“Qədim Diyar” il ərzində 12 dəfə olmaqla Azərbaycan və ingilis dillərində humanitar və ictimai elmlər istiqaməti üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli beynəlxalq onlayn elmi jurnaldır.
Jurnal elmi ictimaiyyət, alimlər, müvafiq elm sahələri üzrə mütəxəssislər, doktorantlar, magistrantlar, müəllimlər, uyğun ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Jurnalın məqsədi
Jurnalın məqsədi beynəlxalq elm aləmində aparılan elmi araşdırma və tədqiqatları onlayn şəklində dərc edərək dünya miqyasında təbliğ etməkdir. Bu ali məqsədə çatmaq üçün amalımız elm sahəsində mövcud olan beynəlxalq tələb və standartlara uyğun olaraq fəaliyyət göstərməkdir.
Mövzu sahələri
Humanitar və ictimai elmlər