DOI: https://doi.org/10.36719/2789-6919/32/58-61
Günel Balakişiyeva
Azərbaycan Dillər Universiteti
doktorant
balakishiyevagunel888@gmail.com
AZƏRBAYCAN MƏHƏBBƏT DASTANLARINDA İŞLƏNƏN ANTROPONİMLƏR VƏ ONLARIN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Xülasə
Aşıq yaradıcılığında işlənən şəxs adlarını tədqiq etmək tarixi həqiqətləri üzə çıxarmağa kömək edir. Həmin şəxslərin yer kurəsinin hansı guşəsində məskunlaşdığını, hansı xalqa mənsub olduğunu aydınlaşdırır. Vətənin görkəmli, qeyrətli, səxavətli, ədalətli oğul və qızlarını, adil və zalımlərı xalqa tanıtmaq işində aşıq poeziyası müstəsna rol oynayır. Aşıqların, el şairlərinin əsərlərində işlənən şəxs adlarını öyrənmək, tədqiq etmək qədim Azərbaycan torpaqlarının böyük bir hissəsinin ayrı-ayrı dövrlərdə zorla, qeyri-qanuni yolla əlindən alındığını isbat etməyə kömək edir. Bu baxımdan aşıq poeziyasında olan antroponimlərin tədqiqi günün aktual problemlərindəndir.
Açar sözlər: dastan, məhəbbət dastanları, onomastika, antroponim, semantika
Gunel Balakishiyeva
Azerbaijan University of Languages
PhD student
balakishiyevagunel888@gmail.com
Anthroponyms used in Azerbaijan love epistles and their structural-semantic
characteristics
Abstract
Researching personal names used in Ashiq works helps to uncover historical truths. It clarifies which part of the globe these people live in and which nation they belong to. Ashiq poetry plays an exceptional role in introducing the outstanding, zealous, generous, just sons and daughters of the country, just and oppressors to the people. Studying and researching the personal names used in the works of the lovers and El poets helps to prove that a large part of the ancient Azerbaijani lands were taken away by force and illegally in different periods. From this point of view, the study of anthroponyms in love poetry is one of the current problems of the day.
Keywords: saga, love sagas, onomastic, anthroponym, semantics