saytların hazırlanmasısmm xidmətiseo xidmətihosting xidməti
  Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Statistik göstəricilər
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












Layihələr

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd məsləhət xidmətinin qadanlar və kişilər üçün fəaliyyət göstərməsində Azərbaycana dəstək verir.

 

Bu layihə Minilliyin 3-cü İnkişaf Məqsədinə, yəni “Gender bərabərliyinin təşviq edilməsi və qadınların səlahiyyətlərinin artırılması” ilə sıx əlaqələdir

 

Bütün dünyada kənd təsərrüfatı sahəsində əsas işçi qüvvəsinin orta hesabla 43%-ni təşkil edən qadın fermerlər bu sahədə təlim və məsləhət xidmətlərindən istifadə imkanları əldə etmək üçün ciddi çətinlikliklərə üzləşir, bu da öz növbəsində kişilərlə müqayisədə qadınların kənd təsərrüfatı istehsalıda əldə etdiyi məhsuldarlığı məhdudlaşdırır. Qadınlara çox vaxt ailənin bir üzvü kimi ödənişsiz işçi qüvvəsi kimi baxılır və onların kənd təsərrüfatı istehsalına verdikləri töhfə adətən etiraf edilmir. Əgər qadınlar istehsal resurslarına, o cümlədən kənd məsləhət xidmətlərinə kişilər kimi eyni çıxş imkanına malik olsa idilər, onda qadın fermerlərin əldə etdikləri məhsuldarlıq orta hesabla 20-30% artardı (FAO 2011). Bu məhsul artımı ailə təsərrüfatının gəlirlərinin artmasına, daha yaxşı ərzaq təhlükəsizliyi və qidalanmaya, eləcə də yerli və milli iqtisadiyyatın daha da canlanmasına gətirib çıxara bilər.

FAO-nun Azərbaycan Respublikasınin Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi “Kənd ərazilərində yaşayan qadınların kəndin dayanıqlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək (Türkiyə-Azərbaycan)” layihəsinin əsasında da məhz bu məntiq dayanır.

Bu layihə Minilliyin 3-cü İnkişaf Məqsədinə, yəni “Gender bərabərliyinin təşviq edilməsi və qadınların səlahiyyətlərinin artırılması” ilə sıx əlaqələdir .

Layihənin məqsədi gender baxımından həssas kənd təsərrüfatı yayım və kənd məsələhət xidmətlərinin yaradılmasını və fəaliyyət göstərməsini gücləndirməkdir. kənd əhalisi üçün qadınların ehtiyacları da nəzərə alınmaqla kənd təsərrüfatı üzrə təlim və məsləhət xidmətlərinin yaradılması və göstərilməsinin gücləndirilməsidir. Əsas diqqət qadın fermerlərin xüsusi ehtiyaclarıni nəzərə almaq və təmin etməklə həm qadın, həm də kişi fermerlərin ehtiyaclarına eyni şəkildə cavab verən tələb-yönümlü proqramların tərtib edilməsi üçün alət və metodların hazırlanmasına yönəldilmişdir. Azərbaycanda layihə Quba, Samux və Salyan rayonları olmaqla üç rayonu əhatə edir.

Layihə fəaliyyətlərinə təlimçilərin təlimi üçün təlim vəsaitinin hazırlanması, pilot olaraq seçilmiş bir qrup təlimçi üçün, eləcə də kənd qadınları üçün kənd məsləhətçiləri kimi hazırlıq təlimlərinin keçirilməsi və xaricə təlim səfəri daxildir.

Layihənin dəstəyi ilə, Aqrar Elm və İnformasiay Məsləhət Mərkəzinin Quba, Samux və Salyan rayonlarındakı regional strukturlarından dəvət edilmiş 30 qadın mütəxəssislərin iştirakı ilə 5-8 aprel 2016-cı il tarixdə Bakı şəhərində təlim seminarı (Təlimçilərin təlimi) keçirilmişdir.”2016-cı ilin may ayında isə hədəf rayonların hər birində kənd qadınları üçün 3-günlük təlimlər keçiriləcək. Təlimlər ailə təsərrüfatlarında ev şəraitində süd məhsullarının emalı, məhsulun saxlanması və qida təhlükəsizliyi məsələlərinə həsr olunacaq. Təlimləri Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisaslı ekspertləri aparacaq.




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”İNKİŞAF KONSEPSİYASI

 

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır