saytların hazırlanmasısmm xidmətiseo xidmətihosting xidməti
  Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Statistik göstəricilər
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












Qərarlar

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

 N-190                                                                                                                 16 dekabr 1999 cu il

 

Azərbaycan Aqrar Elm Mərkəzinin yaradılması haqqında

 

Azərbaycan Aqrar Elm Mərkəzinin yaradılması haqqında

 

Kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, bu sahədə paralelçiliyin və pərakəndəliyin aradan qaldırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşdırılması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması məqsədilə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Elm və Texnika Komitəsi, Dövlət Əmlak Komitəsi və Elmlər Akademiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elit” Elm-İstehsalat Birliyinin Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun, “Tərəvəz-toxum” Elm-İstehsalat Birliyinin Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun, Ə.Rəcəbli adına “Bağçılıq və Subtropik Bitkilər” Elm-İstehsalat Birliyinin Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun, “Şəfa” Elm-İstehsalat Birliyinin Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun, “Azəryemçilik” Elm-İstehsalat Birliyinin Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun, F.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun, R.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun, Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun, “Eroziya və Suvarma” Elm-İstehsalat Mərkəzinin, “Aqromexanika” Elm-İstehsalat Mərkəzinin və “Azərbaycan Aqrar Elmi” jurnalının bazasında Azərbaycan Aqrar Elm Mərkəzi yaradılsın.

 

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elit” Elm-İstehsalat Birliyi, “Tərəvəz-toxum” Elm-İstehsalat Birliyi, Ə.Rəcəbli adına “Bağçılıq və Subtropik Bitkilər” Elm-İstehsalat Birliyi, “Şəfa” Elm-İstehsalat Birliyi, “Azəryemçilik” Elm-İstehsalat Birliyi ləğv edilsin.

 

3. Azərbaycan Aqrar Elm Mərkəzinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə büdcədən “Elm” xərcləri üçün ayrılan təxsisat və büdcədən kənar vəsait hesabına həyata keçirilsin.

 

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Aqrar Elm Mərkəzinin idarə edilməsinin bazar iqtisadi münasibətlərinə uyğun təşkili və səmərəliliyinin artırılması məqsədilə onun tərkibinə daxil olan elmi tədqiqat institutlarının, onların bölgə təcrübə stansiyalarının, dayaq məntəqələrinin, yardımçı təcrübə təsərrüfatlarının bazasında uyğun iqtisadi bölgələr üzrə regional strukturların formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini təmin etsin və bu qərardan irəli gələn digər məsələləri həll etsin.

 

5. Azərbaycan Aqrar Elm Mərkəzinin yaradılması ilə əlaqədar “Eroziya və Suvarma” Elm-İstehsalat Mərkəzinin və “Aqromexanika” Elm-İstehsalat Mərkəzinin adları dəyişdirilərək müvafiq olaraq Azərbaycan Elmi Tədqiqat Eroziya və Suvarma İnstitutu və Azərbaycan Elmi Tədqiqat Aqromexanika İnstitutu adlandırılsın.


7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 317

Bakı şəhəri, 5 oktyabr 2015-ci il

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 13 (on üç) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 Kollegiyanın sədri

Əsədov Heydər Xanış oğlu - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 Kollegiyanın üzvləri:

Quliyev İlham Ərdəbil oğlu - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Talıbov Seyfəddin Talıb oğlu - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Əliyev Elşad Məmmədqulu oğlu - Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Bayramov İlham Üzeyir oğlu - Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Quliyev Camal Alqulu oğlu - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi

Rüstəmzadə Rüfət Bünyat oğlu - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Əhmədov Möhtəsim Qureş oğlu - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Alıyev Ağakişi Təvəkgül oğlu - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi

Nuriyev Mikayıl Əziz oğlu - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat uçotu şöbəsinin müdiri

Həsənli Xudayət İsgəndər oğlu - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri

Cümşüdov İmran Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri

Əbdüləliyev Qalib Hümmət oğlu - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri.

2. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 oktyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 982) 2-ci hissəsi istisna olmaqla ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”İNKİŞAF KONSEPSİYASI

 

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır