Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
S.H. Babazadə
Bakı Slavyan Universiteti
A.G. İbrahimova
Bakı Slavyan Universiteti

MÜASİR İNGİLİS DİLİNDƏ FELİ FRAZEOLOJİ VAHİDLƏR

Key words: modern English, frazeological units, frazeological unit, nominative frazeological associations, substantial dependency
Açar sözlər: müasir ingilis dili, frazeoloji birləşmələr, nominativ frazeoloji birləşmələri, substantiv asılılıq
Ключевые слова: современный английский язык, фразеологические соединения, номинативные фразеологические единицы, субстантивное подчинение


Dildə mövcud olan sabit söz birləşmələrinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlara əksər hallarda başqa bir dildə olduğu kimi tərcümə etmək olmur və çox zaman mənasız və gülünc ifadələr alınır. Frazeoloji birləşmələr istər məzmun istər forma etibarilə zənginliyə, onların dildə həddindən artıq işlədilməsi dilçilərin diqqətini özünə cəlb etmişdir. Sabit söz birləşmələrinin leksika ilə daha sıx əlaqəsi olduğundan, onlar bir tərəfdən vahid bir məfhum ifadə etmək etibarilə sözlərə yaxın olduğu kimi, digər tərəfdən bu birləşmələrin törəməsində müxtəlif qrammatik vasitələr iştirak edir, eyni zamanda bunlardan fikirlərin ifadəsi üçün dilin tərkibində məfhumun hazır vahidləri şəklində istifadə edilir. Frazeoloji birləşmə sözün potensial ekvivalentidir. V.Vinoqradovun (1) frazeoloji vahidlərə dair bölgüsündə frazeoloji birləşmə adlandırılan qrup ilk baxışda S.Ballinin təsnifatındakı ―frazeoloji" qrup və ya ―adi birləşmələrə" oxşayır. Lakin əslində bunlar bir – birindən kəskin surətdə fərqlənir. Belə ki, Vinoqradovun bölgüsündə frazeoloji birləşmə səciyyəsi daşıyan komponentlətdən biri ancaq məhdud sözlərlə frazeoloji cəhətdən ―bağlı məna" daşıyır. İngilis dilinin frazeologiyası üzrə tədqiqat işi aparan N.N.Amasova (2) V.Vinoqradovun bölgüsünün təhlilini verərək yazır ki, buradakı təsnifat vahid bir prinsipə əsaslanmır. Belə ki, iki sumantik qrup, (frazeoliji birikmə və frazeoloji bitişmə) komponentlərinin mənasından asılı olmayaraq, ümumi mənalarının dərk edilməsi dərəcəsinə görə müəyyənləşdirildiyi halda ―frazeoloji birləşmələr" adı ilə üçüncü qrupa aid edilənlərin tərkibin- dəki sözün başqa leksik vahidlərlə məhdud şəkildə birləşməsi əlamətinə görə səciyyələndirilir.


MƏQALƏNİ YÜKLƏ [163,97 Kb] (yüklənib: 270)

Baxış: 3 119
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]