Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Ləman Ceyhun qızı Şahvələdli
Azərbaycan Dövlət Pedaqoji Universiteti 

DAYAQ-HƏRƏKƏT APARATI POZULMALARI OLAN UŞAQLARIN SENSOR
İNKİŞAF ÜZRƏ TƏŞKİL EDİLƏN KORREKSİYA İŞİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: serebral iflici, sensor inkişaf, duyğu, qavrayış, korreksiya.
Key words: cerebrel palsy, sensor development, sense, perception,correcti
Ключевые слова: церебральный паралич, сенсорное развитие,ошущение, восприятие, коррекция
on

Sensor inkişaf - bu ətraf aləmdəki predmet və hadisələrin uşaqda təsəvvür və qavrayışı proseslərinin inkişafıdır. Sensor inkişaf bir tərəfdən uşağın ümumi əqli inkişafının təməlidirsə, digər tərəfdən uşaq bağçasında, məktəbdə təlimin uğurluluğunu təmin edən və ya əməyin bir sıra növlərinə mükəmməl yiyələnməsi üçün vacib olan müstəqil məna daşıyır. 
Uşaqda mükəmməl sensor inkişaf üçün ətrafdakı gerçəkliyi tam qavramağın formalaşdırılmasına yönəldilmiş məqsədyönlü sensor tərbiyə vacibdir. Sensor qavrayış gerçəkliyin dərk olunmasının əsasını təşkil edir və onun ilk pilləsi hissi təcrübə hesab edilir. Belə ki, ətraf aləmin dərk edilməsi məhz duyğu və qavrayışla başlayır, duyğu və qavrayışın inkişaf səviyyəsi uşağın idrak fəaliyyətinin uğurunu təmin edir. Duyğu və qavrayış nə qədər zəngin olarsa, uşaqda ətraf aləm haqqında məlumatlar daha geniş, çoxcəhətli və müxtəlif olar. Dərketmənin bütün digər formaları - hafizə, təfəkkür, təxəyyül -qavrayışın obrazları əsasında yaranır, onun işlənmə nəticəsi kimi özünü göstərir. Buna görə də mükəmməl qavrayışa istinad etmədən normal əqli inkişafa nail olmaq mümkün deyildir. 

MƏQALƏNİ YÜKLƏ [159,25 Kb] (yüklənib: 208)

Baxış: 3 526
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]