Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
JaləQƏNBƏRLİ,
ADU-nun İspan dili kafedrasının baş müəllimi

ƏDƏBİ QƏHRƏMANIN TARİXİ, DON KİXOT OBRAZI

1605-ci ildə Madrid kitab satanı Fransisko de Robles Servantesİn Ağıl dərtası Lamançlı əsilzadə Don Kixot romanının ilk nüsxələrini satmağa başladı. Həmin ilin iyulunda Valensində Don Kixotun birinci hissəsinin artıq beşinci nəşrini satırdılar, 1607-ci ildə İngiltərə və Brussel nəşrləri göstərir ki, bu kitab yalnız İspaniyada deyil, başqa ölkələrdə də böyük şöhrət qazanmışdır.
Roman üzərində işin başlanması tarixini adətən 1600-cü ilə aid edirlər ki, bu vaxt heç də gənc olmayan Servantes Sevilyyamn məhbəsində borc cəzası çəkirdi. Hər halda əsərin birinci nəşrində onun icazə tarixi 1604-cü il 26 sentyabr qeyd olunur. Servantes Öz sələflərindən fərqli olaraq cəng a vəri iyə, xüsusən cəngavərlik idealına birtərəfli münasibətdən uzaq olmuşdur. Don Kixotun kitabxanasının təmizlənməsini əks etdirən məşhur fəsildən göründüyü kimi, müəllif də, onun qəhrəmanları da Qalliyalı Amadis haqqında romana ehtiram edib onu saxlayarlar, Don Kixot özü də dönə-dönə Amadisin xatirəsinə və qəhrəmanlıqlarına istinad edir. Özünün çoxplanlı və dərin məzmunu sayəsində Don Kixot adi nəzirə çərçivəsindən çıxıb insan dühasının yaratdığı ən böyük əsərlərdən biri olmuşdur.


MƏQALƏNİ YÜKLƏ [717,49 Kb] (yüklənib: 25)

Baxış: 1 560
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]