DOI: https://doi.org/10.36719/2789-6919/35/18-22

Şöhrət Məmmədova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya üzrə fəlsəfə doktoru

sohret.nesirova24@gmail.com

https://orcid.org/.0009-0006-6553-6385


XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ UŞAQ POEZİYASINDA 

MİLLİ KOLORİTİN İNİKASI


Xülasə

Uşaq ədəbiyyatının tarixi-mədəni mənzərəsi bütün parametrlərdə etnokulturoloji təsəvvürün ümumi polifoniyasını əks etdirməyə və arxaik qatdan üzü bəri gələnlərin yaddaş səviyyəsində normativlərə sədaqət göstərməsinə həssaslıq nümayiş etdirir. Ədəbi-nəzəri fikirdəki bioloji nəzəriyyə, oyun nəzəriyyəsi və tarixi məktəbin istinad etdiyi qaynaqlar eyni təsəvvürdən çıxış etməklə mahiyyəti  aydınlaşdırmağı prinsip olaraq qarşıya qoyur. Mifoloji qat, tarixi lay və prosesin ümumi axarı uşaq ədəbiyyatı aspektində yanaşmaları və təqdimi bir məqsəd olaraq əsasa çevirir. Öz əsasını isə müxtəlif dönəmlərdə əlavələrlə təzahür etdirməyə, məzmun və mahiyyət aspektində genişlənmələrə şərait yaradır.

Ədəbi-mədəni axarın şifahi düşüncədən gələnlərə əsaslanan polifonik mənzərəsi periferik xarakterli olması ilə ibtidai düşüncədən bu yana gələnləri əhatələmək məramı və istəyi ilə spesifikləşir. Mif, əfsanə, nağıl, rəvayət, yanıltmac, layla, oxşama, əzizləmə, tapmaca və s. timsalında olan zənginlik, eləcə də xalq mərasimləri, uşaq oyunları səviyyəsində özünü göstərən rəngarəngliklər bütünlükdə etnoqrafik mahiyyətin möhtəşəmliyini bir tərəf olaraq açıqlayır. Uşaq ədəbiyyatının on doqquzuncu yüzilliyin sonu və iyirminci yüzilliyin əvvəllərindəki zənginləşmə axarı da həmin arxaik qatda olanlara köklənməklə yoluna davam edir.

Açar sözlər: uşaq ədəbiyyatı, XIX əsr, XX əsrin əvvəlləri, yanıltmac, tapmaca, uşaq oyunları, nağıl


Shohrat Mammadova

Azerbaijan State Pedagogical University

 doctor of Philosophy in Philology

sohret.nesirova24@gmail.com

https://orcid.org/.0009-0006-6553-6385


The emergence of national color in children's poetry

at the end of the 19th century and the early of the 20th century


Abstract

The historical-cultural landscape of children's literature in all parameters shows a sensitivity to reflect the general polyphony of ethnocultural imagination and to show loyalty to norms at the level of memory of those who came from the archaic layer. The biological theory, game theory and sources cited by the historical school in the literary-theoretical thought put forward the principle of clarifying the essence by starting from the same idea. The mythological layer, the historical layer and the general flow of the process make the approaches and presentation a goal in the aspect of children's literature. It creates conditions for its basis to be manifested with additions in different periods, and expansions in terms of content and essence.

The polyphonic landscape of the literary-cultural stream, based on what comes from oral thought, is characterized by its peripheral character and the intention and desire to include what comes from primitive thought. Myth, legend, fable, legend, delusion, lullaby, caress, riddle, etc. The richness in the image, as well as the colors that are manifested at the level of folk ceremonies and children's games, reveal the magnificence of the ethnographic essence as a whole. The course of enrichment of children's literature at the end of the nineteenth century and the beginning of the twentieth century also continues on its way by being rooted in those archaic layers.

Keywords: children's literature, 19th century, early 20th century, riddle, puzzle, children's games, fairy tales


Baxış: 141