Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/115-117
Sevda İbrahim qızı Mansurova
Bakı Slavyan Universiteti
mansurova_sevda@ mail ru
YENİYETMƏ YAŞI DÖVRÜNDƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR
Açar sözlər: yeniyetmə, problem , ünsiyyət, fəaliyyət, inkişaf
Кеу words: teenager, problem, communication, activity, development
Kлючевые слова: подросток, проблема, общение, деятельность, развитие
İnsan doğulduğu andan etibarən münasibətlər sisteminə daxil olur. Aydın məsələdir ki, yeni doğulmuş uşağın inkişafının bütün mərhələləri fərqli istiqamətlərdə gedir. Belə ki, müxtəlif alimlər ontogenetik inkişafin hər bir mərhələsində, hər bir yaş dövründə müxtəlif aparıcı fəaliyyət növlərinin təsnifatını vermişdir. Hər bir fəaliyyət münasibətlər daxilində mövcuddur. Yəni münasibətlər fəaliyyətin gedişini, inkişafını, nəticəsini istiqamətləndirir. Ünsiyyət də? fəaliyyət də münasibətləri şərtləndirərək psixi inkişafa zəmin yaradır. Psixi inkişafın qanunauyğun şəkildə getməsi üçün inkişafın hər bir mərhələsində zəruri olan, tələbata , çevrilən münasibətlər təmin olunmalıdır.
MƏQALƏNİ YÜKLƏ
[175,38 Kb] (yüklənib: 41)
Baxış:
851