DOI: https://doi.org/10.36719/2789-6919/20/64-68

Mehin Əlihüseynli

Azərbaycan Respublikası Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyası

magistrant

alihuseynli.mehin14@gmail.com


BEYNƏLXALQ HAVA DAŞIMALARININ HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN VƏZİYYƏTİ VƏ XÜSUSİYYƏTLƏRİ


Xülasə

XX əsrin sonlarında beynəlxalq hava daşımalarının hüquqi tənzimlənməsi qlobal xarakter alan və müasir dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilən hava nəqliyyatı sənayesinin inkişafı ilə ziddiyyət təşkil etmişdir. Hazırda mülki aviasiya digər nəqliyyat növləri arasında analoqu olmayan, fəaliyyəti rabitə vasitələrinin xüsusiyyətlərinə görə ərazi baxımından məhdud olan qlobal beynəlxalq nəqliyyat sisteminə çevrilmişdir. Bu da öz növbəsində dövlətlər arasında geniş beynəlxalq əməkdaşlığın qurulmasını tələb etmişdir. Beynəlxalq hava hüququ beynəlxalq hüquq sisteminin vacib bir hissəsini təşkil edir. Dövlət ərazisi üzərində və ondan kənarda hava məkanından istifadə zamanı beynəlxalq hüququn və qaydanın təmin edilməsi funksiyalarını yerinə yetirən beynəlxalq hüququn bir sahəsidir. Eyni zamanda qeyd etmək lazımdır ki, beynəlxalq hava hüququ əsasən beynəlxalq uçuşları və beynəlxalq daşımaları özündə birləşdirən milli mülki aviasiyanın fəaliyyətini tənzimləyir. Bu səbəbdən də beynəlxalq hava daşımaları hazırki dövrdə araşdırılmaların aparıldığı və yeni hüquq normalarının yaradıldığı bir sahəyə çevrilmişdir. Yeni obyektiv reallığa uyğunlaşdırmaq üçün hüquq normalarının təkmilləşdirilməsi zərurəti yaranmışdır. 

Açar sözlər:  hava daşınmaları, hüquqi tənzimləmə, qanun, akt, beynəlxalq nəqliyyat hüququ, beynəlxalq müqavilələr


Mehin Alihuseynli

The Academy of Public Administration under the

 President of the Republic of Azerbaijan

master student

alihuseynli.mehin14@gmail.com


Status and characteristics of the legal regulation of international air carriage


Abstract

At the end of the 20th century, the legal regulation of international air transport conflicted with the development of the air transport industry, which became global and became one of the leading sectors of the modern world economy. Currently, civil aviation has become a global international transport system, which has no analogues among other types of transport, whose activity is limited in terms of territory due to the characteristics of communication means. This, in turn, required the establishment of extensive international cooperation between states. International air law is an important part of the international legal system. It is an area of international law that performs the functions of ensuring international law and order in the use of airspace over and beyond state territory. At the same time, it should be noted that international air law mainly regulates the activities of national civil aviation, which includes international flights and international transportation. For this reason, international air transportation has become an area where investigations are conducted and new legal norms are created. It is necessary to improve the legal norms in order to adapt them to the new objective reality.

Keywords: air transportation, legal regulation, law, act, international transport law, international agreements


Baxış: 420