TƏBİƏT VƏ ELM
Beynəlxalq elmi jurnal
İmpakt Faktor: 1.642
_________________________________________________________________
Jurnal təbiət elmlərini əhatə edir
Məqalə çapı ödənişlidir
Məqalə Azərbaycan və İngilis dillərində qəbul olunur
Yenilik! Hər bir müəllifə CROSSREF təşkilatı tərəfindən beynəlxalq sertifikat verilir!
Jurnal https://aem.az/ saytında və «CROSSREF» təşkilatının
https://search.crossref.org/ bazasında yayımlanır
Məqalə çapına dair tələblər
- Məqalə formatı: Məqalələr A4 formatda 14 ölçüdə, 1.5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
- Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
- Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, ölkə və şəhər, müəllifin elmi dərəcəsi və elmi adı, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda doktorant, magistrant və ya bakalavr olduğunu qeyd etməlidir. Hal-hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməklə məqalə təqdim edə bilər.
- Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. İngilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır.
- Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Giriş
- Nəticə
- Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalıdır, məqalə Azərbaycan dilindədirsə Azərbaycan dilində, məqalə ingilis dilindədirsə ədəbiyyat siyahısı da həmin dildə yazılmalıdır. Ədəbiyyat başqa dillərdə olarsa latın qrafikasına transliterasiya edilərək yazılmalıdır
- Ədəbiyyat siyahısı əlifba sırası ilə, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
- Nümunə: Rəcəbli, Ə. (2006), Qədim türk yazısı abidələrinin dili, Bakı: Nurlan.
- İstinadlar məqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
- İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
- Müəllifsiz ədəbiyyatlar isə məqalə daxilində kitabın adının qısaltması ilə, ili və səhifə nömrəsi ilə göstərilməlidir. Nümunə: (DTS, 1969: 56)
- Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.
E-poçt: [email protected]
________________________________________________________________
Redaksiya ünvanı: Bakı ş., Mətbuat pros., 529
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50 209 59 68
+994 55 209 59 68
+994 99 809 67 68
+994 12 510 63 99
+994 55 209 59 68
+994 99 809 67 68
+994 12 510 63 99
Baxış:
3 533
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.