Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Lütviyyə Süleyman qızı Əsgərzadə 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu


HÜSEYN CAVİDİN “SOSİAL QİYAMI”


Açar sözlər: Hüseyn Cavidin sosial qiyam, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş” 
Key words: Hussein Javid's social uprising, "Prophet", "Topal Teymur", "Siyavuş"
Ключевые слова:социальное восстание Гусейна Джавида, «Пророк», «Топал Теймур», «Сиявуш»


Gülüstani-İrəm, əsəri ilə tarix elminin əsasını qoymuş Abasqulu Ağa Bakıxanov yazır ki, “Cəmiyyətin keçmişini öyrənən tarix elə bir danışmayan natiqdir ki, sələflərinin vəsiyyətlərini bütün təfsilatı və tərəfləri ilə xələflərinə çatdırır, etiraz və nifaq səbəblərini, inkişaf və tənəzzül yollarını anladır. Gələcəkdə yarana bilən hadisəni keçmişin libasında insanların nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düşünülməlidir və elmə əsaslanan bir şey möhkəm və payidar olar... Tarix elmi isə dünyanın təcrübəsini bizə kəşif edir. Bundan daha gözəl nə ola bilər ki... [Bakıxanov, 2000, s.41].
Doğrudur, tarix bizə keçmişimizi öyrədir, ancaq cəmiyyətimizin keçmişinin öyrənilməsində ədəbiyyatın da rolunu inkar etmək olmaz. Tarixdə baş vermiş hadisələr mütləq ədəbiyyatda da öz əksini tapır. Hər hansı bir yazıçı öz dövründən əvvələ aid yazdığı əsərlərdə keçmişi, o dövrün tarixini, sadə və seçkin insanlarını, məişəti və düşüncə tərzini bədii-estetik dona bürüyərək verməyə çalışır. Bu baxımdan, ədəbiyyatın hər hansı bir növü yazılırsa yazılsın, bu tarixi roman da ola bilər, tarixi dram da, "keçmişin, tarixin fonunda insan həyatı və cəmiyyətin analizidir. Burada tarix bəlli dərəcədə təhrif oluna bilər, müəllifin planına və təxəyyülünə uyğun yazılı bilər.


MƏQALƏNİ YÜKLƏ [211,24 Kb] (yüklənib: 18)
 


Baxış: 698
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]