təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər
  Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi     ELAN  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












2017 hesasbat (illik)

2017-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sisteminə daxil olan

Elmi-Tədqiqat İnstitutlarında və ADAU-da görülmüş işlərə dair

 

HESABAT

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aqrar sahədə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi yolu ilə rəqabət qabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması qarşıya strateji məqsədlərdən biri kimi qoyulmuşdur. Bununla əlaqədar müəyyənləşdirilmiş “Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi” strateji hədəfi (Strayeji hədəf 5.) çərçivəsində ikinci prioritet kimi kənd təsərrüfatında elmi-tədqiqatların aparılması və nəticələrinin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi məsələsinin nəzərə alınacağı, bu məqsədlə elmi-tədqiqat institutlarının maliyyələşmə mənbələrinin diversifikasiyası, aqrar sahə üzrə intellektual mülkiyyət hüquqları ilə bağlı qanunvericilik bazasının hazırlanması, elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılması və eləcə də beynəlxalq elmi tədqiqat institutları ilə yerli elmi tədqiqat institutlarının əlaqələrinin dərinləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Hesabat ilində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (AEİMM) strukturunda 8 elmi-tədqiqat institutu, onların 39-u –elmi təcrübə bazası, 3 Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi, Lənkəran Çay Filialı, 2 Atçılıq Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyət, 2 Elmi Eksperimental Baza, Azərbaycan Bioloji Kombinat, Abşeron Regional Süni Mayalama Mərkəzi, Respublika Süni Mayalama Mərkəzi, Arıçılıq Mərkəzi, Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası və 8 regional aqrar elm və informasiya məsləhət mərkəzi (RAEİMM) fəaliyyət göstərmişdir.

2017-ci ildə Kənd təsərrüfatı Nazirliyi sisteminə daxil olan müəssisələrdə 27problem, 101 mövzuya dair tədqiqat işləri davam etdirilmiş, dənli, dənli-paxlalı, pambıq, tərəvəz, bostan, üzüm, yem, meyvə və digər bitkilərin 24582 genofondu, 82 ipəkqurdu, 7 heyvan, 1 arı cinsi öyrənilmiş (ondan AEİMM üzrə 19 problem, 74 mövzu, 24326 qenofond, 82 ipəkqurdu, 5 heyvan, 1 arı cinsi) və qiymətli  təsərrüfat əlamətlərinə malik sort nümunələri və hibridləri müəyyənləşdirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi üzrə 2017-ci ildə 1187 elmi işçi , 416 fəlsəfə doktoru , 45 nəfər elmlər doktoru, 2 nəfər AMEA-nın müxbir üzvü iştirak etmişdir.

Hesabat ilində  Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qərarı ilə 18 bitki sortu (2 yumşaq buğda, 1 arpa, 1 yonca, 2 pomidor, 2 soğan, 1 tərəvəz lobyası, 1 şirin bibər, 2 acı bibər, 1 yemiş, 2 üzüm, 1 alma, 1 tut, 1 triteale taxıl  sortu) rayonlaşdırılmış və 11 sort nümunə isə Dövlət reyestrinə daxil edilmiş, 24 patent alınmış, 4 yeni qurğuya patent almaq üçün sənədlər təqdim edilmişdir.

Cari ildə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2017-ci il 25 yanvar tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının “Elmi tədqiqatların nəticələrinin informasiya məsləhət xidməti vasitəsi ilə fermerlərə ötürülməsinin təmin edilməsi” yarımbəndinin (5.2.4)icrasına uyğun olaraq AEİMM sisteminə daxil olan elmi-tədqiqat institutları tərəfindən müəyyənləşdirilmiş 80-dan çox mövzuya dair təlim materiallarının (təqdimatlar, bukletlər və s.) hazırlanması başa çatmaq üzrədir.

2017-ci ildə elmi-tədqiqat işlərinin nəticələrinə dair 4 monoqrafiya, 65 kitab, 1217 məqalə (ondan 175 məqalə və 2 kitab xaricdə),  71 buklet, 26 tövsiyə dərc edilmişdir.

Elmi nəticələrin (yeni sortlar, texnologiyalar və s.) nümayişi və fermer təsərrüfatlarında yayımı məqsədilə regional aqrar elm və informasiya məsləhət mərkəzlərində  və fermer təsərrüfatlarında 14 seminar, 2 elmi-praktiki konfrans, 14 praktiki təlim, 30 məktəblilərlə görüş,  2 istehsal müəssisələrində görüş keçirilmişdir.    

Hesabat dövründə elmi-tədqiqat müəssisələrində elmi potensialın gücləndirilməsi ilə əlaqədar işlər davam etdirilmişdir. Hazırda 26 elmlər və 48 fəlsəfə doktorluğu üzrə ADAU-da 57 nəfər doktorluq 169 nəfər isə fəlsəfə doktorluqu üzrə kadr hazırlığı həyata keçirilir. 2017-ci ildə AEİMM-in elmi-tədqiqat müəssisələrində 3 nəfər elmlər doktorluğu, 9 nəfər fəlsəfə doktorluğu üzrə ADAU-da isə 16 nəfər dissertasiya  müdafiə etmişdir.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və onun struktur bölmələrinin CGİAR konsorsiumuna daxil olan 9 beynəlxalq ( CİMMYT, İCARDA və s.) BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bir sıra ölkələrin müvafiq elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq əlaqələri 2017-ci ildə də davam etdirilmişdir. Bu əlaqələr əsasən elmi təcrübə mübadiləsi, kadr hazırlığı, seleksiya materiallarının mübadiləsi, kənd təsərrüfatında toxumçuluğun, tingçiliyin və damazlıq işinin regional inkişafı, kənd təsərrüfatı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, yeni texnologiyaların tətbiqi və bir çox digər məsələləri əhatə etmişdir.

Hesabat ilində Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sistemində 18-dən çox əməkdaş bir sıra ölkədə (Fransa, Çin, Gürcüstan, Türkiyə, İspaniya, Rusiya, İtaliya, Ruminiya və s.) təşkil olunan müxtəlif konfrans, sərgi, seminar, təlim kursu və s. tədbirlərdə iştirak etmişdir.

ET İnstitutlarında mövzu planları üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin, həmçinin doktorant və dissertantların apardıqları elmi araşdırmaların nəticələri Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Aqrar Elmi” jurnalında dərc olunur. 2017-ci ildə jurnalın 4 nömrəsi çap olunmuşdur. Həmin nömrələrdə “İqtisadiyyat”, “Əkinçilik”, “Bitkiçilik”, “Seleksiya və toxumçuluq”, “Heyvandarlıq və baytarlıq”, “Bitki mühafizəsi”, “Mexanikləşdirmə”, “Ekologiya və emal” və  “Gənc alimlərin tribunası” bölmələri üzrə məqalələr dərc olunmuşdur.

2017-ci ildə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin müvafiq stuktur bölmələrində ümumilikdə   3131,79 ton taxıl toxumları istehsal olunmuşdur ki, bunun 32,135 tonu orijinal, 195,58 tonu Super elit, 1702,94 tonu elit toxumları olmuşdur. Bununla yanaşı 0,135 ton super elit, 0,982 elit tərəvəz toxumu, 24,0 ton super elit, 59 ton elit kartof toxumu, 0,806 ton super elit, 3,889 ton elit yonca toxumu,  0,28 ton super elit, 0,806 ton elit xaşa toxumu, 7,0 ton super elit, 37,4 ton elit pambıq toxumu, həmçinin 64000 üzüm tingi, fındıq pöhrəsi 20000, fındıq tingi 6000, nar və digər subtropik bitkilər 43000, müxtəlif meyvə tingi 145000 və 32000 çay tingi  istehsal olunmuşdur.

Əkinçilik ET İnstitutunda 6 problem, 13 mövzuya dair tədqiqat işləri davam etdirilmiş, dənli, dənli-paxlalı və digər bitkilərin 14968 genofondu öyrənilmiş, 4 bitki sortu rayonlaşdırılmış, 6 bitki sortu (2 yumşaq,  2 bərk buğda, 1 lərgə, 1yonca) Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınaqdan keçirilməsi üçün təqdim edilmiş, qiymətli təsərrüfat əlamətlərinə malik sort nümunələri və hibridləri müəyyənləşdirilmişdir.

Əkinçilik ET İnstitutunda tədqiqatların yerinə yetirilməsində 131 elmi işçi, o cümlədən 44 fəlsəfə doktoru və 5 elmlər doktoru iştirak etmişdir.

                   Elmi işlərin nəticələrinə dair 44 məqalə və tezis (ondan 9-u xaricdə), 10 buklet, 10 tövsiyə nəşr olunmuşdur, 1 elmlər doktorluğu üzrə müdafiə etmişdir.

                   Yerinə yetirilən 13 mövzudan 9-u tətbiqi, 4-ü isə fendamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu, Molekulyar biologiya və Biotexnologiyalar İnstitutu və Beynəlxalq Seleksiya Mərkəzləri olan  İCARDA, CİMMYT-lə əməkdaşlıq edir.

                   Hesabat ilində xaricdə aşağıdakı məqalələr nəşr olunmuşdur:

1. Амиров Л.А., Гусейнов С.И., Гасанова Г.М.,Мирзоев Р.С. Качество зерна продовольственных бобовых культур нута и чече-вицы в условиях Азербайджана Вестник науки и образова-ния. Москва, 2017, №2 (26), c. 10-12

2. Allahverdiyev T., Huseynova I. Influence of water deficit on photosynthetic  activity, dry matter partitioning and grain yield of different Durum and Bread Wheat genotypes Cereal Research Communi-cations. 2017, v. 45, №3, p. 432-441.

3. Алиев Э.Б, Гаджиева С.К., Ахмедов Ш.Г., Абдуллаев А.М., Мусаев А.Дж., Талаи Дж.М История развития селекционных работ по тритикале в Азербайджане Институт растениеводства им. В.Я.Юрьева НААН Украины, Украинский институт экспертизы сортов растений. Тритикале куль-тура ХХI сторıччя, Харьков, 2017, с. 22.

4. Амиров Л.A., Гасанова Г.М., Гусейнов С.И. Качество зерно продоволъственных  бобовых кулътур нута и чечевицы в условиях Азербайджана Вестник науки и образования. 2017, №2 (26).

5. Ахмедова Э.М. Влияние способов основной обра-ботки почвы на агрофизические свойства и урожайность озимой пшеницы в богарных условиях Азербайджана Материалы Международной научной конференции XX Докучаевские молодежные чтения Почва и устойчивое развитие государства”. СПб., 2017, с. 149-151

6. Рустамов Х.Н., Гасанова Г.М., Гумматов Н.Г., Ахмедова Г.Г. Связь качества зерна у новых сор-тов пшеницы твердой (T.durum Desf.) с агроклиматическими условиями Успехи современной науки, Белгород, 2017, т. 2, №10, с. 15-20

          7. Гасанова Г.М., Поладова Г.Г., Умудова И.З. Взаимодействия генотип-среда в определинии урожая и качества зерна мягкой пшеницы Проблемы качества зерна пшеницы и пути их решения. 2017, c. 13-15

          8. Nagy É., Kenny P., Kondic-Spika A., Grausgruber H., Allahverdiyev T., Sass L., Vass I., Pauk J. Testing drought and salt stress tolerance of wheat varieties in a greenhouse phenotyping system Növénytermelés. 2017, v. 66, №2, p. 69-87

9. АббаскулиеваА.Г. Муснистая роса тыквенных (CUCURBITACEAE) растений и меры борьбы с ней  Успехи современной науки и образований. 2017, т. 2, №3.

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda 2 problem, 19 mövzu üzrə tədqiqat işləri aparılır.

          İnstitutda 415 genofond öyrənilmişdir. Payızlıq taxıl sahələrində bir çox xəstəliklərin yayıldığını nəzərə alaraq, 2017-ci ildə taxıl sahələrində yayılmış xəstəliklərin növ tərkibi müəyyənləşdirilmişdir. Bundan əlavə taxıl sahələrində 6 növ xəstəlik, 8 növ zərərverici aşkar edilmişdir. İnstitut əməkdaşları tərəfindən  26 məqalə, (ondan 4 xaricdə) 1tövsiyə, 10 buklet nəşr etdirilmiş, 1 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir.

          İnstitut Ukrayna Elmlər Akademiyası və Moldova Respublikasının Bitki Mühafizəsi və Ekoloji Əkinçilik İnstitutu ilə bağlanmış müqavilələrə əsasən tədqiqat işlərini davam etdirmişdir.

İnstitut  Türkiyənin Kapar adlı özəl təşkilatı ilə əməkdaşlıq əlaqələri quraraq bioloji mübarizədə zərərvericilərə qarşı istifadə etmək üçün 9 adda feremon tutucu

tələlər və onların dispenser kapsulalarını əldə edilmişdir. Hal-hazırda yeni  feremon tələlər alınmış və qarşılıqlı əməkdaşlıq tədbirləri davam etdirilir.

          Cari ildə xaricdə 4 məqalə çapdan çıxmışdır. Bunlar aşağıdakılardır:

1.      K.Q.Hüseynov Influence mechanism of the ecological factors to development of fencricket Educational Researcher Issue 9 (2), VOLUME 46

2.      Г.А.Асланов Г.Х.Новрузова Влияние удобрений на урожайность хлопчатника М.: Аграрная наука,   3

          3. Г.А.Асланов Р.T. Джафарова Влияние удобрений на урожайность и качество клубней картофеля в Гянджа-Казахской зоне Азер­бай­джана Вестник Рязанс­кого Госу­дарст­вен­ного Агро­тех­ноло­гичес­кого Универ­си­тета им. П.А.Косты­чева, Рязан, № 2

4. В.А.Салахов Изучение динамики численности полевок в Гянджа-Газахской зоне Азербайджана Аграрная наука, Москва № 8.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 1 problem 7 mövzu üzrə tədqiqat işləri davam etdirilmiş, müxtəlif tərəvəz tərəvəz bitkilərinin 939 genofondu öyrənilmiş, 9 bitki sortu (2 pomidor, 2soğan , 1 tərəvəz lobyası, 1 şirin bibər, 2 acı bibər, 1 yemiş) Bitki Sortlarının Qeydiyyatı və Toxuma Nəzarət üzrə Dövlət Xidməti  tərəfindən rayonlaşdırılmış və patent alınmışdır.

Tərəvəzçilik ET İnstitutunda tədqiqatların yerinə yetirilməsində 74 elmi işçi, o cümlədən, 2 elmlər doktoru, 15 fəlsəfə doktoru iştirak etmişdir.

Aparılan elmi işlərin nəticələrinə dair 28 məqalə ondan (21-i xaricdə), 30 buklet, 1kitab çapdan çıxmışdır.

Aqrar elm sahəsində qazanılmış mütərəqqi təcrübə və metodların mübadiləsi çərçivəsində 2005-ci ildən Tərəvəzçilik ET İnstitutunda Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC Tayvan), Beynalxalq Kartofçuluq Mərkəzi (CİP, Peru) və son illər ərzində Belarus genetika və Sitoloqiya İnstitutu ilə sıx əməkdaşlıq edir.

Eyni zamanda İnstitutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Çin, Yaponiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi sahəsində əməkdaşlıq aparırlar.2017-ci ildə xaricdə aşağıdakı məqalələr nəşr olunmuşdur

Xaricdə dərc olunan məqalələr aşağıdakılardır:

1. А.Г.Эйвазов Ш.Б.Кулиев А.Ш.Асадова Т.Г.Солуянова Э.А.Мамедова Влияние органических и сложных минеральных удобрений на цветную капусту на Апшеронском полуострове Овощеводство и бахчеводство: Исторические аспекты, современное состояние, проблемы и перспективы развития. Материалы III Международный научно-практической конференции. Круты, 2017, т. 2, 356-361

          2. А.Г.Эйвазов Ш.Б.Кулиев Э.А.Мамедова Т.Г.Солуянова А.Ш.Асадова Влияние различных доз органического и минеральных удобрений на урожайность овощной фасоли Овощеводство и бахчеводство: Исторические аспекты, современное состояние, проблемы и перспективы развития. Материалы III Международный научно-практической конференции. Круты, 2017, т. 2, 361-365

3. Л.Г Садыхова Влияние препаратов  клубеньковых бактерий наурожайность и на структурные елементы урожая фасоли ТОО «Казахский научно-исследовательский институт картофелеводства и овощеводства»2017 t; 2; стр 397-400.

4. А.Г.Эйвазов Ш.Б.Кулиев Рост, развитие и урожайность репчатого лука в зависимости от внесения, различных норм органического и сложных минеральных удобрений Овощеводство и бахчеводство: Исторические аспекты, современное состояние, проблемы и перспективы развития. Материалы IIIМеждународный научно-практической конференции. Круты, 2017, т. 2, 366-372

5. А.Г.Эйвазов Ш.Б.Кулиев А.Ш.Асадова Э.А.Мамедова Биохимические показатели экологически безопасный овощной продукции, полученной с внесением органо-минеральных удобрений Ж. «Агроэкологический вестник», вып. 8, часть II, «ОРГБОУ ВО» Воронежский АГУ им. Петра I, 2017, 98-104

6. Ə.H.Babayev Z.K.Əliyeva Az MEA-nın Humanitarian and SOCİAL SCİENCES “Economic and social aspects of modernization of marketable and seed. CROPS PRODUСTİON OF VEGETABLES, MELONS and POTATOES // №1, s.14-19, 2017

7. Р.А.Аббасов С.А.Останова Влияние обработки почвы и удобрений на урожайность озимой пшеницы Агроэкологический вестник выпуск 8. Часть 1, 231-238 с.

8.А.Г.Эйвазов И.Ш.Алиева Посленовых культур овощеводство и бахчеводство: Исторические аспекты, Современное состояние, проблемы и перспективы развития Материалы III Международной научно-практической конференции 13-14 марта 2017 года, Черниговский обл., Украина, т.2. Круты 2017 346 с.

9. И.Ш.Алиева Новый сорт помидора для открытого грунта Агроэкологический вестник, Выпуск 8, Часть 1. Воронеж, 2017, 155 с.

 

                   Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda 1 problem üzrə 8 mövzu aparılmış, üzümün 420 sort nümunəsi toplanmışdır.

                   Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (KTN BSQTNDX) sınaq üçün təqdim olunmuş 7 yeni üzüm sortundan 2 sort (Bəhrəli və Kəpəz) 2017-ci ildə Dövlət Reyestrinə daxil edilmiş, onlara Patent və müəlliflik şəhadətnaməsi alınmışdır.                          

AMEA Neft-Kimya Prosesləri İnstitutu və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun birgə işləyib hazırladığı “Üzümün yarpaq və giləsində oidiuma qarşı 2 morfolimektik-5- metilfenol kompleks duzu” Avrasiya Patent Təşkilatı tərəfindən patent almışdır.

Tədqiqatların yerinə yetirilməsində 46 elmi işçi, o cümlədən 1 elmlər doktoru, 1 nəfər AMEA-nın müxbir üzvü, 14 fəlsəfə doktoru iştirak etmişdir.

Elmi işlərin nəticələrinə dair 10 məqalə, (ondan 8 xaricdə) 8 buklet nəşr olunmuşdur. 1 nəfər elmlər doktoru, 1 nəfər isə fəlsəfə doktorluğu müdafiə etmişdir.

5-7 may tarixlərində ÜŞETİ-nun direktoru   T.M.Pənahon İspaniyanın Valyadolid şəhərində keçirilən ənənəvi Beynəlxalq “Concours Mondial de Bruxelles” şərab yarışmasında hakim-dequstator qismində iştirak etmişdir.

         İnstitutun direktoru T.M.Pənahov 25-28 may tarixində OİV-nin sponsorluğu və İtaliyanın “Citta del Vino” Milli Assosiasyasının İtaliyanın Salerno vilayətində təşkil etdiyi “Selezione del Sindaco 2017” XVI-ci Beynəlxalq Şərab müsabiqəsində hakim-dequstator qismində iştirak etmişdir. Adı gedən yarışmada ÜŞETİ-nin vasitəsi ilə təqdim olunmuş  Cəlilabad-2 ASC-nin “Şahnaz” ağ süfrə şərabı gümüş medalla təltif olunmuşdur.

         Beynəlxalq elmi əməkdəşlıq haqqında razılaşmalara əsasən Dağıstan Dövlət Kənd Təsərrüfatı Akademiyası, Ukrayna Milli Elmlər Akademiyasının Aqroekologiya və Təbiətdən istifadə İnstitutu, “Maqaraç” Milli Üzüm və Şərab İnstitutu, Gürcüstan Elmi-Tədqiqat Bağçılıq, Üzümşülük və Şərabçılıq İnstitutu ilə müxtəlif sahələrdə məsləhətləşmələr, informasiya və nəşr mübadiləsi aparılmışdır.

          AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, Polimer Materialları İnstitutu və KTN-in Bitki Mühafizəsi ETİ ilə birlikdə üzümdə zərərverici və xəstəliklərə qarşı yeni preparatların hazırlanması və sınağı üzrə işlər aparılır.

           AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə üzüm toxumundan yağ alınması üzrə işlər aparılır, hal hazırda yağın praktiki olaraq alınmasına hazırlıq işləri gedir.

2017-ci ildə xaricdə aşağıdakı məqalələr nəşr olunmuşdur:

         

1. Панахов Т.М. Шафизаде Дж.А. «Сосотояние изученности теоретической основы технологии натуральных красных вин« Лучшая научная статья 2017, Сборник статей международного конкурса  Пенза- 2017 ,  с. 60-64.

2. Панахов Т. М. Шафизаде Дж.А. «Способ устранения повышенной концентрации высших спиртов молодых виноградных дисстилятов» Agrecultural & Veterinary  Sciences  Vol1, No.1, 2017, с. 12-17.

3.Панахов Т.М. Шафизаде Дж.А. «Анализ исследований направленных на изучения факторов, формирующих качество Ежемесячный Mеждународный Научный Журнал «Интерактивная Наука»   Россия Чувашская  Республика 2017, стр. 32-35.

4. Panahov T.M. Shafizada Ja.A. İnvestigation of the processes of natural and artificial driying of oak staves The USA Journal of Applied Sciences 2017, N1  s.3-6.

5. Панахов Т.М. Шафизаде Дж.А Исследование процессов трансформации ароматическоих компонентов дубовой клепки в период естественной сушки созревания в сравнении с исскуственной Кубанский Государственный Технологической Университет Пищевая технология»  №2-3 . 356-357 с.72-78.

Meyvəçilik və Çayçılıq ET İnstitutunda 3 problem, “Meyvəçilik”, “Subtropik bitkilər”, “Azərbaycan çayı” və 12 mövzu, 44 iş üzrə  davam etdirilmişdir. Meyvə bitkilərinin 7075 genefondu öyrənilmiş, 1 alma sortu rayonlaşdırılmış, 1 yeni  seleksiya gilas sortu isə Bitki sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınaqdan keçirilməsi üçün təqdim edilmişdir. Tədqiqatların yerinə yetirilməsində 59 nəfər elmi işçi, onlardan 5 elmlər doktoru və 20 həfər fəlsəfə doktoru iştirak etmişdir. Aparılan tədqiqat işlərinin nəticəsi olaraq 25 məqalə və tezis (ondan 4-ü xaricdə), 4 kitab nəşr edilmişdir.

2017-ci ildə institutun 2 nəfər əməkdaşı fəlsəfə elmləri doktorluğu, 1 nəfər isə elmlər doktorluğu üzrə müdafiə etmişdir.

2017-ci ildə Rusiya Federasiyasının Dağıstan ET Kənd Təsərrüfatı İnstitutu, Belarus ET Bağçılıq İnstitutu və Belarus Kənd Təsərrüfatı Akademiyası, İspaniyanın “Viveros Veron”  şirkəti, İngiltərənin “Meiosis” şirkəti ilə bağlanılmış müqavilələr əsasında meyvəçilik, tingçilik və elmi kadrların hazırlanması sahəsində elmi əməkdaşlıq əlaqələri  müvəffəqiyyətlə davam etdirilmişdir.

Xaricdə dərc olunan məqalələr aşağıdakılardır:

1.     Hafizov Q.K. Actualization of issues of identification and falsifa-tication of

pomegranate juices“World Science” Journal, Dubai, UAE

2.     Məmmədov C.Ş. Xəzər dənizi səviyyəsindəki dəyişikliyin Azərbaycanın sahil zonasına təsirinə dair Diploma İnternaional Scientific and Practical Conference “Modern Methodology of science and educationEXPO 2020 DUBAİ, UAE

3. Mammadov J.Sh. Impact of soil moisture on the architectonic of the root system of Punica Granatum L. Kasmera Volumen 45 №1 Venezuela

4. Mammadov J.Sh. Diploma İnternational Scientific and Practical Conference “Modern Methodology of science and education” EXPO 2020 DUBAİ, UAE (diplom)

Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda 1 problem 4 mövzu altında 2017-ci ilə dair mərhələlər üzrə yerinə yetirilən elmi-tədqiqat işləri ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının, 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə qəbul edilmiş “Strateji Yol Xəritəsi” nin eləcədə aqrar sahənin inkişafı üzrə qəbul edilmiş müvafiq normativ-hüquqi sənədlərin əsas müddəalarını əhatə etməklə bərabər, aqrar sahədə biznesin inkişafı və aqrobiznesin inkişafında zəruri olan biznes inqubatorlarının yaradılması, kooperativlərin inkişafı və istehsal resurslardan səmərəli istifadədə rolu, bir neçə iqtisadi rayon üzrə aqrar sahədə kooperasiya münasibətlərinin inkişafının regional xüsusiyyətləri, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarında təsərrüfatların informasiya monitorinq sisteminə cəlb etməklə təsərrüfatların iqtisadi cəhətdən təhlilinin aparilması, kənd təsərrüfatı məhsullarının istehsalında torpaqlardan istifadənin mğvcud vəziyyətinin qiymətləndirilməsi və istehsal potensialının yüksədilməsi istiqamətləri və əhalinin etibarlı ərzaq təminatı baxımından regionlarda ərzaq mənşəli kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətləri üzrə elmi tədqiqat işləri davam etdirilmişdir.

 Hazırda İnstitutda 38 nəfər elmi işçi çalışır ki, ondan da 12 nəfər fəlsəfə doktoru 6 nəfər isə elmlər doktorudur. Institutda  3 nəfər fəlsəfə doktorluğu, 1 nəfər isə elmlər doktorluğu üzrə müdafiə etmişdir.

Institut Rusiya , Gürcüstan, Qazaxıstan, Moldova, Belarus, Litva və Türkiyyə Respublikasının İnstitutları və aidiyyatı qurumlar ilə elmi əməkdaşlıq edir.

Institut əməkdaşlarının 1 monoqrafiya, 53 məqaləsi (11 xaricdə ) nəşr olunmuşdur.

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutunda tədbiqlə bağlı  əldə olunan nəticələr əsasında hazırlanmış tövsiyə və təkliflər istifadə üçün KTN-ə və aidiyyəti qurumlara göndərilir.

1 monoqrafiya və xaricdə dərc olunan məqalələr aşağıdakılardır:

1. Ə. Zeynallı“Aqrar – Sənaye Kompleksi Sahələrində Kooperasiya və İnteqrasiya Münasibətləri: Nəzəri və Təcrübi Məsələlər”(Monoqrafiya)., “Avropa” nəşriyyatı-2017

2. А. Т. Зейналлы., Э.А.Кулийев., В. М. Бабаева «Экономические счета агропромышленного комплекса основы его экономико – статистической оценки», Международной научно-практической конференции. Барнаул, 27 – 28 февраля 2017 г. / Алтайская лаборатория Сиб-НИИЭСХ СФНЦА РАН; под науч. ред. проф. Г.М. Гриценко. – Барнаул: Алтайский дом печати, 2017. - 824 с , стр.236

3. Абасова Я. И«Формирование организационного механизма обеспечения устойчивого развития сельского туризма в Азербайджане» Журнал Экономика и Предпринимательство, Международный научный журнал 4-ое издание, Москва – 2017

4. Рауф Джабиев доктор экономических наук, профессор, главный научный сотрудник Института экономики научный сотрудник Научно-исследовательского института экономики сельского хозяйства Азербайджана, АКТУАЛЬНЫЕ ВОПРОСЫ ПОВЫШЕНИЯ ЭФФЕКТИВНОСТИ ЭКОНОМИКИ АЗЕРБАЙДЖАНА В УСЛОВИЯХ СНИЖЕНИЯ ЦЕН НА НЕФТЬ И ДЕВАЛЬВАЦИИ МАНАТА, ОБЩЕСТВО И ЭКОНОМИКА, № 8, 2017

5. Алиев Сахиб Байрам оглы – доктор философии по экономике, заведующий отделом, НИИ экономи-ки сельского хозяйства Азербайджанской Республики, г. Баку, Азербайджанская Республика. «Кооперация в Азербайджане в аграрной сфере: проблемы и перспективы»Международной научно-практической конференции. Барнаул, 27 – 28 февраля 2017 г. / Алтайская лаборатория Сиб-НИИЭСХ СФНЦА РАН; под науч. ред. проф. Г.М. Гриценко. – Барнаул: Алтайский дом печати, 2017. - 824 с , стр.236

 

Baytarlıq ET İnstitutunda 3 problem, 4 mövzu üzrə tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılmasında 40 nəfər elmi işçi, 4 elmlər doktoru, 29 nəfər fəlsəfə doktoru iştirak etmişdir. Elmi işlərin nəticələrinə dair 11 məqalə (5-i xaricdə) və 1 kitab nəşr edilmiş, 1 fəlsəfə doktoru müdafiə etmişdir. Cari ildə 759 preparat, 193 vaksin sınaqdan keçirilmiş, 3 tətbiq işləri aparılmışdır.

İnstitutun əməkdaşlarından Ü.Hüseynova, K.Yusifova, G.Süleymanova və A.Abdullayev 3 həftəlik Çin Xalq Respublikasında seminarda iştirak etmişlər.

İnstitutun direktoru 21-28 mart 2017-ci il tarixində Fransa Respublikasının Paris şəhərində Treninq layihəsi çərçivəsində keçirilmiş tədbirdə, 21-27 may 2017-ci il tarixində isə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Dünya Nümayəndələri Assambleyasının 85 illik Baş Sessiyasında iştirak etmişdir. 

Xaricdə dərc olunan məqalələr aşağıdakılardır:

1. Сеидов Я.М., Акберова Р.Н. Hекоторые морфологические уточнения  возбудителей  Хабертиоза и Езофагостомоза Научный журнал. Санкт-Петербург, Государственная Академия Ветеринарный Медицинский журнал стр. 91-94

2. Байрамов С.Ю. Новые схемы борьбы при нематодозах птиц и определение экономической эффективности Научный журнал. Казахстан, 2017, 2, стр. 48-51

3. Сулейманова А.В Сезонная и возрастная динамика зараженности карпа и сазана в Ширванском прудовом рыбном хозяйстве Азербайджана. «Вестник Харьковского Национального Университета В.Н.Каразина. Серия: биология», Харьков, 2017

4. Dilbazi G.H., Xaqani S.Ə., Əkbərova G.H“Design of a Chitoson Based Bio-Scaftolding for Regenerative Medicine Compatibility Analysis for Cartilage” Regeneration International Conference “Smart Bio”, 18-20 may, 2017, Kaunas Lithuania, 33.                  

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda 1 problem, 4 mövzuya dair, Arıçılıq Mərkəzində isə 1 problem, 3 mövzuya dair tədqiqatlar davam etdirilir. 2017-ci ildə təsdiq olunmuş mövzu planına uyğun olaraq respublikanın kənd təsərrüfatı üçün əhəmiyyət kəsb edən biomüxtəlifliyin qorunması, saxlanılması və istifadəsi, heyvandarlıqda yeni cinslərin yaradılması, mütərəqqi texnologiyanın hazırlanması və digər problemlərin həllinə dair tədqiqat işləri  Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda davam etdirilir.

Tut bitkisinin 308, hesabat ilində 1 tut sortu “Nağı tut” rayonlaşdırılmışdır. 82 ipəkqurdu, 1 arı və 5 heyvan sortnümunəsi öyrənilmişdir.

Elmi tədqiqatların aparılmasında 71 nəfər elmi işçi, 1 nəfər elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru iştirak edir. 2 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir.

2017-ci ildə tədqiqat işlərinin nəticəsinə görə 3 məqalə, 13 buklet və 4 tövsiyə çap olunmuşdur. Eyni zamanda Arıçılıq Mərkəzində isə 5 məqalə (ondan 3-ü xaricdə), 1 kitab yerli mətbuatda, 2 kitab isə xaricdə çap olunmuşdur.

Xaricdə 2 kitab dərc olunmuşdur. Bunlar aşağıdakılardır:

1. Сенчук Ю.А, Сеидов А.К. Пятьдесят не для пчеловодов, Полтава 2017, ст 88

2. Kadriye S., Seyidov A., Özkök A., Özkırım A., GenÇay Ö., Bölükbaşı D. - Yaşam için arılar- Ankara-2017, səh 134.

 Azərbaycan Dövlət Aqrar Universitetində 2017-ci ildə “Respublikada biomüxtəlifliyin qorunması ilə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı he­sa­­bına ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün, torpaqların mün­bitliyinin yax­şı­laşdırılması, me­li­orasiyası və suvarma texnologiyalarının öy­rə­­­nil­məsi, kənd təsər­rü­fatı bitkilərinin ge­ne­fon­dunun toplanması, toxum və ting is­teh­salı, əkinçilikdə müa­sir be­cər­­mə tex­no­­lo­giya­larının işlənməsi, yeni heyvan cins­lə­ri­nin yara­dıl­ması, damazlıq işlərinin təşkili, bitkiçilik və hey­van­darlıq məhsul­larının daşınması və saxlanması, kənd təsər­rü­fa­tı­nın bütün sahə­lərində istifadə olunan tex­ni­kanın səmərə­li­li­yi­nin artırıl­ması, fermer təsərrüfatla­rı­nın idarə olunma­sı və kənd­ tə­sər­­rüfatı məhsul­la­rının iq­ti­­sadi təhlili, tor­paq, enerji, resurs qoruy­ucu innovativ tex­no­­lo­giyaların, el­ek­trik avadanlıqlarının və maşınlar kom­ple­ksinin əsas­lan­dırılması”   istiqamətində elmi-tədqiqat işləri davam etdirilir.

Bu işlərin yerinə yetirilməsində 31 kafedra,  2 sahəvi laboratoriya, 1 istiqamət, 5 prob­lem və 18 mövzu, o cümlədən  Dövlət qeydiyyatından keçmiş 9  mövzu üzrə 588 əməkdaş, o cümlədən, AMEA-nın müxbir üzvü, 19 elmlər doktoru və 246 fəlsəfə doktoru iştirak etmişdir.

Yerinə yetirilən işlərin nəticəsində tətbiqi və innovasiya xarakterli əhəmiyyətli nailiyyətlərə aşağıdakıları aid etmək olar:

- Hesabat dövründə əməkdaşlar tərəfindən 25 dərslik, 28 dərs vəsaiti, 3 monoqrafiya, 22 metodik göstəriş, 279 fənn proqramı, 986 məqalə (ondan 96-ı xaricdə ) çap olunmuşdur. 1 taxıl sortu (“Qismət” tritikali sortu), 2 patent və 6 müəlliflik şəhadətnaməsi alınmışdır.

Ali Attestasiya Komissiyası tərəfindən 7 nəfərin fəlsəfə doktorluğu təsdiq edilmiş, 3 nəfər  fəlsəfə doktorluğu üzrə yeni müdafiə etmiş, 4 nəfər isə ilkin müdafiədən keçmişdir.

2017-ci ildə seleksiyanın “Qızıl fondu” sayılan başlanğıc material pitomnikində 256 nümunə toplanmış və həmin nümunələr kolleksiya pitomnikində səpilmişdir.

Hesabat ilində Aqrar Universitetin əməkdaşları aşağıdakı Beynalxalq konfranslarda , Simpoziumlarda və təcrübə mübadiləsində iştirak etmişlər: Türkiyə, Almaniya, Belarusiya, Qazaxıstan, Polşa, Macarıstan, ÇXR, Sloveniya və Rusiya.

Eyni zamanda Aqrar Universitetin hesabat ilində 8 xarici ölkə ilə birgə layihələr həyata keçirilir.

Xaricdə dərc olunan məqalələrdən 3-nü (İMPAKT-FAKTOR jurnalında dərc olunmuşdur) göstərmək olar:

1. M.J. Huseinov, V.T. Amrahov International Scientific Journal. Theoretical & Applied Science, ISPC Industry and technology, Philadelphia, USA, 20.04.2017 About academic issues of necessary factors for diversification of production in Agrarian sector.

2. Məmmədova Bağdagül, Quliyev Heydər, Mahmudova Sevinc “Australian English in different fields”. Gulustan, Black Sea. Scientific Journal of academic research. Multidisciplinary journal refereed and reviewed journal/ 2017.

3. Məmmədova Bağdagül, Quliyev Heydər, Mahmudova Sevinc “Ambiguity in language”. Gulustan, Black Sea. Scientific Journal of academic research. Multidisciplinary journal refereed and reviewed journal/ 2017.

4. Məmmədova Bağdagül, Quliyev Heydər,  Mahmudova Sevinc “Types of subordinate clauses”. Gulustan, Black Sea. Scientific Journal of academic research. Multidisciplinary journal refereed and reviewed journal/ 2017.

 

Aqromexanika ET İstitutunda hesabat ilində 3 problem, 9 mövzu üzrə tədqiqat işləri davam etdirilmişdir. Əsasən institutda aparılan mövzular “Bağçılığın mexanikləşdirilməsi”, “Üzümçülüyün mexanikləşdirilməsi”, “Texniki təminat, texniki istismar və servis”, “İnformasiya təminatı, potent və texniki vasitələr”, “Kənd təsərrüfatınin məhsullarının emalı və təkrar emalı” və “Bitkiçiliyin mexanikləşdirilməsi” nə həsr edilmişdir.

Aparılan işlərin nəticələri olaraq 11 tövsiyə, 26 məqalə (ondan 12-i xaqricdə) nəşr edilmişdir. İnstitutun elmi əməkdaşı (Həsənova Ş.H) Moskva şəhərində keçirilən 8-ci Beynəlxalq Konfransda çıxış etmişdir.

İnstitut əməkdaşları tərəfindən Rusiya Federasiyasindan 3 ədəd ixtiraya, 1 ədəd milli ixtiraya patent alınmış və 3 ədəd ixtiranın verilməsi haqqında yazışmalar davam etdirilir. 1 patentə Azərbaycan Respublikası Standartlaşdırılma Mettologiya və Patent üzrə Dövlət Komitəsindən müsbət qərar alınmışdır. Hazırda İnstitutda 3 doktorant və 9 dissertant təhsil alır.

3 problem, 7 mövzu üzrə tədqiqat işi davam etdirilmiş, elmi-tədqiqat işlərinin proqram və metodikası işlənmiş və Elmi Şurada təsdiq olunmuşdur.

Akademik H.Ə.Əliyev adına “Araz” Elm İstehsalat Birliyində aqrar sahənin müxtəlif istiqamətlərində 1 problem, 7 mövzuya dair tədqiqat işləri davam etdirilmişdir.

Carı ildə 6 elmi tədqiqat işi bitkiçiliyə, 1 tədqiqat işi isə heyvandarlıq sahəsi üzrə  aparılmışdır.

2017-ci ildə aparılan tədqiqat işlərinin nəticəsinə əsasən 6 elmi məqalə, 12 dəfə televiziya cıxışı, 25 buklet və 10 qəzet materialı, 10 radio verilişləri aparılmışdır.

Bu gün kadr hazırlanması prosesi ən önəmli məsələlərdən biridir. Bu məqsədlə bizim əməkdaşlardan 1-i elmlər doktorluğu, 4 nəfər isə fəlsəfə doktorloğu üzrə təhsil alır.

Carı ildə Muxtar Respublikanın 26 kəndində 12000 ha sahədə torpaq tədqiqat işləri aparılmış və torpaq xəritələri hazırlanmışdır. Hazırlanmış torpaq xəritələri təqdim olunarkən, seminar keçiriləcək və mülkiyyətçilərin maarifləndirilməsi istiqamətində işlər görüləcəkdir.

 

 

               Cədvəl 1

2017-cı ildə Elmi-tədqiqat müəssisələrinin əsas göstəriciləri

 

 

 

 

 

 

 

 

 

ET İnstitutlarının adları

Problem

Mövzu

Genofond

Standartlar, təlimatlar,

 patent

Preparatlar

Vaksinlər

İstehsal təcrübə sınağı

Tətbiq olunub

Yeni  emal məhsulu

Metodik göstəriş

Bitki

Heyvan

1

Əkinçilik

ET İnstitutu

6

13

14968

-

4 pat.

-

-

-

-

 

 

2

Tərəvəzçilik

ET İnstitutu

1

7

939

-

9 pat.

-

-

-

-

 

 

3

Üzümçülük və Şərabçılıq

ET İnstitutu

1

8

420

-

2 pat.

2

-

8

8

15

1

4

Meyvəçilik və Çayçılıq ET İnstitutu

3

12

7075

-

5 stan,

2 pat.

-

-

3

6

1

-

5

Kənd Təsərrüfatının İqtisadiyyatı

ET İnstitutu

1

4

-

-

-

-

-

-

-

 

 

6

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

2

19

616

-

-

80

-

-

2

 

 

7

Heyvandarlıq

ET İnstitutu,

Arıçılıq Mərkəzi

2

7

308

82

ipək qurdu,

5 heyvan,   1arı

1 pat.

-

-

-

-

-

1

8

Baytarlıq

ET İnstitutu

3

4

-

-

-

759

193

 

3

-

-

Cəmi:

19

74

24326

82 ipək q,

5 heyvan,

1 arı c.

5 stan.,

18 pat.

841

193

11

19

16

2

1

Azərbaycan Dövlət Aqrar Universiteti

5

18

256

2

2 pat.

1

-

32

24

4

52

2

Aqromexanika ET İnstitutu

3

9

-

-

4 pat.

-

 

-

-

-

-

 

Cəmi:

8

27

256

2

6 pat.

1

-

32

24

4

52

 

Yekun:

27

101

24582

82 i.q. 7h. 1a

5 stan.,

24 pat.

842

193

43

43

20

54

 

                                                                                                                           Cədvəl 2           Elmi Tədqiqat institutlarının kadr potensialı haqda   məlumat  

                                                                                              

 

 

 

Elmi-Tədqiqat müəssisələrinin adı

İşçilərin ümumi sayı

Elmi işçilər

Akademiklər

Müxbir üzvlər

Elmlər doktorları

Fəlsəfə doktorları

1

2

3

4

5

6

7

Əkinçilik ET İnstitutu

331

131

-

-

5

44

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

180

95

-

-

2

20

Tərəvəzçilik ET İnstitutu

155

76

-

-

2

15

Üzümçülük və Şərabçılıq ET İnstitutu

106

46

-

1

1

14

Meyvəçilik və Çayçılıq ET İnstitutu

146

59

-

-

5

20

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

80

38

-

-

6

12

Heyvandarlıq ET İnstitutu

142

71

-

-

1

6

Baytarlıq ET İnstitutu

153

40

-

-

4

29

Cəmi:

1293

556

-

1

26

160

ADAU

1011

588

-

1

19

246

Aqromexanika ET İnstitutu

90

43

-

-

-

10

Cəmi:

1101

631

-

1

19

256

YEKUN:

2394

1187

-

2

45

416

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəl 3

                                                                                                                                   

2017-ci ildə kənd təsərrüfatı bitkilərinin Dövlət reyestrinə daxil edilmiş sortları

 

Elmi  müəssisələrin adları

Bitkilərin adı

Sortlar

Reyestrə daxil edildiyi  il

1

2

3

4

Əkinçilik ET İnstitutu

Yumşaq

Ləyaqətli-80

2017

Buğda

Pərvin

2017

Arpa

Sadiq

2017

Yonca

Yaz çiçəyi

2017

Üzümçülük və Şərabçılıq ET İnstitutu

Üzüm

 

Kəpəz

2017

Bəhrəli

2017

Heyvandarlıq ET İnstitutu

Tut

Nağı tut

2017

Meyvəçilik və Çayçılıq ET İnstitutu

Alma

Popirovka

2017

Tərəvəzçilik ET İnstitutu

Pomidor

Azərbaycan -94

2017

Mirvari

2017

Soğan

Aytac

2017

Aydan

2017

Bibər

Töhfə

2017

Acı bibər

Ulduz

2017

Şəfəq

2017

Tərəvəz lobyası

Aylin

2017

Yemiş

Veteran

2017

 

 

 

 

ADAU

Taxıl

Qismət

2017

           

 

 

 

 

 

 

 

 

 

 

Cədvəl 4

2017-ci ildə kənd təsərrüfatı bitkilərinin sınaq üçün

təqdim olunmuş sort və hibridləri

 

Elmi  müəssisələrin adları

Bitkilərin adı

Sort və hibridlərin adı

Təqdim olunduğu il

1

2

3

4

Əkinçilik ET İnstitutu

Yumşaq buğda

Tunc

2017

Yumşaq buğda

Əsəd-80

2017

Bərk buğda

Rəvan

2017

Bərk buğda

Xəzər

2017

Lərgə

Xəsil

2017

Yonca

Lider

2017

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

Pambıq

“Gəncə-212”

2017

Pambıq

“Gəncə-219”

2017

Pambıq

“Gəncə-226”

2017

Pambıq

“Gəncə-235”

2017

Heyvandarlıq ET İnstitutu, Arıçılıq Mərkəzi

-

-

-

Meyvəçilik və Çayçılıq ET İnstitutu

Gilas

Azəri

2017

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                    

                                                    Cədvəl  5

 

 2017-ci ildə elmi-tədqiqat müəssisələri və ADAU tərəfindən nəşr edilən əsərlər

 

Elmi müəssisənin adı

Kitabların, monoqrafiyaların,

məqalələrin və tezislərin ümumi sayı

Kitablar

Monoqrafiyalar

Məqalələr

Tezislər

O cümlədən xaricdə dərc olunmuşdur

Kitablar

Monoqrafiyalar

Məqalələr

Tezislər

 

Əkinçilik ET İnstitutu

64

 

 

44

10 buk

10 töv

 

 

9

 

 

Tərəvəzçilik ET İnstitutu

59

1

 

28

30 buk

 

 

21

 

 

Üzümçülük və Şərabçılıq

ET İnstitutu

18

 

 

10

8 buklet

 

 

8

 

 

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

54

 

1

53

 

 

 

11

 

 

Baytarlıq ET İnstitutu

12

1

 

11

 

 

 

5

 

 

Heyvandarlıq ET İnstitutu

28

3

 

8

13buk., 4 töv.

2

 

3

 

 

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

37

 

 

26

10 buk

1 tövsi.

 

 

4

 

 

Meyvəçilik və Çayçılıq ET İnstitutu

29

4

 

25

 

 

 

4

 

 

Cəmi;

301

9

1

205

71 buk. 15 töv

2

 

65

 

 

Azərbaycan Dövlət Aqrar Universiteti

1045

56

3

986

 

 

 

96

 

 

Aqromexanika ET İnstitutu

37

 

 

26

11 töv

 

 

14

 

 

Cəmi

Yekun      

 

1082

1383

56

65

3

4

1012

1217

11

71buk, 26 tov

 

2

 

110

175

 

 

 

                                                                                                                Cədvəl 6

2017-cı ildə elmi-tədqiqat  institutlarında elmlər doktoru,

doktorantura və dissertantura yolu ilə kadr hazırlığı barədə

 

 

MƏLUMAT

 

 

Elmi müəssisələrin adları

Doktoranturada təhsil alanlar

Doktoranturanı bitirib

Dissertasiya müdafiə olunub

Müdafiəyə hazırlanıb

Dissertantlar

Fəlsəfə doktoru

Elmlər doktoru

əyani

qiyabi

əyani

qiyabi

O cümlədən

O cümlədən

Fəlsəfə doktoru

Elmlər doktoru

Fəlsəfə doktoru

Elmlər doktoru

1

2

3

4

5

6

7

8

9

10

11

Əkinçilik ET İnstitutu

1

18

-

12

4

-

1

-

-

15

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

1

1

-

2

1

1

-

2

-

11

Tərəvəzçilik ET İnstitutu

1

6

-

3

-

-

-

-

-

2

Üzümçülük və Şərabçılıq ET İnstitutu

1

1

-

-

-

1

1

-

-

8

Meyvəçilik və Çayçılıq ET İnstitutu

-

-

-

-

-

1

-

-

-

-

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

6

3

-

9

-

3

1

3

-

10

Heyvandarlıq ET İnstitutu

-

1

-

-

-

2

-

-

-

4

Baytarlıq ET İnstitutu

-

8

-

-

-

1

-

3

-

5

Cəmi:

10

38

-

26

5

9

3

8

-

55

Azərbaycan Dövlət

Aqrar Universitet

7

162

 

 

58

16

-

12

2

30

Aqromexanika

1

2

-

-

-

-

-

-

-

9

Cəmi:

8

164

 

 

58

16

 

12

2

39

YEKUN:

18

202

-

26

63

25

3

20

2

94

 

 




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”İNKİŞAF KONSEPSİYASI

 

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır