saytların hazırlanmasısmm xidmətiseo xidmətihosting xidməti
  Xəbərlər     Elmi planlaşdırma  
  Elmi şura     Elmi əməkdaşlıq     Kadr hazırlığı     Layihələr     Qalereya  
  Qanunvericilik     Əlaqə     Elmi nailiyyətlər     Haqqımızda     Elmi nəticələrin tətbiqi  
   Axtarış
az | eng
Elmi-tədqiqat insitutları
Regional aqrar elm mərkəzləri
Aqrar elmin sahələri
Statistik göstəricilər
Azərbaycan Aqrar Elmi Jurnalı
Dövlət orqanlarının linkləri
Tədqiqat proqramları
Nəşrlər
Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com












A. R. Prezidentinin sərəncamı

Azərbaycan elmində islahatların aparılması

ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

    Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsinin zəngin ənənələri vardır. Yüzillər boyu mütəfəkkir sənətkarlarımız tərəfindən yaradılan və bədii-estetik düşüncə tariximizin incilərinə çevrilən əsərlərdə elmi-fəlsəfi fikirlər parlaq təcəssümünü tapmışdır. Bəşəriyyətin fəlsəfi, mədəni və elmi irsinin Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından iştirak etmişlər. Onlar elmi təfəkkürün ən müxtəlif sahələrində sanballı əsərlər meydana gətirməklə islam aləminin mədəni intibahına müstəsna xidmətlər göstərmişlər. Dünya elmi fikir tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Azərbaycanda bütün bu dövrlərdə elm özünün yüksək səviyyəsi ilə seçilmişdir.
Neftin sənaye üsulu ilə çıxarılması və Bakının dünyanın neft paytaxtlarından birinə çevrilməsi nəticəsində ölkəmizdə zamanın tələblərinə uyğun müasir tipli yeni tədqiqatlar meydana gəlmişdir. Azərbaycanın tarixi, ədəbiyyatı və arxeologiyasına dair ənənəvi tədqiqatlarla yanaşı, elmimiz üçün yeni olan neft, neft emalı və neft kimyası sahələri ilə bağlı fundamental araşdırmalara başlanmışdır. Bakı Dövlət Universitetinin yaradılması, ali məktəblərdən və elmi tədqiqat institutlarından ibarət geniş şəbəkənin qurulması elmi araşdırmaların mütəşəkkil qaydada təşkilinə zəmin hazırlamışdır.
XX əsrin birinci yarısında ölkəmizdə təhsilin və elmin inkişafının məntiqi yekunu kimi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunmuş və xalqımızın zəngin mədəni irsinin tədqiqi ilə bərabər, təbii ehtiyatların öyrənilməsi, kənd təsərrüfatı, səhiyyə, eləcə də digər istiqamətlərdə akademik araşdırmaların həyata keçirilməsi sistemli xarakter almışdır.
Sovet elminin ümumi strategiyasına müvafiq olaraq inkişaf edən Azərbaycan elmi ötən əsr ərzində təqdirəlayiq nailiyyətlər əldə etmişdir. Bir çox Azərbaycan alimlərinin həm ittifaq, həm də respublika miqyasında sanballı mükafatlara layiq görülməsi elmimizin qazandığı uğurların parlaq göstəricisidir. Ölkənin iqtisadi potensialının formalaşdırılmasında Azərbaycan elminin əhəmiyyətli rolu olmuşdur.
1980-ci illərin sonlarından etibarən yaranmış dərin iqtisadi və sosial böhran elmdə də özünü kəskin şəkildə büruzə vermişdir. Elmi əlaqələrin qırılması, müştərək tədqiqat planlarının pozulması, vahid maliyyə sisteminin dağılması və başqa amillər elmin gələcək inkişafı yolunda ciddi maneələr törətmişdir.
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq, elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də keçən müddət ərzində aparılan elmi tədqiqatlar səviyyə etibarilə respublikanın davamlı yüksəlməkdə olan inkişaf tempindən geri qalır.
Humanitar və ictimai elmlər sahəsində nailiyyətlər əldə edilsə də, sovet ideologiyasının təsiri və təzyiqi ucbatından tariximizin bir sıra məqamları təhrif olunmuş, bəzi dövrləri isə tədqiqatdan kənarda qalmışdır. Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançılıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırmışdır.
Hazırda Azərbaycanda elmi araşdırmalar ali təhsil müəssisələrində və 80-dən artıq elmi tədqiqat institutunda 30 minə yaxın elmi işçi tərəfindən həyata keçirilir. Həmin tədqiqat institutlarının bir qismi elmi araşdırmalar aparmır və daha çox tabeçiliyində olduğu qurumların tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, istər sahə institutlarında, istərsə də akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir. Müasir elmin tələbləri ilə ayaqlaşmaq iqtidarında olan kollektivlər isə maddi-texniki bazanın zəifliyi və maliyyə çatışmazlığı səbəbindən öz elmi layihələrini gerçəkləşdirməkdə çətinliklərlə üzləşirlər. Ayrı-ayrı alimlərimizin dünyanın aparıcı elm mərkəzləri ilə işgüzar əlaqələr qurmaları və mötəbər konfranslarda iştirak etmələri də nəticə baxımından elmin inkişafına gözlənilən təsiri göstərmir.
Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyildir. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Azərbaycan Milli Elmlər Akademiyası isə elmin strategiyasına dair məsələləri müzakirə etsə də, bu günədək müstəqil Azərbaycan Respublikasında elmin yeni simasını müəyyən etməyə və elmi araşdırmaların dünyada qəbul edilmiş sxemlər əsasında maliyyələşdirilməsinə nail ola bilməmişdir.
Mövcud vəziyyət ölkənin inkişafının üstün istiqamətlərindən olan elm sahəsində ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifələrin təxirə salınmadan sürətlə öz həllini tapması zərurətini meydana çıxarmışdır.
Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan elmində islahatların aparılması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Dövlət Komissiyasının sədri

Artur Rasi-zadə - Azərbaycan
Respublikasının Baş naziri

Dövlət Komissiyası sədrinin müavini

Mahmud Kərimov - Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti

Dövlət Komissiyasının üzvləri

Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə naziri

Heydər Babayev - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri

Əli Abbasov - Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri

Misir Mərdanov - Azərbaycan
Respublikasının təhsil naziri

Oqtay Şirəliyev - Azərbaycan
Respublikasının səhiyyə naziri

İsmət Abasov - Azərbaycan Respublikasının
kənd təsərrüfatı naziri

Yavər Camalov - Azərbaycan
Respublikasının müdafiə sənayesi naziri

Arif Mehdiyev - Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri

Məcid Kərimov - Azərbaycan Respublikası
"Azərikimya" Dövlət Şirkətinin prezidenti

Abel Məhərrəmov - Bakı Dövlət
Universitetinin rektoru

Şəmsəddin Hacıyev - Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru

Akif Əlizadə - Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti

Nailə Vəlixanlı - Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti

Ağamusa Axundov - Azərbaycan Milli
Elmlər Akademiyasının Humanitar və
İctimai Elmlər Bölməsinin akademik-katibi

2. Bu sərəncamın 1-ci bəndi ilə yaradılmış Dövlət Komissiyası Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanı və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsini altı ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2008-ci il 




ilham_eliyev

  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”İNKİŞAF KONSEPSİYASI

 

saq_blok_image_4cu_logo

CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research

Bütün hüquqlar qorunur 2008. Aqrar Elm Mərkəzi | Sayt  Lider Media   studiyası tərəfindən hazırlanmışdır