FUNKSİONАL DİSFONİYА, ONUN ETİOLOGİYАSI VƏ SİMPTOKOMPLEKSİ

Müəllif: Аfаq Gülаğа qızı Sаlаmzаdə

Аçаr sözlər:səs,disfoniyа,funksionаl disfoniyа
Key words:voice,dysphoniа,functionаl dysphoniа
Кпючевые слова:звук,дисфония,функциональная дисфония

Funksionаl disfoniyа struktur olаrаq tаmаmilə normаl olаn səs büküşlərinin,səsi yаrаdаn qırtlаğın və rezonаnsı  yаrаdаn udlаq və аğızın təqlid etmə funksiyаsınа və аnаtomiyаsınа bаxmаyаrаq, insаnın uyğun səs yаrаtmа funksiyаsını yerinə yetirə bilməməsi   vəziyyətidir. Funksionаl disfoniyа səs büküşlərinin yаxud dа, səsin normаdаn kənаr istifаdəsidir. Ortа əsrlərdə yаşаmış аlim Аvisennа “Həkimlik elminin qаnunu” əsərində bu vəziyyəti səsin süni istifаdəsi, yа dа səsin bаlаnslаşdırılmаsı zаmаnı qırtlаq funksiyаlаrındа yаrаnаn dəyişikliyin nəticəsi kimi göstərirdi.
2-01-2020, 20:13 Məqalənin davamı
UŞAQLARDA NİTQ İNKİŞAFININ ÖYRƏNİLMƏSİ MƏRHƏLƏLƏRİ VƏ LOQOPEDİK İŞİN İSTİQAMƏTLƏRİ

Müəllif: Səkinə Həbib qızı Vəliyeva 

Açar sözlər: nitq, nitqin ümumi inkişafdan qalması, qramatika,psixoloji-pedaqoji müayinə,loqopedik iş
Key words: speech, retention of speech from general development, grammar, psycho-pedagogical research, speech terapy work
Ключевые слова: речь, отставание от общего разития речи, грамматика, психолого-педагогическая экспертиза, логопедическая работа

Nitqin ümumi inkişafdan qalması müxtəlif çətinlikdə olan nitq pozulmasıdır, burada uşağın nitq sisteminin səs və məna tərəfinin bütün kompanentlərinin formalaşması pozulur. Bu nitq pozulması eşitməsi və intellekti olan uşaqlarda da müşahidə edilə bilər. Belə ki, eşitmə və intellektin normal olmasına baxmayaraq, bu uşaqlarda nitqin gecikməsi, söz ehtiyatının kasadlığı, aqrammatizim, tələffüz və fonematik inkişafdan geri qalma müşahidə olunur.
Nitq pozulmalarının  müxtəlifliyinə baxmayaraq, bu cür uşaqlarda müxtəlif cür xüsusiyyətlər özünü göstərir. Əlamətlərdən biri nitqin inkişafdan qalmasıdır. İlk sözlər 3-4, bəzən isə 5 yaşda tələffüz edilir. Belə hallarda əlbəttə ki, intellektin inkişafdan qalması müşahidə edilir.
2-01-2020, 20:09 Məqalənin davamı
DİSQRAFİYA, ONUN ETİOPATOGENEZİ VƏ SİMPTOMATİKASI

Müəllif: Lalə Əmrah qızı Fətəliyeva

Açar sözlər: nitq, yazılı nitq, disqrafiya, disleksiya 
Key words: speech, written speech, dysgraphia, dyslexia 
Ключевые слова: речь, письменная речьдисграфия, дислексия

Müasir elmi ədəbiyyatlarda yazı qüsurları “disqrafiya” termini ilə adlandırılır. Bu termin tədqiqatçılar tərəfindən müxtəlif mənalarda izah olunur. Rusiyalı tədqiqatçılardan L.Lalayeva disqrafiyanı yazı prosesində iştirak edən ali psixi funksiyaların formalaşmaması ilə şərtlənmiş, özünü davamlı və təkrarlanan səhvlər kimi göstərən yazı prosesinin qismən pozulması adlandırmışdır. 
İ.N.Sadovnikova disqrafiyanı, əsasən, kiçik yaşlı məktəblilərdə yazılı nitqə yiyələnmə çətinliyi ilə bağlı, əsas əlaməti davamlı spesifik səhvlər olan yazının qismən pozulması kimi müəyyən etmişdir. 
2-01-2020, 20:04 Məqalənin davamı
FONİATRİYA ELMİ, ONUN YARANMA TARİXİ VƏ FONASİYA PROBLEMLƏRİ

Müəllif: Afaq Gülağa qızı Salamzadə

Açar sözlər: foniatriya, larinqoskopiya, həkim-foniatr, fonasiya
Key words: phonetics, laryngoscopy, doctor phonatologist, phonation 
Ключевые слова: фониатрия, ларингоскопия, врач-фонист, фонасии

Qədim dövrlərdən bəri səsin öyrənilməsi problemlərinə həsr olunmuş elmin formalaşması prosesləri izlənilir. İnsanın nitqi və ünsiyyət vasitəsi kimi səsi həmişə sıx vəhdətdə nəzərə alınmışdır.
Ritorika, düzgün nitqin, möhkəm, gözəl səsin, düşüncələrin məntiqi şəkildə ifadə edilməsi və polemikanın inandırıcı şəkildə aparılması kimi vəzifələri özündə cəmləşdirən bir nizam – intizamdır. Qədim Yunanıstanın təhsil sistemində ritorika mühüm yer tutur. Demosfenin adı(e.ə.384-322) tarixə yalnız Qədim Yunanıstanın böyük natiqinin adı kimi deyil, xüsusi hazırlıq köməyi ilə öz nitqindəki qüsurları aradan qaldırmağı bacaran bir adamın adı kimi düşdü. Hippokrat (e.ə. 460-370), Aristotel (e.ə. 384-322), Qalen (e.ə. 130-200) insanların nitqindəki qüsurları araşdırdılar.
2-01-2020, 19:57 Məqalənin davamı
ƏQLİ CƏHƏTDƏN GERİ QALAN UŞAQLARIN SOSİAL-MƏDƏNİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Müəllif: Günel Bağır qızı Bağırova


Açar sözlər: əqli gerilik, sosial-mədəni inkişaf, emosional-iradi sfera, nitq, sosial-perseptiv vərdişlər
Key words: mental retardation, socio-cultural development, emotional and spatial field, speech, social and perspectives
Kлючевые словa: умственная отсталость, социокультурное развитие, эмоционально-сферическая сфера, речь, социально-перспективные навыки

Əqli cəhətdən geri qalan uşaqları öyrənən tədqiqatçıların əksəriyyəti bu kateqoriyadan olan uşaqlarda sosial-mədəni inkişaf çətinliklərini ünsiyyət təlabatlarının formalaşmasının mürəkkəbliyi ilə əlaqələndirirlər. Bu uşaqlar digər uşaqlarla, hətta öz yaxınları ilə ünsiyyətə maraq göstərmirlər. Digər uşaqlarla qarşılıqlı fəaliyyət təlabatının olmaması onlarda kommunikativ və sosial vərdişlərin formalaşmasını xeyli çətinləşdirir. Lakin əqli cəhətdən geri qalan uşaqların sosial inkişafının xüsusiyyətlərini aşkarlamaq üçün mütləq onların erkən ontogenez mərhələsini araşdırmaq lazımdır. Əqli cəhətdən geri qalan 3-4 yaşlı uşaqlar demək olar ki, köməksiz olur, onlarda ən sadə özünəxidmət, sanitar-gigiyenik vərdişlər formalaşmamış olur, onlar kənardan kömək olmazsa, müstəqil yemək, soyunmaq, yuyunmaq və s. bacarmırlar. Uşaqlar böyüklərlə, öz həmyaşıdları ilə ünsiyyətə girmirlər. Bu onların çoxunda təkcə nitqin inkişadan geri qalması və ya heç olmaması ilə deyil, həm də verbal öncəsi mərhələdə ünsiyyət formasının məsələn, uşaqla böyüklərin birgə uşaqların əksəriyyətində situativ-şəxsiyyət və emosional ünsiyyət pozulması böyüklərlə birgə əşya və əşya-oyun fəaliyyəti prosesində meydana çıxan situativ-işçi əlaqələrinin, həmçinin situativ-işçi əlaqələrinin yaranmaması bağlıdır.
2-01-2020, 18:41 Məqalənin davamı
İNKLÜZİV TƏHSİLİN YARANMASININ TARİXİ MƏRHƏLƏLƏRİ

Müəllif: Nərmin Rəcəb qızı Şərifovа

Аçаr sözlər: inklüziv təhsil, inklüziya, xüsusi məktəb, seqresiya, normallaşma
Key words: inclusive education, inclusion, special school, segregation, normalization
Ключевые слова: инклюзивное образование, инклюзия, специальная школа, сегрегация, нормализация

Bəşər cəmiyyəti yarandığı dövrdən psixi, əqli və fiziki cəhətdən sağlamlığında çatışmazlıq olub, xüsusi qayğıya ehtiyacı olan insanlara qarşı münasibət çox fərqli olmuşdur. Xüsusi qayğıya ehtiyacı olan insanlar təlim, təhsil, tərbiyəyə yiyələnmək və onların digər normal insanlar tərəfindən qəbul edilməsi üçün mürəkkəb bir inkişaf yolu keçmişdir və aşağıda göstərilən mərhələlərlə təsvir oluna bilər:
  • I mərhələ eramızdan əvvəl XI-VIII əsrdən – XII əsrə qədər olan vaxtı əhatə edir - Cəmiyyət sağlamlıq imkanları məhdud olan insanlara qarşı aqressiv rəfdar edir, onları qəbul etmirdi. 
  • II mərhələ XII əsrdən - XVIII əsrin 70-80-ci illərini əhatə edir. Bu dövrlərdə fiziki, əqli və psixi sağlamlıqlarında çatışmazlıqlar olan insanlara qarşı münasibət kəskin dəyişilmiş, yəni onların təliminin mümkünlüyü başa düşülmüşdür. 
2-01-2020, 18:33 Məqalənin davamı
OXU POZUNTULARININ SƏBƏBLƏRİNİN ÖYRƏNİLMƏSİNDƏ ƏSAS YANAŞMALAR

Müəllif: Aytac İlham qızı İsgəndərova

Açar sözlər: disleksiya, oxu pozuntuları, fonematik qavrama, vizual qavrama, etiologiya
Key words: dyslexia, reading disorders, phonemic perception, visual perception, etiology
Kлючевые словa: дислексия, нарушения чтения, фонематическое восприятие, визуальное восприятие, этиология

Müasir loqopedik tədqiqatlara görə disleksiyanın etiologiyası dörd əsas nəzəriyyə ilə şərtlənmişdir.
Bu nəzəriyyələrdən biri olan vizual çatışmazlıq nəzəriyyəsinin (magnetocellular nəzəriyyə) tərəfdarları disleksiyanın səbəbini uşaqların vizual funksiyalarının formalaşmasının özünəməxsus xüsusiyyətləri ilə (vizual tanıma, göz hərəkətlərinin izlənməsi, əl-göz koordinasiyası və s.) əlaqələndirirlər. 
Fonoloji çatışmazlıq nəzəriyyəsinə əsasən disleksiyanın yaranma səbəbi uşaqların fonemləri düzgün qavrayıb təhlil edə bilməmələri ilə əlaqədardır.
2-01-2020, 18:24 Məqalənin davamı
İNKLÜZİV SİNİFDƏ TƏLİM PROSESİNİN TƏŞKİLİNDƏ MÜƏLLİMİN ROLU

Müəllif: Zümrüd Yaqub qızı Həsənova

Açar sözlər: inklüziv təhsil, müəllim fəaliyyəti, təlim prosesi, inklüziv sinif
Key words: inclusive education, teacher activity, learning process, inclusive class
Ключевые слова: инклюзивное образование, учительская деятельность, учебный процесс, инклюзивный класс

Daim inkişafda olan, suveren dövlətimiz hər zaman uşaqlara xüsusi qayğı və diqqətlə yanaşır. Belə ki, yeni inkişaf və müasir dövlət quruculuğunun geniş vüsət aldığı bir mərhələdə də əlilliyi olan uşaqlara daha keyfiyyətli reabilitasiya xidmətlərinin göstərilməsi dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu sahə üzrə respublikamızda çox geniş, yeni layihələr hazırlanır və həyata keçirilir. Təhsilimizin bugünkü inkişaf sahələrindən biri də məhz, əlilliyi olan uşaqların təlim və tərbiyəsinin ictimailəşdirilməsidir.
Hazırkı dövrdə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində tədbirlər həyata keçirilir, inklüziv təhsil üzrə layihələr reallaşdırılır.
2-01-2020, 18:18 Məqalənin davamı
USİ-Lİ UŞAQLARDA SENSOR İNKİŞAF ÜZRƏ TƏŞKİL EDİLƏN KORREKSİON MƏŞĞƏLƏLƏRİN MƏZMUN VƏ İSTİQAMƏTLƏRİ

Müəllif: Ləman Ceyhun qızı Şahvələdli

Açar sözlər: uşaq serebral iflici, sensor inkişaf, duyğu, qavrayış, korreksiya.
Key words: cerebrel palsy, sensor development, sense, perception,correction
Ключевые слова: церебральный паралич, сенсорное развитие,ошущение, восприятие, коррекция

USİ-li uşaqların sensor inkişaf üzrə təşkil edilən korreksiya işinin əsas məzmununu pozulmanın quruluşu, dayaq -hərəkət aparatı funksiyasının ağır nitq, eşitmə, görmə çatışmazlığı ilə birgə özünü göstərməsi, həmçinin uşağın sensor, intellektual, motor və nitq inkişafı səviyyəsi, uşağın şəxsiyyət inkişafının xüsusiyyətlərini müəyyən edir. 
Korreksiya məşğələlərin seçilməsi, təşkili formaları, onun keçirilmə saatlarının miqdarı bütövlükdə (tədris planına müvafiq) müəllim -defektoloq tərəfindən hər bir uşağın fərdi psixo - fiziki xüsusiyyətlərini dərindən öyrənməsi əsasında həyata keçirilir.
2-01-2020, 18:14 Məqalənin davamı
DAYAQ-HƏRƏKƏT APARATI POZULMALARI OLAN UŞAQLARIN SENSOR İNKİŞAF ÜZRƏ TƏŞKİL EDİLƏN KORREKSİYA İŞİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Müəllif: Ləman Ceyhun qızı Şahvələdli

Açar sözlər: serebral iflici, sensor inkişaf, duyğu, qavrayış, korreksiya.
Key words: cerebrel palsy, sensor development, sense, perception,correcti
Ключевые слова: церебральный паралич, сенсорное развитие,ошущение, восприятие, коррекция on

Sensor inkişaf - bu ətraf aləmdəki predmet və hadisələrin uşaqda təsəvvür və qavrayışı proseslərinin inkişafıdır. Sensor inkişaf bir tərəfdən uşağın ümumi əqli inkişafının təməlidirsə, digər tərəfdən uşaq bağçasında, məktəbdə təlimin uğurluluğunu təmin edən və ya əməyin bir sıra növlərinə mükəmməl yiyələnməsi üçün vacib olan müstəqil məna daşıyır. 
Uşaqda mükəmməl sensor inkişaf üçün ətrafdakı gerçəkliyi tam qavramağın formalaşdırılmasına yönəldilmiş məqsədyönlü sensor tərbiyə vacibdir. Sensor qavrayış gerçəkliyin dərk olunmasının əsasını təşkil edir və onun ilk pilləsi hissi təcrübə hesab edilir. Belə ki, ətraf aləmin dərk edilməsi məhz duyğu və qavrayışla başlayır, duyğu və qavrayışın inkişaf səviyyəsi uşağın idrak fəaliyyətinin uğurunu təmin edir. Duyğu və qavrayış nə qədər zəngin olarsa, uşaqda ətraf aləm haqqında məlumatlar daha geniş, çoxcəhətli və müxtəlif olar. Dərketmənin bütün digər formaları - hafizə, təfəkkür, təxəyyül -qavrayışın obrazları əsasında yaranır, onun işlənmə nəticəsi kimi özünü göstərir. Buna görə də mükəmməl qavrayışa istinad etmədən normal əqli inkişafa nail olmaq mümkün deyildir. 
2-01-2020, 17:53 Məqalənin davamı
Öncəki 1 2 3 4 5 6 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com