https://doi.org/10.36719/2789-6919/39/19-24

Günel Mustafayeva 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 

Ədliyyə Akademiyası

mustafayevagunel90@gmail.com


Bazarın təhlükəsizliyi: Aİ-nin rəqabət təhriflərinə qarşı hüquqi çərçivəsi


Xülasə

“Bazarın Təhlükəsizliyi: Aİ-nin Rəqabət Təhriflərinə Qarşı Hüquqi Çərçivəsi” məqaləsi Avropa İttifaqının vahid bazarında ədalətli rəqabəti təmin etməyi hədəfləyən hüquqi çərçivəsini geniş şəkil­də izah edir. Məqalədə Avropa İttifaqının vahid bazarının effektiv fəaliyyətinin necə qorun­duğu ətraflı müzakirə olunur. Əsas diqqət TFEU-nun 101, 102 və 107-ci maddələrinə yönəlmişdir. Bu maddələr rəqabəti məhdudlaşdıran razılaşmaların qarşısını almaq üçün mühüm hüquqi əsaslar yaradır. Bundan əlavə, dominant mövqeyə malik şirkətlərin bazar gücündən sui-istifadəsinin məh­dudlaşdırılması bu maddələr çərçivəsində xüsusi əhəmiyyət kəsb edir.

Avropa İttifaqının rəqabət hüququ dövlət yardımlarının rəqabət mühitini təhrif etməsini də tən­zimləyir. Dövlət yardımları iqtisadi tarazlığa təsir göstərə bildiyi üçün onların verilməsinə ciddi nəzarət edilir. Məqalədə həmçinin rəqabət hüququnun mərkəzi səviyyədə Avropa Komissiyası tərəfindən və milli səviyyədə üzv dövlətlərin rəqabət orqanları tərəfindən necə tətbiq olunduğu izah edilir. Bu, vahid hüquqi yanaşma ilə milli maraqların balanslaşdırılmasını təmin etmək məqsədini daşıyır. Müxtəlif mexanizmlər vasitəsilə Avropa İttifaqı, vahid bazarın rəqabətçi və səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaradır. Məqalə, rəqabət hüququnun iqtisadi inkişafa təsiri və istehlakçıların rifahını artırmaq üçün hansı yollarla istifadə edildiyini geniş şəkildə müzakirə edir.

Açar sözlər: vahid bazar, rəqabət hüququ, dövlət yardımları, anti-rəqabət praktikası, Avropa İttifaqı

.

Gunel Mustafayeva

The Academy of Justice of the Ministry of Justice 

of the Republic of Azerbaijan

mustafayevagunel90@gmail.com 


Safeguarding Market Integrity: The EU's Legal Framework Against Competitive Distortions


Abstract

The article “Market Security: The EU's Legal Framework Against Distortions of Competition” provides a comprehensive explanation of the European Union's legal framework aimed at ensuring fair competition within its single market. The article discusses in detail how the efficient functioning of the EU's single market is safeguarded. The primary focus is on Articles 101, 102, and 107 of the TFEU. These articles establish essential legal foundations for preventing agreements that restrict competition. In addition, the limitation of the abuse of market power by companies with a dominant position is emphasized as particularly significant within the scope of these provisions.

The EU's competition law also regulates the distortion of the competitive environment caused by state aid. Since state aid can impact economic balance, its provision is subject to strict oversight. The article further explains how competition law is enforced both centrally by the European Commission and at the national level by the competition authorities of the member states. This dual approach aims to balance a unified legal framework with national interests. Through various 


 

mechanisms, the European Union establishes a legal basis for ensuring that the single market operates competitively and efficiently.

The article explores extensively how competition law influences economic development and the ways it is employed to enhance consumer welfare.

Keywords: single market, competition law, state aid, anti-competitive practices, European Union


Baxış: 48