Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/4-6
Şəlalə Sabir qızı Salmanova
Bakı Dövlət Universiteti
QLOBALLAŞMA DÖVRÜNDƏ İSLAM MƏDƏNİYYƏTİ
Açar sözlər: İslam, cəmiyyət, qloballaşma, mədəniyyət, müasirlik
Key words: Muslim, society, globalization, culture, modern
Ключевые слова: Ислам, общество, глобализация, культура, современность
İctimai həyatın bütün sahələrini də əhatə edən, durmadan genişlənən və dərinləşən qloballaşma prosesi müasir dövrü səciyyənləndirən başlıca meyldir. Qloballaşma prosesi bir tərəfdən, dünyanın qlobal vəhdətinin dərkini, planetar şüurun yaranması və formalaşmasını, digər tərəfdən milli və dini özünüdərki, milli-mədəni identikliyin qorunub saxlanması zərurətini doğurur.
Müasir sosiomədəni dünyanın inkişafı qloballaşma prosesinin, onun strategiyasının düzgün müəyyənləşdirilməsindən və istiqamətləndirilməsindən asılıdır. Bu yöndə həyata keçirilən elmi-nəzəri və siyasi fəaliyyətlərdən, axtarışlardan asılı olaraq müasir dünya ya demokratik cəmiyyətlərin, milli dövlətlərin, fərqli mədəniyyətlərin birliyi, harmonik vəhdəti formasında, ya da iqtisadi neokapitalizmi və siyasi neoimperializmi dirçəldə bilən qeyri-bərabər inkişaf istiqamətində hərəkət edə bilər. Birinci halda bəşəriyyətin tərəqqisi, ikinci halda tənəzzülü qaçınmazdır.
MƏQALƏNİ YÜKLƏ
[175,62 Kb] (yüklənib: 34)
Baxış:
849