Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Y.Ə.Əliyev
Azərbaycan Dillər Universiteti
[email protected]

DÜNYA ƏDƏBİYYATI YAZIÇILARININ AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA TƏDQİQİ VƏ TƏRCÜMƏSİ

Açar sözlər: Dünya ədəbiyyatı, tədqiq və tərcümə, ədəbiyyatşünaslıq, Ernest Heminqueyin 
Key words: World literature, investigation and translation, literary studies Ernest Hemingway 
Ключевые слова: Мировой литературы, исследование и перевод, литературоведении, Эрнеста Хемингуэя


Böyük Amerika yazıçısı Ernest Heminqueyin bədii irsi dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da tədqiq, tərcümə və nəşr edilmişdir. Azərbaycan MEA-nın həqiqi üzvü İsa Həbibbəyli ―Ernest Heminqueyin bədii irsi və Azərbaycan" adlı məqaləsində yazır: ―Məlumdur ki, Ernest Heminquey dünyada tanınan məşhur, görkəmli Amerika yazıçılarından biridir. Onun adı Beynəlxalq Nobel mükafatına layiq görülmüş cəmi bir neçə Amerika yazıçısı ilə birlikdə çəkilir. Lakin Ernest Heminquey (1899-1961) həm də geniş mənada bütün bəşəriyyətə məxsus qüdrətli sənətkardır. Görkəmli yazıçının əsərlərində qaldırılan problemlər bir ölkəni, yaxud xalqı deyil, dünyanın əksər xalqlarını düşündürür, narahat edir.
XXI əsrdə beynəlxalq terrorizmə qarşı aparılan qlobal mübarizə, müharibə və sülh, habelə insan haqları probleminin kəskin şəkildə cəmiyyət həyatına daxil olması Ernest Heminqueyin əsərlərini yenidən oxuyub öyrənməyə, ondan dərs almağa ciddi bir zərurət yaradır. Bütün bunlara görədir ki, Ernest Heminqueyin ideyaları bütün mədəni dünyada olduqca aktual səslənir. Heminqueyin əsərlərində yeni dönüşün əsas səbəbi yuxarıda qeyd edilən arqumentlərlə bağlıdır. Ernest Heminquey XX əsr boyu olduğu kimi, XXI əsrdə də mübarizə səngərində olan, bəşəriyyəti işıqlı ideallara doğru aparan ölməz sənətkar funksiyasını uğurla, inadla həyata keçirir" (1, 134).

MƏQALƏNİ YÜKLƏ [169,57 Kb] (yüklənib: 30)

Baxış: 810
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]