Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
X.Quliyeva
Bakı Dövlət Universiteti

KÜL TIQIN ABİDƏSİNDƏ İŞLƏNMİŞ QEYRİ-TÜRK MƏNŞƏLİ ETNONİMLƏR

Açar sözlər: Etnonimlər, Orxon-Yenisey abidələri, «Kül tiqin» abidəsi, qədim türk dili.
Key words: Ethnonyms, monuments of Orkhon-Yenisey, monument of Kul tigin, old turkic language.
Kлючевые слова: Этнонимы, орхоно-енисейские памятники, памятник в честь Кюл-тигина, древнетюркский язык.


Oğuz abidələrindən biri olan «Kül tiqin» abidəsi 732-ci ildə İltəris xaqanın kiçik oğlu Kül tiqinin şərəfinə qoyulmuşdur. Türk xalqları üçün müştərəklik nümayiş etdirən bu abidə (eləcə də digərləri) o tarixi dövrün dil xüsusiyyətlərini öyrənmək baxımından əlimizdə canlı bir mənbə sayılır. Hansı ki, bu mənbə bizi dilin müxtəlif yarusları üzrə qiymətli faktlarla, o cümlədən külli miqdarda materiallarla məlumatlandırır. Bunlar isə öz növbəsində türk dillərini tarixi aspektdə öyrənmək və tədqiq etmək baxımından yardımını bizdən əsirgəmir. Bu zənginlik dilin leksik səviyyəsinə də aiddir. Abidənin leksik tərkibində müxtəlif istiqamətli tematik söz qrupları daha çox diqqət çəkir. Bunların bir qrupunu da etnonimlər təşkil edir. Mənşə baxımından müxtəlifliklə müşayiət olunan etnonimlərin əksəriyyəti əsasən türk kökənli olsa da, alınmaların da varlığına rast gəlinir.
«Kül tiqin» abidəsində 27 müxtəlif tayfa, xalq və qəbilə adları işlənmişdir. Abidədə rast gəldiyimiz qeyri-türk mənşəli qəbilə və xalqlar qədim türklərin qarşılaşdıqları, müttəfiq və ya düşmən münasibətdə olduqları qəbilə və xalqları əhatə edir. Bu leksik vahidlərin həm əlahiddə, yəni ayrı-ayrılıqda, həm də toplu halında işlənməsi ilə qarşılaşırıq. Silsilə şəklində etnonimlərin işlənməsi daha çox yas mərasimlərinin təsviri zamanı qeydə alınır. Daha konkret ifadə etsək, bu mənzərəni yas mərasimində iştirak edən müxtəlif tayfa və xalqlara mənsub nümayəndələrin iştirakı ilə bağlı verilən məlumatlarda görə bilirik. Məsələn, «Kül tiqin» abidəsində iki yas mərasimi təsvir olunur. Bunlardan biri 553-cü ildə vəfat etmiş Bumın xaqanın, digəri isə İlteris xaqanın kiçik oğlu, Bilge xaqanın kiçik qardaşı Kül tiqinin yas mərasimidir. Nümunələr də bunu təsdiq edir.


MƏQALƏNİ YÜKLƏ [183,51 Kb] (yüklənib: 29)

Baxış: 711
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]