Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Verdiyeva Elnurə Müqayis qız
Bakı Slavyan Universiteti 

CƏLİL MƏMMƏDQULUZADƏNİN “ANAMIN KİTABI” ƏSƏRİNDƏ “ANA” KONSEPTİNİN ƏSASLARI


Açar sözlər: “ana” konsepti, ana dili, milli-mədəni dəyərlər 
Key words: concept "mother", native language, national and cultural values
Ключевые слова: концепт «мать», родной язык, национально-культурные ценности

Cəlil Məmmədquluzadənin 1920-ci ildə yazdığı “Anamın kitabı” pyesini ədəbiyyat tədqiqatçılarının bir çoxu XX əsrin əvvəllərindəki Azərbaycanın güzgüsü hesab edirlər. Pyesin qəhrəmanları olan üç qardaş sanki o dövr Azərbaycan ziyalılarının ümumiləşdirilmiş xarakterləridir. Qardaşlardan böyüyü Rüstəm bəy Rusiyada, ortancılı Mirzə Məhəmmədəli İranda, kiçiyi Səməd Vahid isə Osmanlıda təhsil almış, bunun təsiri ilə öz danışıqlarını, davranışlarını dəyişmiş ziyalılardır. Bu mənzərənin ən gözəl təsvirini Mirzə Cəlil pyesin dördüncü səhnəsində, qardaşların onların kitabxanalarını təftiş etməyə, hökumət əleyhinə hər hansısa bir fəaliyyətlərinin olub-olmadığını yoxlamağa gələn senzor ilə söhbətinin lap başlanğıcında vermişdir. Senzor qardaşlardan özlərini təqdim etməyi istəyərkən onların cavabı belə olur:
Rüstəm bəy: Rüstəm bəy Əbdüləzimof.
Mirzə Məhəmmədəli: Mirzə Məhəmmədəli xələfi mərhum Ağa Əbdüləzim.
Səməd Vahid: Əbdüləzimzadeyi Səməd Vahid.
XX əsrin əvvəllərində Rusiya, İran və Osmanlı təhsilinin, mədəniyyətinin təsiri altında çox sayda belə ziyalımız yetişmişdi. Bu təsiri onların fəaliyyətində, yaradıcılığında, yazdığı şeirlərdə, hekayələrdə də görmək mümkündür. Tarixən Azərbaycanın qonşuluğundakı bu üç böyük imperiya ilə münasibətləri, bəzən onlardan birinin, bəzən digərinin ərazilərinə qatılması bizim ziyalıların şüurunda təsirsiz ötüşməyə bilməzdi. Əslində bu təsir özünü bu gün də göstərməkdədir. Fərq təkcə ziyalılarımızın bu ölkələrdə təhsil aldıqları darülfünun, mədrəsə və dərsxanələrin indi universitet adlandırılmasıdır. “Anamın kitabı” Azərbaycan ziyalısının bu vəziyyətini özündə əks etdirən şah əsərdir.


MƏQALƏNİ YÜKLƏ [158,41 Kb] (yüklənib: 41)
 


Baxış: 1 184
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]