DOI: https://doi.org/10.36719/2789-6919/30/70-74

Məhriyyə Hacıyeva

AZMİU-nun nəzdində İnşaat kolleci

meri.qadjizade@mail.ru 


TƏHSİL PROSESİNDƏ İKT-NİN İSTİFADƏSİ VƏ TƏTBİQİNƏ DAİR 

YANAŞMALAR


Xülasə

XX əsrin ikinci yarısında bəşəriyyətin inkişafında yeni bir mərhələ - sənaye cəmiyyətindən informasiya (postindustrial) cəmiyyətinə keçid etdi. Bu keçidi təmin edən cəmiyyətin inkişaf mərhələsinin ən vacib xüsusiyyəti onun informasiyalaşdırılmasıdır. Müasir informasiya cəmiyyətində sivilizasiyanın inkişafının əsasını informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunduğu informasiya prosesləri təşkil edir. İnsan fəaliyyətinin bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi qlobal informasiyalaşdırılma prosesinin yaranmasına və inkişafına kömək etmişdir. Təhsil sistemi, günümüz informasiya cəmiyyətinin ən əhəmiyyətli tələblərindən biri olan müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə ciddi dərəcədə əlaqəlidir. Həqiqətən, dünya üzrə qlobal nailiyyətlərə nail olmaq və rəqabətdə qalmaq üçün ölkələr arasında İKT-dən səmərəli şəkildə istifadə etmək çox vacibdir. Bu anlamda təhsil sahəsi də informasiyalaşma prosesini sürətləndirir və inkişaf etdirir. Müstəqil ekspertlərin mülahizəsinə görə, Azərbaycanın təhsil sistemi digər sahələri üstələyir, çünki İKT-dən istifadə edilməsi və çoxşaxəlilik bacarığı ilə fərqlənir. Bu məqalədə, informasiya texnologiyalarının təhsil prosesində göstərdiyi təsir və müxtəlif ölkələrdə tətbiq edilən texnologiya və metodlar ətraflı şəkildə araşdırılır.

Açar sözlər: təhsil sistemi, elektron təhsil, informasiya texnologiyaları, müasir informasiya kommunikasiya texnologiyaları, elektron məktəb, informasiya cəmiyyəti


Mahriyya Hajiyeva

Construction College under AUAC

meri.qadjizade@mail.ru 


Approaches to the use and application of ICT in the educational process 


Abstract

In the second half of the 20th century, humanity transitioned from an industrial society to an information (post-industrial) society, marking a new stage in its development. The most crucial characteristic of this developmental stage is its informatization. In the contemporary information society, the development of civilization is primarily shaped by information and communication technologies, constituting the processes of information. The application of information and communication technologies in all spheres of human activity has contributed to the creation and development of the global informatization process. The education system is significantly relevant today with the application of modern Information and Communication Technologies (ICT), which is one of the essential requirements of the contemporary information society. Indeed, effectively utilizing ICT is crucial for countries worldwide to achieve global success and remain competitive. In this regard, the field of education accelerates and develops the process of digitalization. According to independent experts, Azerbaijan's education system stands out from other areas due to its effective use of ICT and adaptability. This article explores in detail the impact of information technologies on the education process and investigates the various technologies and methods applied in education in different countries.

Keywords: education system, e-learning, information technology, modern information and communication technologies, e-school, information society


Baxış: 261