Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Elşad Nurəliyev,
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin
Baş direktorunun köməkçisi, dissertant
İsaq Cəfərov,
“Azərpoçt ” Məhdud Məsuliyyətli Cəmiyyətinin
 İnsan resursları şöbəsinin арапа mütəxəssisi

İDARƏETMƏDƏ İNSAN RESURSLARININ STRATEJİ ROLU

Açar sözlər: İdarəetmə sistemi, iqtisadiyyat, insan resursları, texnokratik idarəetmə, peşəkar kadrlar, "Azərpoçt"

Hər bir müəssisə, təşkilat və təsərrüfat subyekti üçün işçi heyətinin, yəni insan amilinin əsas götürülməsi və onların peşəkar İdarə edilməsinin əhəmiyyəti İdarəetmə nəzəriyyəsinin əsasmı təşkil edir. Elm və texnologiya nə qədər inkişaf edirsə etsin, yaradıcılıq qabiliyyətinə malik olan İnsan həmişə Ön planda durur. Çünki insan istifadə edəcəyi texnologiyam özü yaradır. Yaratdığı texnologiyaların əsiri olmadan ondan İstifadə edib, onu təkmilləşdirmək insanın öz əlindədir. Heç bir texniki tərəqqi insanın dəyərini azaltmır. Məşhur sosioloq və futuroloqlarm iddia etdikləri kimi çağdaş dünyam robotlar yox, yüksək təhsil səviyyəsinə malik olan və özünü daim yetişdirib İnkişaf etdirən insanlar quracaqdır. Ona görə də həmişə olduğu kimi «Kadrlar hər şeyi həll edir» məşhur fikri hazırki dövrdə də öz aktuallığını saxlamaqdadır. Amerikanın «Honeywell international» Kompaniyasının direktorlar şurasının sədri və İcraçı direktoru, «Səmərəli idarəetmə məharəti» kitabının müəllifi, bank-maliyyə menecmenti sahəsində böyük nüfuza malik amerikalı Larri Bossidinin «Nəhayət, strategiyalar yox, hər şeyi insanlar həll edir» məşhur fikri informasiya texnologiyalarının, robotların, nanotexnologiyalarm İstehsalatda tətbiqinə başlanıldığı bir zamanda peşəkar kadrların hər bir müəssisənin ən qiymətli kapitalı olduğunu bir daha təsdiq etmiş olur.

MƏQALƏNİ YÜKLƏ [461,37 Kb] (yüklənib: 103)


Baxış: 1 057
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]