SAĞLAMLIQ VƏ SƏNƏTKARLIQ OCAĞI ŞUŞA



Bu gün, 16:51 Məqalənin davamı
Təhsilin inkişafında məktəb və ictimaiyyətin rolu



Bu gün, 16:33 Məqalənin davamı
BİOLOJİ TƏCRÜBƏLƏRİM VƏ PEDAQOJİ DÜŞÜNCƏLƏRİM



Dünən, 20:01 Məqalənin davamı
THE SORPTION OF NON-FERROUS METAL-IONS BY CHELATING RESINS

DOI: https://doi.org/10.36719/2707-1146/42/21-27

Mahnur Jafarli

Ministry of Science and Education of the Republic of Azerbaijan 

Nakhichevan State University 

doctor of philosophy in chemistry

[email protected]

Huseyn Imanov

Ministry of Science and Education of the Republic of Azerbaijan 

Nakhichevan State University

PhD in chemistry

[email protected]


THE SORPTION OF NON-FERROUS METAL-IONS BY CHELATING RESINS


Abstract

Conditions of sorption equilibrium of copper, zinc, cadmium and lead-ions by chelatforming resins Amberlite IRC-748 and Duolite C 467 depending on the degree of neutralization of their ionogenic groups, the acidity of the medium and concentration of solutions were studied. Sorption isotherms were established, Langmuir and Freundlich models were proposed. In all cases, the selectivity is governed by the enthalpy factor with heat release and entropy reduction. . Changing the experimental conditions (without interruption and with interruption) significantly affects the rate of ion sorption by the studied ion exchangers. This allows us to conclude that internal diffusion plays a significant role in the processes under study. Thermodynamic of these processes is considered at ideal ionite phase - the activity coefficients of absorbed ions in a solid phase haven't been taken into account. The calculated values of the diffusion coefficient, activation energy, activation entropy, enthalpy, free energy and entropy multiplier of all studied processes are given.
Keywords: ion exchangers, sorption isotherms, isotherm equations, Langmuir and Freundlich models, kinetic and thermodynamic quantities

Mahnur Cəfərli

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi

 Naxçivan Dövlət Universiteti

kimya üzrə fəlsəfə doktoru

[email protected] 

Huseyn Imanov

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi

 Naxçivan Dövlət Universiteti

kimya üzrə fəlsəfə doktoru

[email protected]

UOT 543.54:544.72


Əlvan metal ionlarının xelatəmələgətirici ionitlərlə sorbsiyası


Xülasə

Duolite C-467 və Amberlite IRC-748 ionitləri ilə Cu2+, Zn2+, Cd2+ və Pb2+ ionlarının sorbsiya tarazlığının şəraitləri, onların inogen qruplarının neytrallaşma dərəcəsindən, mühitin turşuluğundan və məhlulların konsentrasiyasından asılı olaraq öyrənilmişdir. Sorbsiya izotermləri qurulmuş, Lenqmyür və Freyndlix modelləri təklif olunmuşdur. Bütün hallarda seçicilik, istilik ayrılması və entropiyanın azalması ilə entalpiya amili tərəfindən idarə olunur. Təcrübə şərtlərinin dəyişdirilməsi (fasiləsiz və fasilə ilə) öyrənilən ionitlər tərəfindən ionların sorbsiya sürətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, öyrənilən proseslərdə daxili diffuziyanın əhəmiyyətli rol oynadığı qənaətinə gəlməyə imkan verir. Bu proseslərin termodinamikası ideal ionit fazada nəzərə alınır - bərk fazada udulmuş ionların aktivlik əmsalları nəzərə alınmamışdır. Tədqiq olunan bütün proseslərin diffuziya əmsalı, aktivləşmə enerjisi, aktivləşmə entropiyası, entalpiya, sərbəst enerji və entropiya çarpanının hesablanmış qiymətləri verilmişdir.

Açar sözlər: iondəyişdiricilər, sorbsiya izotermləri, izoterm tənlikləri, Lenqmyür, və Freyndlix modelləri, kinetik və termodinamik kəmiyyətlər


MƏQALƏNİ YÜKLƏ [716,13 Kb] (yüklənib: 4)
25-03-2024, 19:47 Məqalənin davamı
ANALYSIS OF THE PROTECTION OF CLIMATE AND THALASSOTHERAPY RESOURCES OF AZERBAIJAN DURING THEIR USE FOR TOURISM PURPOSES AND THE MAIN FACTORS TO BE TAKEN INTO ACCOUNT

DOI: https://doi.org/10.36719/2707-1146/42/45-49

Suleyman Alizadeh 

 Azerbaijan Tourism and Management University

master student 

[email protected]


ANALYSIS OF THE PROTECTION OF CLIMATE AND THALASSOTHERAPY RESOURCES OF AZERBAIJAN DURING THEIR USE FOR TOURISM PURPOSES AND THE MAIN FACTORS TO BE TAKEN INTO ACCOUNT


Abstract

Climate and thalassotherapy tourism is directly related to nature and the environment, and the development of this field of tourism should be developed symbiotically with the protection and efficient use of natural resources. Since ancient times, the use of mineral waters for therapeutic purposes and the use of areas with a pure climate for the recreation of the population have led to a sharp decrease in the volume of these resources in many countries, or even to their failure. On the other hand, the massive development of tourism in the modern era and its transformation into an international field paves the way for the direct or indirect use of natural resources during this process. In our country, the history of this field of tourism based on ancient traditions increases the importance of protecting the used natural resources.

The main purpose of the article is to carry out a detailed analysis of the main factors that arise during the tourism use of climate and thalassotherapy natural resources, to discuss the existing and potentially future methods using the scientific literature in this field. The possibilities of analysis, induction, and deduction methods were used in writing the article, and the results were recorded systematically.

Keywords: climate resources, thalassotherapy tourism, environment protection, natural resources, tourism development


Süleyman Əlizadə

Azərbaycan Turizm və Menecment Universiteti

 magistrant

[email protected]


İqlim və talassoterapiya resurslarının turizm məqsədləri üçün istifadəsi zamanı onların qorunması və nəzərə alınmalı əsas amillərin təhlili


Xülasə

İqlim və talassoterapiya turizmi birbaşa təbiət və ətraf-mühitlə əlaqələdir və turimin bu sahəsinin inkişafı təbii ehtiyatların qorunması və səmərəli istifadəsi ilə simbiotik olaraq inkişaf etdirilməlidir. Qədim zamanlardan bəri mineral suların müalicəvi məqsədlər üçün istifadəsi və saf iqlimə malik ərazilərin əhalinin istirahəti üçün istifadə edilməsi bir çox ölkələrdə bu ehtiyatlarının həcminin kəskin azalmasına, hətta sıradan çıxmasına gətirib çıxarmışdır. Digər tərəfdən isə müasir dövrdə turizmin kütləvi şəkildə inkişafı və beynəlxalq bir sahəyə çevrilməsi bu proses zamanı təbii ehtiyatların bilavasitə və ya dolayı yolla istifadəsinə yol açır. Ölkəmizdə isə turizmin bu sahəsinin qədim ənənələrə dayanan tarixi istifadə edilən təbii ehtiyatların qorunmasının əhəmiyyətini daha da artırır.

Məqalənin əsas məqsədi iqlim və talassoterapiya təbii ehtiyatlarının turizm məqsədi istifadəsi zamanı ortaya çıxan əsas amillərin detallı təhlinini aparmaq, bu sahə üzrə olan elmi ədəbiyyatdan istifadə edərək mövcud və gələcəkdə potensial olaraq inkişaf etdirilə biləcək metodların müzakirəsini həyata keçirməkdir. Məqalənin yazılmasında analiz, induksiya, deduksiya metodlarınının imkanlarından istifadə edilmiş, nəticələr isə sistemli şəkildə qeyd olunmuşdur. 

Açar sözlər: iqlim ehtiyatları, talassoterapiya turimi, ətraf-mühitin qoruması, təbii resurslar, turizmin inkişafı 

MƏQALƏNİ YÜKLƏ [589,04 Kb] (yüklənib: 7)
25-03-2024, 16:50 Məqalənin davamı
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SARKOSPORİDLƏRİN TƏDQİQİ

DOI: https://doi.org/10.36719/2707-1146/42/40-44

Çilənay İbrahimova

Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı 

Elmi Tədqiqat İnstitutu

magistrant

[email protected]

Gülgəz Məmmədova

Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı 

Elmi Tədqiqat İnstitutu

magistrant

[email protected]

Güləsər Qasımova

Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı 

Elmi Tədqiqat İnstitutu

[email protected]


NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SARKOSPORİDLƏRİN TƏDQİQİ


Xülasə

Məqalədə sarkosporidilərin kənd təsərrüfatı heyvanlarını yoluxdurması, fermer təsərrüfatlarına xeyli ziyan vurması və məhsuldarlığın aşağı düşməsi qeyd edilir. Sarkosporidioz xəstəliyinin Naxçıvan Muxtar Respublikası ərazisində yayılma intensivliyi, eyni zamanda ən çox parazitlik edən növlərin aşkar edilməsi və ona qarşı mübarizə tədbirlərinin tətbiq edilməsi qeyd edilib.  Parazitin orqanizmə təsiri bir çox faktorlardan-parazitin növündən, onun virulentliyindən, sayından, lokalizasiya olunduğu yerdən, inkişaf biologiyasından və orqanizmin fizioloji vəziyyətindən asıllığı qeyd edilib. Eyni zamanda parazitin virulentliyi, parazit-sahib münasibətləri qeyd olunub.

Açar sözlər: sarkosporidi, aralıq sahib, əsas sahib, sporosista, toxuma


Chilanay Ibrahimova

Nakhchivan Agricultural Scientific Research 

Institute named after Hasan Aliyev 

Graduate student

[email protected]

Gulgez Mammadova

Nakhchivan Agricultural Scientific Research 

Institute named after Hasan Aliyev 

Graduate student

[email protected]

Gulesar Gasimova

Nakhchivan Agricultural Scientific Research 

Institute named after Hasan Aliyev

[email protected]


Study of sarcosporidae in Nakchivan Autonomous Republic


Abstract

The article mentions that sarcosporids infect agricultural animals, cause considerable damage to farms and reduce productivity. The intensity of the spread of sarcosporidiosis in the territory of the Nakhchivan Autonomous Republic, as well as the detection of the most parasitic species and the implementation of measures to combat it, were noted. The effect of the parasite on the body depends on many factors: the type of parasite, its virulence, number, localization, developmental biology and the physiological state of the body. The virulence of the parasite and the relationship between the parasite and the host were also noted.

Keywords: sarcosporidis, intermediate host, primary host, sporocyst, tissue
MƏQALƏNİ YÜKLƏ [613,98 Kb] (yüklənib: 5)
25-03-2024, 16:47 Məqalənin davamı
TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI Xülasə

DOI: https://doi.org/10.36719/2707-1146/42/35-39

Rasimə Hüseynova

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu

[email protected]

Səfa Musayeva

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu

[email protected]

UOT: 638.22


TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI


Xülasə

Azərbaycanda qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı sahələrinə: heyvandarlıq, bitkiçilik, çayçılıq, tütünçülük, arıçılıq, ipəkçilik və s. aiddir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər cərçivəsində baramaçılıq və ipəkçilik sahəsinin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycanda son vaxtlar yaradılmış tut ipəkqurdu cinslərin çarpazlaşdırılması nəticəsində alınmış hibridlərin hər tərəfli öyrənilməsi, onlardan ipək məhsuldarlığına, xüsusilə baramaların texnoloji göstəricilərinə və ekoloji dözümlülüyünə görə daha yaxşılarının seçilib rayonlaşdırılması planlı qaydada aparılan seleksiya tədqiqat işlərinin yekun mərhələsini təşkil edir. 

Respublikamızın aran rayonları üçün istiliyə dözümlü tut ipəkqurdu cins və hibridlərinin seleksiyaçılar tərəfindən yaradılmasına aid elmi-tədqiqat işlərinə hələ 1965-1973-cü illərdə başlanılmışdır. Azərbaycan ipəkçilik elminin görkəmli nümayəndəsi, Az.EA-nın müxbir üzvü, b.e.d., professor R.A.Hüseynovun rəhbərliyi altında ölkəmizin aran rayonlarında yemləmələri aparılmış Aran, Yaşar cinsləri və onların düzünə və tərsinə hibridləri yaradılmışdır (Abbasov, 2009).

Təcrübələr 2 müxtəlif mühitdə (optimal və pessimal) aparılmışdır. Optimal mühit kimi 1958-ci ildən Z.A.Axundov tərəfindən Azərbaycan Respublikası yemləmələri üçün tövsiyə edilmiş aqrozootexniki normalardan, pessimal mühit kimi tərəfimizdən hazırlanmış yeni aqrozootexniki normalardan istifadə edilmişdir (Abbasov, 2010). 

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Tut ipəkqurdu seleksiyası laboratoriya”sında yaradılmış Uğur, Ordubad-1, Ordubad-2, Muğan-1 və Muğan-2, Gürcüstan ETİİ-dan introduksiya olunmuş Mizuri-1 və Muziri-5 və nəzarət olaraq Mayak-2 və Mayak-3 cinslərindən, və Mayak-2×Mayak-3 hibridindən istifadə olunmuşdur (Məmmədov, 2019).

Açar sözlər: cins, hibrid, istilik, məhsuldarlıqseleksiya


Rasima Huseynova

Scientific Research Institute of Animal Husbandry 

[email protected]

Safa Musayeva 

Scientific Research Institute of Animal Husbandry 

[email protected]


Creation of heat tolerant hybrids of mulberry silkworm


Abstract

Agricultural fields belonging to the non-oil sector in Azerbaijan include: animal husbandry, plant growing, tea growing, tobacco growing, beekeeping, sericulture, etc. The restoration and development of cocooning and sericulture has been identified as one of the priority areas of agriculture in the framework of the measures implemented in connection with the development of the non-oil sector in our country. Comprehensive study of the hybrids obtained as a result of the crossbreeding of mulberry silkworm breeds recently created in Azerbaijan, selection and regionalization of the best ones based on their silk productivity, technological indicators of cocoons, and environmental tolerance constitute the final stage of the selection research works conducted in a planned manner.

Scientific research works related to the creation of heat-tolerant mulberry silkworm breeds and hybrids by breeders for the lowland regions of our republic were started in 1965-1973. Aran, Yashar breeds and their straight and reverse hybrids were created in the lowland regions of our country under the leadership of professor R.A.Huseynov, a prominent representative of Azerbaijan's sericulture science, corresponding member of Az.EA, B.E.D.

Experiments were conducted in 2 different environments (optimal and pessimal). The agrozootechnical norms recommended by Z.A.Akhundov for the fodder of the Republic of Azerbaijan since 1958 were used as the optimal environment, and the new agrozootechnical norms developed by us as the pessimistic environment.

Ugur, Ordubad-1, Ordubad-2, Mughan-1 and Mughan-2 created in the "Mulberry Silkworm Breeding Laboratory" of the Animal Husbandry Scientific Research Institute, Mizuri-1 and Muziri-5 introduced from Georgia ETİİ, and Mayak-2 as a control. and Mayak-3 breeds, and Mayak-2×Mayak-3 hybrid were used.

Keydwords: breed, hybrid, heat, productivity, selection

MƏQALƏNİ YÜKLƏ [771,4 Kb] (yüklənib: 5)

25-03-2024, 16:41 Məqalənin davamı
“DENDROLOGİYA BAĞI” ƏRAZİSİNDƏ KARANTİN STATUSLU ZƏRƏRLİ ORQANİZMLƏR: 1.PARASAİSSETİA NİGRA NİETNER 1861, 2. RHYNCHOPHORUS FERRUGİNEUS OLİVER, 1790

DOI: https://doi.org/10.36719/2707-1146/42/28-34

Aqil Qasımov 

“Dendrologiya Bağı” PHŞ

biologiya üzrə fəlsəfə doktoru

[email protected]

Selcan Səfərəliyeva 

Qərbi Kaspi Universiteti

magistrant

[email protected]

Xədicə Əliyeva 

“Dendrologiya Bağı” PHŞ

[email protected]


“DENDROLOGİYA BAĞI” ƏRAZİSİNDƏ KARANTİN STATUSLU ZƏRƏRLİ ORQANİZMLƏR: 1.PARASAİSSETİA NİGRA NİETNER 1861, 

2. RHYNCHOPHORUS FERRUGİNEUS  OLİVER, 1790


Xülasə

Bitkilərin normal inkişafını təmin etmək üçün aparılan tədqiqatlar zamanı onların inkişafını ləngidən bir çox səbəblər aşkarlanmışdır. Bura zərərli orqanizmlərdə aid edilir. “Dendrologiya Bağı” ərazisində aparılan tədqiqat işləri zamanı bir neçə zərərli orqanizm aşkarlanmışdır. Bunlardan ən təhlükəlisi Qara yalançı qalxanlı yastıca (Parasaissetia Nigra Nietner) və Qırmızı palma böcəyi   (Rhynchophorus ferrugineus Oliver) hesab olunur. Bu zərərli orqanizmlər həmçinin xarici karantin obyektidir. Aşkarlanmış zərərli oqanizmlərin bioekoloji xüsusiyyətləri öyrənilmiş və onlarla mübarizə üsulları sınaqdan keçirirlmişdir. Hazırda mövsüm ilə əlaqəli olaraq tətqiqat obyektləri sakitlik dövrünü keçirir. Lakin  müşahidələr davam etməkdədir.

Açar sözlər: Dendrologiya Bağı, karantin obyekti, Qara yalançı qalxanlı yastıca, Qırmızı palma böcəyi, mübarizə tədbirləri


Agil Gasimov

“Dendrology garden” Public Legal Entity

PhD in biology

[email protected] 

Seljan Safaraliyeva

Western Caspian University

Master student

[email protected] 

Khadija Aliyeva

“Dendrology garden” Public Legal Entity

[email protected] 


Harmful organisms with quarantine status in the Dendrology Garden: 

1.Parasaissetia Nigra Nietner, 1861, 2.Rhynchophorus Ferrugineus   Oliver, 1790


Abstract

During the research conducted to ensure the normal development of plants, many reasons that slow down their development have been discovered. This includes harmful organisms. Several harmful organisms were discovered during the research conducted in the "Garden of Dendrology". The most dangerous of them are the Parasaissetia Nigra Nietner and the Rhynchophorus ferrugineus Oliver. These harmful organisms are also subject to external quarantine. Bioecological features of detected harmful organisms were studied and methods of combating them were tested. Currently, the research facilities are having a quiet period in connection with the season. However, the observations continue.

Keywords: Dendrological garden, quarantine facility, Parasaissetia Nigra Nietner, Rhynchophorus ferrugineus Oliver, countermeasures

MƏQALƏNİ YÜKLƏ [970,53 Kb] (yüklənib: 5)
25-03-2024, 16:38 Məqalənin davamı
KƏSKİN AUDİOGEN STRESSDƏN SONRA QİDA RASİONUNDA ZÜLAL ÇATIŞMAZLIĞI İLƏ ORBİTAL QABIQ MORFOLOJİ DƏYİŞİKLİKLƏRİ ARASINDA ƏLAQƏLƏR (EKSPERİMENTAL TƏDQİQAT)

DOI: https://doi.org/10.36719/2707-1146/42/11-20

Maya Sultanlı

AMEA Akad. Abdulla Qarayev adina Fiziologiya İnstitutu

[email protected]


KƏSKİN AUDİOGEN STRESSDƏN SONRA QİDA RASİONUNDA ZÜLAL ÇATIŞMAZLIĞI İLƏ ORBİTAL QABIQ MORFOLOJİ DƏYİŞİKLİKLƏRİ ARASINDA ƏLAQƏLƏR (EKSPERİMENTAL TƏDQİQAT)


Xülasə

Tədqiqat 64 ağ laborator siçovul üzərində aparılmışdır (8 – intakt, 56 – eksperiment qrupları). 56 heyvanda kəskin səs qıcığı ilə stress modelləşdirilmiş, “stressə dözümlü” (24) və “stressə dözümsüz” (32) olmaqla iki yığım ayird edilmişdir. Stressdən sonra kontrol qrupu heyvanları 40 gün müddətində balanslı (adi), əsas qrupdakılar isə - az-zülallı qida ilə yemləndirilmişdir. Qrupların hər birinə 12 stressə dözümlü və 16 stressə dözümsüz siçovul daxil edilmişdir. İntakt ağ laborator siçovulda orbital qabığın “aqranulyar” quruluş tipi təsbit olunmuşdur. Audiogen stressə dözümlü heyvanlarda orbital qabıqdakı dəyişikliklərin əksəriyyəti geriyə dönə bilən (“reaktiv”), bəziləri - “hüdudi” və cəmi bir neçəsi - geriyə dönməyən xarakterlidir. Stressə dözümsüz ağ laborator siçovullarda orbital qabıqda morfoloji olaraq “erkən dövr alterasiyası – postalterasion sabitləşmə və bərpanın başlanması – tam bərpa və ya qalıq əlamətlər formalaşması ilə natamam bərpa” ardıcıllığı aşkarlanmışdır. 

Stressə dözümsüzlük şəraitində az-zülallı qida rasionu ilə orbital qabıqda qalıq morfoloji əlamətlər tezliyi arasında yüksək intensivlikli və statistik etibarlı düz mütənasib əlaqə müəyyən edilmişdir.

Açar sözlər: orbital qabıq, audiogen stress, qida zülal şatışmazlığı, morfologiya 


Maya Sultanli

ANAS Institute of Physiology named after аcad. Abdulla Garayev 

[email protected]


Relationships between dietary protein deficiency and orbital shell morphological changes after acute audiogenic stress (experimental study)


Abstract

The study was conducted on 64 white laboratory rats (8 – intact, 56 – experimental groups). In 56 animals, stress was modeled with a sharp sound stimulus, and two populations were distinguished: "stress-tolerant" (24) and "stress-intolerant" (32). After stress, animals of the control group were fed with balanced (ordinary) food for 40 days, and those of the main group - with low-protein food. 12 stress-tolerant and 16 stress-intolerant rats were included in each group. An "agranular" structural type of the orbital shell was detected in an intact white laboratory rat. In animals tolerant to audiogenic stress, most of the changes in the orbital shell are reversible ("reactive"), some are "limited" and only a few are irreversible. Morphologically, the sequence of "early period alteration - postalterational stabilization and initiation of recovery - complete recovery or incomplete recovery with the formation of residual symptoms" was detected in the orbital cortex in stress-resistant white laboratory rats. 

A high-intensity and statistically reliable direct proportional relationship between low-protein food ration and the frequency of residual morphological signs in the orbital shell under conditions of stress intolerance was determined.

Keywords: orbital shell, audiogenic stress, nutritional protein deficiency, morphology

MƏQALƏNİ YÜKLƏ [1,63 Mb] (yüklənib: 6)
25-03-2024, 16:22 Məqalənin davamı
DUBİN-JOHNSON SİNDROMU ZAMANI HİPERBİLİRUBİNEMİYANIN İNKİŞAF MEXANİZMİNDƏ MRP2 MUTASİYALARININ PATOFİZİOLOJİ TƏDQİQİ

DOI: https://doi.org/10.36719/2707-1146/42/7-10

Cəmilə Əliyeva 

Azərbaycan Tibb Universiteti 

tibb üzrə fəlsəfə doktoru

[email protected]

Sevinc Hacıyeva 

Azərbaycan Tibb Universiteti 

tibb üzrə fəlsəfə doktoru

[email protected]

Jalə İbrahimova

Azərbaycan Tibb Universiteti

jalya_ibragimova@mail.ru

                                                Leyla Səfərəliyeva 

Azərbaycan Tibb Universiteti

[email protected] 

Zöhrə Qafarova

Azərbaycan Tibb Universiteti

[email protected]

                                                                                                                         Nəzakət Usubova

Azərbaycan Tibb Universiteti

[email protected]


DUBİN-JOHNSON SİNDROMU ZAMANI HİPERBİLİRUBİNEMİYANIN İNKİŞAF MEXANİZMİNDƏ MRP2 MUTASİYALARININ PATOFİZİOLOJİ TƏDQİQİ

Xülasə

Dubin-Johnson sindromu (DJS) bilirubin daşıyıcısı olub MRP2-də mutasiyalar nəticəsində yaranan nadir autosomal resessiv genetik xəstəlikdir.Bu xəstəlik  təkrarlanan sarılıq və konyuqasiya olunmuş hiperbilirubinemiya ilə xarakterizə olunur.Dubin-Johnson sindromuna bənzəyən hiperbilirubinemiya pozğunluqlarının çox saylı halları aşkar edilmişdir,lakin onlar klinik gedişatına,mövcud konyuqasiya olunmuş bilirubinin miqdarına və müalicəyə olan   reaksiyasına görə fərqlənir. DJS, fibroza və ya sirroza qədər irəliləməyən və heç bir tibbi müdaxilə tələb etməyən təhlükəli olmayan bir xəstəlikdir. DJS-nin müəyyən edilməsinin əhəmiyyəti qaraciyərə zərər verə biləcək digər hepatobiliar pozğunluqların ehtimalını istisna etmək və müalicə edilə bilənləri müəyyən etməkdir.Dubin-Johnson sindromu həkimlər üçün əhəmiyyətli diaqnostik çətinliklər yaradan nadir bir genetik xəstəlikdir. Bununla belə, tam bir tarixlə, xüsusən də ailə tarixi, klinik simptomlar və laboratoriya tədqiqatları ilə aşkar edilə bilər.

Açar sözlər: Hiperbilirubinemiya, konyuqasiya hiperbilirubinemiya, qaraciyər anomaliyaları, qaraciyər patologiyası, Dubin Johnson sindromu


Jamila Aliyeva

Azerbaijan Medical University

Doctor of philosophy in medicine

[email protected]

Sevinj Hajiyeva 

Azerbaijan Medical University

Doctor of philosophy in medicine

[email protected]

Jala Ibrahimova 

Azerbaijan Medical University

[email protected]

Leyla Safaraliyeva 

Azerbaijan Medical University

[email protected]

Zohra Gafarova 

Azerbaijan Medical University 

[email protected]

Nazakat Usubova 

Azerbaijan Medical University 

[email protected]


Pathophysiological study of MRP2 mutations in the mechanism of development of hyperbilirubinemia during Dubin-Johnson syndrome


Abstract

Dubin-Johnson syndrome (DJS) is a rare autosomal recessive genetic disorder caused by mutations in the bilirubin transporter MRP2. This disease is characterized by recurrent jaundice and conjugated hyperbilirubinemia. Numerous cases of hyperbilirubinemia disorders similar to Dubin-Johnson syndrome have been found, still,  they differ in their clinical course, the amount of conjugated bilirubin present, and their response to treatment. DJS is a benign disease that does not progress to fibrosis or cirrhosis and does not require any medical intervention. The importance of identifying DJS is to exclude the possibility of other hepatobiliary disorders that can damage the liver and to identify those that can be treated. Dubin-Johnson syndrome is a rare genetic disorder that poses significant diagnostic challenges for physicians. However, it can be detected by a complete history, especially family history, clinical symptoms, and laboratory studies.

Keywords: hyperbilirubinemia, conjugated hyperbilirubinemia, liver abnormalities, liver pathology, Dubin-Johnson syndrome

MƏQALƏNİ YÜKLƏ [639,04 Kb] (yüklənib: 7)
25-03-2024, 16:19 Məqalənin davamı
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

DOI: https://doi.org/10.36719/2663-4619/100/299-304

Bəhruz Əlizadə 

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

[email protected]

UOT 372


ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ 

XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ


Xülasə

Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki,  veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vasitəsi və səmərəli ünsiyyət kanalı kimi mühüm rol oynayır. Eyni zamanda, veb portallar ATM-in sahib olduğu bütün informasiya resurslarının bir mərkəzdən və effektiv idarə olunmasına şərait yaratmaqla ATM-lərin rəqabət qabiliyyətinin artırılmasının açar elementlərindən biri kimi çıxış edir. Ona görə ki, veb portallardan istifadə ATM-lərə daha çox tələbə cəlb etməyə, eləcə də, interaktiv və innovativ tədris metodlarını tətbiq etməyə imkan verir.

Məqalənin yazılması zamanı məzmun təhlili, ədəbiyyat icmalı, müqayisə və ümumiləşdirmə kimi tədqiqat metodlarından istifadə edilməklə veb portalların ATM-lərdə tətbiqini şərtləndirən amillər, ATM-lərdə veb portallardan istifadənin əsas məqsədləri, eləcə də, təmin etdiyi üstünlüklər və tələbələrin təhsil portallarından istifadə göstəriciləri araşdırılmışdır. Bundan başqa, Azərbaycanda veb portalın uğurlu tətbiqi baxımından seçilən UNEC-in təcrübəsi öyrənilmiş və rəqəmsal universitet modelində veb portalların əsas funksiyaları tədqiq olunmuşdur. 

Açar sözlər: ATM, veb portallar, təcrübə, tələbə, informasiya


Bahruz Alizadeh

Azerbaijan State University of Economics

master student

  [email protected]

UOT 372


Application characteristics and main activity directions of web 

portals in higher education institutions


Abstract

In today's education market, web portals have become one of the vital tools for higher education institutions (HEIs). Because web portals play an important role as a means of interaction and effective communication channel between all academic staff. At the same time, web portals act as one of the key elements of increasing the competitiveness of ATMs by creating conditions for effective management of all information resources owned by ATMs. Because the use of web portals allows ATMs to attract more students, as well as to apply interactive and innovative teaching methods. During the writing of the article, using research methods such as content analysis, literature review, comparison and generalization, the factors determining the application of web portals in ATMs, the main goals of using web portals in ATMs, as well as the advantages it provides and indicators of students' use of educational portals were investigated. In addition, the experience of UNEC, which is selected in terms of the successful implementation of the web portal in Azerbaijan, was studied and the main functions of web portals in the digital university model were studied.

Keywords: HEI, web portals, experience, student, information

MƏQALƏNİ YÜKLƏ [894 Kb] (yüklənib: 6)
25-03-2024, 15:51 Məqalənin davamı
“RANSOMWARE” HÜCUMLARI KONTEKSTİNDƏ YOLUXMADAN SONRAKI BƏRPA STRATEGİYALARI

DOI: https://doi.org/10.36719/2663-4619/100/292-298

Hüseyn Abdullayev

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

[email protected]


“RANSOMWARE” HÜCUMLARI KONTEKSTİNDƏ YOLUXMADAN SONRAKI 

BƏRPA STRATEGİYALARI


Xülasə

Araşdırmada məqsəd ən çox yayılmış kiberhücum olan “ransomware” (fidyə proqramı) hücumundan qorunma yollarını göstərmək və əsasən yoluxmadan sonra məlumatların bərpası prosesini detaylı şəkildə nümayiş etdirməkdir. 

Məqalə sürətlə təkamül edən və inkişaf edən “ransomware” hücumları, onların tarixi, təkamülü, mutasiya və inkişaf edib kompleks hal alması   haqqında məlumat verməklə yanaşı eyni zamanda real həyatda baş vermir bəzi hücumlardan, bu hücumların nəticələrindən və qurbanların bu hücumlarla necə mübarizə apardığından da bəhs edir. ”Ransomware” proqramlarının işləmə prinsipindən, fidyənin necə ödənilməsindən və hansı yollarla qurbana fidyəni ödəməyə məcbur qoyduğu haqda məlumat verilir. Məqalə boyunca deşifrələmə proqramları, yedəkləmənin önəmi və nüsxələrin bərpası texnologiyaları, bərpa prosesinin mərhələləri, danışıqlar və etik mülahizələr, davranış analizi, DLP kimi müxtəlif  “ransomware” hücumlarından qorunma yolları və yoluxmadan sonrakı bərpa prosesindən bəhs edilir. 

Bundan əlavə məqalədə şirkətlərin və təşkilatların “ransomware” hücumlarına qarşı nə dərəcədə hazır olduğunu araşdırılır və bu 4 səviyyəli şkalada dəyərləndirilir.

Açar sözlər: ransomware, yedəkləmə prosesi, deşifrə proqramları, etik mülahizələr, ehtiyat nüsxələri, kiberhücum


Huseyn Abdullayev

Azerbaijan State Economic University

master student

[email protected]


Post-infection recovery strategies in the context of ransomware attacks


Abstract

The purpose of the research is to show ways to protect against the most common cyber-attack, ransomware, and mainly to demonstrate in detail the process of data recovery after infection. 

The article provides information about the rapidly mutation and evolving ransomware attacks, their history, progress and development and complexity, while also discussing some attacks from real life, the consequences of these attacks, and how victims combat these attacks. Information is given on the principle of operation of ransomware programs, how the ransom is paid, and in what ways they force the victim to pay the ransom. The article covers decryption software, the importance of backups and recovery technologies, steps in the recovery process, negotiation and ethical considerations, behavioral analysis, ways to protect against various ransomware attacks such as DLP, and the post-infection recovery process. 

In addition, the article examines the extent to which companies and organizations are prepared against ransomware attacks and evaluates it on a 4-level scale.

Keywords: ransomware, recovery process, decryption tools, ethical considerations, backups, cyber-attack

MƏQALƏNİ YÜKLƏ [1,18 Mb] (yüklənib: 6)
25-03-2024, 15:44 Məqalənin davamı
Öncəki 1 2 3 4 5 6 7 8 9 10 ... 296 Sonrakı
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]