Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
T.M.Əhmədova
Bakı Slavyan Universiteti

AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ MÜRƏKKƏB CÜMLƏLƏRDƏ BUDAQ
CÜMLƏLƏRİN ÖYRƏNİLMƏSİ (yer budaq cümləsi)

Açar sözlər: təhsil, tələffüs, məktəb, cümlə, mürəkkəb
Keywords: education, transcription, school, sentence, difficult
Ключевые слова: образование, произношение, школа, предложение, сложный


Təhsil rus dilində olan tədris ocaqlarında Azərbaycan dilinin öyrənilməsi Respublikamızın milli siyasəti prinsiplərinə əsaslanır və bir təlim fənni kimi məktəblərdə, universitetlərdə keçilir. Rus dilində təhsil alan şagird və tələbələr Azərbaycan dilinin köməyilə xalqımızın mədəniyyət tarixi, ədəbiyyat və incəsənəti ilə daha da yaxından tanış olurlar. Digər tərəfdən, onlar həmin dil vasitəsilə azərbaycanlılarla daha möhkəm ünsiyyət bağlayır, fikirlərini bir-birinə anladır, dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirirlər.
Məlumdur ki, dil insanlar arasında ictimai əlaqələrin yaranmasında, cəmiyyəti təşkil edən fərdlərin bir-birini başa düşməsində mühüm ünsiyyət vasitəsidir. Respublikamızda yaşayan xalqların azərbaycanca danışa bilmələri və bunun üçün həmin dili öyrənmələri çox əhəmiyyətlidir. Bunu nəzərə alaraq dövlətimiz Azərbaycan dilinin tədrisi üçün nisbətən qısa müddətdə dərs proqramları hazırlamış, həmin fənnə aid orijinal dərsliklər və bəzi metodik vəsaitlər nəşr etdirmişdir.


MƏQALƏNİ YÜKLƏ [168,68 Kb] (yüklənib: 19)

Baxış: 662
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]