

Yarımillikdə  kimyəvi preparatların keyfiyyətinə nəzarət şöbəsi 20  xarici ölkənin  34 istehsalçı  kompaniyaları tərəfindən təklif olunan  219  baytarlıq preparatlarına aid sənədlər toplusu və preparat nümunələri ekspertizadan keçirilmiş və onların dövlət qeydiyyatına alınması barədə müsbət rəy verilmişdir. Bunlardan 180 preparat ilk dəfə, 39 preparat təkrar olaraq qeydə alınmışdır. İdxal  edilmiş 208 preparat serya nümunələrində  mümkün olan anlizlər   aparılmışdır. Eyni zamanda Bioloji preparatların keyfiyyətinə nəzarət şöbəsində 53 bioloji preparat yoxlamadan keçmişdir. Onlardan 15 ilkin, 5 təkrar qeydiyyat olduğu üçün rəy, 33 idxal olunan preparatlara məktubla cavab verilmişdir.

İnstitut akademik K.İ.Skryabin adına Moskva DBA və Biotexnologiya, Kuban DAU-i, Ümumrusiya ET Patologiya, Farmokologiya, Terapiya, Dağıstan ET Patologiya, Farmokologiya, Terapiya, Dağıstan ET Baytarlıq İnstitutları və Ukraynanın DAU-i ilə sıx əməkdaşlıq edir. 

Azərbaycan Dövlət Aqrar Universitetində 2017-ci ildə respublikada biomüxtəlifliyin qorunması ilə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı he­sa­­bına ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün, torpaqların mün­bitliyinin yax­şı­laşdırılması, me­li­orasiyası və suvarma texnologiyalarının öy­rə­­­nil­məsi, kənd təsər­rü­fatı bitkilərinin ge­ne­fon­dunun toplanması, toxum və ting is­teh­salı, əkinçilikdə müa­sir be­cər­­mə tex­no­­lo­giya­larının işlənməsi, yeni heyvan cins­lə­ri­nin yara­dıl­ması, damazlıq işlərinin təşkili, bitkiçilik və hey­van­darlıq məhsul­larının daşınması və saxlanması, kənd təsər­rü­fa­tı­nın bütün sahə­lərində istifadə olunan tex­ni­kanın səmərə­li­li­yi­nin artırıl­ması, fermer təsərrüfatla­rı­nın idarə olunma­sı və kənd­ tə­sər­­rüfatı məhsul­la­rının iq­ti­­sadi təhlili, tor­paq, enerji, resurs qoruy­ucu innovativ tex­no­­lo­giyaların, el­ek­trik avadanlıqlarının və maşınlar kom­ple­ksinin əsas­lan­dırılması   istiqamətində elmi-tədqiqat işləri davam etdirilir.

Bu işlərin yerinə yetirilməsində 31 kafedra,  2 sahəvi laboratoriya, 1 istiqamət, 5 prob­lem və 18 mövzu, o cümlədən  Dövlət qeydiyyatından keçmiş 9  mövzu üzrə 588 əməkdaş iştirak edir. Genofondda 256 bitki, 2 heyvan xətti toplanmışdır. Həmin bitki nümunələri kolleksiya, hibrid və seleksiya pitom­niklərində səpilmiş, onlar üzərində fenoloji müşahidələr, sünbül və dərz analizləri aparılmışdır. 2017-ci ildə 1 Tritikale sortu rayonlaşmışdır.

Tədqiqatların yerinə yetirilməsində 588 elmi işçi, o cümlədən 242 fəlsəfə doktoru, 19 elmlər doktoru iştirak etmişdir.

2017-ci ilin birinci yarısında (yanvar-iyun) ADAU əməkdaşları tərəfindən 7 dərslik, 5 monoqrafiya, 15 ədəd dərs vəsaiti, 52 ədəd metodik göstəriş, 228 proqram, 370 ədəd məqalə - bunlardan 325 ədədi respublikada, 45 ədədi xaricdə nəşr edilmiş, 16 nəfər  nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir.

31 yanvar 2017-ci il tarixində “Azərbaycan Respublikasında pambıqçılığın mövcud vəziyyəti və inkişaf yolları”, 2017-ci ilin fevral ayında “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri”, 07 fevral 2017-ci il tarixdə Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında Prezidentin Sərəncamına əsasən konfrans və 14 aprel 2017-ci il tarixində  “Multikultiralizm Azərbaycanın həyat tərzidir” mövzusunda konfrans keçirilmişdir.

         Aqromexanika ET İstitutunda 3 problem, 7 mövzu üzrə tədqiqat işi davam etdirilmiş, elmi-tədqiqat işlərinin proqram və metodikası işlənmiş və Elmi Şurada təsdiq olunmuşdur.

 

Cari ilin birinci yarımilində institut əməkdaşları tərəfindən 6 ədəd tövsiyə, 9 ədəd elmi məqalə yerli jurnallarda, 9 ədəd isə xaricdə çap olunmuş, 2 ədəd qurğunun texniki sənədləri işlənmişdir. Hazırda Rusiya Federasiyasında 3 ədəd və 1 ədəd Milli ixtiranın verilməsi barədə qərar qəbul edilmişdir. Hazırda 3 doktorant və 9 dissertant təhsil alır.




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”İNKİŞAF KONSEPSİYASI

 

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır