Salmanova Şəlalə Sabir qızı
Bakı Dövlət Universiteti
İSLAM MƏDƏNİYYƏTİNİN ƏSASINI TƏŞKİL EDƏN VACİB AMİLLƏR
Açar sözlər: İslam, cəmiyyət, mədəniyyət
Key words: Muslim, society, culture
Ключевые слова: Ислам, общество, культура
İslam dini orta əsrlər müsəlman xalqlarının həyatında böyük rol oynamışdır. Lakin başlanğıcda teokratik dövlət kimi müsəlman ərəb icmasından doğan nəhəng İslam imperiyasına daxil olan xalqların, ilk növbədə irandilli və türkdilli xalqların dillərinin inkişafı X-XI əsrlərdə ərəb mədəniyyətini müəyyən gədər zəiflətdi. Xilafətin VIII əsrdə başlanmış, X əsrdə başa çatmış siyasi süqutu mədəni parçalanmaya səbəb oldu. Bu proses vahid müsəlman təriqətçiliyindən yaranmış sosial münaqişələrin təsiri altında gücləndi. İslamagədər mövcud olmuş yerli mədəni ənənələr getdikcə özünü göstərməyə başladı, nəticədə yerli-milli mədəniyyətlər formalaşdı. Bununla belə, orta əsrlər tarixinin müəyyən mərhələsində vahid islam dövlətinin tərkibində olmuş, xalqlar üçün müsəlman mədəniyyəti ümumi fenomen olmuşdur. İslama cəlb olunmuş yaxud onu gəbul etmiş xalqların ictimai həyatında, milli ənənələrində və tarixi talelərində mühüm fərqlərin olmasına baxmayaraq onların mürəkkəb və uzun müddət davam etmiş qarşılıqlı təsirində və mədəniyyətlərinin sintezi sayəsində onların hamısı ücün ümumi və vahid müsəlman mədəniyyəti yaradılmış və bu mədəniyyət bir çox əsrlərdə onların dünyagörüşlərini,ənənələrini, təsərrüfat formalarını, mənəvi norma və ideallarını, fəlsəfəsini, psixologiyasını, ədəbiyyatını və incəsənətini, insanların davranış modelini müəyyən etmişdir. O da bəllidir ki, ümummüsəlman mədəniyyətinin qəbul edilməsi bu mədəni sferaya daxil olmuş xalqların psixologiyasında, incəsənətində və məişətində özünü göstərən mədəni özünəməxsusluqdan məhrum etmədi.