Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Fərzalı Mələk İzzət qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti


SOSİAL İNKİŞAF MƏKTƏBƏQƏDƏR TƏHSİLİN AKTUAL PROBLEMİ KİMİ


Açar sözlər: məktəbəqədər, sosial, fəaliyyət, aktual, problem
Key words: pre-school, social , activities , urgent, problem 
Ключевые слова:дошкольное, социальное, деятельность, проблема, актуальное


Təhsil sisteminin təkmilləşdirilməsi üzrə müasir ideyalar cəmiyyətin, elmin, mədəniyyətin inkişafına uyğun olaraq onun məzmun və metodlarının optimal şəkildə yenilənməsinə olan tələbatların reallaşdırılması ilə bağlıdır. Təhsil sisteminin inkişaf etməsini istəyən cəmiyyətin əsas məqsədi – bəşəriyyətin qlobal problemlərini həll etməyə qadir olan dünya birliyində böyüməkdə olan nəsli aktiv yaradıcı həyat fəaliyyətinə hazırlamaqdır. 
Cəmiyyətin müasir inkişaf şəraitində bu məqsədin reallaşmasına demokratik kübar təhsilin ali forması kimi təyin olunan elmi-humanist təhsil sisteminin paradiqması kömək edir ki, o da, mədəniyyət və dünyagörüşlərin sərbəst şəxsiyyətlərarası dialoqu, inkişafetdirici təhsil texnologiyalarının optimal tətbiqi, bütün təhsil qaydalarının təbii humanitarlaşdırılması, müasir aləmin qavranılması əsasında dünya mədəniyyətinin bilik və dəyərlərinin uşaqlar tərəfindən şüurlu şəkildə mənimsənilməsini təmin edir. 
Uşaqlıq – insan həyatının doğulandan psixoloji yetkinliyə çatana kimi olan dövrüdür ki, bu dövr ərzində onun sosial inkişafı, cəmiyyətin üzvü kimi təşəkkül tapması baş verir. Sosial inkişaf prosesi zamanı uşaq yaşadığı cəmiyyətin dəyərlərini, ənənələrini, mədəniyyətini mənimsəyir. Oynayarkən, məşğul olarkən, böyüklərlə və yaşıdları ilə ünsiyyətdə olarkən o, digər insanlarla yaşamağı, onların maraqlarını, cəmiyyətdə qəbul olunmuş davranış norma və qaydalarını nəzərə almağı öyrənir, yəni sosial cəhətdən səriştəli our.


MƏQALƏNİ YÜKLƏ [125,38 Kb] (yüklənib: 31)
 


Baxış: 745
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]