XALQ RƏSSAMI KAMİL XANLAROVUN YARADICILIĞI

Müəllif: Aygün Atif qızı Səmədzadə

Açar sözlər: rəssam, Kamil Xanlarov, mənzər, portret, teatr,   dekorasiya, milli, ənənə, kompozisiya, üslub, kolorit.
Key words: artist, Kamil Khanlarov, landscape, portrait, theater, decoration, national, tradition, composition, style, color.
Ключевые слова: художник, Камиль Ханларов, пейзаж, портрет, театр, декорация, национальный, традиция, композиция, стиль, цвет.

Azərbaycan təsviri sənətinin parlaq səhifələrindən biri olan XX əsr milli təsviri sənətin xalq ənənələrinin müxtəlif çalarları, dünya mədəniy­yətinin nailiyyətləri üzərində inkişaf tapmasına əsaslı şəkildə təsir göstərdi. Təsviri sənətin yeni yaradıcılıq meyarları əsasında istiqamət götürməsi özünəməxsus yara­dıcılıq xüsusiyyətləri ilə fərqlənən bir sıra istedadlı rəssamların yetişməsi ilə müşayiət olunmağa başladı. Xalq rəssamı Kamil Xanlarovun adı onların içərisində aparıcı yerlərdən birini tutur. O, müasir Azərbaycan təsviri sənəti­nin formalaşmasında xüsusi xidməti olan sənətkarlardandır.
2-01-2020, 23:32 Məqalənin davamı
KLASSİK VƏ MÜASİR BƏDİİ ƏDƏBİYYAT NÜMUNƏLƏRİNƏ ÇƏKİLMİŞ İLLÜSTRASİYALARIN BƏDİİ XÜSUSİYYƏTİ

Müəllif: Nuranə Adil qızı Abdullayeva

Açar sözlər: Qrafika, klassika, illüstrasiya, obraz, ədəbiyyat, müasir
Key words: Graphic, classic, illustration, form, literature, modern
Ключевые слова: Графика, классика, образ, литература, современный

Ölkənin sovetləşməsindən sonra Azərbaycan təsviri sənətində kitab qrafikasının davamlı və rəngarəng formalarda təşəkkül tapması həm də bu sahədə zəngin təcrübənin mövcudluğu ilə bağlı idi. Bu ilk növbədə hələ orta əsrlərdən başlayaraq Azərbaycanda kitab mədəniyyətinin duyulası bir yüksəlişlə inkişaf etməsi ilə bağlı olmuşdur.  Səhifələri miniatür üslubunda çəkilmiş illüstrasiyalarla bəzədilmiş əlyazmaların zamanında ən qiymətli ərməğana çevrilməsi də həmin şöhrəti təsdiqləyir. Şərq və Azərbaycan poeziyasının məşhur şairlərinin əsərlərinə çəkilmiş həmin illüstrasiyalarda sırf poetik mətnlərin məzmunu ilə səsləşən bədii şərhlərlə yanaşı, rəssam təxəyyülünün nəticəsi olan və müəyyən qədər də müstəqil mahiyyət daşıyan təsvirlərə rast gəlmək mümkündür. Qeyd edək ki, Azərbaycan kitab qrafikasının XX yüzilliyi əhatə edən inkişaf mərhələsində də rəssamların müxtəlif nəsillərinin nümayəndələri demək olar ki, bu ənənəni layiqincə davam etdirmiş, ona yeni-yeni bədii-estetik keyfiyyətlər əlavə etmişlər. 
2-01-2020, 23:24 Məqalənin davamı
MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ZƏRGƏRLİYİNDƏ MİLLİ ƏNƏNƏLƏRİN ƏKSİ

Müəllif: Səbinə Həbib qızı Abbaslı

Açar sözlər: zərgərlik sənəti, ənənəvi, şəbəkə, Azərbaycan, məhsullar, elementlər, texnika.
Key words: jewellery art, traditional, filigree, Azerbaijan, products, items, technique
Ключевые слова: ювелирное искусство, традиционное, филигрань, Азербайджан, изделия, элементы, техника

Azərbaycan zərgərliyinin yaranma tarixi çox qədim dövrlərə gedib çıxır. Azərbaycanda bədii metal sənətinin tarixi kökləri metalişləmə sənətinin ilk təşəkkürü ilə üzvi sürətdə bağlı olsa da, onun zinət istehsalı istiqamətində inkişafı nisbətən sonrakı dövrlərə təsadüf edir. Beləliklə, qızıl və gümüşün istehsal xəzinəsinin mənimsənilməsi ilə əlaqədar metalişləmə sənətində zinət istehsalı üzrə baş vermiş ixtisaslaşma nəticəsində müstəqil sənət sahəsi zərgərlik meydana gəlmişdir. 
2-01-2020, 23:19 Məqalənin davamı
ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏBDÜLXALIQ RZAQULİYEVİN YARADICILIĞINDA ƏMƏK MÖVZUSU

Müəllif: Nərmin Оqtay qızı Kərimli

Açar sözlər: rəssam, Əbdülxalıq, kənd mövzusu, əmək, kolxoz həyatı, milli boyakarlıq, rəng çalarları
Key words: artist, Abdulkhalyg, rural theme, labor, collective farm life, national painting, color shades
Ключевые слова: художник, Абдулхалыг, деревенская тема, труд, колхозная жизнь, национальная живопись, цветовые оттенки

Azərbaycan təsviri sənətinin parlaq səhifələrindən biri olan XX əsr milli təsviri sənətin xalq ənənələrinin müxtəlif çalarları, dünya mədəniyyətinin nailiyyətləri üzərində inkişaf tapmasına əsaslı şəkildə təsir göstərdi. Təsviri sənətin yeni yaradıcılıq meyarları əsasında istiqamət götürməsi özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə fərqlənən bir sıra istedadlı rəssamların yetişməsi ilə müşayiət olunmağa başladı. Əməkdar incəsənət xadimi Əbdül Xalıqın adı onların içərisində aparıcı yerlərdən birini tutur. O, müasir Azərbaycan təsviri sənətinin formalaşmasında xüsusi xidməti olan sənətkarlardandır. 
2-01-2020, 23:06 Məqalənin davamı
HEYKƏLTƏRAŞ AKİF ƏSGƏROV YARADICILIĞINDA QADIN OBRAZLARI

Müəllif: Aytac Afar qızı Abbaszadə

Açar sözlər: qadın, obraz, təsvir, dinamika, heykəltəraş, zərif , güclü
Key words: female, image, portrayal, dynamics, sculpture, elegant, powerful
Ключевые слова: женский, образ, изображение, динамика, скульптур, элегантный, мощный

Azərbaycan xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.  O orta məktəbi bitirdikdən sonra Bakıya gəlir və 1958-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olur. Burada müəllimi SSRİ Rəssamlıq Akademiyasının tamhüquqlu üzvü Sabsay Pinxos Vladimiroviç olmuşdur və bu onun sonrakı fəaliyyətinə müsbət təsir göstərmişdir. 1963-cü ildə buranı bitirən Akif Əsgərov İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq, Memarlıq Akademiyasında M.K.Anikuşinin emalatxanasında təhsil almışdır.
27-11-2019, 14:52 Məqalənin davamı
HEYKƏLTƏRAŞ AKİF ƏSGƏROV YARADICILIĞINDA MONUMENTAL HEYKƏLTƏRAŞLIĞIN İNKİŞAF PRİNSİPLƏRİ

DOI: 10.36719/AEM/2007-2019/47/155-157
Müxtəlif: Aytac Afar qızı Abbaszadə 

Açar sözlər: monumental, heykəl, sənətkar, qəbirüstü, obraz, şəxsiyyət
Ключевые слова: монументальная, скульптура, художник, надгробие, образ, личность
Keywords: monumental, sculpture, artist, tomb, image, personality

Azərbaycanda heykəltaraşlıq sənətinin inkişafı təmayülləri qədim dövrlərə təsadüf edir.  Heykəltəraşlığın bugünki mənzərəsinin yaranmasında isə Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb.  
Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. 


1-11-2019, 13:57 Məqalənin davamı
BUTA - MƏNİM MƏDƏNİYYƏT İNCİM

Müəllif: Məmmədli Elmira İdris qızı 
Açar sözlər: ornament, motiv, peysli, Axmim, Sasanilər, naxış 
Keywords: ornament, motive, paisley, Akhmim, Sassanids, pattern
Ключевые слова: орнамент, мотив, пейсли, Ахмим, Сасаниды , узор
 

Naxış, bəzək, nəqqaşlıq anlamını verən, bir-birini ritmik bir şəkildə əvəz edən elementlərin birliyindən təşkil olunan ornamentlər olduqca zəngin çeşidə malikdir. Hər bir mədəniyyətin özünə xas olan ornamentləri vardır və bu baxımdan Azərbaycan xüsusilə fərqlənir. Azərbaycan mədəniyyəti ölkəmizin təbiəti kimi zəngin, dolğun və rəngarəngdir. Azərbaycanın qədim və orta əsrlər tarixi, insanların həyat tərzi, düşüncəsi, əmək fəaliyyəti və başqa xalqlarla münasibətlərindən bəhs edən maddi-mədəniyyət nümunələri və tapıntıları üzərində rast gəlinən bəzək ünsürləri günümüzdə də müasir sənətkarlarımız tərəfindən işlənməkdədir. Bu baxımdan aypara, beşguşəli ulduz və bir çox başqa motivlər arasında buta xüsusi əhəmiyyətə malikdir. Müxtəlif geyimlər, əşyalar, alətlər və s. üzərində təsvir olunan butanın nə zaman yarandığı, günümüzədək necə gəlib çıxdığı və dünya mədəniyyətinin bir parçası halına gəldiyi haqqında bu məqalədə məlumat verilir. 
Nə qədər digər xalqların mədəniyyət nümunələrində rast gəlinsə də buta dünyada Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul olunmuşdur. Azərbaycan xalqına aid dekorativ sənət nümunələrinin və onların üzərindəki təsvirlərin, naxışların, bəzəklərin yaşadılması və gələcək nəsillərə ötürülməsi, dünyaca tanıdılması və bu çərçivədə buta ornamentinin dünyada daha da yayılması və bir Azərbaycan brendi halına gətirilməsi mədəniyyətimiz naminə atılan ən gözəl addımdır.

30-10-2019, 22:33 Məqalənin davamı
VALENTİN SEROV FIRÇASINDAN ŞEDEVRLƏR

Müəllif: Babayeva Ləman Hamlet qızı
Açar sözlər: Muzey, rəssam, portret, kolleksiya, məşhur
Keywords: Museum, painter, portrait, collection, famous
Ключевые слова: музей,художник,портрет,коллекция, популярный
 

Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və pianoçu Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdur.
Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir. Atasının ölümündən sonra anası musiqi təhsilini davam etdirmək üçün Münhenə gedir.Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltəraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür[6].
1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.



30-10-2019, 22:25 Məqalənin davamı
RUS RƏSSAMI VASİLİY VLADİMİROVİÇ PUKİREVİN YARADICILIĞINDA NİGAH MÖVZUSU

Müəllif: Salamova Aysel Aydın qızı
Açar sözlər: rus rəssamlığı, tənqidi realizm, nigah mövzusu, kilsə, kolleksiya, muzey
Key words: Russian painting, critical realism, marriage topic, church, collection, museum 
Ключевые слова:русская живопись, критический реализм, тема брака, церковь, коллекция, музей

 
XIX əsrin ortaları Rus rəngkarlığının canlandığı və yeni üslubların yarandığı dövr kimi yadda qalmışdır. Dövrün nümayəndələri incəsənətdə yaranmış tənqidi - realizm adlı yeni üslub vasitəsilə insanları real həyatda aktual olan acınacaqlı vəziyyətlə mübarizəyə səsləyirdi. Tənqidi – realizmin yolu ilə gedən ilk rus rəssamları Moskva rəssamlıq, heykəltəraşlıq və memarlıq məktəbini bitirən moskvalı tələbələr hesab edilirdi. Sankt – Peterburq akademiyasından fərqli olaraq onlar xalqın həyatına və ehtiyacına daha yaxın idilər. 
Moskva rəssamlar qrupunun (Səyyar rəssamlar cəmiyyəti – «Передвижники») və tənqidi – realizmin əsas nümayəndəsi Vasiliy Qriqoriyeviç Perov (1834-1882) olmuşdu. [3] Onun yaradıcılığı XIX əsrin 60-cı illərində yaşayan bir çox rəssamlara xüsusən də moskvalı rəssamlara öz təsirini göstərmişdir. Rəssamın tənqidi - realizm üslubunda olan ilk əsərlərinin ardınca yerli rəssamlar “perov ənənələrini” genişləndirirlər. Qeyd edək ki, tənqidi rəssamlar hər zaman parlaq əsərlər yaratmağa qadir deyildilər. [2] Ancaq V.V.Pukirev qısa ömür sürməsinə baxmayaraq, bu üslubda çəkdiyi iki möhtəşəm əsəri ilə rus rəngkarlığı tarixində öz sözünü demiş oldu.

30-10-2019, 22:20 Məqalənin davamı
RAİS RƏSULZADƏNİN YARADICILIĞINDA PORTRET JANRININ İNKİŞAF TƏMAYÜLLƏRİ

Müəllif: Zərifə Nəbiyeva 
Açar sözlər: Rais Rəsulzadənin təsviri sənət əsərləri, portret, mənzərə, natürmort
Key words: Rais Rasulzade's fine art, portrait, landscape, still life
Ключевые слова: Раиса Расулзаде, изобразительное искусство, портрет, пейзаж, натюрморт
 

Azərbaycan rəngkarlığında portret janrı hər zaman əsas yerlərdən birini tutur. Rəngkarlığın peşəkar məktəbi yarandıgı vaxtdan portret, Azərbaycan rəssamlarının yaradıcılığında nəzəri diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin təsviri sənətin əsas mövzusunu təşkil edir.
Azərbaycan rəngkarlığında uzun illər ərzində portretlər əsasən yaradıcı ziyalılarla yanaşı, fəhlələrə, kolxozçulara, əmək qabaqcıllarına da həsr olunmuşdur. 1930-1950 ci illərdə Azərbaycan rəssamlarının yaradıcılığında yazıçıların, musiqiçilərin portretləri çoxluq təşkil edirdi. Xüsusən Orta əsrlər Azərbaycan klassik poeziyasının nümayəndələri olan Nizami, Vaqif, Füzuli, Nəsiminin, siyasət və elmdə məşhur Şah İsmayıl Xətai, Nəsrəddin Tusinin bərpa olunmuş portretlərini göstərmək olar. Bu, rəssamların öz mədəniyyət tarixinə münasibətindən, həmçinin müsabiqələrin və yubileylərin keçirilməsi ilə əlaqədar olurdu. Belə müsabiqələrin əhəmiyyəti həqiqətən böyükdür, belə ki, biz obrazlı da olsa məşhur Azərbaycan şairlərinin, mədəniyyət və elm xadimlərinin obrazları ilə tanış oluruq. Belə müsabiqələrin hazırlıq prosesində rəssamlar dərin elmi-tədqiqat işi aparırdılar, həqiqəti olduğu kimi yaratmağa çalışırdılar. Bu gün belə portretlər ən yüksək adlara layiq görülür, demək olar ki, qiymətli sənəd kimi xəzinəyə çevrilmişlər.

30-10-2019, 09:10 Məqalənin davamı
Öncəki 1 2 3 4 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com