Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
DOI: 10.36719/AEM/2007-2019/47/17-19
Mehriban Ələbbas qızı Abdullayeva 
Bakı Slavyan Universiteti

CÜMLƏNİN AKTUAL ÜZVLƏNMƏSİNDƏ SÖZ SIRASININ ROLU

Açar sözlər: leksika, qorqudşünaslıq, dastan, arxaizm, fel-ad sinkretizmi
Key words: lexics, Qorqud history, epos, archaism, syncretism of the verb-name
Ключевые слова: лексика, коркудоведение, эпос, архаизм, синкретизм глагола-имени

Bildiyimiz kimi, Qorqudşünaslıqda “qanlu” arxaizmi öz məna açımı mübahisəli olan sözlərdən biridir. Müasir dilimizdə bu söz mənşəcə “qan” sözü ilə bağlı olub, əsasən, “qana batmış, qana bulaşmış” və məcazi formada “qatil, düşmən” anlamında çıxış edir [Daha ətraflı bax: 2]. Lakin “Kitabi Dədə Qorqud” dastanlarının dilində bu düzəltmə sözə fərqli bir mənalarda rast gəlinir. Məsələn: 
1) Varuban Peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarından qan çıqan, Bığı qanlu Bügdüz Əmən çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” – dedi [5, 52]; 
2) Gördülər kim, bu gəlin kişinin qılıcının balçağı qanlu, oğlı görünməz [5, 84];
3) Dirsə xanın xatunı “oğlancığımın ilk avıdır” deyü, atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı,“Qanlu Oğuz bəglərin toylayayum”, – dedi [5, 41]; 
4) Qanlu quyruq üzüb çap-çap yudan... [5, 48]; 
5) Qanlu-qanlu irmaqlar qarıyubdur suyı gəlməz [5, 51]. 

MƏQALƏNİ YÜKLƏ [175,94 Kb] (yüklənib: 20)

Baxış: 764
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]