Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
DOI: 10.36719/AEM/2007-2019/47/65-66
Sahibə  Sədnikqızı
AMEA Folklor İnstitutu

ƏZİZAĞA NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ
AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI HAQQINDA BİR NEÇƏ SÖZ

Nizami  Gəncəvi   ümumbəşəri  mahiyyət  daşıyan,   ecazkar poetik qüvvəyə malik   yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə   qaldırmışdır.   
Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar.
Nizaminin ölməz ədəbi   irsi  təkcə humanizm,  insana   məhəbbət, yüksək əxlaq,  estetik zövq, tərbiyə və bilik  mənbəyi, dərin fəlsəfi  fikir,   hikmət  xəzinəsi  olmaqla   bərabər,  həm  də canlı tariximizdir. Onun yaradıcılığı Şərq ədəbiyyatına  qüvvətli təsir göstərmişdir. Böyük ustada nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami, Fəriəddin Əttar kimi farsca yazmış bir çox böyük şair və mistiklər də vardır.

MƏQALƏNİ YÜKLƏ [121,74 Kb] (yüklənib: 29)

Baxış: 831
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]