ИСПОЛЬЗОВАНИЕ ТЕХНОЛОГИИ ДЕЯТЕЛЬНОСТНОГО МЕТОДА НА УРОКАХ МАТЕМАТИКИ В НАЧАЛЬНЫХ КЛАССАХ

DOI: 10.36719/AEM/2007-2019/47/150-154
Müəllif: Севда Пирали гызы Абулова, Вюсаля Сабир гызы Султанова, Гюнель Вахид гызы Акперова

Ключевые слова: ученик, начальный класс, информация,  технология, учебная задача, шаг 
Açar sözlər: Şagird, ibtidai məktəbinformasiyatexnologiyatədris tapşırığı, addım
Key words: Pupil, primary school, information, technology, educational task, step 
 
С поступлением в школу ребенок впервые начинает заниматься социально значимой, общественно оцениваемой учебной деятельностью. Все отношения учащегося с внешним миром определяются теперь его новой социальной позицией - ролью ученика, школьника. Современные дети значительно отличаются от тех, для которых создавалась ныне действующая система образования. В первую очередь изменилась социальная ситуация развития детей нынешнего века: резко возросла информированность детей, современные дети относительно мало читают, особенно классическую художественную литературу, несформированность произвольности поведения, мотивационной сферы, разных типов мышления, ограниченность общения со сверстниками.

1-11-2019, 13:51 Məqalənin davamı
TƏLİM PROSESİNDƏ KOMPYUTER TEXNOLOGİYALARINDAN İSTİFADƏ

DOI: 10.36719/AEM/2007-2019/47/146-149
Müəllif: Zərəfşan Babakərim qızı Azayeva, Kifayət Əliqamət qızı Dolxanova, Turac Cəlaləddin qızı Əhmədova

Açar sözlər: texnologiya, kompüter, məsələ, kodoskop, Informasiya, didaktik imkan
Key words: technology, computer, task, kodoscope, information, didactic opportunities
Ключевые слова: технологии, компьютер, задача, кодоскоп, информация, дидактические возможности
Müasir dövrdə təhsil sistemində yeni texnologiyaların tətbiqi artıq cəmiyyətin zəruri tələblərindən birinə çevrilmişdir. Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı və onların elmin, istehsalatın müxtəlif sahələrində tətbiqi ümumtəhsil məktəblərində ayrı-ayrı fənnlərin tədrisi məsələlərində bir sıra dəyişikliklərə zərurət yaratdığından ibtidai siniflərdə fənnlərin tədrisinə yeni aspektdən yanaşmaq qarşıda duran əsas vəzifələrdəndir. Hazırda interaktv təlim metodları yaranmış və elmin bütün sahələrində olduğu kimi tədris prosesində də geniş istifadə olunur. İnteraktiv təlim metodları kompyuterlərin tətbiqi ilə əlaqədardır və təcrübə göstərir ki, ondan ibtidai siniflərdə istifadə etmək daha məqsədə müvafiqdir. Şagirdlərin fundamental elmlərin əsaslarını öyrənmələrinə elə nail olunmalıdır ki, onlar lazımi biliklərə müasir yanaşma vasitələri ilə sahib olsunlar.


1-11-2019, 13:43 Məqalənin davamı
İBTİDAİ SİNİFLƏRDƏ MƏSƏLƏ HƏLLİNİN ÖYRƏDİLMƏSİ YOLLARI

DOI: 10.36719/AEM/2007-2019/47/143-145
Müəllif: Ramazan Əzizxan oğlu Eyyubov, Teyyubə Məzahim qızı Abışova, Aynurə Oqtay qızı Binnətova

Açar sözlər: ibtidai sinif, şagird, məsələ həlli, məchul, tənlik 
Key words: elementary school, pupil, problem solving, unknown, equation
Ключевые слова: начальная школа, ученик, решение проблем, неизвестное, уравнение 

Məlumdur ki, şagirdlərin tənliklə tanış edilməsi məsələ həlli ilə başlanır. Məsələdə verilən ədədlərə görə məchul ədədin tapılması üçün, məchul ədədlə verilən ədədlər arasında müəyyən münasibət yaratmaq lazımdır. Həmin münasibət ilk mərhələdə toplama və çıxma əməlləri ilə bağlı olur. Alınan bərabərliyi ödəyən ədədin axtarılması şagirdi yaradıcı axtarışa cəlb edir. Alınan cavabın yoxlanılması da  şagirdin həmin əməli şüurlu surətdə başa düşməsinə də kömək edir. Nəhayət, məsələnin məzmunu əsasında tənliyin qurulması- adi dildən riyazi dilə keçməyi yəni məsələdəki prosesin riyazi simvollarla ifadə edilməsi- riyaziyyat təliminin ən mühüm məqsədlərindən biridir.  Şagird ədədi ifadənin qiymətini hesablayarkən, ədədin tərkibi haqqında biliklərdən və ya hesablama üsullarından (artırmaq, azaltmaq və s.) istifadə edə bilər. Sonrakı mərhələdə tənliklərin həlli əməlin nəticəsi ilə komponentləri arasındakı asılılığa əsaslanır. İbtidai siniflərdə “tənliyin tərifi”, “tənliyin kökü” anlayışları işlədilmir.


1-11-2019, 13:20 Məqalənin davamı
KT-IN VƏ İNNOVATİV TEXNOLOGİYALARIN TƏHSİLDƏ YERİ VƏ ROLU

DOI: 10.36719/AEM/2007-2019/47/140-142
Müəllif: Kifayət Əliqamət qızı Dolxanova

Açar sözlər: innovativ texnologiya, təhsil prosesi, İKT, təlim prosesləri, İnnovativ Təhsil Proqramı
Key words: innovative technology, educational process, ICT, learning processes, innovative educational program 
Ключевые слова: инновационные технологии, образовательный процесс, ИКТ, учебные процессы, инновационная образовательная программа 

Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması bu gün ən önəmli məsələlərdən biridi. Buna görə respublikamızda təhsil sektorunda qazanılmış uğur və nailiyyətlərin öyrənilib ümumiləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. İlk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənmək, təhsilin mövcud durumunu müəyyənləşdirmək və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı imkanların yarandığını meydana çıxarmaq lazımdır. İlkin araşdırmalar göstərir ki, Respublikamızda istər müəllimin fəaliyyətinin, istərsə də təhsil ocaqlarının  fəaliyyətinin cəmiyyətin ehtiyac və tələblərinə uyğun qurulması şəxsiyyətin formalaşdırılması, təhsilin idarə olunması eləcə də təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi sahəsində xeyli  təcrübə toplanmışdır. Məhz buna görə də həmin materialları vahid bir formaya gətirərək onlardan geniş istifadə olunması təhsil sistemimizin yenidən qurulması baxımından böyük əhəmiyyət daşıyır. (6)

1-11-2019, 13:16 Məqalənin davamı
V VƏ VI SİNİFLƏRDƏ NİTQ VƏRDİŞLƏRİNİN TƏDRİSİNƏ VERİLƏN PROQRAM TƏLƏBLƏRİ

DOI: 10.36719/AEM/2007-2019/47/137-139
Müəllif: Səmayə Akif qızı Quliyeva

Açar sözlər:   şifahi nitq, nitq prosesi,  dialoji nitq, nitq vərdişləri,  sosiomədəni faktor
Key words:   oral speech, speech process, dialogue speech, speech habits, sociocultural factor
Ключевые   слова:  устная речь,  речевой процессдиалогическая речьречевые привычкисоциокультурный фактор

İlk olaraq üzərində düşünəcəyimiz məsələ odur ki, nə üçün əksər orta məktəb şagirdləri təhsillərini tam bitirdikdən  sonra da xarici dildə ünsiyyət qura bilmirlər, halbuki uzun illər xarici dil bu şagirdlərə qəbul edilmiş proqram əsasında tədris olunmuşdur. Onlar  imtahanlardan  uğurla  keçdiklərinə baxmayaraq, yerli dil daşıyıcıları ilə ünsiyyətə girə bilmirlər. Buna səbəb olan birinci amil budur ki, tədris proqramında əsasən yazılı mətnlərin tərcüməsi, dərslikdən tapşırıqların edilməsi və ya hazır dialoqların əzbərlənməsi üstünlük təşkil edir. Digər səbəb isə sinifdə ana dilində ünsiyyətə üstünlük verilməsidir.  Xarici dilin tədrisinə ayrılan dərs saatlarının azlığı, həmin mühitdə xarici dilin işlənməməsi, xarici dildə kommunikativ və dərketmə (anlama) vərdişlərinin kifayət qədər inkişaf etdirilməməsi milli məktəblərdə  xarici dilin tədrisinə mənfi təsir göstərir.


1-11-2019, 13:11 Məqalənin davamı
РОЛЕВАЯ ИГРА КАК СРЕДСТВА ИНТЕНСИФИКАЦИИ ОБУЧЕНИЯ ГРУППОВОМУ ОБЩЕНИЮ

DOI: 10.36719/AEM/2007-2019/47/134-136
Müəllif: Севиндж Рамиз гызы Гусейнова

Ключевые слова:ролевая играинтенсификация, групповое общение, речевое общение
Açar sözlər:rol oyunu, intensivləşmə, qrup ünsiyyəti, şifahi ünsiyyət
Key words:role play, intensification, group communication, verbal communication

Игра представляет собой небольшую ситуацию, построение которой напоминает драматическое произведение со своим сюжетом, конфлик­том и действующими лицами. В ходе игры ситуация проигрывается раз и при этом каждый раз в новом варианте. Но вместе с тем ситуация игры - ситуация реальной жизни. Несмотря на четкие условия игры и ограниченность используемого языкового материала, в ней обязатель­но есть элемент неожиданности. Услышав неожиданный вопрос, обу­чаемый немедленно начинает думать, как же на него ответить. Поэто­му для игры характерна спонтанность речи. Речевое общение, вклю­чающее в себя не только собственную речь, но и жестику, мимику и т.д., носит целенаправленный и обязательный характер.



1-11-2019, 13:06 Məqalənin davamı
TƏDRİS PROSESİNDƏ İNTERAKTİV TƏLİMİN BƏZİ PROBLEMLƏRİ

DOI: 10.36719/AEM/2007-2019/47/131-133
Müəllif: Sevinc Xaliq qızı Cəbrayılova

Açar sözlər: interaktiv metod, psixoloji inkişaf, individual, dəyər, milli mədəniyyət
Key words: interactive method, psychological development, individual, cost, national culture
Ключевые слова: интерактивный метод, психологический развитие, индивидуальный, ценность, национальная культура

Xarici dilin öyrədilməsinin əsas məqsədlərindən biri öyrəncilərə müstəqil olaraq fəaliyyət göstərmək, fikir yürütmək qabiliyyətinin aşılan­masıdır. Amma təəssüf ediləsi haldır ki, bu sahədə həyata keçirilən saysız- hesabsız təşəbbüslərə baxmayaraq əldə olunan nəticə heç də ürəkaçan deyil. Bu səbəbdən də belə bir sual yaranır. Nə üçün hər hansı bir xarici ölkəyə səfər etmiş vətəndaş qısa müddət ərzində, heç bir metodik vəsaitə malik olmadan, müstəqil olaraq fikrini ifadə edir və həmin xarici dildə danışmağa başlayır? Qəribədir. Belə olan halda 11 il müəllim nəzarəti altında müxtəlif dərs vəsaitləri ilə təmin olunmuş şagirdlərin tədris olunan xarici dilə sərbəst olaraq yiyələnməsinə mane olan səbəblər nədən ibarətdir? Məhz bu nöqteyi nəzərdən, mən göstərilən müxtəlif səbəblərlə bağlı fikirlər söyləmək istərdim. 


1-11-2019, 13:00 Məqalənin davamı
О РАЗВИВАЮЩЕМ ОБУЧЕНИИ ПРИ ВВЕДЕНИИ ПОНЯТИЯ ВЕЛИЧИНЫ В НАЧАЛЬНОМ КУРСЕ МАТЕМАТИКИ

DOI: 10.36719/AEM/2007-2019/47/124-12
Müəllif: Ана Ага гызы Мамедова

Ключевые слова: величина, единицы измерения, цена, скорость, время
Açar sözlər: həcm, ölçü vahidiqiymətsürətvaxt
Keywords: value, units, price, speed, time

В последние годы внимание педагогов всё чаще привлекают идеи развивающего обучения, с которыми связывается возможность принципиальных изменений в школе. Основная концепция системы развивающего обучения – обучение через создание учебной задачи.
Учебная задача в контексте учебной деятельности даётся в определении учебной ситуации, то есть выступает как единица целостного образовательного процесса (9,34).


1-11-2019, 12:46 Məqalənin davamı
NİTQ MƏDƏNİYYƏTİNİN İDMANÇI TƏLƏBƏLƏRƏ TƏDRİSİNİN ƏHƏMİYYƏTİ Açar sözlər: dil, Azərbaycan dili, nitq mədəniyyəti

DOI: 10.36719/AEM/2007-2019/47/121-123
Müəllif: Şüküfə Məhəmməd qızı Ağakişiyeva 

Açar sözlər: dil, Azərbaycan dili, nitq mədəniyyəti
Key words:  language, Azerbaijan language, speech culture
Ключевые слова: лингвистика, азербайджанский язык,  риторика

İnsan şəxsiyyətinin hərtərəfli inkişaf etdirilməsində bədən tərbiyəsi və idmanın xüsusi yeri var. Bədən tərbiyəsi cəmiyyətin məqsəd və vəzifəsinin həyata keçirilməsinə uyğun olan insan mədəniyyətinin tərkib hissəsi kimi ən geniş anlayışdır.
Nitq mədəniyyəti dilçilik tarixində dilçilərin daim tədqiqat obyektinə çevrilmiş sahələrdən biri olmaqla yanaşı, müasir dövrdə öz aktuallığını qoruyub saxlamaqdadır. İndi nitq mədəniyyəti inkişaf edir və onun əhatə dairəsi genişlənir. Dövlətimiz demokratik-milli inkişaf yoluna qədəm qoyduqdan sonra bu sahənin inkişafına, həm də onunla paralel olaraq dilimizin leksik qatında köklü yeniləşmələr baş vermişdir. 90-cı illərdən başlayaraq müstəqilliyin verdiyi imkanlar əsasında Azərbaycanda nitq mədəniyyətinə dair bir sıra qiymətli əsərlər meydana çıxmışdır.


 
1-11-2019, 12:36 Məqalənin davamı
MƏKTƏBƏQƏDƏR UŞAQLARDA NİTQ İNKİŞAFI PEDAQOJİ PROBLEM KİMİ

DOI: 10.36719/AEM/2007-2019/47/118-120
Müəllif: Telli Tarıyel qızı İbrahimova, İradə Xəlil qızı Zamanova

Açar sözlər: pedaqogika, ana dili,  nitq inkişafı, bədii əsər
Key words: pedagogy, native language, speech development,work of fiction
Ключевые слова:  педагогика, родной язык, развитие речи, художественное произведение

Uşağın ana dilinə yiyələnməsi, onun nitqinin inkişaf etdiriliməsi məsələsi rus pedaqoqlarının əsərlərində daha geniş şəkildə əks olunmuşdur. Biz bunun daha aydın ifadəsini K.D.Uşinskinin əsərlərində görürük. Rus pedaqogikasının klassiki olan K.Uşinski (1824-1870) ilk dəfə ana dilinin ilkin təliminin elmi cəhətdən əsaslandırılmış sistemini yaratmışdır. İlk təlim zamanı ana dilinin məsələsini K.Uşinski qaldırmışdır. Ana dilinin əhəmiyyəti məsələsi Uşinskiyə qədər olan dövrdə də dərk edilmişdir. Lakin heç kim ana dilinin, bu «böyük xalq müəllimi»nin pedaqoji əhəmiyyətini Uşinski qədər mükəmməl formada göstərə bilməmişdir. Ayrı-ayrı fənlər içərisində pedaqoq ana dilinin təlim üsulunu xüsusi işləmişdir. Ana dilinin tədrisinə həsr etdiyi əsərlərdə dilin mənşəi haqqında o, idealist səhvlərə yol vermişdirsə də, lakin dilin tədrisi üsuluna aid olduqca faydalı göstərişlər də vermişdir.


1-11-2019, 12:31 Məqalənin davamı
Öncəki 1 2 3 4 5 6 7 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com