DOI: https://doi.org/10.36719/2789-6919/16/7-9


 


Günay Zabil qızı Əkbərova 

Bakı Dövlət Universiteti 

filologiya üzrə fəlsəfə doktoru gunay.akbarova.zabil@gmail.com


 


ŞƏVKƏT SÜRƏYYA AYDƏMİR MİLLİ VƏ FƏRDİ KİMLİK SORAĞINDA (“SUYU ARAYAN ADAM” ROMANI ƏSASINDA)


Xülasə

Bu məqalədə 1897-ci il Türk-Yunan Müharibəsi ilində dünyaya göz açan və bütün həyatı boyu həm qaynar döyüş xəttlərində, həm də mədəniyyət savaşında cəbhədən-cəbhəyə qaçan Şəvkət Sürəyya Aydəmirin “Su arayan adam” avtobioqrafik əsərində kimlik axtarışı üzərində durulacaq, həmçinin çökməkdə olan Osmanlı İmperiyasının respublika olaraq yenidən doğulma macərası diqqətlə araşdırılacaq.

Aydəmir uşaqlıqdan anasından gözəl islami tərbiyə almış, sonralar o Turan ideologiyasına və sosializmə, rus mədəniyyətinə maraq göstərmişdir. Daha sonra isə dəyişən dünya şəraiti, Türkiyənin geosiyasi mövqeyi və fərqli mədəni cərəyanlar nəzərə alınaraq, sosializm və kapitalizmin qarışığı olacaq yeni iqtisadi yenidənqurma planı yaradır.

Əsərdə maraqlı həyat yolu olan Aydəmirin İslam-Mövləvi təlimlərindən tutmuş Turan ideallarına, kommunizm tarixindən sosializm prinsiplərinə, Türkiyədə dövlətçiliyin formalaşmasından və ilkin infrastrukturundan gənc Türkiyə Cümhuriyyətinin və baş qəhrəmanın özünü, kimliyini tapmasının şahidi oluruq. Necə deyərlər, əsərdə həm romanın qəhrəmanı Aydəmir, həm də Türkiyə Cümhuriyyəti daim dəyişmə və tərəqqi içərisindədir.

Açar sözlər: Suyu arayan adam, milli kimlik, fərdi kimlik, Şəvkət Sürəyya Aydəmir, Türkiyə Cümhuriyyəti


Gunay Zabil Akbarova 

Baku State University 

Ph.D. in philology

gunay.akbarova.zabil@gmail.com


Shavkat Surayya Aydemir on national and individual identity question (Based on the novel "The man looking for water")


Abstract

This article will focus on the search for identity in the autobiographical work of Şevkat Süreyya Aydemir, who was born in 1897 during the Turkish-Greek War and ran from front to front both in hot lines and in the culture war. Throughout his life, the Ottoman Empire's rebirth as a republic, as well as its collapse, will be carefully examined.

Aydemir received a good Islamic education from his mother from his childhood and later showed interest in Russian culture with Turan ideology and socialism. Then, taking into account the changing world conditions, Turkey's geopolitical position and different cultural trends, it creates a new economic restructuring plan that will be a mixture of socialism and capitalism.

In the work, we witness an interesting life path, from Aydemir's Islam-Movlavi teachings to Turan's ideals, from the history of communism to the principles of socialism, the formation and initial infrastructure of statism in Turkey, the young Republic of Turkey and the hero finding himself and his identity. In other words, both the hero of the novel Aydemir and the Republic of Turkey are constantly changing and developing.

Keywords: The man looking for water, national identity, individual identity, Shavkat Sureyya Aydemir, Republic of Turkey


 

Baxış: 371