Brilyant İman qızı Cəfərli
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
dissertant
brilliant1ceferli@hotmail.com

MÜXTƏLİF XALQLARIN MƏDƏNİYYƏTİNDƏ ORNAMENTASİYA

Xülasə
Məqalə müxtəlif dünya xalqlarının mədəniyyətlərində mövcud olmuş ornamentlərin təsnifatına həsr olunmuşdur. Məqalədə göstərilir ki, ilkin formaları həndəsi olan ornamentlərin sonralar nəbati, animalistik və s. növləri də yaranmışdır. E.ə III minillikdən başlayaraq Şərqdə Misir incəsənətində inkişaf etməyə başlayan ornamentlər təşəkkül taparaq dünya xalqlarının hər birində müxtəlif mədəniyyətlərin formalaşmasında böyük rol oynamışdır. Hər bir ornamentin ifadə etdiyi simvolik mənası olmuşdur. Məqalədə Misir, Assur-Babil, Yunan, Etrusk, Bizans, Pompey, Roma, Rus, Yapon, Çin, Fars, Hindistan, Türk, Ərəb, Kelt, Kamboca, Mavritaniya ornamentasiyasından geniş şəkildə bəhs edilir. Adları qeyd olunan xalqların mədəniyyətlərində həndəsi, nəbati və animalistik ornamentlərin növləri, işlənmə yerləri verilmişdir. Bu ornament növləri ilə yanaşı fantastik varlıqların, epiqrafik yazıların təsvirləri də əks etdirilmişdir. 
Açar sözlər: memarlıq, abidə, ornament, həndəsi, nəbati, motiv

Brilliant Iman Jafarli

Ornamentation in the culture of different nations
Absrtact
The article is devoted to the classification of ornaments that existed in the cultures of different peoples of the world. In this article deals with the ornaments, which initial forms were geometric, later became vegetal, animalistic, etc. types have also emerged. Starting from the third millennium BC, the ornaments that began to develop in Egyptian art in the East took shape and played a major role in the formation of various cultures in each of the nations of the world. Each ornament has a symbolic meaning. In the article, Egyptian, Assyrian-Babylonian, Greek, Etruscan, Byzantine, Pompey, Roman, Russian, Japanese, Chinese, Persian, Indian, Turkish, Arab, Celtic, Cambodian, Mauritanian ornamentation is extensively discussed. The types of geometric, plant and animalistic ornaments in the cultures of the mentioned peoples and the places where they are processed are given. Along with these types of ornaments, images of fantastic beings and epigraphic inscriptions are also reflected.
Keywords: architecture, monument, ornament, geometric, botanical, motif




Baxış: 513