Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
DOI: 10.36719/AEM/2007-2019/47/28-31
Sevinc   Fəxrəddin qızı Hüseynova
Azərbaycan Dillər Universiteti

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ EVFEMİZMLƏRİN MƏNA QRUPLARI

Açar sözlər: evfemizm,arqo, slənq, jarqon,ədəbi dil
Key words: euphemism, argo, slang, jargon, literary language
Ключевые слова: эвфемизм, арго, сленг, жаргон, литературный язык

“Evfemizm” termini yunan mənşəli euphoma sözündən olub, yaxşı, gözəl danışıq, bəlağətli nitq deməkdir və eu (yaxşı, incə) və pheme (danışıq, nitq) mənasını verir.
Evfemizmlərin leksik - semantik mənaları özünə diqqəti çəkən məsələlərdən biridir. Əldə olan mənbələrə əsaslanaraq evfemizmlərin ingilis və Azərbaycan dillərində leksik - semantik məna qruplarına aid aşağıdakı informasiyanı vermək olar:
1. Ailə münasibətilə əlaqədar evfemizmlər.
Ailə münasibətilə bağlı evfemizmlər dilimizdə geniş yayılıb. Bunların da yaranma səbəbini türk xalqlarının mentaliteti, ədəb qaydaları ilə bağlamaq olar. Ailədə kişinin öz arvadını və ya əksinə adı ilə çağırması heç də din ilə bağlı hadisə deyildi. Sadəcə olaraq türk xalqlarında böyüklərin yanında ərin arvadını, eləcə də arvadın ərini adı ilə çağırması yaxşı qəbul edilmirdi.

MƏQALƏNİ YÜKLƏ [196,89 Kb] (yüklənib: 143)

Baxış: 1 131
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]