Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Statistik göstəricilər
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












Qanunlar

 


 

http://agro.gov.az/uploads/posts/2015-06/1435541990_gerb4_4.jpg

Tütün və tütün məmulatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



Bu Qanun Azərbaycan Respublikasında tütünün və tütün məmulatının istehsalı, ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyir və keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. tütün - yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki;
1.0.2. tənbəki - yarpağı çubuqla çəkilən birillik texniki bitki;
1.0.3. fermentləşdirilmiş tütün - tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı;
1.0.4. tütün məmulatı - tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü);
1.0.5. nikotin - tütün və tənbəki yarpağında və tüstüsündə mövcud olan alkoloidlər qrupuna aid maddə;
1.0.6. tütün qatranı - yarımaye, qazabənzər tüstü kondensatı;
1.0.7. inqrediyent - tütünə qatılan tamlı maddələr, tütün və qeyri-tütün tərkibli əlavələr, habelə tütün məmulatının istehsalında istifadə olunan qeyri-tütün komponentləri;
1.0.8. tamlı maddə - tütün məmulatına xüsusi dad və ətir verilməsi üçün tütünə əlavə olunan qeyri-tütün maddələri;
1.0.9. qeyri-tütün komponentləri - tütün məmulatının istehsalında istifadə edilən siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər, habelə tütündən fərqli olan hər hansı digər hissələr;
1.0.10. dövriyyə - sənaye emalını keçmiş tütünün, habelə tütün məmulatının satın alınması (o cümlədən idxalı), göndərilməsi (o cümlədən ixracı), saxlanması, topdan və pərakəndə satışı.
Maddə 2. Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və bu Qanunla əlaqədar qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının digər qanunvericiliyindən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə tütün və tütün məmulatına dair münasibətlərin tənzimlənməsi və keyfiyyətinin idarə edilməsi barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 3. Tütünə və tütün məmulatına dair dövlət siyasətinin istiqamətləri
Tütünə və tütün məmulatına dair dövlət siyasətinin əsas istiqamətləri tütün istehsalı sahəsində fəaliyyətin qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə, tütünün və tütün məmulatının ixracının artırılmasına, daxili tütün məmulatı bazarının qorunmasına, idxal olunan tütün xammalının yerli xammalla əvəz edilməsinə yönəldilməsi və əhalinin tütün məmulatının zərərli təsirindən qorumaq tədbirlərinin gücləndirilməsidir.
Maddə 4. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi
4.0. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi aşağıdakıları nəzərdə tutur:
4.0.1. tütünün və tütün məmulatının keyfiyyətinin, istehsalının və dövriyyəsinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;
4.0.2. tütün və tütün məmulatı bazarını öyrənmək, proqnozlar vermək, dövlət proqramı əsasında tütünçülüyün inkişafının əsas istiqamətlərini və tənzimlənmə mexanizmlərini müəyyənləşdirmək;
4.0.3. qiymətli və keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə və emalına dair aqrotexniki və texnoloji normalar müəyyən etmək;
4.0.4. tütün istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və sosial müdafiəsini təmin etmək;
4.0.5. tütün məmulatı istehsalı və dövriyyəsi sahəsində sahibkarlıq fəaliyyətinin xüsusi razılığı (lisenziyası) verilməsinin qaydalarını müəyyən etmək;
4.0.6. daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatını kvotalaşdırmaq;
4.0.7. tütün məmulatına dair aksiz vergilərinin dərəcələrini və tətbiqi qaydalarını müəyyən etmək;
4.0.8. tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;
4.0.9. tütün məmulatının istehlakının məhdudlaşdırılmasına yönəldilmiş sağlamlıq proqramları hazırlamaq və icrasını təmin etmək;
4.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

II fəsil
TÜTÜNÇÜLÜYÜN TƏŞKİLİNİN İQTİSADİ ƏSASLARI


Maddə 5. Tütün istehsalı
5.1. Azərbaycan Respublikasında əmtəəlik tütün istehsalı üçün dövlət standartlarının tələblərinə cavab verən rayonlaşdırılmış tütün sortlarının toxumlarından istifadə edilməlidir.
5.2. Orijinal, super elit və elit tütün toxumlarının istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, reproduksiyalı tütün toxumlarının istehsalı dövlət və bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Sort müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit tütün toxumlarının istehsalı ilə məşğul ola bilərlər. 
5.3. Tütün toxumları istehsalçıları onların sort tərkibinin təmizliyinə, sortluq və səpin keyfiyyətinə, təbii-iqlim şəraitinə uyğunlaşmasına və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5.4. Tütünün becərilməsi, dərilməsi, düzülməsi, qurudulması və ilkin emalı normativ sənədlərə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.
Maddə 6. Tütünün emalı
6.1. Tütünün təbii və sənaye emalı texniki şərtlərə uyğun olaraq tütün emalı müəssisələri tərəfindən həyata keçirilir. 
6.2. Təbii və sənaye emalı keçmiş tütün normativlərə uyğun olaraq qablaşdırılır, etiketləşdirilir və sertifikatlaşdırılır.
Maddə 7. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı
7.1. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsini, ənənəvi yetişdirilən botaniki tütün sortlarının ətirli tütün sortları ilə optimal nisbətdə əvəz edilməsini, istehsal olunan məhsulun keyfiyyətinin təmin olunması məqsədini daşıyır və aşağıdakıları nəzərdə tutur:
7.1.1. müəyyənləşdirilmiş tələbat əsasında tütün sortları toxumlarının ölkəyə gətirilməsini və istehsalının təşkilini;
7.1.2. tütün istehsalçılarına və tütün emalı müəssisələrinin mütəxəssislərinə yeni sortların becərilməsi və emalı texnologiyalarının öyrədilməsini;
7.1.3. tütünçülüyün müasir texnika ilə və texnoloji avadanlıqla təchiz olunması tədbirlərini;
7.1.4. proqramda nəzərdə tutulan məsələlərin maliyyə mənbələrinin müəyyən edilməsini, habelə bu sahəyə investisiyanın cəlb edilməsi tədbirlərini.
7.2. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilməsi təmin edilir.
Maddə 8. Tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimlənmə tədbirləri
8.1. Tütünçülük sahəsində elmi-tədqiqat və sort-sınaq işlərinin aparılması dövlət büdcəsi və cəlb olunan digər vəsaitlər hesabına maliyyələşdirilir.
8.2. Qiymətli və keyfiyyətli tütünün istehsalını stimullaşdırmaq məqsədilə tütün istehsalçılarına və tütün emalı müəssisələrinə azı bir il müddətinə verilən güzəştli kreditlər üzrə güzəşt məbləği sahibkarlığa yardım fondunun və bu kimi digər proqramların vəsaiti hesabına ödənilir.[4]
8.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. [5]
Maddə 9. Tütün istehsalçılarına dövlət himayəsi
9.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məhsulundan tütün məmulatının istehsalı dövlət tərəfindən stimullaşdırılır.
9.2. Tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri quran, onlara resurslarla yardım edən və məhsullarını istehsal olunduğu ilin sonuna qədər satın alan tütün emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir.
9.3. Tütünçülükdə mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təchizatın təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır.
9.4. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

III fəsil
TÜTÜN MƏMULATININ İSTEHSALI


Maddə 10. Tütün məmulatının istehsalına dair tələblər
10.1. Tütün məmulatının istehsalçıları tütün qarışığını bilavasitə müəssisədə hazırlamalı və qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan həcmdə yerli xammaldan istifadə etməlidirlər.
10.2. Tütün məmulatının istehsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq əsasında həyata keçirilir.
Maddə 11. Tütün məmulatının tərkibində olan inqrediyentlərin açıqlanması
11.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatının tərkibində istifadə edilən inqrediyentlərin tam siyahısı istehsalçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilən hesabatda əks etdirilir. Siyahıda hər növ tütün məmulatı (məhsul markası) üzrə onun adı və tərkibindəki inqrediyentlərin miqdarı azalma qaydasında açıqlanır.
11.2. İnqrediyentlərin tam siyahısında hər bir inqrediyentin funksiyası və həddi keçməyən miqdarının səviyyəsi göstərilməlidir.
11.3. Siyahıda hər məhsul markasının növünə nadir xüsusiyyətlər verən tamlı maddələr ayrılıqda açıqlanmaya və "təbii" və (və ya) "süni" tamlı maddələr kimi qruplaşdırıla bilər.
11.4. Müvafiq icra hakimiyyəti orqanı istehsalçılardan məhsulun tərkibində olan inqrediyentlər barədə məlumatları istehlakçılara təqdim etməyi tələb edə və ya özü çatdıra bilər.
11.5. Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 12. Tütün məmulatında nikotinin, tütün qatranının və karbon monoksidinin yuxarı həddi
12.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq müəyyən edir və bu normaların azaldılmasını tənzimləyir.
12.2. Tütün məmulatı istehsalçıları tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edilməlidir.
12.3. Tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda istehsalçı tərəfindən və ya onun hesabına beynəlxalq metodologiya əsasında təhlil edilir və testləşdirilir.
12.4. Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 13. Tütün məmulatı qutularının tərtibatı
13.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatı qutularının tərtibatı beynəlxalq standartların tələblərinə cavab verməlidir. Yazılar Azərbaycan dilində çap edilməlidir.
13.2. Tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və siqaret qutusunun yan tərəflərinin birində aydın, seçilən (kontrast), qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər hansı nəşr materialı və ya təsvirlə örtülməsinə, gizlədilməsinə, qutunun açılması zamanı zədələnməsinə və ya arası kəsilməsinə yol verilməməlidir.
13.3. İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin və tütün qatranının miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir. 
13.4. İxrac edilən tütün məmulatı qutularının tərtibatı müqavilə şərtlərinə uyğun olaraq başqa dildə də aparıla bilər.

IV fəsil
TÜTÜNÜN VƏ TÜTÜN MƏMULATININ DÖVRİYYƏSİ


Maddə 14. Tütünün və tütün məmulatının idxalı və ixracı
14.1. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər.
14.2. Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə icazə verilən tütün məmulatının miqdarı müvafiq qanunvericiliklə müəyyən edilir.
14.3. Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir:
14.3.1. xüsusi razılığı (lisenziyası) olmadıqda;
14.3.2. tütünün və tütün məmulatının hər partiyası üçün qanunvericiliklə müəyyən edilən sertifikatları olmadıqda;
14.3.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;
14.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq, nikotinin və tütün qatranının miqdarı haqqında yazıları Azərbaycan dilində olmadıqda;
14.3.5. qanunvericiliyə uyğun olmayan digər hallarda.
14.4. Tütünün və tütün məmulatın ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.
Maddə 15. Tütünün və tütün məmulatının ticarəti
15.1. Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər.
15.2. Tütünün və tütün məmulatının ticarəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.
15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur:
15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;
15.3.3. tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;
15.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;
15.3.5. tütün məmulatının markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda;
15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;
15.3.7. avtomatlar vasitəsilə satıldıqda;
15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.
15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardır.
15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.
15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.
Maddə 16. Tütünün və tütün məmulatının dövriyyədən götürülməsi
16.1. Tütünün və tütün məmulatının qeyri-qanuni dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
16.2. Tütün və tütün məmulatı dövriyyədən aşağıdakı hallarda götürülür:
16.2.1. qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda;
16.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda;
16.2.4. tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;
16.2.5. tütün məmulatının tərkibinə daxil edilmiş inqrediyentlərin açıqlanmasına dair tələblər pozulduqda;
16.2.6. tütün məmulatı qutularının tərtibatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmadıqda;
16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə;
16.2.8. məhsulun sahibsiz olması müəyyən edildikdə;
16.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində göstərilən hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsadirə edilir və məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə edilir.

V fəsil
TÜTÜNÜN VƏ TÜTÜN MƏMULATININ KEYFİYYƏTİNİN İDARƏ EDİLMƏSİ


Maddə 17. Tütünə və tütün məmulatına dair normativ sənədlər
17.1. Tütünə və tütün məmulatına dair normativ sənədlər onların istehsal, tədarük, emal, saxlanma, daşınma, qablaşdırma, markalanma və satış qaydalarını, şərtlərini və normalarını nizamlayan standartları və tələbləri müəyyən edir.
17.2. Azərbaycan Respublikasında istehsal edilən, habelə respublikaya gətirilən tütünün və tütün məmulatının keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verməlidir.
17.3. Tütünə və tütün məmulatına dair normativ sənədlərin tələblərinə əməl olunması bu sahədə sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
Maddə 18. Tütünün və tütün məmulatının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
18.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən tütünün və tütün məmulatının tərkibi əmtəə dəyərliliyi, sinfi (dərəcəsi), çəkim keyfiyyəti, nikotin, tütün qatranı və karbon monoksidi göstəriciləri üzrə təhlil edilir və qiymətləndirilir.
18.2. Tütünün və tütün məmulatının tərkibində sağlamlıq üçün zərərli maddələrin miqdarı müvafiq qaydada təsdiq edilmiş gigiyenik normativlərə uyğun olmalıdır.
18.3. Tütün məmulatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınır.
18.4. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş tütün, habelə gigiyena qeydiyyatına alınmış tütün məmulatı müvafiq qaydada sertifikatlaşdırılır.
Maddə 19. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti
19.1. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların istehsalını, tədarükünü, emalını, qablaşdırılmasını, saxlanmasını, daşınmasını, markalanmasını, satışını, idxalını və ixracını, habelə keyfiyyət göstəricilərini nizamlayan normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə əməl olunmasını təmin etməkdir.
19.2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən edilir.
19.3. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə nəzarət funksiyalarını onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə bilərlər.

VI fəsil
TÜTÜN MƏMULATININ İSTEHLAKININ AZALDILMASINA YÖNƏLDİLMİŞ TƏNZİMLƏNMƏ TƏDBİRLƏRİ


Maddə 20. Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması
20.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
20.1.1. kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin tətbiq edilməsi;
20.1.2. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
20.1.3. tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
20.1.4. tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.
20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.
Maddə 21. Tütün məmulatının istehlakına dair məhdudiyyətlər
21.1. Azərbaycan Respublikasında aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:
21.1.1. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;
21.1.2. inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;
21.1.3. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;
21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.
21.2. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır.
21.3. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
21.4. Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etməlidirlər.
Maddə 22. Tütün məmulatının istehlakına nəzarət tədbirləri
22.1. Tütün məmulatının istehlakına nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Tütün məmulatının istehlakına nəzarət tədbirləri dövlət ekoloji və sağlamlıq proqramlarının tərkib hissəsi olaraq dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir.
22.2. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları tütün məmulatının istehlakına nəzarət üzrə proqramlar hazırlaya, həyata keçirə və bununla əlaqədar müvafiq təkliflər irəli sürə bilərlər.
Maddə 23. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 24. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın ödənilməsi
24.1. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar olan şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir.
Maddə 25. Mübahisələrin həlli
Tütün və tütün məmulatının istehsalı və dövriyyəsi ilə bağlı olan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Maddə 26. Qanunun qüvvəyə minməsi
Bu Qanun 1 yanvar 2002-ci ildən qüvvəyə minir.


 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 8 iyun 2001-ci il 

 


 

http://agro.gov.az/uploads/posts/2015-06/1435542005_gerb4_4.jpg

Üzümçülük və şərabçılıq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



Bu Qanun Azərbaycan Respublikasında üzümçülüyün təşkilinin, üzüm və şərabçılıq məhsulları istehsalının və dövriyyəsinin tənzimlənməsinin, habelə keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. üzümçülük - üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi;

1.0.2. üzüm əkini materialları - üzümlüklərin salınmasında istifadə edilən, habelə öz kökü üstündə və ya calaq edilib yetişdirilən tinglər, calaqaltı və calaqüstü çubuqlar;

1.0.3. üzüm məhsulları - təbii və ya emal olunmuş halda istehlak edilən süfrə üzümü, kişmiş, doşab, şirə və digər qida məhsulları;

1.0.4. şərabçılıq - üzümdən hazırlanmış şərab və brendi (konyak) istehsalı və saxlanması proseslərini əhatə edən yeyinti sənayesi sahəsi;

1.0.5. şərab - üzüm şirəsindən alınan alkoqollu içki;

1.0.6. brendi (konyak) - süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki.

Maddə 2. Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının mülki və aqrar qanunvericiliyindən, habelə bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Vətəndaşların şəxsi istehlakı üçün şərabçılıq məhsullarının istehsalı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə şərabçılıq məhsullarının istehsalı, dövriyyəsi və keyfiyyətinə dair müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 3. Qanunun məqsədi

Bu Qanunun məqsədi respublikada üzümçülüyün və şərabçılığın inkişafını təmin etməklə istehlak bazarına beynəlxalq standartların tələblərinə cavab verən, rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsulları çıxarılmasına təşkilati, iqtisadi və hüquqi zəmin yaratmaqdır.

Maddə 4. Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri 

4.0. Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:

4.0.1. Üzümçülük və şərabçılıq sahələrinin inkişaf etdirilməsi məqsədilə elmi tədqiqatların müasir tələblərə uyğun aparılmasının gücləndirilməsi;

4.0.2. informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi;

4.0.3. beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən normativ hüquqi bazanın yaradılması;

4.0.4. kadrların hazırlanması və təkmilləşdirilməsi, elmi-təcrübi seminarların, konfransların təşkili;

4.0.5. istehsal olunaraq istehlak bazarına çıxarılan və ya ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi;

4.0.6. istehsal və ixracın artırılması, daxili bazarın haqsız rəqabətdən qorunması.

Maddə 5. Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri

5.0. Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.0.1. üzümçülüyün təşkili, üzüm və şərabçılıq məhsullarının, üzüm əkini materiallarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;

5.0.2. üzüm və şərabçılıq məhsullarının bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək;

5.0.3. Azərbaycan Respublikası ərazisində xəstəlik və zərərvericilərə qarşı dözümlü üzüm sortlarını yetişdirmək, tinglik təsərrüfatlarını inkişaf etdirmək, rayonlaşdırılmış üzüm sortlarını çoxaltmaq, habelə coğrafi adlar verilən keyfiyyətli şərabçılıq məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə investisiya qoymaq, subsidiyalar və uzunmüddətli kreditlər vermək;

5.0.4. şərabçılıq məhsullarının istehsalı və dövriyyəsi sahəsində sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinin qaydalarını müəyyən etmək;

5.0.5. üzüm və şərabçılıq məhsullarının idxalını və ixracını tənzimləmək;

5.0.6. şərabçılıq məhsullarına dair aksiz vergilərinin dərəcələrini müəyyən etmək;

5.0.7. üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək; 

 5.0.8. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

II fəsil

ÜZÜMÇÜLÜYÜN TƏŞKİLİ

Maddə 6. Üzüm əkini materiallarının istehsalı

6.1. Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə davamlı əkin materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik təsərrüfatlarında istehsal olunur.

6.2. Üzümlüklərin çoxaldılmasında istifadə edilən başqa kateqoriyalara aid əkin materialları mülkiyyət formasından asılı olmayaraq, üzümçülük fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən istehsal olunur.

6.3. Azərbaycan Respublikasında istehsal edilən və satılan üzüm əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sortluq və əkin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar vəziyyətinə dair sertifikat verilir. 

Maddə 7. Üzüm əkini materiallarının yetişdirilməsi, üzümlüklərin salınması, əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlər

7.1. Üzüm əkini materiallarının yetişdirilməsi, üzümlüklərin salınması, habelə əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlərə onların istehsal, saxlanma, qablaşdırma, daşınma və satış qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş standartlar və təlimatlar aiddir.

7.2. Üzümlüklərin salınması və üzüm əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

7.3. Yüksək keyfiyyətli (markalı) şərab və brendi (konyak) məhsullarının hazırlanması üçün üzümlüklərin salınması, üzüm əkini materiallarının yetişdirilməsi, habelə əmtəəlik üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlərə əməl olunmasına, o cümlədən əkin materiallarının sort təmizliyinə, fitosanitar vəziyyətinə, sortluq və əkin keyfiyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.

Maddə 8. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının xüsusiyyətləri

8.1. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalı müvafiq inzibati ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.

8.2. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm sortlarının becərilməsində herbisidlərdən istifadəyə yol verilmir.

8.3. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının texnologiyası qüvvədə olan normativ sənədlərlə müəyyən edilir.

Maddə 9. Üzüm məhsullarının istehsalı

9.1. Üzüm məhsullarının istehsalı müvafiq standartların tələblərinə, təsdiq edilmiş aqrotexniki və texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına uyğun olaraq həyata keçirilir.

9.2. Üzüm məhsullarının tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur.

9.3. İstehlak bazarına çıxarılan üzüm məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.

III fəsil

ŞƏRABÇILIQ MƏHSULLARININ İSTEHSALI

Maddə 10. Şərabçılıq məhsullarının istehsalına ümumi tələblər

10.1. Şərabçılıq məhsullarına üzümdən hazırlanmış şərablar, o cümlədən şampan şərabları və brendi (konyak) daxildir.

10.2. Şərabçılıq məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya)əsasında həyata keçirilir.

10.3. Şərabçılıq məhsulları müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun istehsal olunur və onların hazırlanmasında yalnız yeyinti məhsullarından alınan etil spirtindən istifadə edilir.

10.4. Şərabçılıq məhsullarının sinkləşdirilmiş metal, kapron və karton qablara süzülməsinə və saxlanmasına yol verilmir. Şampan və qazlaşdırılmış şərabların istehsalı və saxlanması proseslərində hermetikləşmə şərtlərinə əməl olunmalıdır.

Maddə 11. Şərab istehsalı

11.1. Hazırlanma texnologiyalarına görə şərablar təbii və xüsusi olur.

11.2. Təbii şərablar üzümün tam və ya qismən spirt qıcqırması yolu ilə alınır.

11.3. Xüsusi şərablar üzüm və ya şərab materialından müxtəlif texnoloji üsulların tətbiqi ilə alınır. Belə şərablar xammala və hazırlanma texnologiyasına məxsus dad keyfiyyətinə malik olurlar.

11.4. Keyfiyyət xüsusiyyətlərinə və saxlanma müddətinə görə şərablar adi (ordinar) və yüksək keyfiyyətli (markalı) olur.

11.5. Adi şərablar ümumi texnologiya üzrə hazırlanır, məhsul yığımı ilində və ya növbəti ilin əvvəlində satışa buraxılır.

11.6. Markalı şərablar yüksək keyfiyyətli xammaldan, xüsusi texnologiyanın tətbiqi ilə hazırlanır və texnoloji tutumlarda bir ildən üç ilədək dincə qoyulur.

11.7. Butulkalarda əlavə olaraq xüsusi şəraitdə iki il yarımdan az olmayaraq saxlanılan markalı şərablar kolleksiya şərabları hesab olunur.

11.8. Azərbaycan Respublikasında istehsal olunan şərabların hazırlanma texnologiyası və keyfiyyəti qüvvədə olan normativ sənədlərlə ilə tənzimlənir.

Maddə 12. İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı

12.1. İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarının yetişdirildiyi inzibati ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir.

12.2. Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil (yeyinti) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir.

12.3. Belə şərabların hazırlanmasında istifadə edilən üzümlərdə şəkərlilik dərəcəsi qüvvədə olan standartların tələblərinə uyğun olmalıdır. Hər şərab növünə onun hazırlanması üzrə ayrıca texnoloji təlimat tərtib edilir və məhsulun attestasiyası zamanı təsdiq olunur.

12.4. İstehsal mənşəyinə görə adlar verilən şərabları istehsal edən müəssisələrə məhsulun attestasiyasına dair şəhadətnamə təqdim edilir. İstehsal mənşəyinə görə adlar verilən şərabların attestasiyasının müddəti 5 ildir. Bu müddət qurtardıqdan sonra məhsulun attestasiyası yenidən aparılır.

12.5. İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı barədə əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

12.6. İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və müvafiq qaydada təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq etiketləşdirilir. Etiketlərdə şərabın istehsal olunduğu yer göstərilməklə, şərabın adının istehsal mənşəyinə görə verildiyi qeyd olunmalıdır.

12.7. İstehsal mənşəyinə görə adlar verilmiş şərabların və şərab məhsullarının saxlanma müddəti müvafiq standartlarla müəyyən edilir.

Maddə 13. Brendi (konyak) istehsalı

13.1. Brendi (konyak) istehsalı üzümdən hazırlanmış şərab materialından spirtin çəkilməsi, dincə qoyulması və son məhsulun istehsalı kimi texnoloji prosesləri əhatə edir.

13.2. Keyfiyyət göstəricilərinə və konyak spirtinin saxlanma müddətinə görə brendilər (konyaklar) 5 ilə qədər dincə qoyulan adi (ordinar) və 5 ildən artıq dincə qoyulan yüksək keyfiyyətli (markalı) brendilərə (konyaklara) bölünür.

13.3. Yüksək keyfiyyətli (markalı) brendi (konyak) istehsalı üçün konyak spirti yalnız palıd çəlləklərdə və yaxud palıd taxtalar döşənmiş emal çənlərində dincə qoyulur.

13.4. Yüksək keyfiyyətli (markalı) brendinin (konyakın) istehsalı proseslərində kükürd anhidridindən istifadə edilməsinə yol verilmir.

13.5. Brendi (konyak) müvafiq standartların tələblərinə, təsdiq edilmiş texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına riayət edilməklə istehsal olunur.

Maddə 14. Şərabçılıq məhsullarına adların verilməsi

14.1. Şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir. Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

14.2. Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların hazırlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından fərqlənməyə bilər.

14.3. Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı müvafiq icra hakimiyyəti orqanına ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim olunur:

14.3.1. məhsula dair annotasiya;

14.3.2. məhsula ad verilməsi barədə əsaslandırma məktubu;

14.3.3. məhsulun hazırlanma texnologiyasına dair təlimat;

14.3.4. məhsulun tərkibi barədə reseptura məlumatları;

14.3.5. məhsulun oqranoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı;

14.3.6. məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar;

14.3.7. məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərin eskizləri;

14.3.8. ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.

14.4. Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir.

14.5. Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir.

14.6. Qəbul edilmiş ərizə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası aparılır.

14.7. Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir.

14.8. Xüsusi ad verilən şərabçılıq məhsulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət reyestrində qeydiyyata alınır.

14.9. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına məhsulun attestasiyasına dair şəhadətnamə təqdim edilir.

14.10. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış, istehsala və istehlak bazarına attestasiya edilmiş şərabçılıq məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq patentləşdirilir.

14.11. Şərabçılıq məhsullarına adların verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

14.12. Bu Qanun qüvvəyə mindiyi günədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq məhsulları da qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və patentləşdirilməlidir.

14.13. Adlar verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına görə dövlət rüsumu alınır. 

14.14. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmamış, attestasiyasına dair şəhadətnamə təqdim edilməmiş və patentləşməmiş şərabçılıq məhsullarının sertifikatlaşdırılmasına yol verilmir.

14.15. Yeni ad altında patent verilmiş şərabçılıq məhsullarının başqa istehsalçılar tərəfindən istehsal edilməsi patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilə bilər.

14.16. Lisenziya müqaviləsinə görə patent sahibi patent verilmiş şərabçılıq məhsullarının istehsalı üzrə hüququnu, haqqı ödənilməklə, müqavilədə nəzərdə tutulmuş həcmdə başqa istehsalçılara verə bilər. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

14.17. Lisenziya müqaviləsinin bağlanması qaydaları və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Maddə 15. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması

15.1. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

15.2. Şərabçılıq məhsulunun hər butulkasının etiketində aşağıdakılar göstərilməlidir:

15.2.1. məhsulun adı və əmtəə-reklam adı;

15.2.2. istehsalçının adı və əmtəə nişanı;

15.2.3. məhsulun kondisiyası, kateqoriyası və ya qrupu;

15.2.4. butulkanın həcmi;

15.2.5. məhsulun standartı və qablaşdırıldığı tarix;

15.2.6. sifarişçinin təklifi ilə digər məlumatlar.

15.3. Markalı və kolleksiya şərablarının etiketlərində bu məlumatlardan başqa, üzümün yığıldığı il də göstərilir.

15.4. Markalı şərabçılıq məhsullarının arxa etiketlərində onların dincə qoyulma müddəti göstərilməlidir.

15.5. Etiketlərdə göstərilən məlumatlar Azərbaycan Respublikasının dövlət dilində, məhsulun adı isə həm Azərbaycan Respublikasının dövlət dilində, həm də xarici dillərin birində yazılır.

15.6. İstehsal mənşəyinə görə adlar verilmiş şərabların bədii tərtib edilmiş arxa etiketlərində məhsulun hazırlanma texnologiyası, keyfiyyət göstəriciləri, üzüm sortunun yayılma arealı barədə də qısa məlumatlar göstərilə bilər.

15.7. İxrac edilən şərabçılıq məhsullarının etiketləri tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun tərtib oluna bilər.

15.8. Şərabçılıq məhsullarının saxlanması və daşınması onların kəmiyyət və keyfiyyət göstəricilərinin sabitliyini təmin edən vasitələrlə həyata keçirilir.

Maddə 16. Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər

16.1. Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar, çənlər və ölçmə cihazları yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalı və örtülməlidir.

16.2. Bu texnoloji avadanlıqlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

16.3. Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada spirtölçmə-nəzarət cihazları və spirtölçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları ilə təchiz edilməlidir. Spirtölçmə-nəzarət cihazları, spirtölçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları müvafiq icra hakimiyyəti orqanı tərəfindən plomblanmalıdır.

IV fəsil

ÜZÜMÇÜLÜYÜN VƏ ŞƏRABÇILIĞIN İNKİŞAFININ İQTİSADİ TƏNZİMLƏNMƏSİ

Maddə 17. Üzümçülüyün və şərabçılığın maliyyələşdirilməsi

17.1. Azərbaycan Respublikasında üzümçülük və şərabçılıq sahəsində elmi tədqiqat, sort-sınaq və təcrübə işlərinin aparılması dövlət büdcəsindən və digər mənbələr hesabına maliyyələşdirilir.

17.2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər üzümçülük və şərabçılıq sahəsində sahibkarlıq fəaliyyətlərini öz vəsaitləri hesabına və (və ya) cəlb olunan vəsaitlərlə həyata keçirirlər.

Maddə 18. (Çıxarılıb) 

Maddə 19. Üzümçülüyün və şərabçılığın inkişafı üzrə məqsədli kreditlər

19.1. Kommersiya banklarını üzümçülük və şərabçılıq üzrə dövlət proqramları çərçivəsində üzümçülüyün inkişafı sahəsində həyata keçirilən layihələrin kreditləşdirilməsinə həvəsləndirmək və risklərini azaltmaq məqsədi ilə:

19.1.1. (Çıxarılıb) 

19.1.2. məqsədli kreditlərə görə bank faizi üzrə güzəştlər dövlət büdcəsinin fermer təsərrüfatlarına kredit güzəştləri fondu və bu kimi digər vəsaitlər hesabına ödənilir.

19.2. Üzümçülüyün və şərabçılığın inkişafında kooperasiyanı sürətləndirmək üçün aşağıdakı üzümçülük və şərabçılıq subyektlərinə məqsədli kreditlərin ayrılmasında üstünlük verilir:

19.2.1. hüquqi şəxslərə - 10 hektardan artıq yeni üzüm bağlarının salınmasına, 2 hektardan artıq calaqaltı və calaqüstü anaclıqların yaradılmasına;

19.2.2. fiziki şəxslərə - 1 hektardan artıq yeni üzüm bağlarının salınmasına, 0,5 hektardan artıq calaqaltı və calaqüstü anaclıqların yaradılmasına;

19.2.3. 50 hektardan az olmayan yeni üzümlüklərin salınması üçün hüquqi və fiziki şəxslərlə uzunmüddətli müqavilə bağlamış üzüm emalı müəssisələrinə.

19.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması, habelə bank faizi üzrə güzəştlərin ödənilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən olunur. 

V fəsil

ŞƏRABÇILIQ MƏHSULLARININ DÖVRİYYƏSİ

Maddə 20. Şərabçılıq məhsullarının idxalı və ixracı

20.1. Şərabçılıq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

20.2. Şərabçılıq məhsullarının idxalına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarif kvotası tətbiq edilə bilər.

20.3. Azərbaycan Respublikasına idxal olunan şərabçılıq məhsullarının keyfiyyəti qüvvədə olan standartların və gigiyenik normativlərin tələblərinə cavab verməlidir.

20.4. Fiziki şəxslər tərəfindən öz istehlakı üçün şərabçılıq məhsullarının idxalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 

 20.5. Şərabçılıq məhsullarının ixracına məhdudiyyət qoyulmur.

 Maddə 21. Şərabçılıq məhsullarının satışı

21.1. Şərabçılıq məhsullarının satışı Azərbaycan Respublikasının qanunvericiliyinə və ticarət qaydalarına uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.

21.2. Markalı və kolleksiya şərablarının qablara süzülmədən açıq halda pərakəndə satışına yol verilmir.

21.3. Pərakəndə satışa çıxarılan şərabçılıq məhsullarının müşayiətedici sənədlərində Azərbaycan Respublikasının dövlət dilində aşağıdakılar barədə məlumatlar olmalıdır:

21.3.1. məhsulun adı, qiyməti və həcmi, o cümlədən istehlak qabında olan həcmi, habelə istehsal edildiyi tarix və istifadəyə yararlılıq müddəti;

21.3.2. istehsalçının adı, hüquqi ünvanı və istehsal olunduğu dövlət;

21.3.3. tələblərinə cavab verməli olduğu dövlət standartları və sertifikatlaşdırılması;

21.3.4. dadına və ətrinə təsir edən əsas inqrediyentlər və əlavələr;

21.3.5. məhsulun tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən miqdarı.

21.4. Şərabçılıq məhsullarının pərakəndə satışı aşağıdakı hallarda qadağan olunur:

21.4.1. saxtalaşdırılması müəyyən olunduqda;

21.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada aksiz markası ilə markalanmadıqda və ya saxta aksiz markaları ilə markalandıqda;

21.4.3. istehsal markasına uyğun gəlmədikdə;

21.4.4. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

21.4.5. keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə;

21.4.6. alıcılar 18 yaşına çatmamış şəxslər olduqda;

21.4.7. məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda.

21.5. Küçələrdə, əllərdə, hərbi, təhsil və tibb müəssisələrinin ərazilərində, kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə və bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə şərabçılıq məhsullarının pərakəndə satışına yol verilmir.

Maddə 22. Şərabçılıq məhsullarının dövriyyədən götürülməsi

22.1. Şərabçılıq məhsullarının dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

22.2. Şərabçılıq məhsulları dövriyyədən aşağıdakı hallarda götürülür:

22.2.1. istehsalına və satışına xüsusi razılıq (lisenziya) olmadıqda;[11]

22.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

22.2.3. qüvvədə olan normativ sənədlərə uyğun qablaşdırılmadıqda, etiketləşdirilmədikdə, habelə aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda;

22.2.4. məhsulun tərkibi dövlət standartlarının və gigiyenik normativlərin tələblərinə cavab vermədikdə;

22.2.5. tərkibində olan etil spirtinin ərzaq xammalından istehsal edilmədiyi və ya denaturat əlavələrin olması müəyyən edildikdə;

22.2.6. qanuni istehsalı və dövriyyəsi barədə sənədləri olmadıqda;

22.2.7. sahibsiz olması müəyyən edildikdə;

22.2.8. məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda.

22.3. Dövriyyədən götürülmüş şərabçılıq məhsulları bu Qanunun 22.2.4-cü və 22.2.5-ci maddələrində göstərilən hallarda təkrar emala göndərilir və ya məhv edilir, digər hallarda isə qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edilir.

22.4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər. 

VI fəsil

ÜZÜM VƏ ŞƏRABÇILIQ MƏHSULLARININ KEYFİYYƏTİNİN TƏMİN EDİLMƏSİ

Maddə 23. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması

23.1. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin təmin edilməsi sahəsində normalaşdırılma bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə, markalanma və satış şərtlərini müəyyən edən texniki, sanitariya, ekoloji və digər standartlar, norma, qayda və tələblər vasitəsi ilə həyata keçirilir.

23.2. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması üzrə normativ sənədlərin icra edilməsi bütün şərabçılıq fəaliyyəti subyektləri üçün məcburidir.

Maddə 24. Üzüm və şərabçılıq məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

24.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən üzüm və şərabçılıq məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda, vahid metodika üzrə aparılır.

24.2. Üzüm və şərabçılıq məhsullarının tərkibində insanların həyatı və sağlamlığı üçün zərərli maddələrin miqdarı qüvvədə olan standartlarla və gigiyenik normativlərlə tənzimlənir.

24.3. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş üzüm məhsulları, habelə dövlət gigiyena qeydiyyatına alınmış şərabçılıq məhsulları müvafiq qaydada sertifikatlaşdırılır.

Maddə 25. Şərabçılıq məhsulları istehsalı müəssisələrinin attestasiyası

25.1. Şərabçılıq məhsulları istehsal edən müəssisələr, müstəqil sexlər, sınaq laboratoriyaları və digər istehsal bölmələri istehsal olunan məhsulların insanların həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə zəmanət verən texniki, ekoloji, sanitariya, yanğından mühafizə normalarına və qaydalarına uyğunluğuna görə icbari attestasiyadan keçirilir.

25.2. Attestasiya müəssisələrdə istehsal edilən və istehlak bazarına çıxarılan hər məhsul növü üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir və müəyyən olunmuş qaydada sənədləşdirilir.

25.3. Attestasiyanın keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 26. Şərabçılıq məhsullarının saxtalaşdırılmadan qorunması

26.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq (lisenziya) alınmadan, müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən və təsdiq edilmiş texnoloji normalara uyğun üsullara, resepturaya və materiallara riayət edilmədən istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur.

26.2. Saxtalaşdırılmış şərabçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

26.3. Daxili bazarın saxtalaşdırılmış şərabçılıq məhsullarından qorunması məqsədi ilə şərabçılıq fəaliyyəti subyektləri istehsal etdikləri məhsulları qanunvericiliklə müəyyən olunmuş qaydada attestasiyadan keçirməli, sertifikatlaşdırmalı, qablaşdırmalı və məhsulun xarici tərtibatını bu Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş qaydada aparmalıdırlar.

Maddə 27. Şərabçılıq məhsullarının keyfiyyətinə nəzarət

27.1. Şərabçılıq məhsullarının keyfiyyətinə nəzarətin məqsədi bu məhsulların istehsalını, dövriyyəsini və keyfiyyətini tənzimləyən normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etməkdir.

27.2. Şərabçılıq məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

27.3. Şərabçılıq məhsullarının keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

27.4. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları şərabçılıq məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə bilərlər. 

VII fəsil

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 28. Üzümçülük və şərabçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Üzümçülük və şərabçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 29. Mübahisələrin həlli

Üzümçülük və şərabçılıq fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 oktyabr 2001-ci il
             № 208-IIQ

 

 

 

http://agro.gov.az/uploads/posts/2015-06/1435542051_gerb4_4.jpg

Ekoloji təmiz kənd təsərrüfatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar


Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. ekoloji təmiz kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması;
1.1.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları - ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan məhsullar;
1.1.3. ekoloji müşahidə - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər aparmaqla məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək üçün fəaliyyət;
1.1.4. ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsi barədə ekoloji müşahidə orqanının məlumatları əsasında sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən sənədləşdirmə proseduru;
1.1.5. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət;
1.1.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları - ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd;
1.1.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı - ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının nümayişi və satışının təşkili məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında göstərilən nişan;
1.1.8. aqroekosistem - kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak edən torpaq sahələrini, tarlaları, heyvanları, meşələri, təbii yem sahələrini, su hövzələrini və insanları əhatə edən ekoloji sistem;
1.1.9. genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri - gen mühəndisliyi metodlarının tətbiqi ilə yeni genetik kombinasiyaya malik canlı orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar.
1.2. Bu Qanunda işlədilən "ekoloji təmiz" anlayışı beynəlxalq qanunvericilikdə işlədilən "bioloji", "üzvi" və "təbii" anlayışları ilə eyni mənanı ifadə edir.
Maddə 2. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Standartlaşdırma haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı məhsullarının kimyəvi-sintetik (süni) maddələrin tətbiqi ilə istehsalı, daşınması, saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 3. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi
3.0. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi aşağıdakı ekoloji , sosial və iqtisadi məsələlərin həllinə nail olmaqdır:
3.0.1. ekoloji təmiz kənd təsərrüfatının tətbiqi əsasında keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına və onların insan sağlamlığı üçün təhlükəsizliyinə;
3.0.2. torpağın münbitliyinin və strukturunun bərpasına, qorunmasına, saxlanmasına və artırılmasına;
3.0.3. ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına;
3.0.4. təbii ehtiyatlardan səmərəli istifadə olunmasına;
3.0.5. bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsinə və bu sahədə rəqabətin formalaşdırılmasına;
3.0.6. istehlakçıların hüquqlarının müdafiəsinə;
3.0.7. kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alternativ fəaliyyət növlərinin təklif edilməsinə.
Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri
4.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı ümumi prinsiplərə əsaslanır:
4.0.1. istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması;
4.0.1-1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi;[1]
4.0.2. kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrin istifadəsindən imtina edilməsi, hər hansı çirkləndirici və potensial təhlükəli texnologiyaların tətbiqinin qadağan edilməsi;
4.0.3. torpağın təbii imkanları ilə ekoloji təmiz kənd təsərrüfatının harmoniyasına şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi, həmçinin heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə biomüxtəlifliyin qorunması və artırılması;
4.0.4. yerli şəraitə yüksək dərəcədə uyğunlaşma xüsusiyyətlərinə malik, xəstəlik və zərərvericilərə genetik davamlı bitki sortlarından istifadəyə əsaslanan balanslaşdırılmış növbəli əkin sistemlərinin tətbiq edilməsi;
4.0.5. bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi;
4.0.6. qapalı təbii dövran üsulunu tətbiq etməklə torpağın təbii münbitliyinin daim sabit saxlanması və yüksəldilməsi, bitkiçilik və heyvandarlıq sistemlərinin inteqrasiyası;
4.0.7. ekoloji təmiz kənd təsərrüfatı məkanında torpaqların təbii bərpasının və özünütəmizləmə proseslərinin stimullaşdırılması, torpaqda çirkləndiricilərin toplanmasını məhdudlaşdıran və onların torpaqdan bitkiyə keçməsinin qarşısını alan, su hövzələrinin və atmosferin çirklənməsi mənbəyini nəzarətdə saxlayan səmərəli texnologiyaların tətbiqi;
4.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin könüllülük prinsipləri əsasında həyata keçirilməsi və genişləndirilməsi.
Maddə 5. Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlənməsi
5.0. Ekoloji təmiz kənd təsərrüfatının tənzimlənməsində dövlətin vəzifələri aşağıdakılardır:
5.0.1. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, markalanması, sertifikatlaşdırılması, saxlanması və satışını reqlamentləşdirən normativ hüquqi aktlar və normativlər təsdiq etmək və inkişafına dair xüsusi layihələr hazırlamaq;
5.0.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına dair milli standartların hazırlanmasını təşkil etmək;
5.0.3. ekoloji təmiz kənd təsərrüfatı sahəsində mövcud olan normativ hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;
5.0.4. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən qeyri-təbii və tətbiqi qadağan edilən təbii vasitələrin siyahısını təsdiq etmək;
5.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçidə dair qaydaları və bu fəaliyyətlə məşğul olmaq istəyən subyektlərin üzərinə düşən öhdəlikləri müəyyən etmək;
5.0.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkil edilməsinə yardım etmək, bu sahədə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin uçotunu aparmaq və onlar tərəfindən normativ hüquqi aktların və normativlərin tələblərinin yerinə yetirilməsinə, aqroekosistemin monitorinqinə dövlət nəzarətini həyata keçirmək;
5.0.7. ekoloji təmiz kənd təsərrüfatında istifadəsi qadağan olunan maddələrin və orqanizmlərin təyin edilməsi üçün müasir avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş müvafiq laboratoriyaların təşkilinə, mütəxəssislərin hazırlanmasına köməklik göstərmək;
5.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanları və onların səlahiyyətlərini müəyyən etmək, onlara akkreditasiya sənədləri vermək;
5.0.9. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların uçotunu aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
5.0.10. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən qüvvədə olan normativ hüquqi aktların və normativlərin pozulması müəyyən edildiyi hallarda onlara verilmiş akkreditasiya sənədlərinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək;
5.0.11. ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işlərinin aparılmasını və kadr potensialının formalaşmasını nəzarətdə saxlamaq və planlaşdırılmasını həyata keçirmək;
5.0.12. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin maarifləndirilməsi və təhsili işini, informasiyanın yayılmasını təşkil etmək;
5.0.13. ekoloji təmiz kənd təsərrüfatına keçən təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması barədə təkliflər hazırlayıb müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
5.0.14. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalı müəssisələrinin texnoloji avadanlıqlarını qeydiyyata almaq, onların attestasiyasının həyata keçirilməsinə və müvafiq uyğunluq sertifikatlarının verilməsinə nəzarət etmək;
5.0.15. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşmasına yardım etmək;
5.0.16. ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıqda Azərbaycan Respublikasını təmsil etmək, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

II fəsil
Ekoloji təmiz kənd təsərrüfatının təşkili


Maddə 6. Ekoloji təmiz kənd təsərrüfatına dair tələblər
6.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir:
6.0.1. ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması;
6.0.2. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında ekoloji təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi;
6.0.3. ekoloji təmiz məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması;
6.0.4. ekoloji təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə yol verilməməsi;
6.0.5. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən imtina edilməsi;
6.0.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunması;
6.0.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraitinin beynəlxalq sanitariya-gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının norma və tələblərinin yerinə yetirilməsi;
6.0.8. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədi ilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin subyektlərin ekoloji təmiz kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və onların bərpasının bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş müddətdən sonra təmin edilməsi;
6.0.9. kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi dövriyyəsinin dayandırılması.
Maddə 7. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər
7.0. Bitkiçilikdə aşağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq edilir:
7.0.1. torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi;
7.0.2. müvafiq aqrotexniki üsulların seçilməsi və yalnız ekoloji cəhətdən təhlükəsiz və tətbiqinə icazə verilmiş təbii və qeyri-təbii vasitələrdən istifadə edilməsi;
7.0.3. növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması;
7.0.4. yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, zərərverici və xəstəliklərə qarşı davamlı olan bitki növlərindən və sortlarından istifadənin genişləndirilməsi;
7.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin sahələrinin kimyəvi-sintetik (süni) maddələr tətbiq olunduğu əkin sahələri ilə növbələşdirilməməsi;
7.0.6. toxumçuluqda ən azı bir il, çoxillik bitkilər isə iki il ekoloji təmiz kənd təsərrüfatı subyektlərində becərilmiş və ekoloji tələblərə uyğun sertifikatlaşdırılmış bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması;
7.0.7. bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki, fiziki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması.
Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər
8.1. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər aşağıdakılardır:
8.1.1. ekoloji təmiz heyvandarlıq məhsulları istehsalı və ilkin emalında ekoloji cəhətdən zərərsiz texnologiyalardan istifadə olunması;
8.1.2. heyvanların çoxalmasında təbii üsullardan istifadənin genişləndirilməsi, xəstəliklərin qarşısının alınmasında tətbiqinə icazə verilən baytarlıq preparatlarından istifadə edilməsi;
8.1.3. ekoloji təmiz kənd təsərrüfatında xəstəliklərə davamlı, yerli şəraitə uyğunlaşdırılmış yüksək məhsuldar heyvan cinslərindən istifadə olunması;
8.1.4. biomüxtəlifliyin zənginləşdirilməsi və ekoloji təmiz kənd təsərrüfatında heyvandarlıqla bitkiçiliyin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi;
8.1.5. heyvanların yemləndirilməsində ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal edilən yemlərdən istifadə olunması;
8.1.6. yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədilə istifadəsinə yol verilməməsi;
8.1.7. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində heyvanların profilaktikası və müalicəsində, heyvandarlıq məhsullarının emalında və dövriyyəsində tətbiqinə icazə verilən baytarlıq preparatları və digər vasitələrdən istifadə edilməsi.
8.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə aşağıdakı hallarda yol verilir:
8.2.1. subyektin genişləndirilməsi üçün nəsil dəyişdirildikdə və ya subyekt yeni heyvan cinsi üzrə ixtisaslaşdırıldıqda;
8.2.2. təbii fəlakət və ya heyvanların kütləvi qırğını zamanı sürünün (naxırın) baş sayının bərpası həyata keçirildikdə;
8.2.3. heyvanların çoxaldılması üçün törədicilərin dəyişdirilməsinə ehtiyac olduqda.
Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları
9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalına könüllü keçən və ya həmin məhsulların dövriyyəsi ilə məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və fiziki şəxslərdən təşkil olunur.
9.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində, zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşməməli, bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya və əlverişli əkinçilik şəraitinə malik olmalıdır.
9.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada həyata keçirilir:
9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən hər hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir;
9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə yetirmək üçün öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öhdəliklər götürməli və müvafiq tələblərə əməl etməlidir;
9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və müşahidələr aparmasına lazımi şərait yaratmalı və bu orqanın tövsiyələrini yerinə yetirməlidir.
9.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsal edən subyektlərdə eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalına bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
9.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış təsərrüfatlar istehsalı genişləndirmək və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və satış subyektləri ilə kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və assosiasiyalarda birləşə bilərlər.
Maddə 10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü
10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.
10.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:
10.2.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;
10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;
10.2.3. yem bitkiləri və otlaqlar üçün - 2 il;
10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;
10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;
10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;
10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə;
10.2.8. arı ailələri üçün - 1 il.
10.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır.
10.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.
10.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.
10.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


III fəsil
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidələr və sertifikatlaşdırma


Maddə 11. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin tanınması
11.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə və sonrakı fəaliyyətində bütün ekoloji standartlara, normativlərə və tələblərə əməl edən kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarlara ekoloji müşahidə orqanının məlumatları və sertifikatlaşdırma orqanının təklifi əsasında ekoloji təmiz kənd təsərrüfatı subyekti olmasını təsdiq edən müvafiq sənəd (sertifikat) verilir.
11.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat) onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir:
11.2.1. subyektin adı və ünvanı;
11.2.2. fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi;
11.2.3. fəaliyyətin xarakteri və məhsulun növləri;
11.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin öhdəliyi;
11.2.5. ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı;
11.2.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən məhsulların ekoloji tələblərə uyğun olması barədə ekoloji müşahidə və sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri.
11.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 12. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar
12.1. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanlar dövlət və ya xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər.
12.2. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar aşağıdakı tələblərə cavab verməlidirlər:
12.2.1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;
12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə məşğul olmamalı.
12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma
13.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.
13.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı ilə məşğul olan subyektlərə sertifikatlar bu sahədə müəyyən olunmuş milli standartların tələblərinə əməl edildiyi hallarda verilir.
13.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydaları və sertifikatların nümunəvi formaları beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının, toxumluq səpin və əkin materiallarının kodlarına onların bu məhsula aid olduğunu göstərən işarə və ya rəqəmlər əlavə edilir.
13.5. Ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarından keçmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına aşağıdakı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı vurulur:
13.5.1. ekoloji təmiz kənd təsərrüfatında nəzərdə tutulmuş metodlarla istehsal və emal olunduqda, qablaşdırıldıqda və markalandıqda;
13.5.2. bütün istehsal, emal və dövriyyə mərhələlərində ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarına məruz qaldıqda.
13.6. Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.
Maddə 14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları
14.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələblərinə görə ənənəvi kənd təsərrüfatı məhsullarına nisbətən daha ciddi və məcburi tələblərə, norma və qaydalara cavab verməlidir.
14.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanır və təsdiq edilir.
14.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları hazırlanarkən müvafiq məhsullar üzrə beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır.
14.4. Müvafiq icra hakimiyyəti orqanları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıları tam və səhih informasiya ilə təmin edir, bu sahədə maarifləndirmə işləri aparır, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə ictimaiyyəti məlumatlandırır.


IV fəsil
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi


Maddə 15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının marketinqi və satışı
15.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata keçirilir.
15.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarında səmərəli marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə məsafəsi, daşınma, saxlanma, satışın təşkili xərclərinin səviyyəsi və s. məlumatlar təşkil edir.
15.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən təmiz olduğunu təsdiq edən sertifikata malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları ekoloji təmiz məhsul kimi sata bilər.
15.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan hər bir şəxs onların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışmamasına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır.
15.5. Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi milli standartların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər.
15.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi milli və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması
16.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır.
16.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü başa çatana kimi istehsal edilən məhsullara "EKO-keçid" markası vurulur.
16.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir.
16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və etiketi üzərində "EKO" sözü göstərilir.
16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bu məhsulların standartlarına uyğun emal edildikdə alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır.
16.6. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır.
16.7. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir. Etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:
16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı;
16.7.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;
16.7.3. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu;
16.7.4. məhsulun saxlanma şəraiti;
16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti;
16.7.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağasına dair göstəriş.
16.8. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli, müvafiq qanunvericiliyə uyğun hazırlanmış milli əmtəə nişanı olmalıdır.
16.9. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir.
16.10. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması
17.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları saxlanma yerlərində (anbarlarda, soyuducularda) ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir.
17.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanmasında qanunvericiliklə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.
17.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.
17.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır.
17.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, habelə ekoloji müşahidə aparılmasına imkan verməlidir.
Maddə 18. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı
18.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
18.2. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalını və ixracını belə məhsulların dövriyyəsi ilə məşğul olmağını təsdiq edən müvafiq sənəd (sertifikat) almış sahibkarlıq subyektləri həyata keçirirlər.
18.3. Azərbaycan Respublikasına satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları aşağıdakı tələblərə cavab verdikdə idxal oluna bilər:
18.3.1. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyəti bu sahədə qüvvədə olan milli və beynəlxalq standartların tələblərinə uyğun olduqda;
18.3.2. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının beynəlxalq sertifikatının orijinalı birinci alıcıya qədər məhsulu müşayiət etdikdə;
18.3.3. idxal edilən məhsulun ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal olunduğunu təsdiq edən sənədləri olduqda;
18.3.4. idxal edilən məhsulun uyğunluq, keyfiyyət və fitosanitar sertifikatları olduqda.
18.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir.

V fəsil
Ekoloji təmiz kənd təsərrüfatının maliyyə və elmi təminatı, beynəlxalq əməkdaşlıq və qanunvericiliyin pozulmasına görə məsuliyyət


Maddə 19. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı
19.1. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının maliyyə təminatı investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən bu fəaliyyətdən əldə edilən vəsaitlər və digər mənbələr hesabına formalaşır.
19.2. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
19.3. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihəsinə investisiyaların cəlb edilməsinə, dünyada geniş yayılmış yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.
Maddə 20. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı
20.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının əsas məqsədi xəstəliklərə, zərərvericilərə davamlı və yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin geniş yayılmasını təmin etmək, torpaqların münbitliyinin bərpası və artırılması, üzvi gübrə və kompostların hazırlanması texnologiyalarının elmi əsaslarını müəyyən etmək və ekoloji təmiz kənd təsərrüfatının inkişafına zəmin yaratmaqdır.
20.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı aşağıdakı istiqamətlərdə aparılır:
20.2.1. ekoloji təmiz kənd təsərrüfatı üzrə mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması;
20.2.2. kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kursların, seminarların və konfransların təşkili, xarici ölkələrdə keçirilən belə tədbirlərdə fermerlərin və mütəxəssislərin iştirakı;
20.2.3. elmi-tədqiqat işlərinin aparılması;
20.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili və maarifləndirilməsi işinin təşkili, informasiya yayımının genişləndirilməsi;
20.2.5. ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi;
20.2.6. bu sahədə əldə edilən elmi nailiyyətlərin istehsala tətbiqinin təmin edilməsi, sərgilər və yarmarkaların təşkili.
20.3. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.
Maddə 21. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq
21.1. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.
21.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 22. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 23. Mübahisələrin həlli
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması, saxlanması, daşınması və satışı ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur.

 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 650-II






http://agro.gov.az/uploads/posts/2015-06/1435542189_gerb4_4.jpg

Arıçılıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikasında arıçılığın təşkilinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. arıçılıq - bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;
1.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;
1.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);
1.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;
1.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;
1.0.6. arıçılıq məhsulları - bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.);
1.0.7. bal arısı cinsləri - müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu;
1.0.8. bal arısı populyasiyaları - müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu;
1.0.9. arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması - müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü;
1.0.10. entomofil bitkilər - cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər;
1.0.11. balyığma mənbələri - bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;
1.0.12. apifitoməhsul - arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul.

Maddə 2. Arıçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Arıçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Heyvanlar aləmi haqqında” və “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Arıçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi
Arıçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması, yerli arı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılması və təkmilləşdirilməsi, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsulları istehsalının artırılması üçün hüquqi zəmin yaratmaqla Azərbaycanda arıçılığın inkişafına nail olmaqdır.

Maddə 4. Arıçılığın obyektləri və subyektləri
4.1. Bal arısı ailələri (ana arı, işçi arılar, erkək arılar), arıçılıq məhsulları, pətəklər, habelə arıçılıqda istifadə olunan avadanlıq, ləvazimat və tikililər arıçılığın obyektləridir.
4.2. Mülkiyyət növündən asılı olmayaraq arıçılıq subyektləri aşağıdakılardır:
4.2.1. arıçılıq təsərrüfatları;
4.2.2. əsasən arıçılıq inventarı və avadanlığı hazırlayan müəssisələr;
4.2.3. arıçılıqla məşğul olan elm və təhsil müəssisələri, təcrübə-sınaq təsərrüfatları, digər idarə və təşkilatlar; [1]
4.2.4. arıçılıq məsələləri ilə bağlı fəaliyyət göstərən ictimai birliklər, ittifaqlar və qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda yaradılmış qeyri-kommersiya qurumları.
4.3. Arıçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan arıçılıq subyektləri kənd təsərrüfatı məhsulları istehsalçısı hesab olunurlar.
4.4. Qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən müddətli vergi güzəştləri əsas fəaliyyəti arıçılıq inventarı və avadanlığı hazırlamaq olan fiziki və hüquqi şəxslərə şamil olunur.

II fəsil
Arıçılıq sahəsində dövlət tənzimlənməsi
Maddə 5. Arıçılıq sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri
5.0. Arıçılıq sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
5.0.1. arıçılığın inkişafının əsas istiqamətlərini müəyyən etmək və dövlət himayəsini həyata keçirmək;
5.0.2. arıçılıq üzrə normativ hüquqi aktlar və normativ sənədləri təsdiq etmək;
5.0.3. arıçılığın inkişafı üzrə dövlət proqramları, layihələr, habelə seleksiya-damazlıq proqramları hazırlamaq, onların maliyyə mənbələrini müəyyən etmək və həyata keçirilməsini təşkil etmək;
5.0.4. arıçılıq sahəsində dövlət büdcəsindən maliyyələşən tədbirlərin icrasına nəzarət etmək, arıçılığın inkişafına və yeni texnologiyaların tətbiqinə, arıçılıq subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına və arıçılıqda istifadə olunan inventar və avadanlıqların istehsalına köməklik göstərmək;
5.0.5. arıçılıqda baytarlıq-sanitariya pasportlarının (şəhadətnamələrinin) verilməsini, arıçılıq təsərrüfatlarının uçotunun aparılmasını təşkil etmək;
5.0.6. arıçılıq sahəsində sahibkarlığın inkişafına dəstək vermək, haqsız rəqabətin qarşısının alınmasını, sağlam və ədalətli rəqabətin formalaşmasını təmin etmək;
5.0.7. bal arılarının mühafizəsi və xəstəliklərinə qarşı mübarizə tədbirlərini təşkil etmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək;
5.0.8. bal arılarının və arıçılıq məhsullarının ixracı və idxalı üzərində müəyyən olunmuş qaydada dövlət tənzimlənməsini təmin etmək;
5.0.9. arıçılıq sahəsində və arıçılıq məhsullarının təbabətdə tətbiqinə dair elmi-tədqiqat işlərini təşkil etmək, bu işlərə dəstək vermək və stimullaşdırmaq;
5.0.10. arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək;
5.0.11. arıçılıq sahəsində ixtisaslı mütəxəssislərin və arıçılıq kadrlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək, arıçılıqla məşğul olan şəxslərin maarifləndirilməsi işini təşkil etmək;
5.0.12. arıçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, arıçılıq üzrə normativ hüquqi aktların və normativ sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;
5.0.13. balyığma mənbələrinin aşkar edilməsi, nektarlı və şirəli bitkilərin seleksiyası işini təşkil etmək, bu sahədə toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsini dəstəkləmək və stimullaşdırmaq;
5.0.14. qanunvericiliyə uyğun olaraq ekoloji təmiz arıçılıq məhsulları istehsalının təmin edilməsinə nəzarət etmək;
5.0.15. arıçılığın və arıçılıq məhsullarının insanların həyatında, fəaliyyətində və sağlamlığında, arıların bitkiçilik məhsulları istehsalının artırılmasında və ətraf mühitin mühafizəsində mühüm rolunu kütləvi informasiya vasitələrində təbliğ etmək;
5.0.16. qanunvericilikdə nəzərdə tutulmuş digər istiqamətlər.

Maddə 6. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi
6.1. Arıçılıq sahəsində dövlət nəzarəti bal arısı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasının, arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyin, habelə arıçılığa dair normativ sənədlərin tələblərinin, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin və keyfiyyətli arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunması məqsədilə həyata keçirilir.
6.2. Arıçılıq sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
6.3. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyə uyğun olaraq arıçılıq subyektlərindən lazımi məlumatlar almaq, aşkar edilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, habelə fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir.
6.4. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Arıçılığın inkişafı üzrə dövlət proqramları
7.1. Arıçılığın inkişafı üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7.2. Arıçılığın inkişafı üzrə dövlət proqramlarında ölkədə yetişdirilən bal arısı cinslərinin populyasiyalarının kəmiyyətinin və damazlıq keyfiyyətinin tədqiq edilməsi, onların seleksiya qruplarının və damazlıq özəklərinin təşkili, qorunub saxlanılması və təkmilləşdirilməsi, balyığma mənbələrinin çoxaldılması və məhsuldarlığının yüksəldilməsi, arıçılıq subyektlərinin inkişaf etdirilməsi, o cümlədən onların maddi-texniki bazasının möhkəmləndirilməsi, ayrı-аyrı hüquqi və fiziki şəxslərin bu sahəyə investisiyalarının cəlb edilməsinin stimullaşdırılması, ekoloji təmiz balın istehsalı və arıçılıq məhsullarının çeşidinin artırılması, onların və apifitoməhsulların təbabətdə tətbiqinin genişləndirilməsi, arıçılıqda müasir istehsal texnologiyalarının tətbiqi, arıçılıq məhsullarının marketinqinin təşkili və arıçılığın inkişafı istiqamətində digər tədbirlər nəzərdə tutula bilər.
7.3. Arıçılığın inkişafı üzrə dövlət proqramlarının icrasına elmi-tədqiqat müəssisələri və təcrübə stansiyaları, onların arıxanaları, damazlıq arıçılıq təsərrüfatları və peşəkar arıçılıqla məşğul olan arıçılıq təsərrüfatları cəlb edilə bilərlər.

III fəsil
Arıçılığın təşkili
Maddə 8. Arıçılıqla məşğul olmaq hüququ və arıçılıq təsərrüfatlarının yaradılması
8.1. Arıçılıq fəaliyyəti arı yetişdirmə, damazlıq arıçılıq və əmtəəlik arıçılıq istiqamətlərində həyata keçirilir.
8.2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həvəskar və peşəkar arıçılıqla məşğul olmaq hüququ vardır.
8.3. Arıçılıq təsərrüfatları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır. Arıçılıq təsərrüfatlarının eyni ərazidə və müxtəlif bölgələrdə bir və bir neçə arıxanası ola bilər.
8.4. Arıçılıq təsərrüfatları dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə ola bilərlər.
8.5. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan arı ailələrinin, arıxanaların və arıçılıq təsərrüfаtlаrının say tərkibinə məhdudiyyət qoyulmur.
8.6. Damazlıq arıçılıq təsərrüfatları əsasən yüksək məhsuldar ana arılarının və arı ailələrinin yetişdirilməsi və təkrar istehsalı ilə məşğul olur, onların təşkili və fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

Maddə 9. Arıçılıq təsərrüfatlarının hüquqları və vəzifələri
9.1. Arıçılıq təsərrüfatları qanunvericilikdə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini sərbəst həyata keçirmək, o cümlədən ana arıları və arı ailələrini yetişdirmək, saxlamaq, arıçılıq məhsullarının dövriyyəsi ilə məşğul olmaq, arı ailələrindən entomofil bitkilərin tozlandırılmasında istifadə etmək və həmin məqsədlə onları icarəyə vermək, аrılаrı və arıçılıq məhsullarını idxal və ixrac etmək, sərgilərdə, yarmarkalarda iştirak etmək hüquqlarına və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malikdirlər.
9.2. Arıçılıq təsərrüfatları müvafiq qanunvericiliyin, o cümlədən arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət etmək, arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri icra etmək, aidiyyəti üzrə məlumatları (sənədləri) təqdim etmək vəzifələrini və qanunvericilikdə müəyyən edilmiş digər vəzifələri yerinə yetirirlər.
9.3. Arıçılıq təsərrüfatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyri-kommersiya qurumları yarada bilərlər.

Maddə 10. Arıçılıqda baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilməsi
Uçota alınmış arıxanalarda müalicə-profilaktika tədbirlərini həyata keçirmək məqsədilə hər bir arıxanaya forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir.

Maddə 11. Arıçılıqda seleksiya-damazlıq işləri
11.1. Azərbaycan Respublikasında yerli bal arısı genofondunun Boz dağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı Qafqaz arı cinsinin Azərbaycan, Talış və Naxçıvan populyasiyaları qorunur.
11.2. Arıçılıqda seleksiya-damazlıq işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir bal arısı cinsi və populyasiyası üzrə təsdiq edilən seleksiya-damazlıq proqramları əsasında aparılır. Seleksiya-damazlıq işləri arıçılıq üzrə mütəxəssis olan fiziki şəxslər və ya fiziki şəxslər tərəfindən belə mütəxəssislərin cəlb edilməsi yolu ilə və kadr potensialı olan hüquqi şəxslər tərəfindən zəruri şəraiti olan arıçılıq təsərrüfatlarında həyata keçirilir. Bu proqramlarda yerli bal arısının genofondunun qorunub saxlanılması, rayonlaşdırılmış arı cinslərindən olan arı ailələrinin məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, müxtəlif iqlim şəraitinə davamlı və balvermə mənbəyinə uyğun yüksək məhsuldar yeni arı cinsləri, populyasiyaları, cinsdaxili xətləri və tipləri yaratmaq üçün mütərəqqi texnologiyaların müasir elmi nəticələrinin tətbiqi və digər məsələlər əks olunmalıdır.
11.3. Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən arıçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə borcludurlar.
11.4. Ana arıların və arı ailələrinin bonitirəsi, bal arısı cinslərinin və populyasiyalarının aprobasiyası, təsdiqi, patentləşdirilməsi və istifadəsi “Seleksiya nailiyyətləri haqqında”, “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.
11.5. Azərbaycan Respublikasında yetişdirilən arı cinslərinin və populyasiyalarının seleksiya qruplarına və damazlıq özəklərinə mənsub arı ailələrinin satış məqsədilə ixracı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimlənir.

Maddə 12. Bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunması
12.1. Bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılmasını, onların çoxaldılmasının və istifadəsinin yaxşılaşdırılmasını təmin etmək üçün arıçılıqda rayonlaşdırma prinsiplərinə əməl olunmalıdır. Arıçılıq subyektləri bu prinsipə riayət etməyə borcludurlar.
12.2. Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
12.3. Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bal arısının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və Azərbaycan Respublikasının ərazisindən çıxarılması qadağandır.
12.4. Nəticələrindən asılı olaraq arıçılıq sahəsində tövsiyələrin verilməsi məqsədilə dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin yerli şəraitə uyğunlaşmasını və onların rayonlaşdırılmasını öyrənmək üçün elmi-tədqiqat və sınaq tədbirlərinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı və nəzarəti altında elmi-tədqiqat müəssisələri tərəfindən aparılır.
12.5. Yerli arı genofondunun yaxşılaşdırılması və ölkə arıçılığının təmiz cinsli məhsuldar arı ailələrinə və ana arıya olan tələbatının ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət seleksiya-damazlıq (genofond) arıxanaları yaradılır.

Maddə 13. Arıçılıq məqsədləri üçün torpaq sahələrinin ayrılması
13.1. Arıçılıq təsərrüfatlarına qanunvericiliyə uyğun olaraq torpaq sahələri ayrılır.
13.2. Arıçılığın inkişafını təmin etmək məqsədilə arıçılıq təsərrüfatları dövlət və bələdiyyə mülkiyyətində olan məhsuldar balyığma mənbələrindən mövsümi istifadə edə bilərlər.
13.3. Arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən, habelə bələdiyyə mülkiyyətində olan meşə və meşə zolaqları, kolluq və örüş sahələrindən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələri tələb olunmur. Göstərilən sahələrdən arıçılıq məqsədləri üçün istifadənin məhdudlaşdırılmasına yol verilmir.
13.4. Arıxana sahibləri mövsümi istifadə müddətində balyığma mənbəyi kimi istifadə etdikləri ərazilərin mühafizəsinə dair qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Maddə 14. Arıçılıqda mülkiyyət hüququnun xüsusiyyətləri
14.1. Arıxanalarda olan arı ailəsi, arı beçəsi və arıçılıq sahəsində fəaliyyəti həyata keçirmək üçün lazım olan alət, ləvazimat, avadanlıq və tikililər arıxana sahiblərinə mülkiyyət və (və ya) istifadə hüququnda mənsub ola bilər.
14.2. Hüquqi və fiziki şəxslər arıxanalarından başqa əraziyə uçub getmiş və orada məskunlaşmış və ya yad pətəyi tutmuş arı ailəsini (təbii arı beçəsini) müntəzəm izlədikləri halda həmin arı ailəsini (arı beçəsini) öz əmlakı kimi yığıb geri qaytarmaq hüququna malikdirlər.
14.3. Hüquqi və fiziki şəxslərin arıxanalarından uçmuş arı beçəsi başqaları ilə birləşərək bir yerə toplanarsa, birləşmiş arı beçələri həmin şəxslərin ümumi mülkiyyəti hesab olunur və onun bölünməsi, o cümlədən birləşmiş arı beçəsinin özgəninkiləşdirilməsindən əldə edilən pul vəsaitinin arı beçəsinin sayına uyğun bölünərək sahiblərinə ödənilməsi tərəflər arasında razılaşmaya əsasən həyata keçirilir.
14.4. Yad ərazidə məskunlaşmaq və ya yad pətəyi tutmaqla əlaqədar zərər vurulduğu halda zərərçəkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvəz ödənilməsini tələb edə bilər.

Maddə 15. Arıxanaların yerləşdirilməsi və uçotu
15.1. Arıçılıq təsərrüfatlarında arıxanalar zootexniki və baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğun ərazilərdə yerləşdirilir.
15.2. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün arıxanalar səhiyyə, təhsil, mədəniyyət və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər müəssisələrdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədə və qaydada yerləşdirilməlidir.
15.3. Arı ailələrindən entomofil bitkilərin səmərəli tozlanmasında istifadə etmək üçün arıxanaların müvafiq balyığma mənbələrində müvəqqəti yerləşdirilməsinə yol verilir.
15.4. Arıçılıq təsərrüfatları arıxananı yeni ərazidə yerləşdirərkən müvafiq icra hakimiyyəti orqanları tələb etdiyi halda arıxana haqqında məlumat və onun baytarlıq-sanitariya pasportunu (şəhadətnaməsini) təqdim etməyə borcludurlar.
15.5. Arıçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uçota alınırlar.
15.6. Arıçılıq təsərrüfatları arıxananın daimi yerləşdiyi ərazidəki müvafiq dövlət orqanlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlar verməyə borcludurlar.
15.7. Arıçılıq subyektləri, arı ailələri və arıçılıq məhsulları istehsalı haqqında statistik məlumatların tərtibi və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.8. Arı ailələrinin sayının statistik uçotu aparılarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi arı ailəsinin standart gücü nəzərə alınmalıdır.

Maddə 16. Arılardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılması üçün istifadə
edilməsi
16.1. Entomofil kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər məhsuldarlığı artırmaq məqsədilə bitkiləri tozlandırmaq üçün qanunvericiliyə uyğun olaraq arıçılıq təsərrüfatlarının razılığı ilə onların arı ailələrindən istifadə edə bilərlər.
16.2. Arıçılıq təsərrüfatları entomofil kənd təsərrüfatı bitkiləri becərən hüquqi və fiziki şəxslərə əvvəlcədən xəbər verməklə həmin bitkilərin yerləşdiyi ərazidən, habelə onların mülkiyyətində və (və ya) istifadəsində olan otlaqlar və digər sahələrdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada balyığma mənbəyi kimi istifadə edə bilərlər.
16.3. Entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılması və balyığma mənbələrindən mövsümi istifadə müddətində həmin ərazilərin və bal arılarının mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir.

Maddə 17. İnsan və heyvan xəstəliklərinin profilaktikasında və müalicəsində arıçılıq
məhsullarından istifadə
17.1. İnsan və heyvan xəstəliklərinin profilaktikası və müalicəsi məqsədilə arılardan, arıçılıq məhsullarından və apifitoməhsullardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada dərman vasitəsi kimi istifadə oluna bilər.
17.2. Arıçılıq məhsullarından və apifitoməhsullardan hazırlanmış dərman vasitələrinin kliniki sınağı və tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.


IV fəsil
Arıçılıq məhsullarının dövriyyəsi
Maddə 18. Arıçılıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması
18.1. Azərbaycan Respublikasında arı ailələrinin və istehsal edilən arıçılıq məhsullarının milli standartları qanunvericiliyə uyğun olaraq hazırlanır, müvafiq orqanlarla razılaşdırılır, təsdiq edilir və qeydiyyata alınır.
18.2. Azərbaycan Respublikasında istehsal edilən və idxal olunan arıçılıq məhsulları satışa çıxarılarkən qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılmalıdır.
18.3. Arıçılıq məhsullarının sertifikatlaşdırılması həmin məhsulların baytarlıq şəhadətnaməsi olduqda aparılır.
18.4. Azərbaycan Respublikasında istehsal edilən və arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıq, inventar və qurğular qüvvədə olan normativ texniki sənədlərin tələblərinə uyğun hazırlanır.
18.5. Arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədilə ictimai təşkilatlar və arıçılıq təsərrüfatları könüllü qaydada milli standartlarla yanaşı daha ciddi tələbləri olan standartlar tətbiq edə bilərlər.

Maddə 19. Arıçılıq məhsullarının qablaşdırılması və markalanması
19.1. Azərbaycan Respublikasında arıçılıq məhsulları istehsalçıları dövriyyəyə daxil etdikləri məhsulları istehsal markaları ilə təchiz etməlidirlər.
19.2. Arıçılıq məhsullarının qablaşdırılması və markalanması qaydası beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
19.3. Daxili bazara çıxarılan və ixrac edilən arıçılıq məhsulları markalanarkən etiketin üzərində Azərbaycan dilində istehlakçılar üçün qanunvericilikdə nəzərdə tutulmuş lazımi məlumatlar əks olunmalıdır.
19.4. Arıçılıq məhsullarının saxlanması və daşınması üçün insan orqanizminə təhlükə yaratmayan və istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilən müxtəlif materiallardan hazırlanmış və müvafiq standartlara cavab verən qablardan istifadə edilir.
19.5. Arıçılıq məhsullarının etiketi üzərində məhsulun keyfiyyətini xarakterizə edən məlumatlarla məhsulu müşayiət edən sənədlərdə olan məlumatlar arasında uyğunluq təmin edilməlidir.
19.6. Arıçılıq məhsulları markalanarkən normativ sənədlərin tələblərinə cavab verdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə etiketin üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adlar və reklam xarakterli digər məlumatlar yerləşdirilə bilər.
19.7. Arıçılıq məhsullarının ekoloji təmiz kənd təsərrüfatı məhsulları kimi “EKO-keçid” və “EKO” markası ilə markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 20. Arıçılıq məhsullarının marketinqi və satışı
20.1. Arıçılıq məhsullarına olan tələbatın, qiymətlərin, reklamın, yeni məhsul növünün istehsalının, müəssisələrin və firmaların istehsal-satış fəaliyyətinin idarə edilməsinin yaxşılaşdırılmasına yönəldilmiş məsələlərin təhlili və proqnozlaşdırılması üçün arıçılıq məhsullarının marketinqi təşkil edilir.
20.2. Arıçılıq məhsullarının marketinqi arıçılıq məhsullarının həcminə, arıçılıq məhsullarına olan tələbata və digər məlumatlara əsaslanır.
20.3. Arıçılıq məhsullarının həcmi barədə məlumatların əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Arıçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada arıçılığa dair statistik məlumatları təqdim etməyə borcludurlar.
20.4. Arıçılıq məhsullarına olan tələbatı müəyyən etmək, onların reklamını və satışını keçirmək üçün sərgilər, yarmarka-satış və müasir informasiya texnologiyaları olan internet-saytlardan istifadə olunur. Yarmarkaların və sərgilərin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il həyata keçirilir və bu tədbirlərdə arıçılıq məhsulları ilə yanaşı arıçılıqda istifadə edilən avadanlıq, inventar və qurğular da nümayiş etdirilir və onların satışı təşkil olunur.
20.5. Arıçılıq məhsulları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərbəst mübadilə oluna, alına və ya bir şəxsdən başqasına keçə bilər. Arıçılıq məhsullarının satışı xüsusi mağazalarda, mağazaların ayrıca bölmələrində və ya onların keyfiyyətinə və digər xüsusiyyətlərinə zərər gətirməyən, müvafiq normativ texniki sənədlərin tələblərinə cavab verən yerlərdə təşkil olunur.
20.6. Satışa bal arılarının bitkilərin nektarından və şirəsindən (gəzəngidən) istehsal etdiyi bal çıxarılır. Süni yolla və ya başqa mallardan alınmış məhsulun bal kimi satışına və digər məqsədlər üçün istifadəsinə yol verilmir və o, qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan mal hesab olunur. Belə məhsulu təbii bal kimi dövriyyəyə daxil etməklə istehlakçıların hüquqlarının pozulmasında təqsirli bilinən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
20.7. Azərbaycan Respublikasında sertifikatsız arıçılıq məhsullarının satışına yol verilmir.
20.8. Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 21. Arıçılıq məhsullarının idxalı və ixracı
21.1. Arıçılıq məhsullarının və arıçılıqda istifadə edilən inventar və avadanlığın idxalı və ixracı bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
21.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada arı xəstəliklərinin Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısını almaq üçün xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların idxalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.
21.3. Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yalnız elmi-tədqiqat və təcrübə məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yol verilə bilər.

V fəsil
Bal arılarının mühafizəsi
Maddə 22. Bal arılarının mühafizəsinin təmin edilməsi
22.1. Bal arılarının mühafizəsinin təmin edilməsi aşağıdakı yollarla həyata keçirilir:
22.1.1. hüquqi və fiziki şəxslərin bal arılarının saxlanılmasında zootexniki və baytarlıq (baytarlıq-sanitariya) normalarına riayət etməsi, saxlanma şəraitinə, köçürülmə yerlərinin və yollarının qorunmasına qoyulan tələbləri yerinə yetirməsi;
22.1.2. arı ailələrinin talanlardan, arı ziyanvericiləri olan və ovlanması qadağan olunan heyvan və quşlardan qorunması;
22.1.3. bal arılarının pestisidlərlə, toksiki və aqrokimyəvi maddələrlə zəhərlənməsinin qarşısının alınması;
22.1.4. arı xəstəlikləri üzrə profilaktiki tədbirlərin vaxtında və müntəzəm həyata keçirilməsi, xəstəliklərin yayılmasının qarşısının alınması, onların müalicəsi və zərərvericilərə qarşı mübarizə işinin təşkili;
22.1.5. arı ailələrinin balyığma mənbələrinə maneəsiz köçürülməsinə şərait yaradılması;
22.1.6. yerli bal arıları genofondunun qorunması, bal arılarının bioloji və təsərrüfat əhəmiyyətli əlamətlərinin yaxşılaşdırılması üçün seleksiya-damazlıq işinin təşkili;
22.1.7. kütləvi informasiya vasitələrində arıçılığın insan sağlamlığının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və əhalinin məşğulluğunun artırılmasında əhəmiyyətinin, onun iqtisadi səmərəliliyinin və geniş potensial imkanlara malik bir sahə olmasının təbliğ olunması, bal arılarının qorunmasına və arıçılığın inkişafına xidmət edən fəaliyyətlərin stimullaşdırılması.
22.2. Bal arılarının mühafizəsinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 23. Bal arılarının mühafizəsinin təşkili
23.1. Bal arılarının saxlanıldığı ərazilərdə və balyığma mənbələrində tarla, çəmən, meşə, meşə zolaqları və əkinlərin pestisidlərlə və aqrokimyəvi maddələrlə işlənməsi zərurəti yarandığı hallarda bu işlərlə məşğul olan hüquqi və fiziki şəxslər dərmanlanacaq sahələrdən yeddi kilometr məsafəyədək yerləşən arıxana sahiblərinə işə başlamazdan ən azı beş gün əvvəl rəsmi qaydada və ya kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etməyə borcludurlar.
Xəbərdarlıqda dərmanlanacaq sahələrin adı və yeri, dərmanlanmanın aparılma vaxtı və metodu, tətbiq edilən pestisidlərin və aqrokimyəvi maddələrin növü, təsir müddəti və dərəcəsi göstərilməlidir.
23.2. Meşələrin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlər arıçılıq sahəsində səmərəli fəaliyyəti təmin edən tələblər nəzərə alınmaqla həyata keçirilir.
Arıxanaların yerləşdiyi yerdən üç kilometrdən az məsafədə olan meşələrin sanitariya vəziyyəti və çoxaldılması şəraitini yaxşılaşdırmaq halları istisna olmaqla, balyığma mənbələri olan ağac və kolların (cökə, ağcaqayın, söyüd, akasiya və s.) kəsilməsinə və ya onların nektar məhsuldarlığına xələl gətirən fəaliyyətə icazə verilmir.
23.3. Təbii məskunlaşdıqları yerlərdə bal arılarının xeyirli xüsusiyyətlərindən istifadə və onlardan arıçılıq məhsullarının alınması qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.
Arıların təbii şəraitdə məskunlaşdıqları ağac koğuşlarının və başqa yerlərin talan edilməsinə icazə verilmir və belə arı ailələri həmin ərazinin istifadəçiləri tərəfindən qorunur.
Ağac koğuşunda məskunlaşmış arı ailələrindən balın götürülməsinə arı ailəsinin məhv edilməməsi, kötük şəklində ağacın kəsilməməsi və yuvada arı ailəsinə yem üçün lazımi miqdarda bal ehtiyatının saxlanması şərti ilə icazə verilir.

Maddə 24. Bal arılarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri
24.1. Bal arılarının xəstəliklərinin qarşısının alınması və müalicə tədbirlərinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir.
24.2. Arıçılıq subyektləri təhlükəlilik dərəcəsi və kütləviliyi ciddi xarakter alan arı xəstəliklərini müşahidə etdikdə müvafiq icra hakimiyyəti orqanlarına təcili xəbər verməlidirlər.
24.3. Arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
24.4. Arıçılıq məhsullarının keyfiyyətinə mənfi təsir göstərməmək üçün arı xəstəliklərinin müalicəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya uyğun dərman vasitələrindən istifadə edilir.

Maddə 25. Arı ailələrinin köçürülməsi
Arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi baytarlıq (baytarlıq-sanitariya) normalarına əməl edilməklə, arıların mühafizəsini və arı ailələrinin yeni ərazilərə tez və maneəsiz çatdırılmasını təmin edən tədbirlər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

VI fəsil
Yekun müddəalar
Maddə 26. Arıçılığın maliyyə təminatı
26.1. Arıçılığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət büdcəsindən ayırmalar, investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və digər mənbələr hesabına formalaşır.
26.2. Arıçılığın inkişafına investisiyaların cəlb edilməsinə, arıçılıqda seleksiya-damazlıq işlərinin təşkilinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların tətbiqinə, arıçılığın maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.

Maddə 27. Arıçılığın kadr və elmi təminatı
27.1. Arıçılıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və əlavə təhsili Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [2]
27.2. Arıçılıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında müvafiq elmi-tədqiqat müəssisələri, tədqiqatçı alimlər və müvafiq ali təhsili olan mütəxəssislər tərəfindən aparılır.
27.3. Elmi-tədqiqat müəssisələri ölkədə arıçılığın inkişafını və insan sağlamlığı üçün xüsusi əhəmiyyətə malik apifitoməhsulların istehsalını və tətbiqini təmin edən tədqiqatlar aparmaqla müvafiq tövsiyə və təkliflərin hazırlanması, arıçılıq sahəsində seleksiya-damazlıq proqramlarının, mövcud arı cinslərinin və populyasiyalarının təkmilləşdirilməsi, cinsdaxili xətlərin və tiplərin yaradılmasının metod və üsullarının hazırlanması və həyata keçirilməsi, arı xəstəliklərinin qarşısının alınması və müalicəsinin, arıların zərərvericilərindən və düşmənlərindən qorunmasının səmərəli təşkili, arıçılıqda süni mayalanmanın tətbiqi və digər müasir elmi-texniki tədqiqatların aparılması ilə məşğul olurlar.

Maddə 28. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq
Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

Maddə 29. Arıçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Arıçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 30. Mübahisələrin həlli
Arıçılıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2009-cu il
№ 765-IIIQ

 





http://agro.gov.az/uploads/posts/2015-06/1435542195_gerb4_4.jpg
Damazlıq heyvandarlıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



Bu qanun Azərbaycan Respublikasında heyvandarlıqda damazlıq işinin təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. damazlıq heyvandarlıq - kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədilə yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsi;
1.0.2. damazlıq işi - kənd təsərrüfatı heyvanlarının genetik potensialının yüksəldilməsi, mövcud heyvan növləri və cinslərinin təkmilləşdirilməsi və yeni cinslərin yaradılması, damazlıq heyvanların sayının artırılması üçün həyata keçirilən kompleks təşkilati-təsərrüfat tədbirləri;
1.0.3. damazlıq heyvan - mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins heyvan;
1.0.4. heyvan cinsləri - eyni mənşəyə və seleksiya strukturuna malik, öz morfoloji və təsərrüfat əhəmiyyətli xüsusiyyətləri ilə başqalarından fərqlənən heyvan qrupu;
1.0.5. damazlıq ehtiyatı (məhsulu, materialı) - damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri və embrionları;
1.0.6. cins heyvanların damazlıq özəyi - heyvan cinslərinin damazlıq təsərrüfatlarda qiymətli genotipə və yüksək məhsuldarlığa malik, seçilmiş yaxşılaşdırıcı damazlıq heyvanlar qrupu;
1.0.7. damazlıq heyvanların bonitirəsi - heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının müəyyən edilməsi məqsədi ilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi;
1.0.8. damazlıq heyvanların təmiz cinsli yetişdirilməsi - eyni cinsdən olan heyvanların müsbət xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən-nəslə ötürmək məqsədi ilə yetişdirilməsi;
1.0.9. damazlıq heyvandarlıq təsərrüfatları - damazlıq heyvanların yetişdirilməsi və saxlanması, onların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, satışı, sınağı, habelə heyvanların süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan hüquqi və fiziki şəxslər;
1.0.10. dövlət damazlıq kitabı - damazlıq heyvanların mənşəyinin, eksteryer, döllük və məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə qeydiyyatı sənədi;
1.0.11. damazlıq heyvanların dövlət reyestri - damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi;
1.0.12. damazlıq heyvanların identikləşdirilməsi - müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətləri üzrə tanınması sistemi.

Maddə 2. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi "Seleksiya nailiyyətləri haqqında" və "Atçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Kənd təsərrüfatı heyvanları hesab edilməyən vəhşi və ev heyvanlarının saxlanması, yetişdirilməsi və istifadəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 3. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin məqsədi
Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin məqsədi kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək, onların təkrar istehsalını və səmərəli dövriyyəsini təşkil etmək, yerli heyvan cinslərinin, azsaylı və nəsli kəsilmək təhlükəsi olan digər cinslərin və biomüxtəlifliyin qorunub saxlanmasını təmin etmək və ölkədə heyvandarlığın inkişafına nail olmaqdır.

Maddə 4. Damazlıq heyvandarlığın obyektləri və subyektləri
4.1. Damazlıq heyvandarlığın obyektlərinə kənd təsərrüfatı heyvanlarının əsas zooloji qrupları və onlara aid olan heyvanların yetişdirilməsi və saxlanması üçün lazım olan tövlələr, binalar, qurğular, maşınlar, alət və avadanlıqlar, torpaq sahələri, örüş və otlaqlar, digər təsərrüfat obyektləri və vasitələri aiddir.
4.2. Damazlıq heyvandarlığın subyektlərinə damazlıq təsərrüfatları, damazlıq işində iştirak edən istehsal və xidmət təşkilatları, habelə ictimai birliklər aiddir.

II fəsil
Damazlıq işinin dövlət tənzimlənməsi

Maddə 5. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri
5.0. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
5.0.1. damazlıq heyvandarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və həyata keçirmək;
5.0.2. damazlıq heyvandarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
5.0.3. damazlıq heyvandarlığın prioritet sahələrini maliyyələşdirmək, damazlıq subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına kömək göstərmək;
5.0.4. damazlıq heyvandarlıq sahəsində dövlət nəzarətini həyata keçirmək;
5.0.5. damazlıq heyvanların dövlət qeydiyyatının aparılmasını və damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasını təşkil etmək;
5.0.6. damazlıq heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar seleksiya-damazlıq proqramları hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
5.0.7. damazlıq təsərrüfatların torpaq sahələrinə, örüş və otlaqlara olan tələbatını ödəmək üçün müvafiq tədbirlər görmək;
5.0.8. qanunvericilikdə nəzərdə tutulmuş qaydada damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, bu fəaliyyətlə əlaqədar istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;
5.0.9. damazlıq heyvandarlıq sahəsində elmi tədqiqat işlərinin əlaqələndirilməsini, bu sahədə kadr hazırlığının təşkilini və həyata keçirilməsini təmin etmək;
5.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Maddə 6. Damazlıq heyvandarlığa dövlət nəzarətinin həyata keçirilməsi
6.1. Damazlıq heyvandarlığa dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
6.2. Damazlıq heyvandarlığa dövlət nəzarəti aşağıdakıları əhatə edir:
6.2.1. damazlıq heyvandarlıq sahəsində vahid elmi-texniki siyasəti formalaşdırmaq və həyata keçirmək;
6.2.2. damazlıq heyvandarlıq üzrə proqramların, o cümlədən müvafiq heyvan növləri və cinsləri, həmçinin damazlıq heyvandarlıq təsərrüfatları üzrə seleksiya-damazlıq proqramlarının işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
6.2.3. damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparmaq;
6.2.4. damazlıq heyvandarlıq sahəsində standartları və normaları müvafiq dövlət orqanları ilə birlikdə hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;
6.2.5. damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar əsasında heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib etmək, təsərrüfatların uçotunu aparmaq;
6.2.6. damazlıq ehtiyatlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərini təsdiq edən pasportu (şəhadətnaməni) və sertifikatı tərtib etmək, onların hazırlanmasına, saxlanmasına, uçotuna və verilməsinə nəzarət etmək;
6.2.7. damazlıq heyvandarlıq sahəsində sığorta müqaviləsinin qüvvədə olduğu müddəti və ərazi biotexnoloji üsulların tətbiqi şərtlərini müəyyən etmək;
6.2.8. ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan nadir genotipə aid damazlıq heyvanların siyahısını müəyyən etmək və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
6.2.9. damazlıq heyvandarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək;
6.2.10. damazlıq heyvandarlığın dövlət tərəfindən dəstəklənməsi, dövlət büdcəsindən maliyyələşən damazlıq işləri və tədbirləri haqqında təkliflər hazırlamaq və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
6.2.11. azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin qorunub saxlanması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;
6.2.12. damazlıq heyvandarlıq sahəsində beynəlxalq tədbirlərdə iştirak etmək;
6.2.13. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 7. Damazlıq heyvandarlıq sahəsində dövlət müfəttişləri
7.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxslər baş dövlət damazlıq müfəttişi və dövlət damazlıq müfəttişləri hesab edilirlər.
7.2. Dövlət damazlıq müfəttişlərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 8. Damazlıq heyvanların və heyvan qruplarının dövlət qeydiyyatı
8.1. Damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini aparmaq, mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət qeydiyyatı aparılır.
8.2. Dövlət damazlıq kitabında müəyyən cinsə aid yüksək məhsuldar və damazlıq pasportu (şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar əks olunur.
8.3. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud cinslərin və cinsdaxili qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məlumatları daxil edilir.
8.4. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
8.5. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabının tərtibi üçün tələb olunan məlumatların damazlıq heyvandarlıq subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir.
8.6. Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.7. Seleksiya nailiyyətləri hesab edilən damazlıq ehtiyatlarının patent mühafizəsi qaydası seleksiya nailiyyətləri haqqında qanunvericiliklə tənzimlənir.

Maddə 9. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) və damazlıq ehtiyatlarının sertifikatlaşdırılması
9.1. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) heyvanların mənşəyini, məhsuldarlığını, təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən və identikləşdirmə zamanı istifadə olunan əsas sənəddir.
9.2. Damazlıq pasportu (şəhadətnaməsi) cins heyvanların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi və dövlət qeydiyyatına alınması əsasında verilir.
9.3. Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi qaydası və ona daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
9.4. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması damazlıq məhsulun, materialın müəyyən edilmiş normativlərə uyğun və genetik cəhətdən qüsursuz olmasının sənədli təsdiqi üçün həyata keçirilir. Sertifikatlaşdırmanın nəticələri barədə hazırlanan uyğunluq sertifikatı dövriyyəyə cəlb edilən cins heyvanın və digər damazlıq ehtiyatının damazlıq obyekti kimi tanınmasına, təkrar istehsala yararlılığına və ondan yaxşılaşdırıcı kimi istifadə edilməsinə təminat verir.
9.5. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.6. Damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

Maddə 10. Cins heyvanların uçotu
10.1. Damazlıq işinin səmərəli təşkili və damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hər on ildə bir dəfə Azərbaycan Respublikasında yetişdirilən heyvanların cins tərkibini müəyyən etmək, habelə damazlıq pasportu (şəhadətnaməsi) olan cins heyvanların sayı və damazlıq keyfiyyəti haqqında məlumatları dəqiqləşdirmək üçün bütün cins heyvanların uçotu aparılır.
10.2. Cins heyvanların uçotunun nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və ondan ayrı-ayrı təsərrüfatlarda, regionlarda və ölkədə damazlıq işinin qurulmasında və təkmilləşdirilməsində, seleksiya-damazlıq proqramlarının hazırlanmasında və həyata keçirilməsində istifadə olunur.

III fəsil
Damazlıq işinin təşkili

Maddə 11. Seleksiya-damazlıq proqramları
11.1. Azərbaycan Respublikasında yetişdirilən bütün heyvan cinslərinin məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, yeni heyvan cinslərinin, tiplərinin, ailə, kross və xətlərinin yaradılması müvafiq seleksiya-damazlıq proqramları əsasında həyata keçirilir.
11.2. Seleksiya-damazlıq proqramlarının hazırlanması və həyata keçirilməsi haqqında təlimat müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.3. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün damazlıq heyvandarlıq subyektləri öz səlahiyyətləri daxilində seleksiya-damazlıq proqramlarının tərtib edilməsində və həyata keçirilməsində iştirak edirlər.
11.4. Seleksiya-damazlıq proqramlarında elmin və təcrübənin ən son nailiyyətləri nəzərə alınmaqla yerli və idxal olunan damazlıq ehtiyatlardan səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, damazlıq heyvanların saxlanması və yemləndirilməsi şəraitinin yaxşılaşdırılması, mövcud cinslərin təkmilləşdirilməsi, yeni cins və cinsdaxili qrupların yaradılması üçün nəzərdə tutulan seçmə və taylaşdırma üsulları, bu işlərin nəticəsində əldə olunacaq iqtisadi səmərəliliyin proqnozlaşdırılması öz əksini tapmalıdır.

Maddə 12. Damazlıq heyvanların yetişdirilməsi və bonitirəsi
12.1. Damazlıq heyvanların yetişdirilməsi müvafiq seleksiya-damazlıq proqramına uyğun olaraq həyata keçirilir.
12.2. Damazlıq təsərrüfatlarda yetişdirilən cins heyvanlar müvafiq qaydada təsdiq edilmiş normativlər əsasında bonitirə olunurlar.
12.3. Damazlıq heyvanların bonitirəsi kənd təsərrüfatı heyvanlarının növ və cinsləri, cinsdaxili qrupları üzrə müvafiq damazlıq subyektlərində bonitirəçi mütəxəssislər tərəfindən aparılır. Damazlıq heyvanların bonitirəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi təlimatlara əsasən həyata keçirilir.
12.4. Bonitirənin nəticələri müvafiq sənədlərdə əks olunur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ümumiləşdirilərək damazlıq heyvanlardan təyinatı üzrə və səmərəli istifadə olunması məqsədilə damazlıq heyvandarlıq subyektlərinə və digər maraqlı tərəflərə müvafiq tövsiyələr verilir.


Maddə 13. Damazlıq heyvandan reproduksiya məqsədi ilə istifadə edilməsi
13.0. Damazlıq heyvandan reproduksiya məqsədilə aşağıdakı şərtlərə əməl edilməklə istifadə olunur:
13.0.1. damazlıq heyvanın reproduksiya üçün yararlılığını və yaxşılaşdırıcı olmasını təsdiq edən müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda;
13.0.2. damazlıq heyvan müvafiq qaydada dövlət qeydiyyatına alındıqda;
13.0.3. damazlıq heyvan vahid identikləşdirmə sisteminə daxil olan metodlarla nişanlandıqda.

Maddə 14. Damazlıq törədici heyvanların toxumundan reproduksiya məqsədi ilə istifadə olunması
14.0. Damazlıq törədici heyvanlardan alınmış toxum aşağıdakı hallarda reproduksiya məqsədi ilə istifadə olunur:
14.0.1. toxum müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış və törəməsinin keyfiyyətinə görə sınaqdan keçirilmiş yüksək məhsuldar və yaxşılaşdırıcı damazlıq törədici heyvandan alındıqda;
14.0.2. toxumun mənşəyini və təkrar istehsala yararlılığını təsdiq edən damazlıq pasportu (şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.

Maddə 15. Damazlıq heyvanların embrionlarından reproduksiya məqsədilə istifadə olunması
15.1. Damazlıq heyvanların embrionlarından reproduksiya məqsədi ilə aşağıdakı şərtlər daxilində istifadə olunur:
15.1.1. embrionlar bu sahədə ixtisaslaşmış və müvafiq qaydada dövlət qeydiyyatından keçmiş damazlıq heyvandarlıq subyektlərindən əldə edildikdə;
15.1.2. embrionlar müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüksək məhsuldar damazlıq heyvanlardan götürüldükdə;
15.1.3. embrionların damazlıq pasportu (şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.
15.2. Damazlıq heyvanların embrionları yalnız damazlıq heyvandarlıq subyektlərinə satıla və verilə bilər. Embrionların satılması və istifadəsi onların transplantasiyası üzrə ixtisaslaşmış subyektlərin müstəsna səlahiyyətidir və müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.

Maddə 16. Damazlıq törədici heyvanların qiymətləndirilməsi
16.1. Cinsin təkrar istehsalı və damazlıq keyfiyyətinin yüksəldilməsi məqsədilə seçilmiş damazlıq törədici heyvanlar fərdi xüsusiyyətlərinə və verdikləri nəslin keyfiyyətinə görə yoxlanılaraq qiymətləndirilirlər.
16.2. Damazlıq törədici heyvanların yoxlanması və qiymətləndirilməsi damazlıq təsərrüfatlarında həyata keçirilir. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq törədicilərin istifadə istiqamətləri müəyyən edilir, onlar seleksiya-damazlıq proqramlarına və layihələrinə uyğun müvafiq damazlıq təsərrüfatlarında istifadə olunur.
16.3. Damazlıq törədici heyvanların yoxlanması və qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq aparılır.
Maddə 17. Yerli heyvan cinslərinin tanınması, patentləşdirilməsi və damazlıq özəklərinin qorunması
17.1. Azərbaycan Respublikasında yetişdirilən Qarabağ və Dilbaz at cinsləri, Azərbaycan qonuru və Qırmızı Qazax qaramal cinsləri, Azərbaycan camışı, Azərbaycan zebusu, Qarabağ, Qaradolaq, Qala, Azərbaycan dağ merinosu, Balbas və Bozax qoyun cinsləri, Azərbaycan dəvəsi, Azərbaycan ovçarkası (qoyun iti), Qabaqtəpə arıları, cins kimi formalaşmaqda olan Quba yorğası, Şirvan və Kiçik Qafqaz atları, Gödək, Şirvan, Ləzgi, Herik və Caro qoyunları, yerli keçilər, ev quşları, Lənkəran boz arı populyasiyası, habelə dünyada geniş yayılmış heyvan cinslərinin yerli tipləri, Azad Azərbaycan, Şəki-1 və Şəki-2 tut ipəkqurdu cinsləri və digər zooloji qruplar yerli heyvan genofondunun nümunələri kimi tanınır.
17.2. Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinsləri və digər zooloji qruplar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada seleksiya nailiyyəti kimi qanunvericiliyə uyğun olaraq qeydə alınır və patentləşdirilir. Bu qrup heyvanların sınağının aparılması qaydaları, seleksiya nailiyyətinə olan tələblər və digər şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.3. Yeni heyvan cinsləri və zooloji qruplar rayonlaşdırılır, dövlət damazlıq reyestrinə daxil edilir və onların ayrılıqda uçotu aparılır.
17.4. Azərbaycan Respublikasında yetişdirilən heyvan cinslərinin və dünyada geniş yayılmış cinslərin yerli tiplərinin damazlıq özəklərinə mənsub olan nümunələri qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qorunur. Bu heyvanların səbəbsiz ölümündə və qeyri-qanuni formada çıxdaş edilməsində təqsirli olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV fəsil
Damazlıq heyvandarlıq təsərrüfatları və onların fəaliyyətinin əsas istiqamətləri

Maddə 18. Damazlıq heyvandarlıq təsərrüfatlarının növləri və fəaliyyət prinsipləri
18.1. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan və xarici hüquqi şəxslərin damazlıq heyvandarlıq təsərrüfatları, o cümlədən damazlıq işi ilə məşğul olan istehsal və xidmət təşkilatları yaratmaq hüququ vardır.
18.2. Damazlıq heyvandarlıq təsərrüfatları hər bir cins üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş seleksiya-damazlıq proqramına uyğun fəaliyyət göstərir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada attestasiyadan keçirilərək onun damazlıq təsərrüfat növü müəyyən edilir.
18.3. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas növlərinə damazlıq zavodları, reproduktorları, fermaları və sınaq müəssisələri, süni mayalandırma və embrionların transplantasiyası mərkəzləri, genobanklar, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyaları daxildir.
18.4. Damazlıq heyvandarlıq təsərrüfatlarının hər hansı bir fəaliyyət növünə aid edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, hər bir heyvan növü və cinsi üzrə təsdiq edilmiş normalar, tələblər və şərtlər əsasında həyata keçirilir.
18.5. Damazlıq heyvandarlıq təsərrüfatları fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qururlar:
18.5.1. cinslərin təmizlikdə yetişdirilməsinə üstünlük verməklə onların təkmilləşdirilməsinin, yerli və dünyada geniş yayılmış heyvan cinslərinin genofonduna aid olan damazlıq heyvanların qorunub saxlanmasının təmin olunması;
18.5.2. damazlıq ehtiyatından təyinatı üzrə və səmərəli istifadə edilməsi;
18.5.3. yüksək məhsuldar və yerli şəraitə davamlı cins heyvanların sayının artırılması və daha geniş yayılması;
18.5.4. biomüxtəlifliyin elmi əsaslarla təmin olunması və qorunması;
18.5.5. cinslərin rayonlaşdırılması prinsipinə əməl edilməsi.
18.6. Damazlıq heyvandarlıq təsərrüfatları müxtəlif mülkiyyət növündə ola bilərlər.
18.7. Damazlıq heyvandarlıq təsərrüfatları zootexniki normalara uyğun torpaq, örüş və otlaq sahələrinə, su obyektlərinə, tövlə və köməkçi binalara, maşın, avadanlıq və qurğulara, digər təsərrüfat obyektlərinə və vasitələrinə malik olmalıdırlar.
18.8. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün damazlıq heyvandarlıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınırlar.

Maddə 19. Damazlıq zavodları
19.1. Damazlıq zavodları məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında yüksək genetik potensiala malik cins heyvanların təmiz cinsli yetişdirilməsi və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi ilə məşğul olan ən yüksək kateqoriyalı ixtisaslaşdırılmış damazlıq heyvandarlıq təsərrüfatlarıdır.
19.2. Damazlıq zavodları fəaliyyətini cinsin genetik potensialının təkmilləşdirilməsi və damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması, yeni cinslərin, tiplərin, ailə, kross və xətlərin yaradılması, habelə özündə yetişdirdiyi yüksək məhsuldar damazlıq ehtiyatlarla damazlıq reproduktor və fermaların təmin edilməsi üzərində qurur.
19.3. Damazlıq zavodlarında reproduksiya üçün istifadə olunan damazlıq törədici heyvanlar cinsin tanınan xətt və ailəsinə mənsub olan, verdiyi nəslə görə qiymətləndirilmiş yüksək məhsuldar heyvanlardan təşkil edilməli, naxırın (sürünün, ilxının) davamlı reproduksiyası və dövriyyəsi təmin olunmalıdır.
19.4. Seleksiya-damazlıq proqramlarında heyvanların yeni cinsləri, tipləri, ailə, kross və xətlərin yaradılması nəzərdə tutulduğu hallarda damazlıq zavodlarında təmizqanlı müəyyən qrup heyvanların başqa cinsdən olan heyvanlarla çarpazlaşdırılmasına, hibridləşdirilməsinə və embrion köçürülməsinə qismən yol verilə bilər.

Maddə 20. Damazlıq reproduktorlar və fermalar
20.1. Damazlıq reproduktorlar damazlıq zavodları tərəfindən damazlıq heyvanlarla təmin edilən, seleksiya-damazlıq proqramı əsasında cins heyvanların damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması, təkrar istehsalı və sayının artırılması ilə məşğul olan, ilk növbədə, əmtəəlik fermaların damazlıq heyvanlarla təmin edilməsi üzərində öz fəaliyyətini quran damazlıq heyvandarlıq təsərrüfatıdır.
20.2. Damazlıq fermalar damazlıq ehtiyatlarını ilk növbədə damazlıq zavodlarından və reproduktorlardan götürən, azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin və cinsdaxili qrupların yetişdirilməsi üzrə öz fəaliyyətini quran damazlıq heyvandarlıq təsərrüfatıdır.

Maddə 21. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan təsərrüfatlar və genobanklar
21.1. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması ilə məşğul olan təsərrüfatlar xüsusi texnologiya və avadanlıqlarla təchiz olunmuş, sanitar-gigiyenik, zoobaytar və digər tələblərə riayət edilməklə, ixtisaslı mütəxəssislər tərəfindən heyvanların süni yolla çoxaldılması ilə məşğul olan hüquqi və fiziki şəxslərdir.
21.2. Kənd təsərrüfatı heyvanlarının embrionlarının transplantasiyası ilə məşğul olan təsərrüfatlar damazlıq işinin səmərəliliyinin artırılması və yüksək məhsuldar damazlıq törədici heyvanlardan daha çox sayda bala əldə edilməsi məqsədilə xüsusi biotexnologiya əsasında embrionların köçürülməsi yolu ilə onların təkrar istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərdir.
21.3. Süni mayalandırma və embrionların transplantasiyası üzrə ixtisaslaşmış təsərrüfatlar öz fəaliyyətini aşağıdakı istiqamətdə qururlar:
21.3.1. reproduksiya məqsədilə istifadə edilən damazlıq törədici heyvanların, onların toxumlarının və embrionlarının əldə edilməsi, saxlanması, istifadəsi;
21.3.2. damazlıq törədici heyvanların verdikləri nəslin keyfiyyətinə görə yoxlanması və qiymətləndirilməsi;
21.3.3. yaxşılaşdırıcı kimi müəyyən olunmuş damazlıq törədici heyvanların toxumlarının satışı;
21.3.4. toxumların və embrionların istifadə edilməsi üzrə nəticələrin uçota alınmasının və genofond mübadiləsinin təşkili.
21.4. Süni mayalandırma və embrionların transplantasiyası üzrə ixtisaslaşmış təsərrüfatlarda yalnız damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olan heyvanlar, onların toxumları və embrionları istifadə oluna bilər.
21.5. Azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin, habelə dünyada geniş yayılmış cinslərə aid qiymətli damazlıq heyvanların qorunmasını və gələcəkdə uzun müddət istifadəsini təmin etmək məqsədilə onların toxumlarının saxlanması üçün xüsusi texnologiyalar əsasında fəaliyyət göstərən genobanklar yaradılır. Genobankların təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
21.6. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və embrionların transplantasiyası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında həyata keçirilə bilər.

Maddə 22. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası subyektləri
22.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə damazlıq ehtiyatlarının sınağı və ekspertizası keçirilir.
22.2. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında hüquqi şəxs statusunda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar, ippodromlar, digər sınaq və ekspertiza subyektləri tərəfindən həyata keçirilir.
22.3. Damazlıq ehtiyatlarının sınağını və ekspertizasını həyata keçirən subyektlərin fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.
22.4. Damazlıq ehtiyatlarının sınağının və ekspertizasının nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq təhlil edilir və heyvanların istifadə təyinatı müəyyən olunur.
22.5. Damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 23. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlər
23.1. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlərə heyvandarlıq sahəsində elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi, sərgilər və hərraclar keçirilməsi, damazlıq işi üzrə xidmətlər, təlim, tədris, maarifləndirmə, kadrların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstərən subyektlər, habelə sahənin müxtəlif problemləri ilə məşğul olan klublar, assosiasiyalar və başqa ictimai birliklər aid edilir.
23.2. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlərin yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi və subyektlərin daxili nizamnaməsi ilə tənzimlənir.
23.3. Damazlıq heyvandarlıq subyektləri, o cümlədən ictimai birliklər dövlət orqanlarının səlahiyyətlərinə aid olan nəzarət və tənzimləyici funksiyaları yerinə yetirə bilməzlər.

Maddə 24. Damazlıq heyvandarlıq təsərrüfatlarının vəzifələri və hüquqları
24.1. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas vəzifələri aşağıdakılardır:
24.1.1. damazlıq heyvandarlığa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;
24.1.2. damazlıq heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota durmaq;
24.1.3. istehsal etdikləri damazlıq ehtiyatları dövriyyəyə cəlb edildikdə onların təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən pasport (şəhadətnamə) və sertifikat təqdim etmək;
24.1.4. baytarlıq-sanitariya tələblərinə riayət etmək;
24.1.5. müəyyən edilmiş qaydada damazlıq uçotu aparmaq və müvafiq icra hakimiyyəti orqanına tələb olunan məlumatları təqdim etmək;
24.1.6. damazlıq heyvanların saxlanması, yemləndirilməsi və yetişdirilməsi qaydalarına əməl etmək, onların əsaslı səbəb olmadan çıxdaş edilməsinə yol verməmək;
24.1.7. damazlıq heyvandarlıq sahəsində nəzarətin həyata keçirilməsi üçün şərait yaratmaq və dövlət damazlıq müfəttişlərinin verdiyi rəsmi göstərişlərə vaxtında əməl etmək;
24.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
24.2. Damazlıq heyvandarlıq təsərrüfatları qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdirlər:
24.2.1. damazlıq işi sahəsində proqramların, layihələrin hazırlanmasında və icrasında iştirak etmək, digər damazlıq subyektləri ilə ortaq problemlərin həllini həyata keçirmək məqsədilə ictimai birliklər yaratmaq;
24.2.2. cins heyvanlardan və digər damazlıq ehtiyatlarından, yeni yaradılmış seleksiya nailiyyətlərindən istifadə etmək, müvafiq qanunvericiliyə əsasən onların alqı-satqısını, icarəyə verilməsini və ekspertizasını həyata keçirmək;
24.2.3. damazlıq heyvandarlıq üzrə keçirilən hərrac, sərgi və baxışlarda, elmi simpoziumlarda, sınaq, yarış və müsabiqələrdə iştirak etmək;
24.2.4. damazlıq heyvanların yetişdirilməsi və saxlanması üçün yüksək keyfiyyətli və məhsuldar torpaq sahələri ilə ilk növbədə təmin olunmaq, örüş və otlaqlardan, habelə su mənbələrindən istifadə üçün servitutlar əldə etmək;
24.2.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

V fəsil
Damazlıq heyvandarlığın maliyyələşdirilməsi, kadr və elmi təminatı
Maddə 25. Damazlıq heyvandarlığın maliyyə təminatı
25.1. Damazlıq heyvandarlığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət büdcəsindən ayırmalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və digər mənbələr hesabına formalaşır.
25.2. Damazlıq heyvandarlığın dövlət büdcəsi hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.3. Damazlıq heyvandarlığın inkişafına investisiyaların cəlb edilməsinə, dünyada geniş yayılmış cinslərə aid məhsuldar damazlıq heyvanların seleksiya məqsədilə idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların heyvandarlıqda tətbiqinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.

Maddə 26. Damazlıq heyvandarlığın kadr və elmi təminatı
26.1. Damazlıq heyvandarlıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və əlavə təhsili müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında qanunvericiliyə uyğun olaraq planlaşdırılır və müəyyən edilmiş qaydada həyata keçirilir.[1]
26.2. Damazlıq heyvandarlıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında müvafiq elmi tədqiqat müəssisələri, tədqiqatçı alimlər və mütəxəssislər tərəfindən aparılır.
26.3. Elmi-tədqiqat müəssisələri damazlıq heyvandarlıq sahəsində seleksiya-damazlıq proqramlarının, mövcud cinslərin təkmilləşdirilməsi, yeni cinslərin və cinsdaxili tiplərin yaradılmasının metod və üsullarının hazırlanması və həyata keçirilməsi, digər elmi-texniki tədqiqatların aparılması ilə məşğul olurlar.

Maddə 27. Damazlıq ehtiyatlarının idxalı və ixracı
27.1. Damazlıq ehtiyatlarının idxalı və ixracı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
27.2. Damazlıq ehtiyatlarının ixracı zamanı Azərbaycan Respublikasında yetişdirilən nadir genotipə malik heyvan nümunələrinin ölkədən çıxarılmasına məhdudiyyət qoyula bilər. Ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan damazlıq heyvanların və digər damazlıq ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

VI fəsil
Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, mübahisələrin həlli və məsuliyyət
Maddə 28. Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq
Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

Maddə 29. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasına görə təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 30. Mübahisələrin həlli
Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

Maddə 31. Qanunun qüvvəyə minməsi
31.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
31.2. Bu qanun qüvvəyə mindiyi gündən "Damazlıq işi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 24; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddə 241; 2007-ci il, №10, maddə 938) qüvvədən düşmüş hesab edilsin.

 


İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2007-ci il
№ 516-IIIQ

 




 

http://agro.gov.az/uploads/posts/2015-06/1435542268_gerb4_4.jpg

Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu


Bu qanun Azərbaycan Respublikasında pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. pambıqçılıq - pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi;
1.0.2. xam pambıq - çiyiddən ayrılmamış lifli kütlə;
1.0.3. pambıq məhsulları - xam pambığın (bundan sonra - pambıq) ilkin emalı zamanı alınan mahlıc, tiftik (lint), çiyid və lifli tullantılar;
1.0.4. mahlıc - ilkin emal zamanı pambıq çiyidindən ayrılmış lif kütləsi;
1.0.5. çiyid - ilkin emal zamanı lifdən ayrılmış pambıq toxumu;
1.0.6. toxumluq çiyid - toxumluq pambığın emalı zamanı alınmış və əkin üçün nəzərdə tutulmuş pambıq toxumu;
1.0.7. pambığın ilkin emalı - pambığın sənaye üsulu ilə qurudulması, təmizlənməsi, lifinin çiyiddən ayrılması ilə pambıq məhsullarının istehsalı prosesi;
1.0.8. pambığın və mahlıcın keyfiyyətinin ekspertizası - pambığın və mahlıcın faktiki keyfiyyət göstəricilərini müəyyən etmək üçün nümunələrin götürülməsi, təhlilivə onların keyfiyyətinin sənədləşdirilməsi tədbirləri;
1.0.9. dövriyyə - pambıq və pambıq məhsullarının satışı, idxalı və ixracı.

Maddə 2. Pambıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Pambıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, mülki və aqrar qanunvericiliyindən,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə pambıq istehsalının, emalının və dövriyyəsinin tənzimlənməsi, habelə pambıqməhsullarının keyfiyyəti barədə müəyyən edilmiş qaydalarla bu qanunda nəzərdə tutulmuş qaydalar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrinqaydaları tətbiq olunur.

Maddə 3. Qanunun məqsədi
Bu qanunun məqsədi ölkədə pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq vəpambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaqdır.

Maddə 4. Pambıqçılıq sahəsində dövlət siyasətinin istiqamətləri
Pambıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri pambıqçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservisxidmətlərinin genişləndirilməsindən, yeni texnika və texnologiyaların tətbiqindən, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından,pambıqçılığın elmi təminatının yaxşılaşdırılmasından ibarətdir.

Maddə 5. Pambıqçılıq sahəsində dövlətin vəzifələri
5.0. Pambıqçılığın inkişafını təmin etmək üçün dövlət aşağıdakı vəzifələri həyata keçirir:
5.0.1. pambıqçılıq üzrə normativ hüquqi aktlar və normativ sənədlər qəbul etmək;
5.0.2. pambıqçılığın inkişafına dair dövlət proqramlarını təsdiq etmək, habelə pambıqçılığın klasterlər əsasında inkişafını təmin etmək;
5.0.3. pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;
5.0.4. pambıq və pambıq məhsullarının keyfiyyətini müəyyən edən standartları və digər normativ sənədləri təsdiq etmək;
5.0.5. pambıq və pambıq məhsulları bazarını öyrənmək, proqnozlar hazırlamaq, pambıqçılıq ilə əlaqəli sahələrin əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək;
5.0.6. pambıq əkinlərində aqrotexniki və pambıq emalında texnoloji normaları müəyyən etmək, pambıq bitkisinin əkilib-becərilməsi zamanı istifadə olunan bitkimühafizə vasitələrinin tətbiqinə nəzarəti həyata keçirmək;
5.0.7. qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək;
5.0.8. pambıqçılıq sahəsində mütəxəssislərin hazırlanmasını, ixtisaslarının artırılmasını təşkil etmək və pambıqçılığın elmi təminatını maliyyələşdirmək;
5.0.9. pambıqçılığın inkişafı istiqamətində digər vəzifələri həyata keçirmək.

II fəsil
Pambığın istehsalı və ilkin emalı
Maddə 6. Pambıq istehsalı
6.1. Pambıq istehsalı mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxslər və fizikişəxslər tərəfindən həyata keçirilir.
6.2. Pambıq bitkisinin əkilib-becərilməsi, pambığın yığılması, saxlanması və pambıq emalı müəssisəsinə daşınması normativ sənədlərin tələblərinə və texnolojinormalara uyğun olaraq həyata keçirilir.
6.3. Pambıq istehsalı toxumluq və texniki pambıq istehsalından ibarətdir.

Maddə 7. Toxumluq pambıq istehsalı
7.1. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxum istehsalçılarının reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslər pambıq toxumunun istehsalı ilə məşğul olabilərlər.
7.2. Toxumluq pambıq istehsalı qanunvericiliyə uyğun olaraq orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından ibarətdir.
7.3. Orijinal və super elit toxumluq pambıq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq elmi-tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarındayetişdirilir, ayrılıqda yığılır, emal sexlərində çiyid lifdən ayrılaraq təlimata uyğun saxlanılır və alınan toxum artırılmaq üçün müvafiq qaydada istifadə olunur.
7.4. Elit toxumluq pambığın maşın-mexanizmlərlə yığılmasına yol verilmir.
7.5. Elit və reproduksiyalı toxumluq pambıq istehsalı ixtisaslaşdırılmış dövlət və özəl toxumçuluq təsərrüfatlarında həyata keçirilir, pambıq emalı müəssisələrindəemal edilir və əldə edilən toxum təkrar toxumluq və ya texniki pambıq istehsalını təmin etmək üçün istifadə olunur. Toxumluq üçün yaramayan çiyiddən toxum kimiistifadə edilməsinə yol verilmir.
7.6. Rayonlaşmamış və gətirilmə pambıq sortlarının toxumu yalnız təcrübə və sınaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında əkilə bilər.
7.7. Texniki pambıq istehsal edən təsərrüfatların istifadəsi üçün nəzərdə tutulan toxumluq pambıq emalı müəssisəsində ayrı yığılaraq emal edilir və alınantoxumluq çiyid toxum üçün istifadə olunur.
7.8. Toxumluq pambığın və toxumun səpin keyfiyyətinin qiymətləndirilməsi, sertifikatlaşdırılması, toxumçuluq şəbəkəsinin təşkili və pambıq toxumçuluğu ilə bağlıdigər məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
7.9. Toxumluq pambıqdan alınan mahlıc, tiftik (lint) və lifli tullantılar təyinatına uyğun qaydada istifadə olunur.

Maddə 8. Texniki pambıq istehsalı
8.1. Texniki pambıq istehsalında məqsəd yüngül və yeyinti sənayesinin inkişafına təminat verən pambıq məhsullarına olan tələbatı ödəməkdir.
8.2. Texniki pambıqdan istehsal edilmiş çiyid texniki və yeyinti məqsədləri üçün (bitki yağı, yem və digər məqsədlər), mahlıc və digər pambıq məhsulları isəyüngül sənaye üçün, habelə tibb, məişət və başqa sahələrdə işlənən malların istehsalında istifadə olunur.

Maddə 9. Pambığın ilkin emalı
9.1. Toxumluq və texniki pambığın ilkin emalı pambıq emalı müəssisələrində müvafiq standartların və digər normativ sənədlərin tələblərinə və texnoloji normalarauyğun olaraq həyata keçirilir.
9.2. İlkin emal zamanı alınmış pambıq məhsulları müvafiq standartlara uyğun olaraq qablaşdırılır, etiketləşdirilir (markalanır) və sertifikatlaşdırılır.
9.3. İlkin emaldan alınan mahlıc əyiricilik müəssisələrində təkrar emal olunur və əsasən toxuculuq sənayesi üçün iplik hazırlanır.
9.4. Pambıq məhsullarının keyfiyyət və texniki göstəriciləri müvafiq standartlara və digər normativ sənədlərə əsasən müəyyənləşdirilir.
9.5. İlkin emal müəssisələrindən ətraf mühitə atılan tullantıların miqdarı yol verilə bilən ekoloji norma həddini keçməməlidir.

Maddə 10. Pambıqçılıqda kooperasiya
10.1. Pambıqçılığın inkişafı, pambıq və pambıq məhsulları istehsalçılarının birgə fəaliyyətinin təmin edilməsi, yeni emal müəssisələrinin yaradılması məqsədiləkooperasiya əlaqələri həyata keçirilə bilər.
10.2. Pambıqçılıqda kooperasiya qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

III fəsil
Pambığın alğı-satqısı
Maddə 11. Pambığın alğı-satqısının xüsusiyyətləri
11.1. Pambığın alğı-satqısı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal müəssisəsinə satır və bununla da istehsalçı pambıq və ondan alınanpambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir.
11.2. Pambıq emalı müəssisəsi satın aldığı pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula və ondan aldığı emal məhsullarına mülkiyyəthüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir.
11.3. Pambığın alğı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi iləsənədləşdirilir. Alğı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyətgöstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır.
11.4. Pambığın satınalma qiyməti tərəflər arasında razılaşma əsasında pambığın növləri üzrə ayrı-ayrılıqda müəyyən edilir.
11.5. Pambığın alğı-satqı müqaviləsində toxumluq və texniki pambıq istehsalçılarına təsərrüfat işlərinin vaxtında yerinə yetirilməsi üçün pambıq emalı müəssisəsitərəfindən avans olaraq toxumluq çiyid, mineral gübrələr, bitki mühafizə və digər vasitələrin verilməsi və xidmətlərin göstərilməsi nəzərdə tutula bilər.

Maddə 12. Toxumluq pambığın alğı-satqısı
12.1. Toxum istehsalçılarının reyestrinə daxil edilmiş dövlət və özəl toxumçuluq təsərrüfatlarında yetişdirilmiş toxumluq pambıq toxumluq çiyid əldə etmək üçünemal müəssisələrinə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında satılır.
12.2. Toxumluq pambığın alğı-satqısı pambıq əkinlərinin aprobasiya nəticələrinə müvafiq olaraq toxumluq pambığın seleksiya sortuna və reproduksiyasına görəmüvafiq standartların və digər normativ sənədlərin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
12.3. Toxumçuluq təsərrüfatları tərəfindən satılan toxumluq pambığın qiyməti emal nəticəsində əldə edilən toxumluq çiyidin keyfiyyəti əsas götürülməklə alğı-satqı müqaviləsində təsbit olunur.
12.4. Toxumluq pambıqdan əldə edilən toxumluq çiyid emal müəssisələrində saxlanılır, səpin kondisiyasına çatdırılır, dərmanlanır və qanunvericilikdə nəzərdətutulmuş qaydada sertifikatlaşdırılaraq pambıq istehsalçılarına satılır.
12.5. Toxumluq pambığın istehsalına, emalına, toxumluq çiyidin saxlanmasına və səpin üçün hazırlanmasına qanunvericiliyə uyğun olaraq dövlət nəzarəti həyatakeçirilir.

Maddə 13. Texniki pambığın alğı-satqısı
13.1. Texniki pambıq istehsalçıları istehsal etdikləri pambığı satmaq üçün emal müəssisəsini seçməkdə və onunla müqavilə bağlamaqda sərbəstdirlər.
13.2. Texniki pambığın qiyməti tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində müəyyən olunur.

Maddə 14. Pambıq qəbulu qəbzi
14.1. Pambıq emalı müəssisəsi pambıq istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya pambıq qəbulu qəbzi verir.
14.2. Pambıq qəbulu qəbzində aşağıdakı məlumatlar göstərilməlidir:
14.2.1. pambıq qəbulu qəbzi blankının seriyası və nömrəsi;
14.2.2. pambığı qəbul edən pambıq emalı müəssisəsinin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşmə nömrəsi;
14.2.3. pambıq istehsalçısı haqqında məlumatlar: fiziki şəxsin - soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin nömrəsi; hüquqi şəxsin - adı,yerləşdiyi yer, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
14.2.4. pambığın toxumluq və ya texniki növə aid olduğunu göstərən məlumat;
14.2.5. toxumluq və texniki pambığın seleksiya və sənaye sortu;
14.2.6. pambığın kəmiyyət və keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı;
14.2.7. pambıq qəbulu məntəqəsinin adı;
14.2.8. alğı-satqı müqaviləsinin nömrəsi və tərtib edildiyi tarix;
14.2.9. pambıq qəbulu qəbzinin tərtib edildiyi tarix;
14.2.10. pambıq emalı müəssisəsinin möhürü və səlahiyyətli şəxsin imzası;
14.2.11. pambıq istehsalçısının pambığı təhvil verən səlahiyyətli nümayəndəsinin imzası;
14.2.12. tərəflərin razılığı ilə əlavə məlumatlar.
14.3. Pambıq qəbulu qəbzi qanunvericiliyə uyğun olaraq ciddi hesabat blankı hesab olunur və üç nüsxədən ibarət tərtib edilir. Bu qanunun 14.2-ci maddəsindəgöstərilən tələblərə uyğun olmayan sənəd pambıq qəbulu qəbzi hesab edilmir.
14.4. Pambıq qəbulu qəbzi pambığın alğı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir.
14.5. Pambıq qəbulu qəbzinin forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.


IV fəsil
Pambıq və pambıq məhsullarının keyfiyyətinin idarə edilməsi
Maddə 15. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti
15.1. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti qanunvericiliyə uyğun olaraq onların müvafiq standartların və digərnormativ sənədlərin tələblərinə uyğunluğu məqsədilə həyata keçirilir.
15.2. Hüquqi və fiziki şəxslər pambıq və pambıq məhsullarının keyfiyyətini müəyyən edən standartların və digər normativ sənədlərin tələblərinə əməl etməlidirlər.
15.3. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyatakeçirirlər.

Maddə 16. Pambıq və pambıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması
16.1. Pambıq və pambıq məhsulları üçün milli standartlar qanunvericiliyə uyğun olaraq hazırlanır, müvafiq orqanlarla razılaşdırılır, təsdiq edilir və müvafiq icrahakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır.
16.2. Pambıq və pambıq məhsullarının sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 17. Pambığın və mahlıcın keyfiyyətinin ekspertizası
17.1. Pambığın və mahlıcın keyfiyyəti rəsmi müraciət əsasında qanunvericiliyə müvafiq qaydada fəaliyyət göstərən laboratoriyalarda ekspertiza oluna bilər.
17.2. Pambığın keyfiyyətinin ekspertizası pambığın təhvili zamanı qanunvericiliyə uyğun olaraq pambıq emalı müəssisəsində fəaliyyət göstərən laboratoriyadapambıq istehsalçısının iştirakı ilə həyata keçirilir.
17.3. Pambıq istehsalçısı pambıq emalı müəssisəsinin laboratoriyasının rəyi ilə razılaşmadıqda, pambığın keyfiyyətinin təkrar ekspertizasının aparılması üçünqanunvericiliyə uyğun olaraq akkreditasiya olunmuş digər sınaq laboratoriyalarına (mərkəzlərə) və ya elmi-tədqiqat müəssisələrinə müraciət edə bilər. Bu haldatərəflərin razılığı ilə seçilmiş laboratoriyanın ekspertizasının nəticəsi hər iki tərəf üçün həlledici hesab olunur. Ekspertizanın nəticəsi əvvəlki nəticə ilə eyni olduqdalaboratoriya xərcləri müraciət edən şəxs tərəfindən, fərqli olduqda isə əvvəlki ekspertizanı aparan laboratoriya tərəfindən ödənilir.
17.4. Mahlıcın keyfiyyət göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş müvafiq standartlara və digər normativ sənədlərə uyğunolmalıdır.


V fəsil
Pambıqçılığın inkişafına dövlət dəstəyi
Maddə 18. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları
18.1. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18.2. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları aşağıdakıları nəzərdə tuta bilər:
18.2.1. yüksək keyfiyyətli pambıq sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işlərinin aparılmasını və pambıq toxumçuluğu şəbəkəsinintəşkilini;
18.2.2. pambıqçılıqda müasir texnika və texnologiyanın tətbiq edilməsini, emal müəssisələrinin modernləşdirilməsini;
18.2.3. pambıqçılığa və pambıq emalı müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsini;
18.2.4. pambıqçılığın maddi-texniki bazasının yüksəldilməsini, pambıqçılıq zonalarında suvarma infrastrukturunun və torpaqların meliorativ vəziyyətininyaxşılaşdırılmasını;
18.2.5. pambıqla əlverişli sələf bitkilərinin növbəli əkin sisteminin tətbiqini;
18.2.6. pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsini;
18.2.7. pambıqçılığın inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsini.

Maddə 19. Pambıqçılığın maliyyə təminatı
Pambıqçılığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət maliyyə vəsaitləri, investisiyalar, kreditlər, qrantlar və digər mənbələr hesabınaformalaşır.

Maddə 20. Pambıq və pambıq məhsulları istehsalına dövlət dəstəyi
20.1. Azərbaycan Respublikasında pambıq və pambıq məhsullarının istehsalı aşağıdakı istiqamətlər üzrə dövlət tərəfindən dəstəklənir:
20.1.1. pambıq istehsalına və emalına investisiyalar qoyulması, bu sahədə sahibkarlığın inkişafının dəstəklənməsi və stimullaşdırılması;
20.1.2. müasir texnika və texnologiyaların alınıb pambıq və pambıq məhsulları istehsalçılarına lizinq yolu ilə güzəştli şərtlərlə verilməsi;
20.1.3. pambıq sahələrinin sığortalanmasına dövlət tərəfindən maliyyə yardımının göstərilməsi;
20.1.4. pambıqçılıq sahəsində informasiya-məsləhət xidmətinin dəstəklənməsi;
20.1.5. ekoloji təmiz pambıq istehsalının dəstəklənməsi və stimullaşdırılması;
20.1.6. pambıqçılıq sahəsində assosiasiyaların, ittifaqların yaradılmasının və fəaliyyətinin dəstəklənməsi.
20.2. Pambıq və pambıq məhsulları istehsalçılarına dövlət tərəfindən müvafiq güzəştlər müəyyən edilə bilər.
Maddə 21. Pambıq və pambıq məhsullarının idxalı və ixracı
Pambıq və pambıq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.


VI fəsil
Pambıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli
Maddə 22. Pambıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Pambıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 23. Pambıqçılıq haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın ödənilməsi
Pambıqçılıq haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyan qanunvericiliyə uyğun olaraq ödənilir.

Maddə 24. Mübahisələrin həlli
Pambıq və pambıq məhsullarının istehsalı və dövriyyəsi ilə bağlı olan mübahisələr qanunvericiliyə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında həll edilir.

 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il


 



http://agro.gov.az/uploads/posts/2015-06/1435542307_gerb4_4.jpg

Çayçılıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikasında çayçılığın təşkilinin, çay istehsalının, emalının və dövriyyəsinin tənzimlənməsinin, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir.


I fəsil


ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. çayçılıq - çay plantasiyalarının salınması, çay əkini materiallarının
yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi;
1.0.2. çay - yarpağı, tumurcuqlan və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki;
1.0.3. çay əkini materialları - çay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər;
1.0.4. çay məhsulları - çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri;
1.0.5. çay sənayesi - çay yarpağım ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran yeyinti sənayesi sahəsi.
M a d d ə 2. Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının mülki və aqrar qanunvericiliyindən, habelə bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə çayçılıq məhsullarının istehsalı, dövriyyəsi və keyfiyyətinə dair müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
M a d d ə 3. Qanunun məqsədi
Bu Qanunun məqsədi çay istehsalını stimullaşdırmaqla ölkədə çayçılığın bərpasının və inkişafını təmin etmək, istehlak bazarına beynəlxalq standartların tələblərinə cavab verən, rəqabət qabiliyyətli çay məhsullarının çıxarılmasına iqtisadi və hüquqi zəmin yaratmaqdır.
M a d d ə 4. Çayçılığın obyektləri və subyektləri
4.1. Çayçılığın obyektləri çay plantasiyaları, çay əkini materialları və çay məhsulları, habelə onun son istehlakına qədər bütün mərhələlərdə bu və ya digər formada istifadə olunan torpaq, bina, texnika, texnoloji maşınlar və avadanlıqlar, köməkçi təbii və süni materiallardır.
4.2. Çayçılığın subyektləri çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının becərilməsi və ilkin emalı, habelə çay məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdir.
M a d d ə 5. Çayçılıq sahəsində dövlət siyasətinin istiqamətləri
Çayçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri çayçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, çay məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, daxili bazarın qorunmasından, habelə çay becərən regionlarda sosial təminatın yaxşılaşdırılmasından və ekoloji tarazlığın saxlanılmasından ibarətdir.
M a d d ə 6. Çayçılıq sahəsində dövlətin vəzifələri
6.0. Çayçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.0.1.. çayçılığın təşkili, çay əkini materiallarının yetişdirilməsi, çay məhsullarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;
6.0.2. çay məhsulları bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək;
6.0.3. məqsədli proqramlar əsasında çaya yararlı torpaqlarda yeni çay plantasiyalarının salınmasını, mövcud çay plantasiyalarının bərpasını, çay əkini materiallarının yetişdirilməsini, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının ixracının artırılmasını və keyfiyyətinin yüksəldilməsini stimullaşdırmaq;
6.0.4. çay məhsullarının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;
6.0.5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

II fəsil


ÇAYÇILIĞIN İNKİŞAFINA DÖVLƏT HİMAYƏSİ
M a d d ə 7. Çayçılığın inkişafı üzrə dövlət proqramı
7.1. Çayçılığın inkişafı üzrə dövlət proqramı çaya yararlı torpaqların təyinatı üzrə istifadə edilməsini, yeni çay plantasiyalarının salınmasının, mövcud çay plantasiyalarının bərpasını, çay tingliklərinin salınmasını və çay əkini materiallarının yetişdirilməsini, çayçılıq zonasında suvarma sistemlərinin və istehsalın digər infrastrukturu sahələrinin bərpasını və inkişafını, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının istehsalının və keyfiyyətinin yüksəldilməsini, ixracının artırılmasını, habelə bu işlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsi və çayçılıq sahəsinə investisiyanın cəlb olunması tədbirlərini nəzərdə tutur.
7.2. Çayçılığın inkişafı üzrə dövlət proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilməsi təmin edilir.
M a d d ə 8. Çayçılığın inkişafının stimullaşdırılması
8.1. Çayçılığın inkişafmı təmin etmək məqsədilə Azərbaycan Respublikasında yeni çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının və çay məhsullarının istehsalı, habelə çayçılığın elmi təminatının yaxşılaşdırılması sahəsində məqsədli dövlət siyasəti həyata keçirilir.
8.2. Çayçılıq zonasında kredit ittifaqları şəbəkəsinin fəaliyyətinin sürətləndirilməsinə şərait yaradılır.
8.3. Çay məhsulları istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və daxili bazarın qorunmasını təmin etmək məqsədilə əhalinin çay məhsuluna olan tələbatı müəyyənləşdirilir və istehlakı proqnozlaşdırılır.
8.4. Çay məhsulları istehsalında istifadə olunan avadanlıqların, maşın və mexanizmlərin, köməkçi materialların idxalına differensiallaşdırılmış gömrük rüsumları tətbiq edilir.
M a d d ə 9. Çayçılığın inkişafın maliyyə təminatı
9.1. Çayçılığın inkişafının maliyyə təminatı dövlət büdcəsindən ayırmalar,
o cümlədən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, habelə investisiyalar, qrantlar və digər mənbələr hesabına formalaşır.
9.2. İnvestorları çayçılığın inkişafı sahəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə həvəsləndirmək məqsədilə dövlət tərəfindən onlarınfəaliyyətinə əlverişli iqtisadi və hüquqi mühit yaradılır.
9.3. Çay əkini materialları və yaşıl çay yarpağı istehsalçıları ilə uzunmüddətli kooperasiya əlaqələri quran, onları resurslarla təmin edən və məhsullarını alan çay emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir.
9.4. Çayçılıqda mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin təchizatının təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır.
9.5. Çayçılığın inkişafının maliyyələşdirilməsinin və stimullaşdırılmasının digər forma, qayda və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

III fəsil

ÇAYÇILIĞIN TƏŞKİLİ
M a d d ə 10. Çay əkini materiallarının istehsalı
10.1. Çay əkini materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik müəssisələrində və çayçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin şəxsi təsərrüfatlarında istehsal olunur.
10.2. Azərbaycan Respublikasında istehsal edilən və satılan çay əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sortluq və əkin keyfiyyətlərini təsdiq edən şəhadətnamə və fitosanitar vəziyyətinə dair sertifikat verilir.
M a d d ə 11. Çay əkini materiallarının yetişdirilməsi, çay plantasiyalarının salınması və yaşıl çay yarpağının istehsalı üzrə normativ sənədlər
11.1. Çaya yararlı torpaqların seçilməsi, hazırlanması, çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi və yaşıl çay yarpağınınistehsalı üzrə normativ sənədlərə onların becərmə, istehsal, saxlanma və satış qaydalarını, habelə keyfiyyət göstəricilərini nizamlayan və müvafiq icrahakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş standartlar, təlimatlar və tövsiyələr aiddir.
11.2. Çay plantasiyalarının salınması və çay əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər, onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
11.3. Yaşıl çay yarpağının becərilməsi, yığılması və daşınması normativ sənədlərə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.
11.4. Yaşıl çay yarpağının becərilməsində istifadə edilən zərərli kimyəvi maddələrin, bioloji və digər preparatların yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur.
M a d d ə 12. Yaşıl çay yarpağının emalı
12.1. Yaşıl çay yarpağının emalı xüsusi texnologiyalar əsasında yarpağın ilkin emalını və çay məhsullarının istehsalını əhatə edir və müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun olaraq həyata keçirilir.
12.2. Çay məhsullarının tərkibindəki kofeinin və taninin miqdarı qüvvədə olan standartlarla müəyyən edilmiş həddən az, nəmliyi və metalmaqnit qarışıqlarının miqdarı isə çox ola bilməz.
12.3. Yaşıl çay yarpağının emalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə yol verilmir. [1]
12.4. Yeni çay markası istehsalata hazırlanarkən onların tərkibinin, keyfiyyət göstəricilərinin, insan orqanizmi üçün təhlükəsizliyinin və yararlılıq müddətinin müvafiq standartlara və tələblərə uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir.
M a d d ə 13. Çay məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və saxlanması
13.1. İstehlak bazarına çıxarılan çay məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.
13.2. Çay məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və saxlanması qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.
13.3. Azərbaycan Respublikasında istehsal edilən çay məhsulunun etiketində aşağıdakılar göstərilməlidir:
13.3.1.məhsulun adı və əmtəə markası;
13.3.2.istehsalçının adı və əmtəə nişanı;
13.3.3.məhsul qrupu;
13.3.4.yararlılıq müddəti;
13.3.5.normativ sənədin (standart, texniki şərt və s.) adı, istehsal və qablaşdırma tarixi;
13.3.6.məhsulun mənşəyi, növü (növlü məhsul üçün) və kütləsi;
13.3.7.sertifikatlaşdırma haqqında məlumat;
13.3.8. sifarişçinin təklifi ilə digər məlumatlar.
13.4. Etiketlərdə göstərilən məlumatlar Azərbaycan dilində, məhsulun adı isə həm Azərbaycan dilində, həm də xarici dillərin birində yazılır.
13.5. İxrac edilən çay məhsullarının etiketlərinin tərtibatı tərəflər arasında bağlanılmış müqavilədə razılaşdırıla bilər.
13.6. Çay məhsullarının saxlanması və daşınması onların keyfiyyət və kəmiyyət göstəricilərinin sabitliyini təmin edən vasitələrlə həyata keçirilir.
M a d d ə 14. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər
14.1. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalıdır. Yaşıl çayyarpağının istehsalında və emalında istifadə edilən texniki və texnoloji avadanlıqlara idxaldan əvvəl çay emalı ekspertinin rəsmi rəyi alınır və onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilir.
14.2. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada elektron nəzarət cihazları və avtomatlaşdırılmış kütlə nəzarət sayğacları ilə təchiz edilməlidir.
M a d d ə 15. Çay sənayesi müəssisələrinin attestasiyası
15.1. Çay məhsulları istehsal edən müəssisələr buraxılan məhsulların insan həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə təminat verən texniki, ekoloji, sanitariya, yanğından mühafizə normalarına və qaydalarına uyğunluğuna görə icbari attestasiyadan keçirilir.
15.2. Attestasiya, müəssisələrdə istehsal edilən və istehlak bazarına çıxarılan hər məhsul markası üzrə müvafiq icra hikimiyyəti orqanı tərəfindən keçirilir və müəyyən olunmuş qaydada sənədləşdirilir.
15.3. Attestasiyanın keçirilməsi qaydaları müvafiq icra hikimiyyəti orqanı tərəfindən müəyyən olmur.
M a d d ə 16. Çay məhsullarının dequstasiyası
16.1. Çay məhsullarının yeni markası tərkibinə və fiziki-kimyəvi göstəricilərinə görə oxşar məhsullardan fərqlənməlidir.
16.2. Çay məhsullarının yeni markası və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə qablaşdırılmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir.
16.3. Çay məhsullarının yeni markasının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.
16.4. Çay məhsullarının yeni markası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınır və patentləşdirilir.
16.5. Çay məhsullarının yeni markası qanunvericiliyə uyğun olaraq sənədləşdirildikdən sonra istehlak bazarına çıxanla bilər.

IV fəsil
ÇAY MƏHSULLARININ DÖVRİYYƏSİ
M a d d ə 17. Çay məhsullarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı
17.1. Azərbaycan Respublikasında satışa çıxarılan çay məhsullarının müşayiətedici sənədlərində Azərbaycan dilində aşağıdakılar barədə məlumatlar olmalıdır:
17.1.1. məhsulun adı və kütləsi, o cümlədən istehlak qabında olan kütləsi, habelə istehsal edildiyi tarix və istifadəyə yararlılıq müddəti;
17.1.2. istehsalçının adı, hüquqi ünvanı və istehsal olunduğu ölkənin adı;
17.1.3. normativ sənədin (standart, texniki şərt və s.) adı, məhsulun sertifikatlaşdırılması;
17.1.4. beynəlxalq müsabiqələrin qalibi olması barədə qeyd;
17.1.5. məhsulun tərkibi və istehsalında istifadə edilən əlavələr;
17.1.6. məhsulun tərkibində insan həyatı və sağlamlığı üçün zəruri maddələrin yol verilən miqdarı.
17.2. Çay məhsullarının satışı aşağıdakı hallarda qadağan olunur:
17.2.1.saxtalaşdırılması müəyyən olunduqda;
17.2.2.istehsal markasına uyğun gəlmədikdə;
17.2.3.məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
17.2.4.keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə.
17.3. Çay məhsullarının reklamı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
M a d d ə 18. Çay məhsullarının idxalı və ixracı
18.1. Çay məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
18.2. Çay məhsullarının idxalı yerli çay istehsalı nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq gömrük tarifləri vasitəsilə tənzimlənir.
18.3. Azərbaycan Respublikasına idxal olunan çay məhsullarının keyfiyyəti qüvvədə olan standartların və gigiyenik normativlərin tələblərinə cavab verməlidir.
18.4. Çay məhsullarının ixracına məhdudiyyət qoyulmur.
M a d d ə 19. Çay məhsullarının dövriyyədən götürülməsi .
19.1. Çay məhsullarının dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hikimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.
19.2. Çay məhsulları dövriyyədən aşağıdakı hallarda götürülür:
19.2.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
19.2.2. qüvvədə olan normativ sənədlərə uyğun qablaşdırılmadıqda və etiketləşdirilmədikdə;
19.2.3. məhsulun keyfiyyəti qüvvədə olan normativ sənədlərin və gigiyenik normativlərin tələblərinə cavab vermədikdə;
19.2.4. qanuni istehsalı və dövriyyəsi barədə sənədləri olmadıqda;
19.2.5. sahibsiz olması müəyyən edildikdə.
19.3. Dövriyyədən götürülmüş çay məhsulları bu Qanunun 19.2.3-cü maddəsində göstərilən halda məhv edilir, digər hallarda isə istifadə edilir.

 

V fəsil

ÇAY MƏHSULLARININ KEYFİYYƏTİNİN TƏMİN EDİLMƏSİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
M a d d ə 20. Çay məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması
20.1. Çay məhsullarının keyfiyyətinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, emal, qablaşdırma, etiketləşdirmə, markalarına və satış şərtlərini müəyyən edən texniki, sanitariya, ekoloji və digər standartlar, norma, qayda və tələblər vasitəsilə həyata keçirilir.
20.2. Çay məhsullarının keyfiyyətinə dair normativ sənədlərin tələbləri çayçılıq subyektləri üçün məcburidir.
Maddə 21. Çay məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
21.1. Azərbaycan Respublikasında istehsal edilən və ölkəyə gətirilən çay məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji, mikrobioloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir. Təhlil üçün götürülmüş məhsulların miqdarı müvafiq normativ aktlarla müəyyən edilir, dəyəri və laboratoriya xərcləri idxalçının hesabına ödənilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi müvafiq icra hikimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda, vahid metodika üzrə aparılır.
21.2. Çay məhsullarının tərkibində insanların həyatı və sağlamlığı üçün zərərli maddələrin miqdarı qüvvədə olan standartlarla və gigiyenik normativlərlə tənzimlənir.
21.3. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş yaşıl çay yarpağı, habelə dövlət gigiyena qeydiyyatına alınmış çay məhsulları müvafiq qaydada sertifikatlaşdırılır.
M a d d ə 22. Çay məhsullarının saxtalaşdırılmadan qorunması və keyfiyyətinə nəzarət
22.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən, dövlət gigiyena qeydiyyatına alınmadan, habelə təsdiq edilmiş texnoloji normalara uyğun üsullara, ardıcıllığa və materiallara riayət edilmədən istehsal olunmuş çay məhsulları saxta hesab olunur.
22.2. Daxili bazarın saxtalaşdırılmış çay məhsullarından qorunması məqsədilə çayçılıq subyektləri istehsal etdikləri məhsulları qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikatlaşdırmalı, qablaşdırmalı və məhsulun xarici tərtibatını bu Qanunla müəyyən edilmiş qaydada aparmalıdırlar.
22.3. Çay məhsullarının keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
22.4. Çay məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hikimiyyəti orqanları həyata keçirirlər.
22.5. İstehlakçılar və qeyri-hökumət təşkilatları çay məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə bilərlər.
M a d d ə 23. Çayçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Çayçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 24. Mübahisələrin həlli
Çayçılıq fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2002-ci il
№ 402 - IIQ

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218)

 

 




http://agro.gov.az/uploads/posts/2015-06/1435542337_gerb4_4.jpg

Taxıl haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikasında taxıl istehsalının, tədarükünün və bazarının təşkilinin, taxılın və taxıl emalı məhsullarının keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. taxıl - ərzaq, toxum, yem və texniki məqsədlər üçün istifadə edilən dənli və dənli-paxlalı bitkilərin dənləri;
1.0.2. taxıl emalı məhsulları - un, yarma çörək, çörəkbişirmə və makaron məmulatları, qarışıq yemlər və taxıl emalından çıxan əlavə məhsullar;
1.0.3. taxıl məhsulları - taxıl və taxıl emalı məhsulları;
1.0.4. taxılın və taxıl emalı məhsullarının keyfiyyəti - taxıl məhsullarının istehlak xassələrinin qüvvədə olan texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, normalara, qaydalara və tələblərə (bundan sonra-standartlara və tələblərə) uyğunluğu.
Maddə 2. Taxıl haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Taxıl haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının aqrar qanunvericiliyindən ibarətdir.
2.2. Taxıl emalı məhsullarının istehsalının və bazarının təşkili, keyfiyyətinin idarə edilməsi qaydaları bu Qanunla yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə taxıl istehsalının, tədarükünün və bazarının təşkili, taxıl məhsullarının keyfiyyətinin idarə edilməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 3. Taxıl haqqında qanunvericiliyin məqsəd və vəzifələri
3.1. Taxıl haqqında qanunvericiliyin məqsədi ölkədə taxılçılığı və taxıl məhsullarının emalını inkişaf etdirməklə ölkə istehlakçılarının xarici taxıl bazarından asılılığını azaltmaqdan, sahənin inkişafında yerli istehsalçılara əlverişli hüquqi, iqtisadi və tәşkilatı mühitin formalaşdırılmasından ibarətdir.
3.2. Taxıl haqqında qanunvericiliyin vəzifələri taxılçılığın təşkilinin, taxıl bazarının tənzimlənməsinin və taxıl məhsullarının keyfiyyətinin təmin edilməsinin ümumi qaydalarını müəyyən etməkdir.
Maddə 4. Taxılçılıq fəaliyyətinin obyektləri və subyektləri
4.1. Taxılçılıq fəaliyyətinin obyektləri taxıl məhsulları və onların istehsalından son istehlakı da daxil olmaqla bütün mərhələlərdə bu və ya digər formada təmasda olan torpaq, texniki və texnoloji vəsaitlər, habelə köməkçi təbii və süni materiallardır.
4.2. Taxılçılıq fəaliyyətinin subyektləri taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərdir.
Maddə 5. Taxılçılıq sahəsində dövlətin vəzifələri
5.0. Taxılçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
5.0.1. taxıl bazarının konyunkturunu öyrənmək, taxıl balansını hazırlamaq, təsdiq etmək, proqnozlar vermək, taxıl bazarının iqtisadi üsullarla tənzimlənməsini həyata keçirmək;
5.0.2. taxıl istehsalının artırılması üçün məqsədli taxıl proqramları hazırlamaq, müvafiq investisiya, qiymət, kredit və vergi siyasətini həyata keçirmək;
5.0.3. taxılçılığın inkişafını və toxumçuluğun elmi təminatını stimullaşdırmaq;
5.0.4. dövlət taxıl fondu yaratmaq, onun formalaşmasını, saxlanmasını və istifadəsini təşkil etmək;
5.0.5. taxılçılıq sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək;
5.0.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək .
Maddə 6. Taxıl istehsalına dövlət himayəsi
6.1. Taxılçılığın seleksiyası və toxumçuluğu, taxıl istehsalının artırılması, məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi dövlət tərəfindən stimullaşdırılır.
6.2. Dövlət taxıl fondunun formalaşması əsasən yerli istehsal hesabına həyata keçirilir.
6.3. Taxılın və taxıl emalı məhsullarının istehsalı, tədarükü, saxlanması, satışı, habelə taxılçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində kooperasiya və birgə fəaliyyət növləri dövlət tərəfindən dəstəklənir və müvafiq stimullaşdırma tədbirlərinin tətbiqi əsasında həvəsləndirilir.
6.4. Müasir texnologiyaları tətbiq edən taxıl istehsalçılarını kreditlə təmin etmək məqsədi ilə dövlət taxıl girovu sistemini təşkil edir. Taxıl girovu Azərbaycan Respublikasının girov qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
6.5. Taxıl istehsalının stimullaşdırılması məqsədi ilə sahənin təbii fəlakətdən və digər risklərdən sığortalanması dövlət vəsaiti hesabına aparılır. Sığortalanmaya ayrılan vəsaitin həcmi, sığortalanmanın şərtləri, habelə sığortalanan taxıl məhsullarının növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.6. Dövlət kənddə qabaqcıl texnika və texnologiyanın tətbiqini təmin etmək məqsədi ilə lizinq xidmətinin təşkili, texniki və aqrokimyəvi maddələrlə təchizat, habelə kənd təsərrüfatı texnikasının uzunmüddətli kreditə verilməsi sahəsində sahibkarlıq fəaliyyətini stimullaşdırır.
6.7. Taxıl istehsalına dövlət himayəsinin istiqamətləri və formaları, habelə taxıl istehsalının stimullaşdırılmasının və həvəsləndirilməsinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən olunur.
Maddə 7. Taxılçılığın elmi təminatı və onun maliyyələşdirilməsi
7.1. Azərbaycan Respublikasında taxılçılığın və toxumçuluğun elmi təminatı müvafiq elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. [1]
7.2. Taxılçılığın və toxumçuluğun elmi təminatı, məqsədi taxıl proqramlarının hazırlanması və dövlət taxıl fondunun yaradılması dövlət büdcəsindən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir.
7.3. Toxum istehsalında və satışında istifadə edilən taxıl sortunun patent sahibi ilə əməkdaşlıq və ya lisenziya müqaviləsinin bağlanması taxılçılıq subyektləri üçün məcburidir.

II fəsil
DÖVLƏT TAXIL FONDU, ONUN YARADILMASI VƏ İSTİFADƏSİ
Maddə 8. Dövlət taxıl fondunun yaradılması
8.1. Fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasında dövlət taxıl fondu yaradılır. Dövlət və sığorta toxum fondları dövlət taxıl fondunun tərkibinə daxil edilir.
8.2. Dövlət taxıl fondu Azərbaycan Respublikasının mülkiyyətidir və müvafiq icra hakimiyyəti orqanlarının sərəncamında olur.
8.3. Dövlət taxıl fonduna qüvvədə olan standartlara və tələblərə cavab verən taxıl məhsulları tədarük edilir.
8.4. Dövlət taxıl fondu əsasən taxıl birjası vasitəsi ilə yerli istehsal, zəruriyyət yarandıqda isə idxal hesabına formalaşır.
8.5. Dövlət taxıl fondunun saxlanması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 9. Dövlət taxıl fonduna taxıl məhsulları tədarükünün təşkili
9.1. Dövlət taxıl fonduna taxıl məhsulları tədarükünü təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı dövlət sifarişçilərini və onların səlahiyyətlərini müəyyən edir, tədarük üçün müvafiq maliyyə vəsaitləri ayırır.
9.2. Dövlət sifarişçiləri hər il dövlət taxıl fonduna təminatlı minimum qiymətlərlə taxıl məhsulları tədarükü barədə kütləvi informasiya vasitələrində elan dərc etdirirlər və istehsalçılarla (malgöndərənlərlə) əvvəlcədən müqavilə bağlayırlar. Tədarük zamanı taxıl birjasında faktiki qiymətlər yüksək olduqda dövlət taxıl fonduna tədarük edilən taxıl məhsullarının qiymətinin təminatlı minimum həddinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq əlavələr edilir.
9.3. Taxıl girovu sistemindən kənar müqavilə əsasında yerli istehsalçılardan dövlət taxıl fonduna tədarük edilən taxılın dəyərinin 30 faizdən az olmayan hissəsi avans qaydasında əvvəlcədən ödənilir.
9.4. Dövlət sifarişçiləri dövlət taxıl fondunun nəzərdə tutulan həcminin və çeşidinin formalaşmasına məsuliyyət daşıyırlar və hər ilin yanvar ayında fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər və hesabatı kütləvi informasiya vasitələrində dərc etdirirlər.

III fəsil
TAXIL BAZARI
Maddə 10. Taxıl bazarının dövlət tənzimlənməsi
10.0. Taxıl bazarının dövlət tənzimlənməsi müvafiq qaydada təsdiq edilmiş taxıl məhsullarının balansları əsasında yalnız iqtisadi üsullarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
10.0.1. qiymət tarazlığının təmin olunması məqsədi ilə taxıl bazarına əmtəə müdaxiləsi;
10.0.2. taxıl bazarının monitorinqi, proqnozlaşdırılması və taxılçılıq fəaliyyəti subyektlərinin məlumatlandırılması;
10.0.3. taxıl bazarında haqsız rəqabətlə mübarizə və yerli istehsalçılara dövlət himayəsi;
10.0.4. taxıl məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması və sertifikatlaşdırılması.
Maddə 11. Taxıl məhsullarının idxal və ixracı
11.1. İdxal hesabına dövlət taxıl fondu üçün taxıl məhsullarının tədarükünə zərurət yarandıqda, alınası taxıl və taxıl emalı məhsullarının həcmi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilir və idxal əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət sifarişçiləri tərəfindən həyata keçirilir.
11.2. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyatdan keçmiş, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan taxıl idxal oluna bilər. [2]
11.3. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərdə nəzərdə tutulmuş müvafiq sertifikatı olmayan taxıl məhsulları yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada sərgilərdə nümayiş, tədqiqat və sınaq məqsədi ilə ölkə ərazisinə idxal oluna bilər.
11.4. Taxıl məhsullarının ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

IV fəsil
TAXIL MƏHSULLARININ KEYFİYYƏTİNİN İDARƏ EDİLMƏSİ
Maddə 12. Taxıl məhsullarının keyfiyyətinin təmin edilməsi
12.0. Taxıl məhsullarının keyfiyyəti aşağıdakı yollarla təmin edilir:
12.0.1. taxıl məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması;
12.0.2. taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsinin vahid metodika üzrə müvafiq qaydada təyin edilmiş laboratoriyalarda aparılması;
12.0.3. taxıl məhsullarının sertifikatlaşdırılması;
12.0.4. taxıl emalı məhsullarının dövlət gigiyena qeydiyyatı;
12.0.5. taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti.
Maddə 13. Taxıl məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması
13.1. Taxılın keyfiyyətinin təmin olunması sahəsində normalaşdırma müxtəlif taxıl növlərinin istehsal, tədarük, kondisiyaya çatdırma, daşınma, saxlanma, emal və satış şərtlərini nizamlayan standartların və tələblərin müəyyənləşdirilməsidir.
13.2. Taxıl emalı məhsullarının keyfiyyətinin təmin olunması sahəsində tələblərin normalaşdırılması yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması qaydasında həyata keçirilir.
13.3. Taxıl məhsullarının keyfiyyətinin təmin olunması sahəsində tələblərin normalaşdırılması qaydasına əməl edilməsi bütün taxılçılıq fəaliyyətinin subyektləri üçün məcburidir.
Maddə 14. Taxıl məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
14.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir.
14.2. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş, ixtisaslaşdırılmış laboratoriyalarda vahid metodika üzrə aparılır.
14.3. Taxıl emalı məhsulları həmçinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınır.
14.4. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş taxıl məhsullarına, habelə dövlət gigiyena qeydiyyatına alınmış taxıl emalı məhsullarına müvafiq sertifikatlar verilir.
14.5. Taxıl məhsullarının sertifikatlaşdırılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 15. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti
15.1. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların istehsalını, tədarükünü, saxlanmasını, daşınmasını, satışını, idxal və ixracını nizamlayan standartlara və tələblərə əməl edilməsini təmin etməkdir.
15.2. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
15.3. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının aşağıdakı səlahiyyətləri vardır:
15.3.1. taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;
15.3.2. taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;
15.3.3. müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;
15.3.4. taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək;
15.3.5. taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək; [3]
15.3.6. taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;
15.3.7. keyfiyyət göstəriciləri standartlara və tələblərə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək;
15.3.8. hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətini ekspertiza etmək;
15.3.9. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
15.4. Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamələr ilə müəyyən olunur.

V fəsil
TAXIL HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 16. Taxıl haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Taxıl haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 17. Mübahisələrin həlli
Taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı, istifadəsi və keyfiyyəti barədə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 16 iyun 2000-ci il
№ 898-IQ


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 
1. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
2. 01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397)
3. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 7.1-ci maddəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.
01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397) ilə 11.2-ci maddəsində "və ya onun tanınması barədə şəhadətnaməsi" sözləri "və fitosanitar sertifikatı" sözləri ilə əvəz edilmişdir.
[3] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 15.3.5-ci maddədə "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilmiş və "(aktlar)" sözü çıxarılmışdır. 

 

 




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır