DOI: https://doi.org/10.36719/2789-6919/20/27-30

Hüseyn Paşazadə

Bakı Dövlət Universiteti

magistrant

lawyer.huseyn@gmail.com


ƏLAVƏ DƏYƏR VERGİSİNİN TƏTBİQ OLUNDUĞU ÖLKƏLƏRDƏ SPESİFİK XÜSUSİYYƏTLƏR: MÜQAYİSƏLİ TƏHLİL


Xülasə

Fikrimizcə, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da iş, mal və xidmətlərə ƏDV-nin fərqli dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu ilk növbədə, inflyasiyanın qarşısını alır, vergidən yayınma hallarını minimuma endirir və bununla da büdcə gəlirlərində ƏDV-nin payının artmasına səbəb olur. Göründüyü kimi, vergilər dünya ölkələrinin inkişaf səviyyəsindən və mövqeyindən asılı olmayaraq bütün ölkələrdə tutulur. Fikrimizcə, tətbiq olunacaq yeni vergilərin təsiri istehlakçılara təsir etməmək şərti ilə xarici ölkələrdə tətbiq olunan vergilər və onların xüsusiyyətləri dərindən öyrənilməli və Azərbaycanda tətbiqinə cəhd edilməlidir. Yuxarıda göstərilənlərlə yanaşı, istər inkişaf etmiş bazar iqtisadiyyatı, istər keçid iqtisadiyyatı, istərsə də inkişaf etməkdə olan ölkələr olsun, bütün ölkələr daim öz vergi sistemlərini təkmilləşdirməyə, effektiv vergi qanunlarını qəbul etməyə və yeni vergi siyasətini həyata keçirməyə çalışırlar. 

Açar sözlər: əlavə dəyər vergisi, vergi, Azərbaycan Respublikasında əsas vergi növləri, vergilərin tətbiqi, vergi məcəlləsi, spesifik xüsusiyyətlər, müqayisə, inkişaf etmiş ölkələr, müqayisəli təhlil  


Huseyn Pashazade

Baku State University

master student

lawyer.huseyn@gmail.com


Specific characteristics of the countries where the value added tax is applied:

a comparative analysis


Abstract

In our opinion, it would be appropriate to apply different rates of VAT on work, goods and services in Azerbaijan as in foreign countries. First of all, this prevents inflation, minimizes tax evasion, and thereby leads to an increase in the share of VAT in budget revenues.

As it can be seen, taxes are levied in all countries, regardless of the level of development and the position of the countries of the world. In our opinion, the taxes applied in foreign countries and their features should be studied in depth and an attempt should be made to apply them in Azerbaijan, provided that the impact of the new taxes to be applied will not affect the consumers. In addition to the above, all countries, whether they are developed market economies, transition economies or developing countries, are constantly striving to improve their tax systems, adopt effective tax laws, and implement new tax policies.

Keywords: value-added tax, tax, the main types of taxes in the Republic of Azerbaijan, application of taxes, Tax Code, specific characteristics, comparison, developed countries, comparative analysis


Baxış: 275