XUDADAT BƏY AĞA OĞLU MƏLİK-ASLANOV

Müəllif: Elşad Nurəliyev

Açar sözlər: Azərbaycan Demokratik Respublikası, Xudadat bəy Ağa oğlu Məlik-Aslanov, Poçt və Teleqraf Nazirliyi
Key words: Democratic Republic of Azerbaijan, Khudadat bey Aga oghlu Malik-Aslanov, Ministry of Post and Telegraph
Anahtar kelimeler: Azerbaycan Demokratik Cumhuriyeti, Hudadat bey Ağa oğlu Melik-Aslanov, Posta ve Telgraf Bakanlığı

Xalqımızın istiqlala qovuşmasında, tərəqqisində, Şərqdə ilk demokratik respublika – Azərbaycan  Demokratik Respublikasının, Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də Xudadat bəy Ağa oğlu Aslanovdur.
Xudadat bəy Məlik–Aslanov məşhur alim, ixtiraçı-mühəndis idi. O, 1879-cu ilin aprelində Şuşa şəhərində anadan olub. 1899-cu ildə Şuşa realni məktəbini bitirmişdir. Şuşada təhsilini başa vurduqdan sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olan X.B.Məlik-Aslanov 1904–cü ildə ali təhsilini birinci dərəcəli diplomla bitirmişdir. İnstitut həyatından sonra bir müddət siyasi fəaliyyətlə məşğul olmuşdur.1901–1904–ci illərdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş və partiyanın Peterburq komitəsində çalışmışdır.
16-10-2019, 23:48 Məqalənin davamı
ФОРМЫ И МЕТОДЫ РАБОТЫ СРЕДИ ЖЕНЩИН АЗЕРБАЙДЖАНА В 20-30-ые годы ХХ века

Müəllif: Алмас Мурадова

Ключевые слова:женотделы, работницы, крестьянки, советское строительство, женская проблема 
Key words:women departments, women workers, peasant women, Soviet construction, women's issue
Anahtar kelimeler:kadın bölümleri, kadın işçiler, köylü kadınlar, Sovyet yapımı, kadın sorunları

В решении женской проблемы в Азербайджане исключительную роль сыграли женотделы, которые начали создаваться повсеместно в республике с ноября 1920 г. Эта была новая, невиданная ранее, форма работы среди женщин. Такие отделы имелись при ЦК, Бакинском комитете и уездных комитетах партии. Женотделы принимали самое деятельное участие в раскрепощении женщин и приобщении их к строительству новой жизни. Они созывали женские делегатские собрания, которые были основной формой массовой работы партийных организаций среди женщин в эти годы (3), организовывали курсы по ликвидации неграмотности, специальные женские школы‚ клубы, профессиональные артели и мастерские (4).
16-10-2019, 23:41 Məqalənin davamı
ERMƏNİLƏRİN SAXTALAŞDIRMA SİYASƏTİNƏ TARİXİ BAXIŞ

Müəllif: Əli Əliyev

Açar sözlər: Qafqaz Albaniyası, Alban xaçı, ərmən tayfası, haylar, millət, xalq, ermənilər 
Key words: Caucasian Albania, Albanian cross, armenian tribe, hays, nation, people, armenians 
Anahtar kelimeler: Kafkas Albanyası, alban haçı, ermen kabilesi, saman, ulus, halk, ermeniler

XIX əsrin əvvəllərində Rusiya Azərbaycanı işğal etdikdən sonra öz hökmranlığını möhkəmlətmək və işğal etdiyi ərazilərdə manqurtlaşdırma siyasəti yeritmək, münaqişə ocaqları yaratmaq kimi perspektiv planlar qarşıya qoymuş və bu planları uğurla yerinə yetirmişdir. Belə bir “parçala hökm et” siyasətini erməni siyasəti adlandırıram. Ümumiyyətlə, Azərbaycan türk millətinə, dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı çevrilmiş hər bir ideya və ideologiyanı erməni siyasəti kimi dərk edirəm. Bu erməni siyasətinin məqsədi hansı yolla olursa olsun Azərbaycan türk millətini yox etmək, Azarbaycan torpaqlarını özününküləşdirmək üçün müxtəlif üsullara, variantlara əl atmaqla Azərbaycanı xəritədən silməkdir. 
16-10-2019, 23:28 Məqalənin davamı
İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ AZƏRBAYCANLILARIN ALMAN FAŞİSTLƏRİNƏ QARŞI DÖYÜŞLƏRDƏ QƏHRƏMANLIQLARI

Müəllif: M.A.Hüseynov

Açar sözlər: faşizm, qəhrəmanlıq, Bakı nefti, Həzi Aslanov, İsrafil Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə,
                  Əhmədiyyə Cəbrayılov, Akim Abbasov
Key words: fascism, heroism, Baku oil, Hazi Aslanov, Israfil Mammadov, Huseynbala Aliyev, Mehdi Huseynzadeh,
                  Ahmadiyya Jabrayilov, Akim Abbasov
Anahtar kelimeler: faşizm, kahramanlık, Bakü yağı, Hazi Aslanov, İsrafil Mammadov, Hüseynbala Aliyev, Mehdi Hüseynzade,
                              Ahmediyye Cebrayilov, Akim Abbasov

Sovet döyüşçülərinin böyük fədakarlığına baxmayaraq, müharibənin ilk aylarında komandanlığın ciddi səhvləri  üzündən baş vermiş geriləmələri rus zabitləri özlərinə haqq qazandırmaq üçün milli, xüsusən istehza ilə “yoldaş” adlandırdıqları türk xalqlarından olan əsgərlərin bacarıqsızlığının, qorxaqlığının nəticəsi kimi qələmə verməyə çalışırdılar. Lakin tarix bu iddiaların əsassız olduğunu sübut etdi.

16-10-2019, 23:06 Məqalənin davamı
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ MÜSTƏQİLLİK İLLƏRİNDƏ

Müəllif: Şikar Qasımov, Flora Qasımova

Açar sözlər: Azərbaycan Respublikası, Heydər Əliyev, ana dili, Azərbaycan mədəniyyəti, milli teatr, milli kino 
Key words:Republic of Azerbaijan, Haydar Aliyev, native language, Azerbaijani culture, national theatre, national cinema
Anahtar kelimeler:Azerbaycan Cumhuriyeti, Haydar Aliyev, ana dili, Azerbaycan kültürü, milli tiyatro, milli sinema

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mədəniyyətin inkişafı sahəsində də yeniləşmə prosesi daha da genişləndi. Yaradıcı ziyalıların və ittifaqların fəaliyyətinə dövlət qayğısı gücləndi. 1997-ci il noyabrın 10-da Azərbaycan Respublikasının prezidenti «Azərbaycan Respublikasında ədəbiyyat ve incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında» fərman imzaladı. Qocaman ədəbiyyat xadimləri, gənc istedadlı yazıçı va şairlər üçün fərdi təqaüdlər təyin edildi. 1998-ci il may ayının 22-də «Azərbaycan Respublikasında fəxri adlar haqqında». 2002-ci il iyun ayının 11-də «Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdlərinin təsis edilməsi haqqında» fərmanlar verildi. 2002-ci ilin iyun ayında elm, mədəniyyət, incəsənət, maarif və digər sahələrdə böyük xidmətləri olmuş, 150 nəfərə prezident təqaüdü təyin edildi. Bu proses sonrakı illərdə də davam etdirilir.
Möhtərəm Heydər Əliyevin hakimiyyətə gəliși ilə elm, təhsil, mədəniyyət tədricən dirçəlməyə başladı. Hələ sovetler dövründə Heydər Əliyevin respublikada yaratdığı güclü təhsil sistemi, kadr polensialı yaratmağa imkan vermişdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə cənab Heydər Əliyev təhsilə xüsusi qayğı göstərmişdi. Yeni tipli məktəblər tikilmiş, kitablarla təmin edilmiş və maddi-texniki baza möhkəmlandirilmişdir.
16-10-2019, 22:49 Məqalənin davamı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com