MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ

DOI: 10.36719/AEM/2007-2019/47/81-85
Müəllif: Allahşükür İlqar oğlu Zülfiqarlı

Açar sözlər: beynəlxalq münasibətlər, dünya siyasətinin müasir subyekti, müstəqillik, Azərbaycan Respublikası
Key words: international relations, subject of modern world politics, independence, Azerbaijan Republic
Ключевые слова: международные отношения, субъект современной мировой политики, независимость, Азербайджанская Республика

XX əsrin sonlarında dünya sosializm sisteminin böhranı və süqutu beynəlxalq münasibətlərin mahiyyətinin transformasiyasına səbəb oldu. Yaranan müstəqil dövlətlər dünyanın siyasi mənzərəsinin yenidən qurulmasına, beynəlxalq münasibətlərin məzmun və mahiyyətində dəyişikliklərə gətirdi. Bu dəyişikliklər özünü beynəlxalq hüququn yeni prinsiplərinin formalaşması və tətbiqi mexanizmlərinin yaranması, dünya siyasətinin transmilliləşməsi, ABŞ-ın yeni dünya nizamındakı rolunun genişlənməsi ilə təzahür etdirməyə başladı. Təkqütblü dünyada mərkəz və periferiya dövlətləri fərqləndirilməyə başlandı. 


1-11-2019, 11:04 Məqalənin davamı
DÜNYA TİCARƏT SİSTEMİ VƏ AZƏRBAYCAN: MÖVCUD VƏZİYYƏT VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

DOI: 10.36719/AEM/2007-2019/47/78-80
Müəllif: Cavid Bəhmən oğlu Babayev 

Açar sözlər: ticarət, xarici ticarət, iqtisadiyyat, beynəlxalq
Key words: trade, foreign trade, economy, international
Ключевые слова: торговля, внешняя торговля, экономика, международный

Ticarət iqtisadiyyatın sahələrindən biridir. Ötən əsrin sonlarında dünyada baş verən siyasi dəyişikliklərin nəticəsində Şərqlə Qərb arasındakı qarşıdurma və gərginlik tədricən aradan qalxdı və beləliklə "soyuq müharibə" başa çatmış oldu. Həmin dəyişikliklərin nəticəsi olaraq bir sıra Şərqi Avropa ölkələri öz dövlət müstəqilliklərini əldə etdilər. Daha sonra ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi başladı. Belə müstəqil dövlətlərdən biri də 1991-ci ilin oktyabr ayının 18-də öz müstəqilliyini qazanmış Azərbaycan Respublikası oldu. Dövlət müstəqilliyinin elan olunmasından sonra dünyanın bir çox dövlətləri Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq həmin təşkilatlarla və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdır. 




1-11-2019, 10:39 Məqalənin davamı
CƏNUBİ QAFQAZ REGİONUNUN LİDER DÖVLƏTİ OLAN AZƏRBAYCAN RESPUBLİKASININ SOSİAL-İQTİSADİ İNKİŞAFI: ƏLDƏ OLUNMUŞ NALİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR

DOI: 10.36719/AEM/2007-2019/47/72-77
Müəllif: Allahşükür İlqar oğlu Zülfiqarlı

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” 
Heydər Əliyev

“Azərbaycan düşünülmüş müstəqil siyasət aparır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.”
İlham Əliyev

Açar sözlər: Azərbaycan Respublikası, Cənubi Qafqaz, iqtisadi əlaqələr, "Əsrin müqaviləsi", sənaye
Keywords: Republic of Azerbaijan, South Caucasus, economic relations, “Contract of the Century”, industry
Ключевые слова: Азербайджанская Республика, Южный Кавказ, экономические отношения, «Контракт Века», промышленность

Azərbaycan Respublikası zəngin keçmişə, çox şahəli iqtisadiyyata, böyük mədəniyyətə və qədim tarixə malik olan nadir ölkələrdən biridir. Azərbaycan Respublikasının zəngin təbii sərvətləri, əlverişli torpaq-iqlim şəraiti, Asiya və Avropa qitələri arasında münasib coğrafi mövqeyi ən qədim zamanlardan iqtisadiyyatın bir çox mühüm sahələrinin inkişafına şərait yaratmışdır. 
Tarix boyu bütün xalqlar üçün hər zaman ən böyük sərvət kimi qəbul edilən müstəqillik ümumi inkişaf prosesinin istiqamətinin müəyyən olunmasında daim həlledici rol oynamışdır. Dünyanın mövcud siyasi xəritəsinə diqqət yetirməklə müstəqil dövlətlər, xalqlar arasında inkişaf dinamikasının istər məzmun, istərsə də forma etibarı ilə kifayət qədər fərqli olduğunu aydın görmək mümkündür. Geosiyasi və geoiqtisadi maraqların toqquşduğu məkanda yerləşən Azərbaycan müstəqilliyi, azadlığı və gələcəy taleyi uğrunda hər zaman mübarizə aparmışdır.  


1-11-2019, 10:33 Məqalənin davamı
QLOBALLAŞMA VƏ TERROR FƏALİYYƏTİNİN TƏHLÜKƏLİ MƏNBƏYİ

DOI: 10.36719/AEM/2007-2019/47/67-71
Müəllif: Xaliq Hüseyn oğlu Dadaşov 

Açar sözlər: terror, terrorizm, beynəlxalq terrorizm, etnik münaqişələr, dini ekstremizm, separatizm
Keywords: terror, terrorism, international terrorism, ethnic conflicts, religious extremism, separatism
Ключевые слова: террор, терроризм, международный терроризм, этнические конфликты, религиозный экстремизм, сепаратизм

Müasir dövrdə terrorizmin əhatə dairəsinin genişlənməsi getdikcə bütün bəşəriyyəti düşün­dürməkdədir.  Məqalədə beynəlxalq terrorizmin yaranma səbəbləri, tarixi kökləri araşdırılır, terrorun əsas formaları qeyd edilir. Müxtəlif terrorizmin hər hansı dinlə əlaqaləndirilməsini əsassız hesab edir. Eyni zamanda etnik terrorizm ətraflı təhlil edilir və xüsusi diqqət erməni terroruna və onun nəticələrinə yetirilir.
XX əsrin ortalarından başlayaraq dünyada elmi-texniki naliyyətlərin sürətlə inkişaf etdiyi bir dövrdə bəşəriyyət həm də özünün ən böyük təhlükəli düşməni kimi terrorizm dalğası ilə üz-üzə qalmışdır. Tədqiqatlar göstərir ki, ötən yüz illiklərdə terrorun müxtəlif formalarda təzahür etməsinə baxmayaq, bu problem cəmiyyəti indiki qədər düşündürməmişdir.


1-11-2019, 10:25 Məqalənin davamı
TƏHLÜKƏSİZLİK ANLAYIŞI VƏ ONUN MÜASİR BEYNƏLXALQ SİSTEMDƏ TƏSİRİ

Müəllif: Cəfərova Leyla Mühiddin qızı 
Açar sözlər: Təhlükəsizlik, təhdid, terrorizm, diplomatiya, mütəşəkkil cinayətkarlıq
Key words: Security, threat, terrorism, diplomacy, reforms, organized crime
Ключевые слова: Безопасность, угроза, терроризм, дипломатия, организованная преступность

 

Beynəlxalq münasibətlərinin aktual problemi kimi sülhün qorunması və təhlükəsizliyin təmin olunmasını xüsusilə vurğulamaq lazımdır. Ümumiyyətlə, təhlükəsizlik anlayışı ilk dəfə 1904-cü ildə Teoder Ruzvelt tərəfindən işlədilmişdir. Təhlükəsizlik anlayışı yarandığı ilk vaxtlarda yalnız dar mənada yəni, hərbi sahədə təhlükəsizliyin təmini başa düşülürdü. Qloballaşma prosesləri vüsət aldıqca, elmi-texniki inqilab inkişaf etdikcə artıq müxtəlif sferalarda təhlükəsizliyi təmin etmək zərurəti yaranırdı. Aydındır ki, təhlükəsizlik siyasi kateqoriyadır. Bəşəriyyət üçün təhlükəsizliyin nə qədər vacib olduğunu qədim dövrdə insanların kollektiv yaşamasından anlamaq olar. Birgə yaşayış kollektivin bir-birindən və qrup daxilində qorunması zərurətini yaradırdı. Bu səbəbdən təhlükəsizliyə sosial anlayış kimi də baxıla bilər.

30-10-2019, 21:41 Məqalənin davamı
ÇEXİYA- MƏŞHUR TURİZM DESTİNASIYASI KİMİ

Müəllif: Fərmanlı Ləman Afət qızı Azərbaycan

Açar sözlər: turizm, iqtisadiyyat, müalicə, Çexiya
Кеy word: tourism, economy, treatment, Czech Republic
Ключевые слова: туризм, экономика, лечение, Чешская Республика
 

Giriş: Səyahət və turizm dünyanın əksər ölkələrində mühüm iqtisadi fəaliyyətdir. Birbaşa iqtisadi təsiri ilə yanaşı sənaye əhəmiyyətli dolayı təsirlərə malikdir. Turizmin ÜDM-ə birbaşa qatqısı Milli Hesabatda da bildirildiyi kimi otellər, hava yolu şirkətləri, airpotlar, turizm agentlikləri və birbaşa məşğul olan əyləncə və rekreasiya xidmətləri kimi turizm xüsusiyyətli sektorlar vasitəsilə mümkündür [ 2,s.2].

30-10-2019, 21:38 Məqalənin davamı
ABXAZİYA MÜNAQİŞƏSİ

Müəllif: Qurbanzadə Fəxri Siyavuş oğlu
Açar sözlər: Abxaziya, Gürcüstan, Rusiya, etnik konflikt
Key words: Abkhazia, Georgia, Russia, ethnic conflict 
Ключевые слова: Абхазия, Грузия, Россия, этнический конфликт
 

Münaqişələr dünyada qeyri-sabitliyin əsas faktorlarından biridir. Olduqca müxtəlif olan münaqişə tipləri arasında etnik və ərazi münaqişələri xüsusi yer tutur. Bu baxımdan Qafqaz regionu dünyanın ən qaynar nöqtələrindən biridir. Bu gün burada 50-dən artıq etnosun nümayəndələri yaşaşır. Bu etnik-ərazi münaqişələri polietnik region olan Cənubi Qafqaz üçün xüsusi təhlükə yaradır. Cənubi Qafqazda sabitliyin pozulmasının və millətlərarası gərginliyin artmasının əsas səbəblərindən biri də Abxaziya seperatizmidir. 
Gürcüstan sərhədləri daxilində yerləşən Abxaziya Muxtar Respublikası Qara dəniz ilə Böyük Qafqaz sıra dağlarının arasında 8,6 min kv. km-lik bir əraziyə malikdir. Əhalisi təx. 250 min nəfərdir. Paytaxtı Suxumi şəhəridir. Abxaziya Qaqra, Qali, Qudauta, Qulpriş, Oxamçira və Suxumi olmaqla 6 rayondan ibarətdir. Şimalda Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası, şərq və cənub-şərqdə Gürcüstan ilə həmsərhəddir. Əhalisinin 20%-i abxazlardan, digər qalanı isə gürcülər, rus, erməni və rumlardan ibarətdir. Abxaziyanın ərazisinin dağlıq olması səbəbindən bölgədə yaşayan əhali ətraf ölkələrdə baş verən hadisələrdən o qədər də təsirlənmir. Bu vəziyyət həmçinin abxazların öz adət- ənənələrini uzun müddət qorumağa imkan vermişdir.

30-10-2019, 08:35 Məqalənin davamı
TURİZMİN BEYNƏLXALQ ƏLAQƏLƏRDƏ ROLU

Müəllif: Əsgərli Güllü Fərman qızı
Açar sözlər: turizm, səyahət, beynəlxalq turizm, iqtisadiyyat, gəlir, xidmət, ticarət
Key words: tourism, travel, international tourism, economy, income, service, trade
Ключевые слова: туризм, путешествия, международный туризм, экономика, доходы, услуги, торговля
 

Beynəlxalq turizmin sürətli inkişafı və digər sahələrə təsirinin böyük olması beynəlxalq əməkdaşlığın, turizm təşkilatlarının yaranması və inkişafı prosesini sürətləndirmişdir. Turist xidmətləri, turist məhsullarının təşkilatçı, istehsalçıları hər il regional və beynəlxalq səviyyəli forum və konfranslarda bir araya gəlir, turizm sahəsindəki problemləri və inkişaf perspektivlərini müzakirə edirlər. Bu görüşlərdə iştirakçılar həm beynəlxalq səviyyədə, həm də regional səviyyədə turizmin inkişafı üçün toplanırlar.
Turizmlə bağlı rəsmi beynəlxalq münasibətlərinin yaranma tarixi 1908-ci il hesab edilir. Çünki 1908-ci ildə İspaniya, Fransa və Portuqaliya tərəfindən ilk turizm təşkilatı hesab olunan “Franko-İspano-Portuqaliya Turist Assosasiyası federasiyası” yaradılmışdır. İlk turizm təşkilatlarından bir digəri isə „Turizm Təbliğatının Beynəlxalq Rəsmi Təşkilatlar Birliyi” hesab olunur. Bu təşkilat I Dünya Müharibəsindən sonra turizm sahəsində beynəlxalq əməkdaşlığa yaranan ehtiyacın nəticəsi olaraq yaradılmışdır.

30-10-2019, 08:27 Məqalənin davamı
SSRİ PARÇALANANA QƏDƏRKİ DÖVÜRDƏ XƏZƏR GEOSİYASİ REGİONUNDA MÜNASİBƏTLƏR

Müəllif: Səmədov Səbuhi Mətləb oğlu 
Açar sözlər: Xəzər dənizi, status, kondominimum, SSRİ, İran, tarix
Key words: Caspian Sea, status, condominium, USSR, Iran, history
Ключевые слова: Каспийское море, статус, кондоминиум, СССР, Иран, история
 

Tarixi sənədlər göstərir ki, XVIII əsrin əvvəllərində Rusiya İranı və Xəzər dənizinin İran hissəsini xarici ərazi kimi qəbul edirdi, Təxminən 1701-ci ildə Böyük Pyotr Artyom Volınski adlı şəxsi İrana səfərə göndərir və ona Xəzər ətrafınan məlumat toplamağı göstəriş verir. Eyni zamanda, Xəzərin şərq sahilinə knyaz Berkoviç-Çerkasskinin başçılığı altında rus ekspedisiyası gəlir. Səfərlərin nəticəsi olaraq, ticarət haqqında saziş imzalanmışdır ki, bu da rus tacirlərinə İranda ticarət etmək hüququ verirdi. O zaman, Rusiya İranın Xəzər sahilinə olan hüququnu tam tanıyırdı və bu ərazilərdə hansısa bir hüquq almaq üçün İranla saziş bağlamağın vacibliyini anlayirdı. 1721-1722-ci illərdə rus qoşunları, əfqan üsyanlarının yatırılması bəhanəsi ilə İranın Xəzərətrafı rayonlarına doğru irəliləməyə başladılar. Rusiyanin İrandakı konsulu Semyon Avraamov göstəriş aldı ki, İrana göstərilən hərbi yardımın əvəzində şərt olaraq Xəzər sahilindəki bəzi ərazilər Rusiyaya verilsin. Aydındır ki, o zaman, Rusiya Xəzərin İran ərazisi olduğuna şübhə etmirdi.

28-10-2019, 18:55 Məqalənin davamı
AZƏRBAYCAN-YAPONİYA MÜNASİBƏTLƏRİNİN PERSPEKTİVLƏRİ

Müəllif: Kərimova Vəfa Şahin qızı
Açar sözlər: Yaponiya, Azərbaycan, İpək yolu, H.Əliyev, Avropa,Asiya
Key words: Japan, Azerbaijan, Silk Road, H.Aliyev, Europe, Asia
Ключевые слова: Япония, Азербайджан, Шелковый путь, Х.Алиев, Европа, Азия
 

Əvvəlcə də qeyd etdiyimiz kimi. Yaponiyanın Xəzər regionda olan maraqları bu ölkənin Baş Naziri R.Xasimotonun 1997-ci ildə elan etdiyi “Avrasiya diplomatiyası” konsepsiyası əks etdirir. Azərbaycan Respublikasının xarici siyasətin qərb vektoru sayəsində və ABŞ-ın dəstəyinilə regionda geosiyasi əhəmiyyətli layihələr həyata keçirmək və regionda öz müstəqil statusunu qura bilməsi faktını nəzərə alaraq, bu regionunda qlobal enerjı təhlükəsizliyin maraqlarını təmin edən yeganə respublika olub. Bunu nəzərə alaraq, rəsmi Tokio "Avrasiya diplomatiyası" konsepsiyasını təşviq etmək üçün əvvəlcədən Azərbaycana güvənir.

28-10-2019, 18:52 Məqalənin davamı
Öncəki 1 2 3 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com