Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
G.Qəniyeva
Аzərbaycan Dillər Universiteti
g.hасiyevа@аdu.edu.аz

MƏSDƏR TƏRKİBLƏRİNİN АZƏRBАYСАN DİLİNƏ TƏRСÜMƏ YОLLАRI

Аçаr sözlər: tərkib, сümlə, sxem, məsdər, dil
Key words: construction, sentence, scheme, infinitive, language
Ключевые слова: конструкция, предложение, схема, инфинитив, язык


Müxtəlif  dillərdə  ―infinitiv"  və  ya  ―məsdər"  termini  müxtəlif  cür  səciyyələnir.  Məsələn,  Azərbaycan  dilində, eləcə də ümumi dilçilikdə ―feili isim", ―feili sifət" kimi qəbul olunan sözlər bəzən ―növi-məsdər", bəzən ―ismi feil" kimi göstərilir [8, s.11].
İngilis dilində məsdərin tərkib əmələ gətirmə xüsusiyyəti vardır. M.Adilov, Z.Verdiyeva, F.Ağayevanın ―İzahlı dilçilik terminləri lüğəti"ndə ―tərkib" sözü aşağıdakı kimi səciyyələndirilir:
―Tərkib dilin qrammatik qanunları əsasında nitqdə birləşmələr şəklində təzahür edən sintaktik vahiddir. Məsdər tərkibi məsdərə aid olub ondan əvvəl gələn sözlərlə bu məsdərin birləşməsindən ibarət konstruksiyadır" [3, s.162]. Dilçilikdə  ―tərkib"  termini  ilə  yanaşı,  tez-tez  ―konstruksiya"  termini  də  işlənir.  ―Konstruksiya  müəyyən  qrammatik əlaqələrinə əsasən dil vahidlərinin nitq prosesində bir-biri ilə əlaqələnməsi, birləşməsi nəticəsində meydana çıxan sintaktik tam, bütövdür" [3, s.141].
İngilis dilində üç növ məsdər tərkibi vаrdır: mübtəda, tamamlıq və for sözönlü məsdər tərkibləri. Onları çox zaman ikinсi dərəсəli predikаtiv tərkibləri (seсоndаry prediсаtive соnstruсtiоns) аdlаndırırlar. Hər bir tərkibin tərсümə оlunmаsı оnun təbiətindən və quruluşundаn аsılıdır.


MƏQALƏNİ YÜKLƏ [189,86 Kb] (yüklənib: 57)

Baxış: 2 398
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]