Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Məmmədov Şahkərəm Mirzəməmməd oğlu 
Bakı Slavyan Universiteti


KİÇİK YAŞLI MƏKTƏBLİ İBTİDAİ TƏHSİLİN SUBYEKTİ KİMİ



Açar sözlər: kiçik məktəb yaşı dövrü, ibtidai təhsil, təlim fəaliyyəti, motivasiya
Key words: the period of primary school age, primary education, learning activities, motivation
Ключевые слова: период младшего школьного возраста, начальное образование, учебная деятельность, мотивация

Məktəbə qədəm qoymaq uşağın həyatında çox vacib hadisədir. Bu onun həyatında tamamilə yeni bir mərhələnin – məktəb həyatının başlanğıcıdır. Bu başlanğıc uşağın cəmiyyətdə yeni ictimai vəzifə – şagird vəzifəsinin tutmasına imkan yaradır. 6 yaşlı uşağa onu əhatə edən insanların gözündə yeni bir yaş dövrünə keçməsi çox cəlbedici və maraqlı təsir bağışlayır. Düzdü, məktəbə hazırlıq dövründə uşağı məktəbli forması, rəngarəng çantalar, qəşəng qələm, qələmqabları və bu kimi zahiri atributlar daha çox cəlb edir. Bu atributlar uşaqların məktəbəqədər dövrdə qazandıqları biliklərlə birgə yeni şərait, yeni dostların qazanılması, şagirdlərin öz idrak imkanlarını sərgiləməsi, ətraf aləmin dərk edilməsi və dünyagörüşünü genişləndirməsi kimi tələbatlarınin formalaşmasına şərait yaradır. 
Uşağın yeni ictimai status qazanması növbəti yaş dövründə (kiçik məktəb yaşı dövrü) psixoloji dəyişikliklərinin yaranmasına və təlim fəaliyyətinin dərk olunmasına zəmin yaratmış olur. Uşağın şagird adını qazanması böyüklərlə yeni qeyri-situativ şəxsi ünsiyyət formasına keçid kimi də başa düşülür. Uşaqlar böyük həyəcan və həvəslə böyüklər aləminin hörmətli nümayəndəsi olan müəllimlə görüşü gözləyirlər. Əgər uşaq müəllimin hərəkətlərinə etalon (nümunə) kimi baxırsa, onu özünə nümunə kimi qəbul edirsə, onun peşə keyfiyyətlərini qəbul edirsə, bu, uşağın məktəb mühitinə münasibətlərini asanlaşdırır və onun şagird kimi mövqeyini realizə etməsinə şərait yaratmış olur.


MƏQALƏNİ YÜKLƏ [204,44 Kb] (yüklənib: 35)

Baxış: 1 009
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]