Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/34/20-24

Arzu Babazadə 

Azərbaycan Dövlət Aqrar Universiteti

doktorant

arzu.babazade94@mail.ru

Hümbət Hümbətov

Azərbaycan Dövlət Aqrar Universiteti

aqrar elmleri üzrə fəlsəfə doktoru

humb@inbox.ru


BİTKİ SIXLIĞININ ŞƏKƏR ÇUĞUNDURU MƏHSULUNUN

FORMALAŞMASINA VƏ QURULUŞUNA TƏSİRİ


Xülasə

Şəkər çuğunduru məhsulunun formalaşmasında bitki sıxlığının təsirinin öyrə­nilməsi üçün iyul, avqust və sentyabr aylarının 15-nə olan tarixlərdə təcrübə ləklə­rindən təkrarlar üzrə çıxarılmış bitkilərin yarpaq və kökümeyvələrini çəkib kütlə­lərini müəyyən etmişik. Belə ki, 71 000 bitki sıxlığında iyul ayında götürülən nümunədə kökümeyvə 122,4 qr, yarpaq kütləsi isə 210,5 qr, avqust ayı üçün götürülən nümunə də kökümeyvə 222,4 qr, yarpağın kütləsi isə 255,8 qr, sentyabr ayında isə kökümeyvənin kütləsi 451,55 qr, yarpağın kütləsi isə 198,6 qr olmuşdur.

İkinci variantında isə müvafiq kütlələr alar üzrə belə olmuşdur, iyul ayında kökümeyvənin kütləsi 195,5 qr, yarpağın kütləsi 332,3 qr, avqust ayında kökümeyvənin kütləsi 356,8 qr, yarpağın kütləsi 413,8 qr, sentyabr ayında isə 497,47 qr kökümeyvə və223,8 qr yarpağın kütləsi olmuşdur. 

47 000 bitki sıxlığında iyul ayı üçün kökümeyvənin kütləsi 193,7 qr, yarpağın kütləsi 329,2 qr, avqust ayı üçün 348,3 qr kökümeyvə və 397,1 qr yarpaq, sentyabr ayında isə kökümeyvənin kütləsi 448,21 qr və yarpağın kütləsi isə 226,2 qr olmuşdur. Bütün alınan nəticələrə əsasən şəkər çuğundur üçün ən yaxşı bitki sıxlığı hektarda 57000 bitkinin saxlanılmasıdır.

Açar sözləri: şəkər çuğunduru, bitki sıxlığı, kökümeyvə, yarpaq, kütlə, nəzarət variantı


Arzu Babazadeh 

Azerbaijan State Agrarian University

PhD student

                                            arzu.babazade94@mail.com 

Humbat Humbatov

Azerbaijan State Agrarian University

PhD in agrarian sciences

humb@inbox.ru


Effect of plant density on sugar beet formation and structure 


Abstract

In order to study the effect of plant density on the formation of sugar beet crop, we weighed and determined the masses of the leaves and root fruits of the plants extracted from the experimental plots on the dates of July, August and September 15. Thus, in the sample taken in July at a density of 71,000 plants, the root fruit weight was 122.4 g, and the leaf mass was 210.5 g. 451.55 g, and the mass of the leaf was 198.6 g.In the second variant, the relevant masses were as follows for alars: in July, the mass of the root fruit was 195.5 g, the mass of the leaf was 332.3 g, in August, the mass of the root fruit was 356.8 g, the mass of the leaf was 413.8 g, and in September, 497.47 g of the root fruit and the mass of the leaf was 223.8 g.

At a density of 47,000 plants, the mass of the root fruit in July is 193.7 g, the mass of the leaf is 329.2 g, in August, the mass of the root fruit is 348.3 g and the mass of the leaf is 397.1 g, and in September, the mass of the root fruit is 448.21 g and the mass of the leaf is 226,2 gr. Based on all the results obtained, the best plant density for sugar beet is to maintain 57,000 plants per hectare.

Keywords: sugar beet, plant density, root and fruit, leaf, mass, control variant



Baxış: 241