HEYKƏLTƏRAŞ AKİF ƏSGƏROV YARADICILIĞINDA MONUMENTAL HEYKƏLTƏRAŞLIĞIN İNKİŞAF PRİNSİPLƏRİ

DOI: 10.36719/AEM/2007-2019/47/155-157
Müxtəlif: Aytac Afar qızı Abbaszadə 

Açar sözlər: monumental, heykəl, sənətkar, qəbirüstü, obraz, şəxsiyyət
Ключевые слова: монументальная, скульптура, художник, надгробие, образ, личность
Keywords: monumental, sculpture, artist, tomb, image, personality

Azərbaycanda heykəltaraşlıq sənətinin inkişafı təmayülləri qədim dövrlərə təsadüf edir.  Heykəltəraşlığın bugünki mənzərəsinin yaranmasında isə Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb.  
Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. 


1-11-2019, 13:57 Məqalənin davamı
BUTA - MƏNİM MƏDƏNİYYƏT İNCİM

Müəllif: Məmmədli Elmira İdris qızı 
Açar sözlər: ornament, motiv, peysli, Axmim, Sasanilər, naxış 
Keywords: ornament, motive, paisley, Akhmim, Sassanids, pattern
Ключевые слова: орнамент, мотив, пейсли, Ахмим, Сасаниды , узор
 

Naxış, bəzək, nəqqaşlıq anlamını verən, bir-birini ritmik bir şəkildə əvəz edən elementlərin birliyindən təşkil olunan ornamentlər olduqca zəngin çeşidə malikdir. Hər bir mədəniyyətin özünə xas olan ornamentləri vardır və bu baxımdan Azərbaycan xüsusilə fərqlənir. Azərbaycan mədəniyyəti ölkəmizin təbiəti kimi zəngin, dolğun və rəngarəngdir. Azərbaycanın qədim və orta əsrlər tarixi, insanların həyat tərzi, düşüncəsi, əmək fəaliyyəti və başqa xalqlarla münasibətlərindən bəhs edən maddi-mədəniyyət nümunələri və tapıntıları üzərində rast gəlinən bəzək ünsürləri günümüzdə də müasir sənətkarlarımız tərəfindən işlənməkdədir. Bu baxımdan aypara, beşguşəli ulduz və bir çox başqa motivlər arasında buta xüsusi əhəmiyyətə malikdir. Müxtəlif geyimlər, əşyalar, alətlər və s. üzərində təsvir olunan butanın nə zaman yarandığı, günümüzədək necə gəlib çıxdığı və dünya mədəniyyətinin bir parçası halına gəldiyi haqqında bu məqalədə məlumat verilir. 
Nə qədər digər xalqların mədəniyyət nümunələrində rast gəlinsə də buta dünyada Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul olunmuşdur. Azərbaycan xalqına aid dekorativ sənət nümunələrinin və onların üzərindəki təsvirlərin, naxışların, bəzəklərin yaşadılması və gələcək nəsillərə ötürülməsi, dünyaca tanıdılması və bu çərçivədə buta ornamentinin dünyada daha da yayılması və bir Azərbaycan brendi halına gətirilməsi mədəniyyətimiz naminə atılan ən gözəl addımdır.

30-10-2019, 22:33 Məqalənin davamı
VALENTİN SEROV FIRÇASINDAN ŞEDEVRLƏR

Müəllif: Babayeva Ləman Hamlet qızı
Açar sözlər: Muzey, rəssam, portret, kolleksiya, məşhur
Keywords: Museum, painter, portrait, collection, famous
Ключевые слова: музей,художник,портрет,коллекция, популярный
 

Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və pianoçu Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdur.
Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir. Atasının ölümündən sonra anası musiqi təhsilini davam etdirmək üçün Münhenə gedir.Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltəraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür[6].
1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.



30-10-2019, 22:25 Məqalənin davamı
RUS RƏSSAMI VASİLİY VLADİMİROVİÇ PUKİREVİN YARADICILIĞINDA NİGAH MÖVZUSU

Müəllif: Salamova Aysel Aydın qızı
Açar sözlər: rus rəssamlığı, tənqidi realizm, nigah mövzusu, kilsə, kolleksiya, muzey
Key words: Russian painting, critical realism, marriage topic, church, collection, museum 
Ключевые слова:русская живопись, критический реализм, тема брака, церковь, коллекция, музей

 
XIX əsrin ortaları Rus rəngkarlığının canlandığı və yeni üslubların yarandığı dövr kimi yadda qalmışdır. Dövrün nümayəndələri incəsənətdə yaranmış tənqidi - realizm adlı yeni üslub vasitəsilə insanları real həyatda aktual olan acınacaqlı vəziyyətlə mübarizəyə səsləyirdi. Tənqidi – realizmin yolu ilə gedən ilk rus rəssamları Moskva rəssamlıq, heykəltəraşlıq və memarlıq məktəbini bitirən moskvalı tələbələr hesab edilirdi. Sankt – Peterburq akademiyasından fərqli olaraq onlar xalqın həyatına və ehtiyacına daha yaxın idilər. 
Moskva rəssamlar qrupunun (Səyyar rəssamlar cəmiyyəti – «Передвижники») və tənqidi – realizmin əsas nümayəndəsi Vasiliy Qriqoriyeviç Perov (1834-1882) olmuşdu. [3] Onun yaradıcılığı XIX əsrin 60-cı illərində yaşayan bir çox rəssamlara xüsusən də moskvalı rəssamlara öz təsirini göstərmişdir. Rəssamın tənqidi - realizm üslubunda olan ilk əsərlərinin ardınca yerli rəssamlar “perov ənənələrini” genişləndirirlər. Qeyd edək ki, tənqidi rəssamlar hər zaman parlaq əsərlər yaratmağa qadir deyildilər. [2] Ancaq V.V.Pukirev qısa ömür sürməsinə baxmayaraq, bu üslubda çəkdiyi iki möhtəşəm əsəri ilə rus rəngkarlığı tarixində öz sözünü demiş oldu.

30-10-2019, 22:20 Məqalənin davamı
RAİS RƏSULZADƏNİN YARADICILIĞINDA PORTRET JANRININ İNKİŞAF TƏMAYÜLLƏRİ

Müəllif: Zərifə Nəbiyeva 
Açar sözlər: Rais Rəsulzadənin təsviri sənət əsərləri, portret, mənzərə, natürmort
Key words: Rais Rasulzade's fine art, portrait, landscape, still life
Ключевые слова: Раиса Расулзаде, изобразительное искусство, портрет, пейзаж, натюрморт
 

Azərbaycan rəngkarlığında portret janrı hər zaman əsas yerlərdən birini tutur. Rəngkarlığın peşəkar məktəbi yarandıgı vaxtdan portret, Azərbaycan rəssamlarının yaradıcılığında nəzəri diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin təsviri sənətin əsas mövzusunu təşkil edir.
Azərbaycan rəngkarlığında uzun illər ərzində portretlər əsasən yaradıcı ziyalılarla yanaşı, fəhlələrə, kolxozçulara, əmək qabaqcıllarına da həsr olunmuşdur. 1930-1950 ci illərdə Azərbaycan rəssamlarının yaradıcılığında yazıçıların, musiqiçilərin portretləri çoxluq təşkil edirdi. Xüsusən Orta əsrlər Azərbaycan klassik poeziyasının nümayəndələri olan Nizami, Vaqif, Füzuli, Nəsiminin, siyasət və elmdə məşhur Şah İsmayıl Xətai, Nəsrəddin Tusinin bərpa olunmuş portretlərini göstərmək olar. Bu, rəssamların öz mədəniyyət tarixinə münasibətindən, həmçinin müsabiqələrin və yubileylərin keçirilməsi ilə əlaqədar olurdu. Belə müsabiqələrin əhəmiyyəti həqiqətən böyükdür, belə ki, biz obrazlı da olsa məşhur Azərbaycan şairlərinin, mədəniyyət və elm xadimlərinin obrazları ilə tanış oluruq. Belə müsabiqələrin hazırlıq prosesində rəssamlar dərin elmi-tədqiqat işi aparırdılar, həqiqəti olduğu kimi yaratmağa çalışırdılar. Bu gün belə portretlər ən yüksək adlara layiq görülür, demək olar ki, qiymətli sənəd kimi xəzinəyə çevrilmişlər.

30-10-2019, 09:10 Məqalənin davamı
AZƏRBAYCAN-FRANSA MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA MİLLİ İNCƏSƏNƏT MUZEYİNİN ROLU

Müəllif: Babayeva Ləman Hamlet qızı
Açar sözlər: Azərbaycan, Fransa, mədəni əlaqələr, sərgi, incəsənət
Key words: Azerbaijan, France, cultural relations, exhibition, art
Ключевые слова: Азербайджан, Франция, культурные отношения, выставка, искусство
 
XXI əsrdə dünya dövlətləri arasında mədəni, siyasi, iqtisadi əlaqələr son dərəcə artmaqdadır. Azərbaycan da öz növbəsində son illərdə dünyada gedən bir çox mədəni proqram və lahiyələrin fəal iştirakçısıdır.
Tarixin bütün dönəmlərində Azərbaycan mədəniyyəti dünyanın qabaqcıl dövlətlərinin o,cümlədən Qərbin mədəniyyət beşiyi hesab edilən Fransanın diqqət mərkəzində olmuşdur.
Fransa ilə Azərbaycan arasındakı məsafənin böyük olmasına baxmayaraq ,iki ölkənin daima möhkəm mədəni və intellektual əlaqələri olmuşdur.Bu ölkələr arasında mədəni əlaqələr son dövrlərdə daha geniş şəkildədir və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.Qərbi Avropanın aparıcı ölkələrindən olan Fransada mədəniyyətimizin təbliği dünya ölkələrinin ölkəmizlə,mədəniyyətimizlə daha yaxından tanış olması üçün mühüm əhəmiyyət kəsb edir.
30-10-2019, 09:08 Məqalənin davamı
ORTA ƏSRLƏRDƏ BAKI HAMAMLARI

Müəllif: Əmirova Fərəhbanu HacıRza qızı
Açar sözlər: Bakı, İçərişəhər, hamam, memarlıq , interyer, eksteryer
Keywords: Baku, İnner Sity, bath, architecture, interior, exterior
Ключевые слова: Баку, Ичеришехер, баня, архитектура, интерьер, экстерьер
 

Hamam ictimai bina olaraq bütün zamanlarda vacib rol oynamışdır. Tarixən belə hesab olunub ki, hamamlar insanların həyatında həm fiziki, həm mənəvi “təmizlənən “ bir yerə çevrilmişdir.Orta əsrlərdə onlar şəhər memarlığında əsas tikililərdən sayılırdı. Hamamlar, adətən saray və dini komplekslərin ərazilərində və əlbəttə ki, şəhərin giriş qapılarının yaxınlığında, karvan yollarına yaxın tikilirdi.
Bakı hamamlarının qədim tarixi var. Köhnə şəhərdə orta əsr şəhər memarlığının ən zəngin xüsusiyyətləri ilə fərqlənən bir neçə hamam var. Bu hamamlar Şərq hamamlarıının xarakterik xüsusiyyətlərini daşıyır : hamamın bir hissəsi yer səviyyəsindən aşağı, digər hissəsi yerin üstündə olduğu üçün hamam yayda sərin, qışda isti olurdu.

30-10-2019, 09:05 Məqalənin davamı
AZƏRBAYCAN MİLLİ İNCƏSƏNƏT MUZEYİNİN TOPLUSUNDA ALEKSANDR İSAAKOVİÇ XARŞAKIN QRAFİK ƏSƏRLƏRİ

Müəllif: Salamova Aysel Aydın qızı
Açar sözlər: hərb mövzusu, faşizm, qrafik incəsənət, ofort, muzey, sərgi
Key words: military subjects, fascism, graphic work, etching, museum, exhibition
Ключевые слова: военная тематика, фашизм, графическое произведение, офорт, музей, выставка
 

Qrafika təsviri sənətin bir növüdür və əsrlər boyu rəssamlar qrafikanın müxtəlif üslub və teknikalarına müraciət edərək dünya incəsənətinə əvəssiz əsərlər bəxş etmişlər. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Rəsm qrafikası ən qədim növlərdən sayılır ki, kağız və ya parça üzərində karandaş, sulu boya, pastel, quaş, tuş, tempera ilə çəkilən əsərlərə deyilir. Çap qrafikası isə nisbətən daha mürəkkəb işlənmə texnikasına (ofort, ksiloqrafiya, litoqrafiya, linoqravür və s.) malikdir. Bu texnikalarda yaradılan əsərlərin bir deyil bir neçə nüsxəsi hazırlanır.

30-10-2019, 09:02 Məqalənin davamı
XALİDƏ SƏFƏROVA YARADICILIĞINDA MƏNZƏRƏ JANRI

Müəllif: Ağayev Emil Raul oğlu 
Açar sözlər: Xalidə Səfərova, janr, mənzərə, impressionizm 
Key words: Khalida Safarova, genre, landscape, impressionism
Ключевые слова: Халида Сафарова, жанр, пейзаж, импрессионизм
 
Təsviri incəsənət tarixinə nəzər yetirsək,1669-cu ildə Fransa Kral Akademiyasının memar və rəssamı Andre Filibyen klassik janrlar nəzəriyyəsini formalaşdırır.Onun nəzəriyyəsinə görə kiçik janrlardan biridə mənzərədir.Elə rəssam tapılmazki mənzərə janrına müraciət etməsin,Xalidə Səfərovada(1926-2005) məhz öz yaradıcılığında mənzərəyə aid müxtəlif əsərlər yaratmışdır.
Xalidə Ələkbər qızı Səfərova 1926-cı ildə Gəncə şəhərində dünyaya göz açıb.Uşaqlıqdan rəsmə böyük həvəsi olmuş və yaratmaq istəyi onu heç zaman tərk etməmişdir.Getdikcə alovlanan bu arzu artıq yetkinlik dövrünə qədəm basmış Xalidənin 1941-ci ildə Gəncədən Bakıya gəlməsinə və peşəkar təhsil almaq məqsədi ilə Bakı rəssamlıq məktəbinə daxil olmasına səbəb oldu.Böyük Vətən müharibəsinin vurduğu yaralardan doğan kədər,sıxıntılar,daha sonra isə valideynlərinin repressiyalara məruz qalmasının səbəbi,bu əlbəttə çətin idi.Ona bu çətin vaxtlarda kömək edən həyat yoldaşı tanınmış rəssam Mahmud Tağıyev oldu.Xalidə Səfərova öz yaradıcılığında çoxlu sayda kənd, zəhmətkeşlərin, fəhlə, neftçi, klassik əsərlərimizin obrazlarını, mənzərə, natürmort və idman mövzusunda bir-birindən maraqlı əsərlər yaratmışdır. Mahmud Tağıyev və Xalidə Səfərova 1949-cu ildə Moskvada Ümumittifaq Kinematoqrafiya institutunun rəssamlıq fakültəsinə daxil olurlar. İstedadlı pedaqoq Y.İ.Pimenovun məktəbində təhsil alan Xalidə öz dəst-xəttini formalaşdırdı.Nizami Gəncəvinin əsərləri mövzusunda uğurla diplom işi müdafiə etdi, hətta bu əsər SSRİ Rəssamlıq Akademiyasının salonlarında təşkil edilmiş sərgilərdə nümayiş etdirilmişdi.
30-10-2019, 05:51 Məqalənin davamı
ÇEX TORPAQLARININ QIZIL DÖVRÜ - IV KARL HAKİMİYYƏTİ

Müəllif: Əsgərova Sevinc Vaqif qızı 
Açar sözlər: IV Karl, Çexiya, Çex krallığı, Müqəddəs Roma imperiyası
Keywords: Charles IV, Czech, Czech Kingdom, Holy Roman Empire
Ключевые слова: Карл IV, Чехия, Чешское королевство, Священная Римская империя
 

Orta əsrlərin sonuna yaxın, böyük coğrafi kəşflərdən sonra Avropa və digər ərazilərdə Çex torpaqları haqqında artıq müəyyən təsəvvürlər formalaşmışdı. Həmin dövrlərdə formalaşan fikirlər və təsəvvürlərə əsasən planetimizin mərkəzi - Avropa, Avropanın mərkəzi - Almaniya imperiyası, imperiyanın mərkəzi - Çexiya, Çexiyanın mərkəzi isə Praqa şəhəri hesab olunurdu. Məlum fikirlər əsasında xüsusi bir xəritə yaradılmışdı, hansında ki, Avropa özü müdrik bir qadın kimi təsvir olunmuşdu, qadının başı Priney yarımadası, uzun ətəyi Ural dağları, sağ əli isə İtaliya ilə göstərilmişdi. Bu xəritədə ən əhəmiyyətli və son dərəcə maraq doğuran məsələ onunla bağlı idi ki, Avropa xanımının ürəyi Çexiya olaraq təsvir olunmuşdu. Çexiya dövləti isə X əsrdə Qərb slavyanlarının yaratdığı ilk dövlət olmuşdu. Çexiya mühüm ticarət yollarının qovşağında yerləşirdi. Bu da dövlətin iqtisadi inkişafına əlverişli şərait yaradırdı (1).

30-10-2019, 05:45 Məqalənin davamı
Öncəki 1 2 3 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com