Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Nurullayeva Günel İlham qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN NİTQİNİN İNKİŞAFINDA
ƏTRAF ALƏMLƏ TANIŞLIQ MƏŞĞƏLƏLƏRİNİN ROLU


Açar sözlər: nitq, təbiətlə tanışlıq, ətraf aləm, nitq ünsiyyəti, diksiya, intonasiya
Key words: Introduction speech, nature, environment, speech communication, enunciation, intonation
Ключевые слова: Речь, знакомство с природой, окружающий мир, речевое общение, дикция, интонация

Təhsil sistemimizin demokratik əsaslar üzərində qurulduğu müasir dövrdə məktəbəqədər təhsil müəssisələrinin əsas vəzifəsi uşaqları hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi yetişdirməkdir. Bu vəzifəni yerinə yetirmək üçün isə əvvala uşaqlarda ana dilinə məhəbbət oyatmaq, onun zənginliyindən istifadə etmək, öz fikrini aydın, obrazlı və rabitəli şəkildə ifadə etməyi öyrətmək lazımdır. Təbii ki, bütün bunlar nitqin inkişafı ilə bağlıdır. Uşaqların gözəl, aydın rabitəli nitqə yiyələnməsi məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı üzrə təşkil edilmiş məşğələlərdə öz həllini tapır. 
Nitq insanların həyatında ən vacib amillərdən biridir. İnsanlar ilk növbədə, nitqin köməyi ilə ünsiyyət saxlayır. Bir – birini başa düşür, öz arzularını, hisslərini ifadə edirlər. Nitq elə bir güclü vasitədirki, bununla insanlar bir – birlərinə təsir göstərməyi bacarırlar. Söz adamları əməyə, qəhrəmanlığa, sülhə çağırır. Pis əməllərdən çəkindirir, ağladır, sevindirir, güldürür, onlarda yaşamağa səmərəli fəaliyyət göstərməyə inam yaradır.


MƏQALƏNİ YÜKLƏ [134,52 Kb] (yüklənib: 255)
 


Baxış: 3 239
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]