DOI: https://doi.org/10.36719/2663-4619/101/199-205
Eynəddin Həbibov
Bakı Dövlət Universiteti
magistrant
İNZİBATİ AKTLARIN HÜQUQİ AKTLAR SİSTEMİNDƏ YERİ VƏ ONLARIN
QƏBUL EDİLMƏSİ QAYDASI
Xülasə
Dövlət idarəetməsinin əsas formaları hesab edilən inzibati aktların hüquqi aktlar sistemində təyinatını müəyyən etmək vacibdir. Bunu hüquqi aktların yaratdığı hüquqi təsirə əsasən aydınlaşdırmaq olar. Məqalədə inzibati aktın anlayışı və mahiyyəti ilə bağlı dar və geniş mənada yanaşmalar tədqiq edilir. Tədqiqat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati aktın anlayışının dar mənada qəbul edildiyi məlum olur. Belə ki, Qanunda inzibati aktların əslində fərdi inzibati aktları əhatə etdiyi başa düşülür. Bundan başqa, inzibati aktlar, normativ aktlar, və inzibati müqavilələr anlayışları fərqləndirilir. Digər tərəfdən qeyri-normativ hüquqi aktları inzibati aktlardan ayıran cəhətlər məqalədə vurğulanır. Müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq milli qanunvericiliyə terminoloji baxımından səmərəli təkliflər irəli sürülür. Həmçinin inzibati aktın qəbul edilməsində onun ünsürləri, xüsusilə səlahiyyət və forma ünsürləri mühüm rol oynayır. Bu baxımdan səlahiyyət və forma ünsürlərinin mahiyyəti izah edilir və onların əhəmiyyəti qeyd edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsində inzibati akta olan forma tələbləri müqayisəli-təhlil edilərək qabaqcıl ölkələrin qanunvericilikdəki təcrübəsi qeyd olunur.
Açar sözlər: inzibati akt, normativ akt, qeyri-normativ hüquqi akt, inzibati aktın ünsürləri, səlahiyyət ünsürü, forma ünsürü
Eynaddin Habibov
Baku State University
master student
The place of administrative acts in the system of legal acts and the rule of their adoption
Abstract
It is important to determine the designation of administrative acts, which are considered the main forms of state administration, in the system of legal acts. This can be clarified based on the legal effect created by legal acts. The article examines narrow and broad approaches to the concept and essence of the administrative act. During the research, it is known that the concept of administrative act in the Law of the Republic of Azerbaijan "On Administrative Proceedings" is accepted in a narrow sense. Thus, in the Law, it is understood that administrative acts actually include individual administrative acts. In addition, the concepts of administrative acts, normative acts, and administrative contracts are distinguished. On the other hand, the aspects that distinguish non-normative legal acts from administrative acts are highlighted in the article. Taking into account the experience of different countries, effective terminological proposals are put forward to the national legislation. Also, its elements, especially the elements of authority and form, play an important role in the adoption of an administrative act. From this point of view, the essence of the elements competence and form is explained and their importance is noted. The formal requirements of the administrative act in the Article 57 of the Law of the Republic of Azerbaijan "On Administrative Proceedings" are comparatively analyzed and mentioned the legislative experience of advanced countries.
Keywords: administrative act, normative act, non-normative legal act, elements of administrative act, element of competence, element of form