O, ÖZ XALQININ, HƏM DƏ ELMİN FƏDAİSİ İDİ

Müəllif: Hidayət Kazımov

XX əsr Azərbaycan ictimai-siyasi, elmi fikrinin formalaşmasında, inkişaf etməsində mühüm xidmətləri olmuş ziyalılarımızdan biri də professor Rəhim Kazım oğlu Allahverdiyevdir. Onun bütün həyatı, fəaliyyəti xalqımızın, millətimizin tərəqqisinə, onun milli mənliyi­nin, birliyinin, əsrlər boyu yığıb topladığı maddi-mənəvi sərvətlərinin, elmi-əxlaqi deyərlərinin, ənənələrinin qo­runub saxlanmasına, bədxah qonşuların özününküləşdir­mək istədikləri, millətimizə məxsus qiymətli sərvətlərin yenidən özümüzə qaytarılmasına həsr olunub.
Rəhim müəllim ictimai-siyasi və dövlət xadimi idi. 0 bir çox mesul vəzifələrdə çalışmış, deputat seçilmiş, xalqm yüksək etimadını qazanmış, ziyalı kimi xalq ara­sında böyük nüfuza, hörmətə malik insanlardan biri olmuşdur.
10-11-2019, 10:32 Məqalənin davamı
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖNƏMİNDƏ ELM, MƏDƏNİYYƏT VƏ TƏHSİL QURUCULUĞU


Müəllif: Cəbrayıl Qəhrəmanov
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası, Azərbaycan, M. Ə.Rəsulzadə, təsis, təhsil, kadrlar, Qafqaz,                          hökümət

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində təhsilimizin, mədəniyyətimizin, dövlətçiliyimizin inkişaf etdirilməsi, habelə dilimizin dövlət dili kimi tətbiq edilməsi, mənəvi dəyərlərimizin qorunması sahəsində çox böyük işlər görmüşdür. M.Ə.Rəsulzadə haqlı olaraq yazırdı ki, «Milli Azərbaycan Cümhuriyyəti­nin yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür».
Tariximizin ən şərəfli dövrlərindən biri olan 1918-1920-ci illərdə Azerbaycan Xalq Cümhuriyyəti yüz illər boyu xalqımızın arzusunda olduğu bir çox məsələlərin həll edilməsində çox böyük nailiyyətlər qazandı. 
10-11-2019, 10:23 Məqalənin davamı
AZƏRBAYCANDA İLK ALİ TİBB TƏHSİLİ OCAĞI

Müəllif: Sövdəyar Muradov
Açar sözlər: Azərbaycanda, Rəşidəddin Fəzullah, Rəb-e Rəşidi, xəstəxana, əcz axana, tibb, tələbələr, batman, dərman, həkim.

Azərbaycanda təbabət elmi çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, ХШ əsrdə Yaxın və Orta Şərqdə ilk dəfə Azerbaycanda tibb fakültəsi təşkil edilmişdi. Mədəniyyət və incəsənətin inkişafı baxımından XII yüzillik, «qızıl əsr» kimi qeyd olunurdusa, ХШ əsrin sonu XIV əsrin əvvəllərini Azərbaycanda dəqiq və humanitar elmlərin, o cümlədən təbabət elminin inkişafı baxımından «qızıl dövr» adlandırmaq olar.
XIII yüzilliyin sonlannda Elxanilər dövləti dövründə Azərbaycanın paytaxtı Təbriz şəhəri də daxil olmaqla mədəniyyət və iqtisadi inkişaf baxımından çiçəklənmə dövrü hesab olunur. Bu dövrdə müxtəlif sahələrdə elmi kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilirdi. Elxanı hökmdan Qazan xan (1295-1304) Təbrizin cənub-qərbində Şam Qazan şəhərciyini saldırır. Orada rəsədxana, mədrəsə, xəstəxana təsis edilir. Dövrünün görkəmli dövlət xadimi, alim, tarixçi, həkim, bir sözlə, ensiklopedik yaddaşı olan, Qazan xanın vəziri Rəşidəddin Fəzlullalı (1247-1318) Təbrizin şimal-şərqində saldırdığı Rəb-e Rəşidi adlı şəhərcikdə universitet, o cümlədən, tibb institutu, xəstəxana, kitabxana, mədrəsə təsis etmiş, Şam Qazanda «Dar-üş-şəfa» (şəfa evi) adlı xəstəxana tikdirmişdir. Orada ümumi xəstəliklər üzrə həkimlərdən əlavə, göz həkimləri, cərrahlar çalışırdı.
10-11-2019, 10:13 Məqalənin davamı
İDARƏETMƏDƏ İNSAN RESURSLARININ STRATEJİ ROLU

Müəllif:Elşad Nurəliyev, İsaq Cəfərov
Açar sözlər: İdarəetmə sistemi, iqtisadiyyat, insan resursları, texnokratik idarəetmə, peşəkar kadrlar, "Azərpoçt"

Hər bir müəssisə, təşkilat və təsərrüfat subyekti üçün işçi heyətinin, yəni insan amilinin əsas götürülməsi və onların peşəkar İdarə edilməsinin əhəmiyyəti İdarəetmə nəzəriyyəsinin əsasmı təşkil edir. Elm və texnologiya nə qədər inkişaf edirsə etsin, yaradıcılıq qabiliyyətinə malik olan İnsan həmişə Ön planda durur. Çünki insan istifadə edəcəyi texnologiyam özü yaradır. Yaratdığı texnologiyaların əsiri olmadan ondan İstifadə edib, onu təkmilləşdirmək insanın öz əlindədir. Heç bir texniki tərəqqi insanın dəyərini azaltmır. Məşhur sosioloq və futuroloqlarm iddia etdikləri kimi çağdaş dünyam robotlar yox, yüksək təhsil səviyyəsinə malik olan və özünü daim yetişdirib İnkişaf etdirən insanlar quracaqdır. Ona görə də həmişə olduğu kimi «Kadrlar hər şeyi həll edir» məşhur fikri hazırki dövrdə də öz aktuallığını saxlamaqdadır. Amerikanın «Honeywell international» Kompaniyasının direktorlar şurasının sədri və İcraçı direktoru, «Səmərəli idarəetmə məharəti» kitabının müəllifi, bank-maliyyə menecmenti sahəsində böyük nüfuza malik amerikalı Larri Bossidinin «Nəhayət, strategiyalar yox, hər şeyi insanlar həll edir» məşhur fikri informasiya texnologiyalarının, robotların, nanotexnologiyalarm İstehsalatda tətbiqinə başlanıldığı bir zamanda peşəkar kadrların hər bir müəssisənin ən qiymətli kapitalı olduğunu bir daha təsdiq etmiş olur.
10-11-2019, 09:44 Məqalənin davamı
ИЗ ИСТОРИИ ПРОВЕДЕНИЯ ПОРОДНОГО РАЙОНИРОВАНИЯ И ПОРОДНОГО УЧЕТА СЕЛЬСКОХОЗЯЙСТВЕННЫХ животных, РАЗВОДИМЫХ В АЗЕРБАЙДЖАНЕ

Müəllif: Эйюб Баширов

I. Породное районирование сельскохозяйственных животных в Азербайджане
Азербайджанским народом на основе народжной селекции с самых древних времен были приручены и одомашнены, в дальнейшем в процессе массового разведения сельскохозяйственных животных были созданы ценнейшие породы овец (11 местных, аборигенных, жирнохвостых, грубо- и полугрубошерстных), лошадей (Карабахская, Дилбозская, Ширванская и Кубинская местных, аборигенных пород), Азербайджанский буйвол, зебу, верблюд, малокавказская и великокавказская породы крупного рогатого скота, Кабактапинская пчела и др.
9-11-2019, 19:37 Məqalənin davamı
YERLİ ARI GENOFONDUNUN QORUNMASI VƏ DAMAZLIQ İŞİNİN QURULMASI ÜÇÜN TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR

Müəllif: Şamil Quliyev
Açar sözlər: Bal arısı, Azərbaycan, arının, Azərbaycan Arıçılar İttifaqı, arı populyasiyaları

Bal ansı yaranışından hazırkı dövrə kimi canlı aləmin təkamülündə və ekoloji tarazlığın qorunmasında mühüm rol oynamış; yaşam və davranış tərzi ilə daim şüurlu insanı heyrətləndirmiş, düşündürmüş, halallığa, təmizliyə, intizama, qənaətcilliyə və yaradıcılığa sövq etmişdir.
Bal ansı məhsullarının möcüzəli müalicəvi xüsusiyyətləri, müqayisəolunmaz qidalılığı və çoxçeşidliliyi; eləcə də bal arısının ətraf mühitin yaxşılaşdınlması, biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası, entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasmda əsas rol oynamaqla onlarm məhsuldarlığının artırılması və məhsullarının keyfiyyətinin yüksəlməsi istiqamətlərində sahib olduğu potensial imkanlar ançılığı alternativi olmayan bir sahəyə çevirmişdir.


9-11-2019, 19:30 Məqalənin davamı
ЭКОНОМИЧЕСКАЯ БЕЗОПАСНОСТЬ И ЕЕ ОСНОВНЫЕ ПОКАЗАТЕЛИ

Müəllif: Эльшад Нуралиев
Ключевые слова: Экономика, безопасность, способность, национальной экономики, экономическая независимость, предельно

Как показывает мировой опыт, обеспечение экономической безопасности - это гарантия независимости страны, условие стабильности и эффективной жизнедеятельности общества, достижение успеха. Это объясняется тем, что экономика представляет собой одну из жизненно важных сторон деятельности общества, государства и личности, и ,следовательно, понятие национальной безопасности будет пустым словом без оценки жизнеспособности экономики, ее прочно ста при возможных внешних и внутренних угрозах. Поэтому обеспечение экономической безопасности принадлежит к числу важнейших национальных приоритетов.
9-11-2019, 19:17 Məqalənin davamı
O, BÖYÜK İNSAN, BÖYÜK ALİM İDİ

Müəllif: Eyyub Bəşirov

Azərbaycan elminin, elmi fikir tarixinin inkişafında XX əsr çox önəmli bir mərhələni təşkil edir. Bu mərhələ öz zənginliyi, Özünəməxsusluğu, ən başlıcası, elmi fikrin inkişafının sürətliliyi, dinamikliyi kimi xarakterik xüsusiyyətləri ilə səciyyələnir.
Ötəri də olsa, elmimizin ən əsas, ən maraqlı İstiqamətlərindən birinin aqrar elmin həmin dövrdəki inkişaf tarixinə nəzər yetirsək fikrimizin doğruluğuna bir daha əmin olanq. Bu sahədə aparılan elmi tədqiqatların genİşmiqyaslılığı, aktuallığı, dünyada ilk dəfə yeni, proqressiv metod və texnologiyaların işlənib hazırlanması, buniarm, eləcə də, əldə edilmiş digər elmi nəticələrin istehsalata tətbiqi, nəticədə də həmin işlərin bilavasitə sahənin özünün inkişafına təkan verilməsi və s. kimi cəhətlər, xüsusiyyətlər ilk andaca diqqət çəkir.
9-11-2019, 19:11 Məqalənin davamı
CÜMHURİYYƏT DÖVRÜ VƏ RABİTƏ

Müəllif: Firdovsiyyə Əhmədova, Elşad Nurəliyev
Açar sözlər: Cümhuriyyət, poçt-teleqraf, radiostansiya, Azərbaycan, Gəncə, rabitə, Parlament

Rabitə strateji əhəmiyyətə malik sahələrdəndir. Dövlətin, cəmiyyətin həyatında, idarəetmə sistemində başlıca rol oynayır. Bu səbəbdən də bütün dövrlərdə mövcud şə­raitdən asılı olmayaraq rabitə sisteminin qurulmasına böyük önəm verilib indi de verilir.
XX əsrin əvvəllərində, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə yaradılan hökümətin tərkibindəki nazirliklərindən biri də məhz rabitə sahəsi üzrə idi.
Azərbaycan Demokratik Respubtrkası dövründə ölkənin rabitə müəssisələrinin ya­radılması və rabitə şəbəkəsinin qurulması məqsədilə təsis edilmiş nazirlik Poçt-teleqraf və Yollar Nazirliyi adlanırdı. Nazir vəzifəsinə isə ilk dəfə olaraq Xudadat bəy Məlik Aslanov təyin edildi. İndiki Rabitə və texnologiyaları Nazirliyinin əsası 1918-ci il may ayının 28-də qoyuldu.
9-11-2019, 19:05 Məqalənin davamı
AZADLIQ VƏ DEMOKRATİYA CARÇISI, MlLLİ AZƏRBAYCAN ŞAİRİ

Müəllif: Əli Əliyev
Açar sözlər: Azərbaycan, Sabir, satira, Sabir yaradıcılığı

Azərbaycanın klassik sənət fədailərindən biri də əbədiyaşar qələm sahibi, görkəmli satirik şair Mirzə Ələkbər Sabir Tahirzadədir. O, 1862-ci ildə Şamaxıda anadan olmuş, 1911-ci İldə isə vəfat etmişdir. Şairin qısa ömür yolu təəssüf yaradır, amma Sabir bu qısa ömür yolunda elə bir iz qoymuşdur ki, bu iz bütün əsrlərdən görünür. “Sabir Azərbaycan ədəbiyyatı tarixində çox böyük xidmətləri olan, şeirimizdə tamam yeni bir dövr açan, milyonların qəlbini oxşayan və fəth edən əsl xalq şairidir... Sabir şeiri həmişə hər yerdə zehni açıq, tərəqqipərvər adamların azadlıq və səadət uğrunda mübarizə yoluna sönməz bir mayaq kimi nur saçır.” [1, s.145]
9-11-2019, 18:58 Məqalənin davamı
Öncəki 1 2 3 4 5 6 7 8 9 10 ... 46 Рекомендуем посетить сайт newprogs.net с софтом Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com