Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Qəribova Aysel Əkrəm qızı
Bakı Dövlət Universiteti


SƏFƏVİLƏRİN HERAT UĞRUNDA MÜBARİZƏSİ


Açar sözlər: Səfəvilər, Xorasan, Herat, Əliqulu xan, qızılbaşlar, şamlular 
Key words: Safavids, Khorasan, Herat, Aliqulu khan, khizilbashs, shamlus
Ключевые слова: Сефевиды, Хорасан, Герат, Алигулу хан, кызылбаши, шамлу

Azərbaycanın ən qüdrətli sülalərindən olan Səfəvilərin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin araşdırılması zamanı bir sıra mühüm aktual məsələlər üzə çıxmışdır ki, onların tədqiqi mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə Azərbaycan tarixinin qarşısında duran mühüm vəzifələrdən biri də Səfəvilərin qonşu dövlətləri ilə, əsasən də Mərkəzi Asiya ilə münasibətlərinin araşdırılmasıdır. Nəzərə almalıyıq ki, Səfəvilərin əsas rəqibləri olan Şeybanilər dövləti Mərkəzi Asiyanı əhatə edir və daim olaraq Səfəvilər ilə mübarizə aparırdı. Onu qeyd edək ki, Mərkəzi Asiyanın əsas bölgələrindən olan Herat uğrunda Səfəvi sülalə nümayəndələrinin apardığı siyasət böyük maraq doğurur. Əlbəttə ki, Azərbaycan tarix ədəbiyyatında Mərkəzi Asiya ilə olan münasibətlərə dair məlumatlara az da olsa rast gəlinir. Lakin bu Herat məsələsinin araşdırılması üçün kifayət deyil və yeni tədqiqat tələb edir. Araşdırılmanın əsas məqsədi Səfəvilərin Herata olan marağı və bu bölgənin Səfəvilər üçün strateji əhəmiyyətini aşkarlamaqdır. Səfəvi tarixinin tanınmış tədqiqatçılarından biri Ə.Rəhmanidir. Müəllif «Tarix-i aləm aray-i Abbasi Azərbaycan tarixinin mənbəyi kimi» adlı monoqrafiyasında Səfəvi-Mərkəzi Asiya əlaqələrinə müəyyən qədər yer ayırmışdır. Müəllif əsas etibarilə 1599-cu ildə Herat yaxınlığında Şah I Abbasın (1587-1629) Din Məhəmməd xan üzərində qələbəsinə toxunmuş, 1602-ci ildə Səfəvi qoşunlarının Bəlx yürüşünün uğursuzluğunun səbəblərini təhlil etmişdir [10, 93-94]. Təəssüflər olsun ki, Ə.Rəhmani öz monoqrafiyasında Səfəvi-Mərkəzi Asiya münasibətləri haqqında heç bir qeyd etməmişdir. Böyük tarixçimizin Səfəvi dövləti tarixinə həsr etdiyi digər monoqrafiyası “Azərbaycan XVI əsrin sonu və XVII əsrdə” adlanır. Müəllif bu əsərində də Mərkəzi Asiya ilə münasibətlərə az yer vermiş, ancaq 1599-cu il Herat savaşından sonra Şah Abbasın Mavərəünnəhrin daxili işlərinə müdaxilə etmək imkanı əldə etməsi, 1602-ci il Bəlx yürüşünün uğursuz olmasını göstərməklə kifayətlənmişdir [9, 63].


MƏQALƏNİ YÜKLƏ [167,61 Kb] (yüklənib: 14)
 


Baxış: 876
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]