DOI: 10.36719/AEM/2019/01/30-31
Müəllif: Vüsalə Hidayət qızı Hüseynli

Açar sözlər: Xəzər dənizi, siyənəkkimilər, kürü, qidalanma
Key words: Caspian sea, herring, caviar, feeding
Ключевые слова: Каспийское море, сельдь, икра, кормление

Dünyanın böyük qapalı su hövzəsi olan Xəzər dənizi endemik balıq növlərinin çoxluğuna görə Avro-Asiya məkanındakı statusları arasında xüsusi yer tutur. Xəzərin Cənub akvatoriyasında siyənəkkimilərin ayrı-ayrı növlərinin, ilin mövsümündən asılı olaraq yayılma xüsusiyyətləri və miqrasiya müddətləri öyrənilmişdir. Tədqiqat nəticəsində siyənəkkimilərin ayrı-ayrı növlərinin dərinliklər üzrə yayılması müəyyən olunmuş, kürütökmə yerləri öyrənilmiş və en dairələri dəqiqləşdirilmişdir. Xəzər dənizində siyənəkkimilərin iki cinsi yayılmışdır. Bunlar kilkələr və siyənəklərdir. Hər iki cinsə mənsub olan növlər və yarımnövlərin yayılma xüsusiyyətləri tədqiq olunmuş və nəticələr müəyyənləşdirilmişdir. 



Baxış: 767