Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
DOI: 10.36719/AEM/2007-2019/47/143-145
Ramazan Əzizxan oğlu Eyyubov
Teyyubə Məzahim qızı Abışova
Aynurə Oqtay qızı Binnətova
Bakı Slavyan Universiteti 

İBTİDAİ SİNİFLƏRDƏ MƏSƏLƏ HƏLLİNİN ÖYRƏDİLMƏSİ YOLLARI

Açar sözlər: ibtidai sinif, şagird, məsələ həlli, məchul, tənlik 
Key words: elementary school, pupil, problem solving, unknown, equation
Ключевые слова: начальная школа, ученик, решение проблем, неизвестное, уравнение 

Məlumdur ki, şagirdlərin tənliklə tanış edilməsi məsələ həlli ilə başlanır. Məsələdə verilən ədədlərə görə məchul ədədin tapılması üçün, məchul ədədlə verilən ədədlər arasında müəyyən münasibət yaratmaq lazımdır. Həmin münasibət ilk mərhələdə toplama və çıxma əməlləri ilə bağlı olur. Alınan bərabərliyi ödəyən ədədin axtarılması şagirdi yaradıcı axtarışa cəlb edir. Alınan cavabın yoxlanılması da  şagirdin həmin əməli şüurlu surətdə başa düşməsinə də kömək edir. Nəhayət, məsələnin məzmunu əsasında tənliyin qurulması- adi dildən riyazi dilə keçməyi yəni məsələdəki prosesin riyazi simvollarla ifadə edilməsi- riyaziyyat təliminin ən mühüm məqsədlərindən biridir.  Şagird ədədi ifadənin qiymətini hesablayarkən, ədədin tərkibi haqqında biliklərdən və ya hesablama üsullarından (artırmaq, azaltmaq və s.) istifadə edə bilər. Sonrakı mərhələdə tənliklərin həlli əməlin nəticəsi ilə komponentləri arasındakı asılılığa əsaslanır. İbtidai siniflərdə “tənliyin tərifi”, “tənliyin kökü” anlayışları işlədilmir.

MƏQALƏNİ YÜKLƏ [177,95 Kb] (yüklənib: 304)

Baxış: 3 659
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]