Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Əbdülova Aygün Hüseynağa qızı 
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti


İNCƏSƏNƏT TƏMAYÜLLÜ ALİ MƏKTƏBLƏRDƏ LÜĞƏT ÜZƏRİNDƏ İŞ


Açar sözlər: lüğət, tərcümə, şifahi nitq, cümlə, terminoloji, leksik material, sual, sinonim, cümlədə söz sırası
Key words: vocabulary, translation, oral speech, sentence, terminological, lexical material, question, synonym, word order in a sentence 
Ключевые слова: словарь, перевод, устная речь, предложение, терминологический, лексический материал, вопрос, синоним, порядок слов в предложении

Xarici dilin tədrisində lüğət təlimi zəruri elementlərdən biridir. Lüğət təlimi müasir təhsilin tələblərindən olan kommunikativ metodun inkişafında əhəmiyyətli rol oynayır. Xarici dilin tədrisində lüğəti qrammatikadan üstün tutaraq məşhur ingilis metodisti söyləmişdir ki, “qrammatikasız az da olsa fikir ifadə etmək olar, lüğətsiz isə heç bir şey ifadə edilə bilməz” (1, s.111-112). Digər alim isə leksikanın dilin özəyi olduğunu vurğulamışdır (2, s.89). Əlbəttə ki, mükəmməl nitq vərdişlərinə yiyələnməkdən ötrü lüğət təlimi ön planda olmalıdır.
Həm dərsdə, həm də dərsdən kənarda tələbələrin lüğətlə işini təmin etmək lazımdır. Tədris olunan müəyyən mövzulara aid lüğətin dərsliyin tərkibində tam şəkildə yerləşdirildiyinin qeyri-mümkün olduğunu nəzərə alaraq, orada verilən leksik materialdan başqa eyni mövzu üzrə tələbələrə əlavə sözlər vermək lazımdır. Sözləri və onların tərcüməsini tələbələrə əzbərlətməklə kifayətlənmək olmaz. Lüğət təlimində əsasən klassik metodlardan istifadə olunur.


MƏQALƏNİ YÜKLƏ [146,88 Kb] (yüklənib: 11)
 


Baxış: 626
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]